Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı ölkə mətbuatında

Pirallahıda Ağsaqqallar Şurasının hesabat-seçki konfransı keçirilib

Trend.az

Pirallahıda “Dəmir Yumruq” filmi nümayiş olundu

İki sahil

Bakıda 48 minə yaxın sərnişinə xidmət edəcək müntəzəm marşrut xətti açılıb

İki sahil

 

Pirallahı, Zirə, Türkan və Qala sakinlərinin NƏZƏRİNƏ!

İki sahil

 

 

 

 

Pirallahıda dərman preparatları və şprits istehsalı zavodlarının yaradılması istiqamətində işlər davam etdirilir
Azertac
Banker.az
İki sahil
 
Baba Rzayev: “Pirallahı adasının elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün sənədlər hazırlanır”

Report.az

  Pirallahı rayonunda "Cümhuriyyət-100" mövzusunda tədbir keçirilib

Sia.az

 

 

Pirallahıda görkəmli oftalmoloq-alim Zərifə xanım Əliyevanın əziz xatirəsi anılıb
Azertac
Sabaha-inmala
Yeni Azərbaycan
Sia.az
Palitra
Pirallahı rayonunda 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair hesabat yığıncağı keçirildi
Azertac
İki sahil
Marja
avanews
Heydər Əliyev zaman və məkan anlayışına sığmayaraq xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrilib
Azertac
iki sahil qəzeti
Səs informasiya agentliyi
Azərbaycan İnformasiya Mərkəzi
Pirallahı rayonunda bəzi küçələrin adları dəyişdirilib

Trend

https://az.trend.az/azerbaijan/society/2825312.html

Azertac

https://azertag.az/xeber/1114388

Iki Sahil qəzeti

http://ikisahil.az/?page=5&newsId=54155&lang=aze

Yeni Azərbaycan Partiyası - yeni qələbələrə və zəfərlərə doğru!
Iki Sahil qəzeti
Azertac
Yeni Azərbaycan Partiyasının saytı
"Səs" informasiya agentliyi
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin 80 illiyi münasibətilə tədbir keçirilib
AzerTAc
"Səs" informasiya agentliyi
Mədəniyyət onlayn-qəzeti

 

Pirallahıda üçüncü rübün sosial-iqtisadi inkişafına dair iclas keçirilib
İki sahil qəzeti
AzerTAc

 

 

Pakistan Azərbaycanın əczaçılıq bazarında maraqlıdır
Xəzər xəbər
YAP Pirallahı rayon təşkilatının Qadınlar Şurasının II Konfransı keçirilib
Palitra
Pirallahıda Beynəlxalq Ahıllar Günü qeyd edilib
AzerTAc

 

 

Pirallahıda Milli Musiqi Gününə həsr olunmuş tədbir keçirilib
AzerTAc
Xeberonline.com
 
Pirallahıda müəllimlərin ənənəvi sentyabr konfransı keçirilib
"Səs" informasiya agentliyi
AzerTAc
 
Pirallahı rayonunda “Sülh aylığı” çərçivəsində tədbir keçirilib
AzerTAc
https://azertag.az/xeber/1093200

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva Pirallahıda

 

Məqsəd Pirallahını paytaxtımızın ən qabaqcıl rayonlarından birinə çevirməkdir

http://azertag.az/xeber/1053370

http://voicepress.az/olke/18014-pirallahi-rayonunun-bash-plani-hazirlanib.html

https://www.gununsesi.info/yeni-yaradilan-rayonun-bas-plani-hazirlanib/

http://palitranews.az/news.php?id=68262

Pirallahıda Baba Vəziroğlu ilə görüş keçirilib

http://azertag.az/xeber/Pirallahida_sair_Baba_Veziroglu_ile_gorus-1050800

http://baymedia.az/news.php?id=68083#.WO9OLGnyjIV

http://palitranews.az/news.php?id=67856

http://kanaleftv.com/gundem/4405-pirallahida-baba-veziroglu-ile-gorush-kechirilib.html

 

 

Pirallahi rayonunda soyqirimi qurbanlarinin xatiresi yad edilib

Martın 31-də Pirallahı rayonunda 31mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar anım mərasimi keçirilib.

  iki sahil,  palitra

Narkomaniya ilə mübarizəyə həsr olunmuş maarifləndirici tədbir keçirilib
     Pirallahı rayonundakı 186 nömrəli tam orta məktəbdə narkomaniya ilə mübarizəyə həsr olunmuş tədbir keçirilib.
     Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a daxil olan məlumata görə, tədbirdə yerli icra hakimiyyəti və polis şöbəsinin əməkdaşları, təhsil, səhiyyə müəssisələrinin nümayəndələri və məktəblilər iştirak ediblər.
     Rayon polis şöbəsinin rəis müavini Elman Kazımov öz çıxışında son illər narkotik vasitələrə qarşı mübarizənin xeyli gücləndiyini, dövlət orqanlarının bu sahədəki fəallığının xeyli artığını və sosial bəlaya qarşı aparılan kompleks mübarizə tədbirləri sırasında Pirallahı rayonunda müxtəlif tədbir həyata keçirildiyini söyləyib.
      Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Elturan Həşimov narkomaniya ilə mübarizədə maarifləndirmə, təbliğat və profilaktika işlərinin daha düşünülmüş və səmərəli şəkildə aparılmasının vacibliyini qeyd edib.
     10 nömrəli Birləşmiş Şəhər Xəstəxanası baş həkiminin müavini Kəmalə Mustafayeva narkotik vasitələrin insan orqanizminə vurduğu zərərli təsir, onun törətdiyi ağır fəsadlar, narkomanların erkən aşkar olunması və müalicə profilaktikası istiqamətində görülən işlər barədə məlumat verib.
      Tədbirdə çıxış edənlər sosial bəlaya qarşı mübarizədə ayrı-ayrı təşkilatların və cəmiyyətin hər bir üzvünün üzərinə düşən məsuliyyət hissindən danışıblar və mövzu barədə məktəbliləri maraqlandıran suallara cavab veriblər.
 
Pirallahı rayonunda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli yolları müzakirə olunub
    Pirallahı rayonunda Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə martın 9-da keçirilən müşavirədə verilmiş tapşırıqların icrası və qarşıya qoyulan vəzifələrlə bağlı məsələlər müzakirə olunub.
    Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bununla bağlı keçirilən müşavirədə rayonun müəssisə və təşkilatlarının, yerli strukturlarının, xidmət sahələrinin, təhsil və səhiyyə ocaqlarının rəhbərləri, işğal olunmuş rayonlardan olan məcburi köçkün ailələrinin nümayəndələri iştirak ediblər.
   Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev qaçqın və məcburi köçkünlərin qarşılaşdıqları problemlərin həllini hər zaman diqqət mərkəzində saxlayır. Bu istiqamətdə düşünülmüş dövlət siyasəti həyata keçirilir, bu qəbildən olan soydaşlarımızın yaşayış səviyyəsinin yüksəldilməsi məqsədilə müvafiq dövlət proqramları qəbul olunub və icra edilib.
    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın sədrliyi ilə keçirilən ilk müşavirənin qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə həsr olunması sübut edir ki, xalqımızı hər an narahat edən bu məsələ dövlət siyasətinin əsasını təşkil edir.
    Bildirilib ki, 1992-1993-cü illərdə Pirallahıya pənah gətirən məcburi köçkünlərin əsas əmək ixtisasları kənd təsərrüfatı ilə bağlı olsa da, hazırda onların bir çoxu neftçi, inşaatçı, nəqliyyatçı və digər ixtisaslara yiyələnib, fərdi sahibkarlıqla məşğul olanlar üçün əlverişli şərait yaradılıb. Onlar, əsasən "Abşeronneft", "Neft Daşları" və "28 May" NQÇİ-lərdə, 5 saylı Nəqliyyat Departamentində, MKTB-də, Sukanal idarəsində və digər sahələrdə çalışırlar. Pirallahı qəsəbəsində məcburi köçkünlər üçün hündür mərtəbəli binaların tikintisi üçün Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə hərəsi 3 hektar olmaqla, cəmi 6 hektar torpaq sahəsi ayrılıb. Məcburi köçkünlərin işlə təminat və mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzində saxlanılır.
   Məcburi köçkünlər adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
 
 
Pirallahı rayonunda keçirilən anım tədbirində Xocalı soyqırımının müsibətlərindən bəhs edilib
    Pirallahı Rayon İcra Hakimiyyətində 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni faşistləri tərəfindən törədilmiş Xocalı soyqırımının 25-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.
    Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbir “Xocalıya ədalət!” adı altında təşkil olunub.
    Əvvəl iştirakçılar Xocalı soyqırımına həsr edilən fotostend, kitab sərgisi və məktəblilərin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar.
Sonra Xocalı qurbanlarının və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
    Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Vasif İmanov bildirib ki, XX əsrin sonunda ermənilər tərəfindən Xocalıda törədilən soyqırımı bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biridir. Planlı şəkildə həyata keçirilən bu soyqırımının məhz Xocalıda törədilməsi təsadüfi deyil. İşğalçı ermənilər Azərbaycanın bu qədim yaşayış məskəninin yer üzündən silinməsini qarşıya məqsəd kimi qoyublar. Çünki Xocalı Azərbaycanın qədim dövrlərinə aid olan ərazilərdən biri kimi tarixi və mədəniyyət abidələri ilə zəngindir. Eyni zamanda, Xocalı şəhəri Azərbaycanın Dağlıq Qarabağ bölgəsində strateji əhəmiyyətli ərazi kimi də erməniləri narahat edib.
    V.İmanov deyib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət verib.
     Çıxış edən Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov diqqətə çatdırıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş sovet ittifaqının 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal edib, yüzlərlə insan qətlə yetirilib. Soyqırımına cavabdeh olan mayor Seyran Ohanyan general rütbəsinə qədər yüksəlib və xeyli müddət Ermənistanın müdafiə naziri olub. B.Səfərov deyib ki, ermənilər tərəfindən xalqımızın başına gətirilmiş müsibətlər unudulmamalıdır. O vurğulayıb ki, məcburi köçkünlərə, hər bir döyüşçüyə, şəhid ailələrinə dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Azərbaycan rəhbərliyi Xocalı faciəsinin beynəlxalq aləmdə tanıdılması istiqamətində xeyli işlər görüb. Bu məsələdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının rolu böyükdür.
     Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov bu faciənin dünyada bənzərinin olmadığını vurğulayıb. Qeyd edib ki, faciə zamanı 613 nəfər öldürülüb, 487 nəfər, o cümlədən 76 uşaq ağır yaralanıb, 1275 nəfər girov götürülüb, 197 nəfərin taleyi hələ də məlum deyil. Səkkiz ailə tamamilə məhv edilib. Bu rəqəmlər insanı dəhşətə gətirir. Həmin insanlar yalnız etnik mənsubiyyətlərinə - azərbaycanlı olduqlarına görə amansızcasına öldürülübl, işgəncələrə məruz qalıb və şikəst ediliblər.
     Milli Məclisin deputatı Hikmət Babaoğlu, YAP Siyasi Şurasının üzvü, əməkdar jurnalist, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, milli qəhrəman Bəxtiyar Allahverdiyev və digərləri bu qətliamla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində görülən işlərdən danışıblar.
     Sonda Gənc Tamaşaçılar Teatrının hazırladığı, erməni vəhşiliyini, vandalizmini əks etdirən “Arzu və Murad” tamaşası nümayiş olunub.
 
Pirallahı rayonunda hesabat yığıncağı keçirilmişdir
   Dövlət başçısının irəli sürdüyü yeni iqtisadi kursun, inkişaf istiqamətlərinin, müəyyən etdiyi hədəflərin icra mexanizmləri və formatı 22 fevral tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında geniş müzakirə obyektinə çevrilib. SİA-nın verdiyi məlumata görə, Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunun da yola saldığımız il ərzində həm sosial-iqtisadi, həm də ictimai-siyasi sahədə yeni uğurlu nəticələrə imza atdığını diqqətə çatdırdı.
   Son dörd ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahı rayonunun artıq tərəqqi və inkişaf yolu ilə inamla irəlilədiyini söyləyən, respublikamızın digər regionları kimi, günü-gündən abadlaşdığını və inkişaf etdiyini vurğulayan, rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2016-cı il ərzində görülən işlər haqqında İcra Hakimiyyəti Başçısının hesabatını əks etdirən video-çarxa baxmağa dəvət etdi.
    Video-çarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı, Prezident İlham Əliyev cənablarının imzaladığı   Fərmana əsasən salınacaq “Yüksək Texnologiyalar Parkı”nda lahiyələndirmə işləri aparıldığı qeyd olundu. Bildirildi ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən avtomobil yolu körpüsünün tikinti-quraşdırma işləri tamamlanmış, körpünün orta aşırımlarında, 120 m-lik hissədə gəmilərin hərəkəti məqsədilə mövcud dambanın sökülməsi işləri tamamlanmış, Pirallahı qəsəbəsində ümumi uzunluğu 8,5 km olan mərkəzi yolda əsaslı yenidənqurma, məhəllədaxili yollarda isə əsaslı təmir işləri aparılmışdır. Yol kənarının yaşıllaşdırılması üçün 30000 m³-dən çox torpaq tökülmüş, Səməd Vurğun küçəsində yeni avtomobil dayanacağının inşasına və Yanacaqdoldurma kompleksinin tikintisinə başlanmışdır.
Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər başa çatmaq üzrədir. Eyni zamanda Pirallahı qəsəbəsinin Baş və müfəssəl planı hazırlanır. Gürgən qəsəbəsində isə “Yeni Şəhər”in salınması məqsədilə müvafiq layihələndirmə işləri aparılır. Pirallahı RİH-in binasının, Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın inşası, Gənclər Əyləncə Mərkəzinin tikintisinə hazırlıq işləri davam edir. 28-ci məhəllədə tikinti-quraşdırma işləri tamamlanmış postamentin üzərində Azərbaycan Respublikasının memarlıq abidələrini özündə əks etdirən ölkəmizin xəritəsi yerləşdirilmişdir.
    2016-cı ildə Pirallahı Rayon Sukanal İdarəsi tərəfindən əhalinin 80%-i 24 saatlıq su ilə təmin olunmuş, 83,8% isə su sayğacları ilə təmin edilmişdir. Pirallahı rayonuna gələn magistral su xəttinin 13000 metri tamamilə yenilənmiş və bununla da içməli suyun keyfiyyəti yüksəlmişdir. Məcburi köçkünlərin kompakt yaşadığı S.Vurğun küçəsində yerləşən Köhnə xəstəxanaya 200 m kanalizasiya xətti çəkilmişdir. Ümumilikdə 30 yaşayış binasının fasadında və dam örtüklərində təmir-tikinti işləri aparılmışdır. Bundan əlavə K.Rzayev, S.Bağırov küçələrində, 28-ci və 29-cu məhəllələrdə 11 binanın zirzəmisindən qrunt suları təmizlənmişdir. 210 ədəd kanalizasiya quyusu təmir və ya bərpa edilmiş, 28 ədəd quyu isə yenidən tikilmişdir.
    Pilot layihə olaraq rayon ərazisində 6 istilik enerji mənbəyinin idarə olunması elektronlaşdırılmış, bütün qazanxanalarda abadlıq işləri aparılmışdır. Qaz xətlərinin yeraltı polietilen borularla əvəz olunması, elektrik xətlərinin yer altına keçirilməsi işləri davam edir. Dənizkənarı ərazilər mütəmadi olaraq tullantılardan təmizlənir. Həmçinin, il ərzində tullantı meydançalarının, onların ətrafının və zibil konteynerlərinin təmiz saxlanılması, sanitar qaydalara uyğun təmizliyi ciddi nəzarətdə saxlanılır.
    Mərkəzi yolun genişləndirilməsi ilə əlaqədar ümumi uzunluğu 6300 p/m olan yeni dekorativ hasarın tikintisi başa çatdırılmış, başlanğıcında üstündə Azərbaycan Respublikasının dövlət bayrağı ucalan və saat quraşdırılmış, hündürlüyü 9,8 m olan qüllə inşa edilmişdir. Yolun qarşı tərəfində ucaldılmış qüllənin üzərində dekorativ elementlər və Bakı şəhərinin simvolu həkk edilmişdir. S.Vurğun küçəsində dekorativ hasara tarixi abidələrin və müasir tikililərin barelyefləri və rəsmləri işlənilmişdir.
    Pirallahıda yerləşən 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin fasadı və dam örtüyü təmir olunmuş, qəsəbədə mövcud qeyri-yaşayış obyektlərinin fasadlarında təmir işləri aparılaraq, rayonun ümumi memarlıq görünüşünə uyğunlaşdırılmış, “Cırtdan” körpələr evi-uşaq bağçasında təmir işlərinə başlanılmışdır. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi - uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi - uşaq bağçasında işlər tamamlanmaq üzrədir.
     «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində işlər 28-ci məhəllədə davam edir. Pirallahı qəsəbəsində “Yaşıl bazar”ın tikintisi, S.Vurğun, K.Rzayev, İ.Fioletov küçələrində, mərkəzi yol kənarında qeyri-yaşayış obyektlərinin inşası davam etdirilir. 77 saylı poçt şöbəsinin yaxınlığında yerləşən ictimai-iaşə obyektində isə yenidənqurma işləri aparılır. 40-cı məhəllədə salınan, ümumi sahəsi 1 hektara qədər olan “Yaşıl park”ın ərazisində metal konstruksiyadan kafe və ticarət mərkəzinin inşası aparılır.
    Rayon ərazisindən yerləşən və böyük əhəmiyyət daşıyan “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisi istiqamətində görülən işlər yekunlaşmaq üzrədir. Nəqliyyat-kommunikasiya qovşağına daxil olan Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir.
    Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli sərəncamı ilə yaradılan Pirallahı Sənaye Parkı da məhz innovativ sənayenin inkişaf etdirilməsi sahəsində həyata keçirilən tədbirlərin davamı olmaqla, ölkədə əczaçılıq sənayesinin inkişafı, bu sahədə idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi və məşğulluğun artırılması məqsədi daşıyır. Əsasən əczaçılıq sahəsində ixtisaslaşacaq Pirallahı Sənaye Parkı ölkəmizdə yaradılan sayca 5-ci sənaye parkıdır. 30 hektar ərazidə yaradılacaq sənaye parkında sahibkarlar üçün zəruri infrastruktur (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılacaq və digər xidmətlər göstəriləcək. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək əczaçılıq şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Belə ki, Pirallahı Sənaye Parkına Rusiyanın “R-Farm” şirkəti ilə birgə təsis edilmiş “Həyat Farm” MMC tərəfindən ümumilikdə 74 milyon ABŞ dolları, İran İslam Respublikasının “TPICO” şirkəti ilə birgə təsis ediləcək müəssisə tərəfindən isə ilkin mərhələdə 20,6 milyon ABŞ dolları həcmində investisiya qoyuluşu nəzərdə tutulur. Pirallahı Sənaye Parkında “Həyat Farm” MMC tərəfindən 300 adda, digər birgə müəssisə tərəfindən isə birinci mərhələdə 85 adda əczaçılıq məhsulunun istehsalı planlaşdırılır. Bu müəssisələrin açılması, eyni zamanda, rayonda yeni iş yerlərinin yaradılması prosesinə də böyük təkan verəcəkdir. Azərbaycanda istehsal ediləcək əczaçılıq məhsullarının yerli bazarla yanaşı, bir sıra xarici ölkələrə satışının təşkili də planlaşdırılır. Məlumat üçün bildirək ki, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar aparılır.
     Cari ildə rayonda Balıqyetişdirmə kompleksinin tikintisi də planlaşdırılır. Bu isə açılacaq yeni iş yerləri, ölkə əhalisinin təminatı ilə yanaşı xaricə keyfiyyətli balıq məhsulları ixrac edəcək müəssisənin yaradılması deməkdir.
    Hesabat dövründə rayonda yaşıllıq sahələrinin genişləndirilməsi və ekoloji vəziyyətin yaxşılaşdırılması istiqamətində görülən işlər intensiv surətdə davam etdirilmişdir. Belə ki, rayonda il ərzində 50000-dən çox müxtəlif növ ağac, 6000 ədəd gül və kol bitkiləri əkilmiş, onlara aqrotexniki qulluq göstərilmişdir. Həmçinin, mərkəzi yol kənarına qazon örtüyünün salınması üçün torpaq tökülərək müxtəlif landşaft elementləri, təpələr düzəldilmişdir. O cümlədən, təpələr üzərində qaya daşları və gül kolları ilə müxtəlif kompozisiyalar qurulmuş, bundan əlavə yol kənarı boyu dekorativ çəpərlər çəkilmişdir.
    Ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, o cümlədən, insanların sağlamlığının təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı və ardıcıl xarakter daşıyır. Ekologiyaya ciddi zərbə vuran süni göllərin qurudularaq yerində yeni yaşayış massivlərinin, abad məhəllələrin salınması üçün müvafiq tədbirlər görülür.
    Hesabat dövründə İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən iki yüzdən çox tədbir həyata keçirilmiş, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil etmişdir.
    V.İmanov sonda qeyd etmişdir ki, Pirallahının inkişafı və tərəqqisi ölkə rəhbərliyinin daim diqqətdə saxladığı məsələlərdəndir. 2016-cı il iyulun 16-da cənab Prezident Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon manat vəsaitin ayrılması barədə Sərəncam imzalamışdır. Pirallahı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı da rayonun perspektiv inkişafına təkan verən strateji qərardır.
    Hesabat ətrafında çıxış edən “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov, RİH Başçısının Pirallahı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Həsən Niftəliyev, sahibkar Akif Alışanov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışdılar. Zalda quraşdırılmış səyyar mikrofon önünə yaxınlaşan sakinlərin rayon rəhbərliyinə sualları və müraciətləri ətraflı cavablandırıldı. Milli məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Orxan Bayramov cənab Prezidentin rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı bəhs etmiş, dövlət başçısının həyata keçirdiyi yeni iqtisadi islahatlar, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına göstərdiyi diqqət və qayğının ölkə ictimaiyyəti tərəfindən böyük razılıq və rəğbətlə qarşılandığını bildirmiş, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirmişlər.
    Daha sonra ötən il ərzində rayonun sosial-iqtisadi və mədəni inkişafına öz töhfələrini vermiş, ictimai həyatında fərqlənmiş, keçirilən tədbirlərdə fəal iştirak etmiş, həmçinin rayonumuzu Respublika və Beynəlxalq idman yarışlarında layiqincə təmsil etmiş bir qrup sakinin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən mükafatlandırılması mərasimi keçirildi. Hesabat yığıncağı iştirakçıları tərəfindən Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
    Pirallahıda 2016-cı il ərzində görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, rayon zəhmətkeşləri 2017-ci ili də yüksək göstəricilərlə başa vuracaqlar. Ölkə başçısı cənab İlham Əliyev 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etmişdir. möhtərəm Prezident özünün proqram xarakterli çıxışları ilə qarşımızda yeni vəzifələr qoymuşdur. Pirallahı rayonunda həyata keçirilən genişmiqyaslı işlər, reallaşan müxtəlif məzmunlu proqramlar bizə inamla onu deməyə əsas verir ki, 2017-ci il, “İslam Həmrəyliyi ili” kimi, rayonumuzda yeni nailiyyətlərlə yadda qalacaq və müvəffəqiyyətlə başa çatacaqdır. Bu məqsədlə Pirallahı sakinləri ölkə başçısının göstərişlərini fəaliyyət proqramı kimi qəbul edərək rayonda həyata keçirilən abadlıq-quruculuq işlərinin uğurla icra edilməsi istiqamətində bu gün var qüvvə ilə çalışırlar. Pirallahılılar əmin edirlər ki, möhtərəm Prezidentin qarşıya qoyduğu məqsədlərə nail olacaqlar və rayonumuz Bakı şəhəri üzrə birincilər sırasına çıxacaqdır.
 
Pirallahıda 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib
    Pirallahı rayonunda 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş qanlı faciənin iyirmi yeddinci ildönümü ilə əlaqədar şəhid ailələri və 20 Yanvar faciəsi zamanı xəsarət alanların iştirakı ilə geniş anım tədbiri keçirilib.
    1news.az-ın məlumatına görə, Pirallahı məktəblilərinin əl işlərindən və qanlı faciəni əks etdirən rəsm əsərlərindən ibarət sərgiyə baxışla başlanan tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, Pirallahı rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın üzvləri, rayonun idarə və müəssisə rəhbərləri, pedaqoji kollektivlərin üzvləri, məktəblilər iştirak ediblər.
    Tədbir iştirakçılarını salamlayan Pirallahı rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov qeyd edib ki, 1990-cı ilin 20 yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar.
     Bildirilib ki, xalqın ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqla birgə olduğunu bildirib, 20 Yanvar faciəsinə siyasi qiymət verib, başda Qorbaçov olmaqla Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı edilən tarixi cinayət adlandırıb və bu vəhşiliyə etiraz əlaməti olaraq Kommunist Partiyası sıralarından çıxdığını bəyan edib.
    1990-cı ilin iyulunda Moskvadan vətənə qayıdan Heydər Əliyevin təşəbbüsü ilə həmin il noyabr ayının 21-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən sənəd qəbul edilib. Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar faciəsini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılıb, Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə hadisələrə siyasi-hüquqi qiymət verilib, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilib.
    H.Şikarov vurğulayıb ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunublar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər verib. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq nümunəsi olacaq.
    “Milli Qəhrəmanları Tanıtma” İctimai Birliyinin üzvü İntiqam Atakişiyev həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğullarının Azərbaycanın tarixinə parlaq səhifələr yazdıqlarını, xalqın milli azadlığına, müstəqilliyinə yol açdıqlarını bildirib. Şəhid ailələrinə göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə, eyni zamanda Pirallahı rayon İcra Hakimiyyətinə minnətdarlığını ifadə edən İ.Atakişiyev azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını vurğulayıb.
     Daha sonra anım tədbiri Pirallahı məktəbləri şagirdlərinin ifasında ədəbi-bədii hissə ilə davam etdirilib. Tədbirin sonunda 20 Yanvar faciəsi zamanı xəsarət alan, Pirallahı sakini olan əlillərə maddi yardım göstərilib.
 
Təmirli ev 28 min manata - “Yaşıl ada”dan reportaj+Fotolar
    Şəhərin səs-küyü, gündəlik iş stressindən yorulan insanlar hərdən ruhunu dinləndirmək üçün daha sakit məkanlara üz tuturlar. Ölkəmizin vətəndaşları belə vaxtlarda əsasən regionlara getməyi seçsə də, xaricdə üz tutulacaq əsas ünvan bəllidir: Adalar.
    Çox uzağa getməyək, elə Türkiyə və yunan adalarına son bir neçə ildə böyük turist axını baş verib. Bunun nəticəsidir ki, Yunanıstan ötən ilin yanvar-avqust aylarına görə yalnız turizmdən 8,43 milyard avro qazanıb ki, bunun da böyük bir hissəsi adaların payına düşür. Bəs biz dənizə çıxışı olan bir ölkə kimi ada biznesindən gəlir əldə etmək üçün nə etmişik?
    Xəzərdə təqribən 200-ə yaxın ada var ki, onlardan 50-ə yaxını Azərbaycana məxsusdur. Bu adaların böyük bir qismində yaşayış olmasa da, Pirallahı, Çilov kimi adalarının illərdir daimi sakinləri var.
    Odur ki, ada həyatı ilə yaxından tanış olmaq üçün “Qafqazinfo”nun əməkdaşları bu dəfə yolunu Xəzər dənizinin ən böyük adalarından biri olan Pirallahıdan salıb.
    1941–ci ilə qədər adanı sahillə birləşdirən heç bir yol olmayıb və gediş-gəliş üçün gəmilərdən istifadə olunub. Ancaq adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımı iqlim şəraiti imkan verib ki, yeni yaşayış məntəqələri tikilsin və bu səbəbdən də ilk dəfə olaraq ada ilə sahili birləşdirən “Damba” körpüsü çəkilib. Sözügedən körpü bu yaxınlarda yenidən təmir olunaraq istifadəyə verilib. Bu dəfə körpünün altından suyun hərəkəti təmin olunub və bu yolla ekoloji tarazlıq qorunub saxlanılır. Yaxın zamanlarda körpünün altından gəmi və karterlərin hərəkətinə də şərait yaradılacaq.
    Tarixi mənbələrdə hətta Pirallahı adası ilə Çilov adasını birləşdirən araba yolunun da olduğu göstərilir. Ancaq suyun səviyyəsi qalxdığı üçün yol dənizin altında qalıb. Yaxınlıqdakı bir şəhərin də qabarmalar zamanı suyun altında qaldığı iddia olunur.
     Torpağında bol meyvə və tərəvəz yetişdiyi üçün əvvəllər ada müqəddəs yer sayılıb. Düşünülüb ki, adanın torpağı da, barı da Tanrıya məxsusdur.  Elə bu səbəbdən də VII – VIII yüzilliklərdən sonra ada “Pirallahı” adlanmağa başlanıb.
       Pirallahı adasına getmək üçün “Ulduz” metrostansiyasının yaxınlığından taksilər, “Koroğlu”dan isə 150 nömrəli marşrut xətti fəaliyyət göstərir. İki məntəqə arasındakı məsafə isə təxminən 1 saatdır. Gediş haqqı avtobusla 80 qəpik, taksilərlə isə adi vaxtlarda 2 manat, günün pik saatlarında 3 manat təşkil edir.
     Rayon neft rayonu olsa da, neft buruqları yaşayış sahələrindən kənarda yerləşdirilib. Bunun üçün xüsusi zona ayrılıb ki, oraya giriş qadağandır. Gələcək planlarda hətta qəsəbənin girişindəki neft çənlərinin də buraya köçürülməsi nəzərdə tutulub.
Ayrılıq bir dəniz imiş, sən uzaq yaşıl ada...
       Buranın gələcəkdə yaşıl ada olması üçün yaşıllığa xüsusi diqqət yetirilir.
    Adada gəzdiyimiz zaman məlum oldu ki, adanın həm yol kənarlarında, həm də həyətyanı sahələrində son 3 ildə 60-70 mindən çox ağac əkilib.
Adada turizmi inkişaf etdirmək üçün infrastrukturda müəyyən yeniliklər də ediləcək. Belə ki, daha çox küknar və zeytun ağacları ilə zəngin olan mərkəzi parkın dəniz kənarı ilə 5-6 hektar uzadılaraq yeni bulvar salınması nəzərdə tutulur. Bundan başqa, həm yol kənarlarında, həm də sahil boyu ilə velosiped yolları salınacaq. Ərazisi elə də böyük olmayan adada əsas nəqliyyat vasitəsi kimi velosipeddən istifadə havanın ekoloji təmizliyinin qorunmasına da kömək edəcək.
     Adadakı binaların çoxu beşmərtəbəlidir. Burada yalnız bir doqquzmərtəbəli bina var ki, o da əlillərin binasıdır. Binaların fasadlanması, təmizlik və simmetriya baxımından Pirallahı qəsəbəsini kiçik Naxçıvan adlandırmaq olar. Çünki bu səliqəni sonuncu dəfə Naxçıvanda görmüşdük. Hətta binaların həyətindəki, yol kənarlarındakı irili-xırdalı qarajlar, dükan və butkalar sökülərək yerində İcra Hakimiyyəti tərəfindən səliqəli obyektlər tikilib. Hər zaman görməyə öyrəşdiyimizdən fərqli olaraq, burada binaların sadəcə görünən hissəsi yox, iç üzləri də təmir olunub.
      Rayonda 6 məktəb var ki, onlardan 4-ü qəsəbədə yerləşir. Hətta yaxınlıqdakı hərbi şəhərcikdən buraya xüsusi marşrut var. Hərbçilərin uşaqları dərs vaxtına uyğun olaraq məktəbə gətirilib aparılır.
     Adada məskunlaşan sakinlərin etnik tərkibi də xeyli zəngindir. Burada təxminən 14-15 xalqın nümayəndələri yaşayır. Sakinlərin sözlərinə görə, vaxtilə qəsəbə salınan zaman çox insan buraya ya müvəqqəti müddətə, ya da torpaq ucuz olduğu üçün gəlib. Ancaq sonradan, xüsusilə də,     Pirallahı rayon statusu aldıqdan sonra müəyyən dəyişikliklər edilib və yaşayış səviyyəsi yüksəldilib.
    Qəsəbədə mənzil qiymətləri ilə də maraqlandıq. Belə ki, adanın mərkəzində ikiotaqlı, təmirli mənzilə sahib olmaq istəyirsinizsə, 28-30 min manat xərciniz çıxacaq.
      Əhalinin əsas məşğuliyyəti balıqçılıq olan adada dəniz məhsullarının qiyməti də paytaxta nisbətən ucuzdur. Daha çox tor üsulu ilə balıq tutulub satılsa da, istirahət üçün gəlib tilov atanlar da az deyil.
      Adada gəzdiyimiz zaman maraqlı bir halla da qarşılaşdıq. Hər zaman Bakı sahillərində şikayətləndiyimiz qanunsuz çəpərləmələrə hətta adada belə rast gəlmək olur. Hər tərəfdən su ilə əhatələnmiş ərazinin insanları belə sahil kənarlarını hasarlamağa çalışıblar. Bu qanunsuz çəpərləmələrin bir hissəsi sökülsə də, bir hissəsi hələ də qalıb.
       Adada xeyli sayda çimərlik də var ki, yay aylarında sakinlərin istifadəsinə verilir. Daha az çirkləndiyi üçün burada çimərliklər də daha təmiz və yararlıdır.
      Ada səyahətindən bu nəticəyə gəlirik ki, əgər nəzərdə tutulan infrastruktur dəyişiklikləri, planlar həyata keçirilsə, yaxın gələcəkdə “Yaşıl ada” paytaxt sakinlərinin və turistlərin üz tutacağı əsas istirahət məkanlarından biri olacaq.

     qafqazinfo.az

Pirallahı rayonunda “Bayraq qülləsi” və “Atəşgah abidəsi”nin tikintisi başa çatdırılıb
    Prezident İlham Əliyevin “Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına əsasən Pirallahı qəsəbəsinin daxilində ümumi uzunluğu 8,5 kilometr olan mərkəzi yolda əsaslı təmir işləri davam etdirilir.
    Pirallahı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yolun 12-15 metr enində genişləndirilməsi ilə əlaqədar layihə üzrə tikinti işləri hazırda mərkəzi küçədə aparılır.
    S.Vurğun küçəsində 9 mərtəbəli bina istiqamətində yolun hər iki tərəfində və mərkəzi yolun kənarında 29-cu məhəllədən başlayaraq Pirallahı İdman Zalının qarşısınadək yeni hasarın tikintisi isə artıq tamamlanıb. Hasarın başlanğıcında üstündə Azərbaycan Respublikasının dövlət bayrağı və üzərində saat quraşdırılmış hündürlüyü 9,8 metr olan qüllə inşa edilib. Həmçinin Səməd Vurğun küçəsində, mərkəzi yol kənarında, üzərində dekorativ elementlər olan “Atəşgah abidəsi”nin tikintisi başa çatdırılıb.
     Bundan əlavə, “Atəşgah abidəsi”nin üzərində Bakı şəhəri gerbinin təsviri quraşdırılıb. Bu abidə tarixi Suraxanı Atəşgahının formasında inşa edilib, o cümlədən hər iki qüllənin eni və uzunluğu 2,2 metr, fasadları isə üzlük ağlay daşları ilə üzlənib.
    Qüllələr müasir işıqlandırma sistemləri ilə təchiz edilib. Qüllələrin ətrafından başlayaraq körpüyə qədərki ərazidə yeni salınmış təpələrin yamaclarında 516 metr uzunluğunda estetik görünüşlü taxta hasarlar quraşdırılıb və hazırda bu sahədə işlər davam etdirilir.
      Qeyd olunub ki, Pirallahı rayonunda aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri zamanı Azərbaycanın qədim tarixi-memarlıq üslubundan da istifadə edilir.
 
Ümummilli lider Heydər Əliyev hər kəsin qəlbində özünə əbədi bir abidə ucaldıb
    Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, türk dünyasının böyük oğlu, xalqımızın ümummilli lideri Heydər Əliyevin əbədiyyətə qovuşmasının 13-cü ildönümü ilə əlaqədar Pirallahı rayonunda da silsilə tədbirlər keçirilir. Rayonun idarə, müəssisə və təşkilatlarında, səhiyyə və təhsil ocaqlarında təşkil edilən tədbirlərdə Ulu Öndərin xatirəsi dərin hörmət və ehtiramla anılır.
     Belə tədbirlərdən biri də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, ictimaiyyətin nümayəndələrinin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin, rayonda məskunlaşmış məcburi köçkünlərin iştirakı ilə keçirilib və ehsan süfrəsi açılıb.
     Anım mərasimində Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açılıb. Bu dahi şəxsiyyətin zaman və məkan anlayışına sığmayaraq öz xalqının təkcə sevimlisinə yox, həm də idealına çevrildiyi bildirilib.
      Pirallahı rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov ümummilli lider Heydər Əliyevin hər kəsin qəlbində özünə əbədi bir abidə ucaltdığını vurğulayıb. Qeyd edib ki, bu gün müstəqillik yolunda inamla irəliləyən Azərbaycanın qazandığı böyük uğurlar məhz ulu öndər Heydər Əliyev dühasının bəhrəsidir. Hər birimiz bugünkü firavan həyatımıza, xoş gələcəyimizə görə əbədiyaşar liderimizə borcluyuq. Azərbaycanın 1969-cu ildən başlayan, 30 ildən artıq davam edən bir dövrünə təsadüf edən ən yeni tarixi, həmin illər ərzində müstəqil dövlət kimi ölkəmizin və xalqımızın taleyi, ölkə həyatının bütün sahələrində nail olunan uğurlar böyük siyasətçi Heydər Əliyevin adı, yüz illərə hesablanmış ideyaları ilə bağlıdır. Həmin illər Azərbaycan tarixinin Heydər Əliyev dövrü kimi qiymətləndirilir.
      Tədbirin sonunda rayon ziyalıları bir daha ulu öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində ölkəmizin artıq dünyanın lider dövlətlərindən, regionun iqtisadi və siyasi mərkəzlərindən biri olduğunu qeyd ediblər. Bildiriblər ki, bu siyasi kursun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha da işıqlı gələcəyə doğru inamla irəliləyir.
 
Həlak olmuş neftçilərin xatirəsinə abidə ucaldıldı
     Ötən il dekabrın 4-də “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində baş vermiş qəza zamanı həlak olmuş neftçilərin xatirəsinin əbədiləşdirilməsi məqsədilə Çilov adasında ucaldılmış abidənin açılış mərasimi keçirilib.
     “Qafqazinfo” xəbər verir ki, mərasimdə Pirallahı rayonunun rəhbərliyi, faciə qurbanlarının doğmaları, ictimaiyyət nümayəndələri, Çilov adasının sakinləri iştirak ediblər. Həlak olan neftçilərin ailə üzvləri ilə birlikdə abidənin üzərindəki örtük götürülüb, önünə gül çələngi qoyulub.
     SOCAR-ın prezidenti Rövnəq Abdullayev çıxış edib: “Təcrübəmdən bilirəm ki, neftçilərin əməyinin ikiqat qəhrəmanlıq olması gəlişi gözəl söz deyil, bu, bir həqiqətdir! Çünki dənizdə neftçinin hər günü mərdlik, igidlik, rəşadət nümunəsidir”.
     R.Abdullayev 4 dekabr faciəsinin bütün neftçilərin, xüsusilə dəniz neftçilərinin ümumi kədəri olduğunu söyləyib: “Amma biz nikbinik. Nikbinik ona görə ki, bizim yoldaşlarımız, silahdaşlarımız Vətənin rifahı üçün çalışıb, şərəflə yaşadılar, adlarını Azərbaycanın qəhrəmanlıq tarixinə yazdılar. Neftçilərimizin xatirəsi hamımız üçün əzizdir, doğmadır. Bu gün açdığımız bu abidə də onların ruhu qarşısında bizim vəfa borcumuzdur. Bu abidə bizim and yerimiz, ziyarət yerimiz olacaqdır”.
 
Bakıda Çinin mühəndislik şirkətinin rəhbərliyi ilə görüş keçirilib
    Bakı. 24 noyabr. REPORT.AZ/ Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (AREA) sədri Akim Bədəlov Azərbaycanda səfərdə olan Çinin "China Petroleum Engineering & Construction Corporation" (CPECC) şirkətinin nümayəndə heyəti ilə görüşüb.
     Bu barədə “Report”a AREA-nın mətbuat xidmətindən məlumat verilib.
    Məlumatda deyilir ki, A.Bədəlov 2015-ci il dekabrın 7-də AREA ilə Çinin Energetika üzrə Dövlət İdarəsi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində tədbirlərin və xüsusilə bu sırada Pirallahı Külək Parkı layihəsinin həyata keçirilməsinin hər iki dövlət qurumu üçün vacib olduğunu qeyd edib.
    Eyni zamanda, CPECC şirkətinin nümayəndə heyətinin rəhbəri Xue Danfenq “Azalternativenerji” MMC ilə CPECC şirkəti arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb və Xəzər dənizi akvatoriyasında tikintisi nəzərdə tutulan 200 MVt-lıq Pirallahı Külək Parkı layihəsinin icrası üzrə görülmüş işlər haqqında ətraflı məlumat verib.
   Tərəflərin Azərbaycanda və digər ölkələrdə həyata keçirilməsi nəzərdə tutulan layihələrlə bağlı fikir mübadiləsi apardığı və müvafiq razılıq əldə etdikləri deyilir.
 
Pirallahıda Yeni Azərbaycan Partiyasının yaranmasının 24-cü ildönümü qeyd olunub
     Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 24-cü ildönümü münasibətilə YAP Pirallahı rayon təşkilatı noyabrın 19-da bayram tədbiri keçirib.
     AZƏRTAC xəbər verir ki, tədbirdə YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə, Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin rəhbərləri, partiya fəalları iştirak ediblər.
     Dövlət himni səsləndirildikdən sonra çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov əlamətdar tarixi hadisə - Yeni Azərbaycan Partiyasının yaradılmasının 24-cü ildönümü münasibətilə iştirakçıları təbrik edib. O, YAP-ın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını və bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini vurğulayıb. YAP-ın keçdiyi keşməkeşli yola nəzər salan M.Manafov bildirib ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib. “YAP ümummilli lider Heydər Əliyevin ideyalarını gerçəkliyə çevirən nüfuzlu siyasi təşkilatdır. Altı yüz mindən çox üzvü olan partiya geridə qoyduğumuz 24 il ərzində şərəfli və qüdrətli bir yol keçib”, - deyə M.Manafov vurğulayıb.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirib ki, bu gün Azərbaycanın ən böyük siyasi partiyası olan YAP-ın yaradılmasının 24-cü ildönümü bütün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunur. Vurğulanıb ki, partiya ötən illər ərzində şərəfli tarixi yol keçib.
     Bayram tədbirində çıxış edən YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə və digərləri YAP-ın yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu vurğulayıblar. Bildirilib ki, Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələr dövlət müstəqilliyinin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsidir.
     Sonra Pirallahı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya üzvünə fəxri fərmanlar və hədiyyələr verilib.
      Daha sonra tədbir bayram konserti ilə davam etdirilib.
 
Milli Dirçəliş Günü çağdaş milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli tarixdir
     Milli Dirçəliş Günü çağdaş milli dövlətçiliyimiz üçün çox əhəmiyyətli tarixdir.
     Bu fikir noyabrın 16-da Pirallahı rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş təntənəli yığıncaqda səsləndirilib.
     Pirallahı Rayon İcra Hakimiyyətindən AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov bildirib ki, xalqın milli şüurunun oyanmasına təkan verən 17 noyabrda başlanan hadisələrdən keçən dövrə nəzər salsaq, bu illərin nə qədər ağrılı-acılı, eyni zamanda, şərəfli bir dövr olduğunu görmüş olarıq.
     Azərbaycanın müstəqillik illərində qazandığı uğurlardan danışan H.Şikarov ulu öndər Heydər Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycanın regionun güclü dövlətinə çevrildiyini bildirib. Bu gün Azərbaycan gələcəyə inamla baxır. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş düşünülmüş strategiya Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında sıx birləşib.
     Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib.
 
Qafqazın işıq saçan mayakı Azərbaycan
      Məqsədi dünyada hamını bir-birinə dözümlülük nümayiş etdirərək mehriban qonşular kimi yaşamağa çağırış olan, 1995-ci ildə YUNESKO-nun 50 illiyi münasibətilə təsis edilmiş 16 noyabr Beynəlxalq Tolerantlıq günü ilə əlaqədar Pirallahı rayonunda geniş tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, YAP Siyasi Şurasının və Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə,  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və RİH-nin əməkdaşları, Pirallahının dini və milli icmalarının nümayəndələri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların kollektivlərinin üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
       Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hikmət Şikarov Prezident  İlham Əliyevin 2016-cı ilin 11 yanvar tarixli 1673 nömrəli Sərəncamı ilə 2016-cı ilin Azərbaycan Respublikasında "Multikulturalizm ili” elan olunduğunu qeyd edərək, əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində layiqli həyat sürmələrini, onların azadlıq, dostluq mühitində yaşadığını vurğuladı. Diqqətə çatdırıldı ki, Azərbaycanda hökm sürən etnik və dini tolerantlıq dünyaya nümunədir. Ölkəmizdə istər dini, istərsə də milli və irqi zəmində ayrı-seçkilik yoxdur. Azərbaycan indi bütün dünyada həm də tolerantlıq örnəyi kimi tanınır. Ulu öndər Heydər Əliyevin ölkəmizdə tolerantlığın qorunub saxlanılması istiqamətində həyata keçirdiyi tədbirlər Azərbaycanı müxtəlif milli və mədəni dəyərlərin qovuşma müstəvisinə çevirib. Azərbaycan indi dünyanın nadir ölkələrindəndir ki, burada bütün millətlər, bütün xalqlar, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayır. Ölkəmizdə dini və milli dözümlülük, tolerantlıq yüksək səviyyədədir. Prezident İlham Əliyevin dindarlarla keçirdiyi görüşlər, Ramazan bayramlarında ənənəvi olaraq din xadimləri ilə iftar süfrələrində birgə iştirakı və bu mərasimlərə Azərbaycanda mövcud digər dini icmaların nümayəndələrinin də qatılması ölkədə tolerant düşüncənin artıq tam bərqərar olduğunu göstərir. Prezident dindarlarla görüşlərində islam dininə elmi yanaşmanı, islam elminin və fəlsəfəsinin öyrənilməsini mühüm şərt kimi səciyyələndirir. Dövlətin gücünü əhalinin çoxmillətli olmasında, müxtəlif dinlərin, mədəniyyətlərin və sivilizasiyaların birgə yaşayışında görən Azərbaycan Prezidenti bütün dünyaya göstərir ki, tolerantlıq Azərbaycan xalqının ruhundadır.
      Bildirildi ki, Azərbaycan dövləti artıq dünya xəritəsində tolerantlıq mərkəzinə çevrilib. Heydər Əliyev Fondunun “Tolerantlığın ünvanı: Azərbaycan” layihəsi çərçivəsində həyata keçirdiyi nailiyyətlər hamımızı sevindirir. Biz əminik ki, ölkəmizdə nə dini, nə milli zəmində heç vaxt heç bir qarşıdurma, anlaşılmazlıq olmayıb və olmayacaq. Bu baxımdan tolerantlıq və dözümlülük ənənələri ilə tarixən zəngin olan Azərbaycan bütün dünyada bir çox millətlərin və dini konfessiyaların yanaşı yaşamasını təmin edən ölkə kimi nümunə göstərilir. Azərbaycanda tolerantlıq dövlət siyasətinin tərkib hissəsidir. Bu səbəbdən də Azərbaycan bu istiqamətdə çoxlu beynəlxalq tədbirlərə ev sahibliyi edir. Misal olaraq, 2016-cı ilin aprel ayında BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən Qlobal Forumu, oktyabr ayında Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçrilən “XXI əsr: ümidlər və çağırışlar” devizli Beynəlxalq Humanitar Forumu, Qəbələdə keçirilən Beynəlxalq Musiqi Festifalını və s. göstərmək olar. Keçirilən bu tədbirlərin hər birinin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev şəxsən iştirak etmişdir.
       YAP Siyasi Şurasının və Mətbuat Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Pirallahı qəsəbə məscidində dini ayinlərin icraçısı Elçin Baxşıyev, Azərbaycan Rus İcmasının Pirallahı rayon Təşkilatının sədri Yelena Aşurova öz çıxışlarında bildirdilər ki, ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısının bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətlər bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir.
Dinindən, dilindən və irqi mənsubiyyətindən asılı olmayaraq, bütün Azərbaycan vətəndaşlarının vicdan azadlığı hüququ Konstitusiyamızda və "Dini etiqad azadlığı haqqında" qanunda parlaq ifadəsini tapıb. Qanunda təsbit edilmiş müddəalar, həmçinin tolerantlığın inkişafı üçün möhkəm hüquqi baza yaradılaraq bu sahənin dövlətin nəzarəti və qayğısı altına keçirilməsi ulu öndər Heydər Əliyevin tarix qarşısında ən böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir. Bu günədək Dini Qurumlarla iş üzrə Dövlət Komitəsində 336 islam, 31 qeyri-islam təmayüllü dini icma qeydiyyata alınıb. Bunlardan 20-si xristianlığı, 7-si yəhudiliyi, 3-ü bəhailiyi, 1-i krişnaidliyi təmsil edir. Bu gün respublikamızda 40-a yaxın rus pravoslav, alban-udin kilsələrinin, yəhudi sinaqoqlarının, xristian-malakan və xristian-babtist icmalarının və onlara aid bir çox dini tədris müəssisələrinin maneəsiz fəaliyyəti dünyəvi dövlət olan Azərbaycanda tolerantlıq mühitinin günbəgün möhkəmlənməsinə, dinlərarası dialoqun genişlənməsinə əyani sübutdur.
      Prezident İlham Əliyev vurğulayır ki, "Azərbaycan Qafqazın işıq saçan mayakıdır, tolerant ölkədir və onun nuru dünyanın hər bir tərəfinə yayılır, insanlığa yol göstərir." Cəmiyyətin inkişafı üçün başlıca şərt sabitlik və sülhdür. Bunlar olmadan nəyəsə nail olmaq qeyri-mümkündür. Pirallahı rayonunda dini və milli dəyərlərə dərin ehtiram hissi vardır. Son illərdə bu dəyərlərin qorunması və zənginləşdirilməsi istiqamətində rayonumuzda çoxlu işlər görülmüş, müxtəlif tədbirlər keçirilmişdir. Bu gün Pirallahı rayonunda  mövcud olan ictimai-siyasi sabitlik, milli mənəvi həmrəylik, etnik-dini tolerantlıq Azərbaycanda mütərəqqi tarixi ənənələrdən qaynaqlanan uğurlu siyasətin nəticəsidir.
 
Azərbaycanda ilk əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulub
    Pirallahı Sənaye Parkında ilk əczaçılıq məhsullarının istehsalı zavodunun təməli qoyulub.
    AZƏRTAC xəbər verir ki, noyabrın 2-də Pirallahı Sənaye Parkında Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevin və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulskinin iştirakı ilə “Azərbaycan İnvestisiya Şirkəti” ASC, “Vita-A” MMC və Rusiya Federasiyasının “R-Pharm” şirkətinə daxil olan “AR-Pharm” MMC şirkətləri arasında “Hayat Pharm” əczaçılıq məhsullarının istehsalı zavodunun yaradılması üzrə Səhmdarlar Sazişi imzalanıb.
     Sənədi “Azərbaycan İnvestisiya Şirkəti” ASC-nin icraçı direktoru Rövşən Nəcəf, “Vita-A” MMC-nin direktoru Murad Sadıxov, “R-Pharm” şirkətinin İdarə Heyətinin sədri Aleksey Repik imzalayıblar. Sənədə əsasən, əczaçılıq zavodunun tikintisi məqsədilə yaradılmış “Hayat Pharm” birgə müəssisəsində “Azərbaycan İnvestisiya Şirkəti” ASC 10 faiz, “Vita-A” MMC və “AR-Pharm” MMC isə hər biri 45 faiz iştirak payına malikdir.
      Sonra “Hayat Pharm” əczaçılıq zavodunun təqdimatı keçirilib. Bildirilib ki, investisiya dəyəri 74 milyon ABŞ dolları olan zavodda onkologiya, QİÇS, sinir sistemi, kardio-vaskulyar, diabet, sümük-əzələ və tənəffüs sistemi təyinatlı dərmanlar, antibiotiklər, virus əleyhinə, diareya və qusmaya qarşı preparatlar, həmçinin rentgen-kontrast və maqnit rezonans müayinələr üçün əlavələr istehsal ediləcək. Ümumilikdə zavodda birinci mərhələdə 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq. Zavodun illik istehsal gücü 22,5 milyon qutu və ya 500 milyon ədəd həb və kapsul təşkil edəcək. Gələcəkdə istehsalın genişləndirilməsi nəzərdə tutulur.
     Layihənin reallaşdırılmasında qabaqcıl texnologiya və avadanlıqlardan, Avropanın aparıcı şirkətlərinin mühəndislik işlərindən istifadə olunacaq. Belə ki, əczaçılıq zavodu yüksək dərəcəli izolyasiya, avtomatlaşdırma və öz sinfində ən yaxşı istehsal həllərinə malik yeni nəsil dərman istehsalı GMP istehsal praktikası, həmçinin ÜST Texniki Hesabat siyahısı, ISPE Qabaqcıl Təcrübə Təlimatının tələblərinə və digər beynəlxalq norma və qaydalara uyğun olacaq.
      “Hayat Pharm” əczaçılıq zavodu Azərbaycanda əczaçılıq sənayesinin inkişafında və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynamaqla, yerli istehsal hesabına əhalini keyfiyyətli dərman məhsulları ilə təmin edəcək, bu sahədə idxaldan asılılığı azaldacaq və ixrac potensialını artıracaq. Layihə çərçivəsində 200-dən çox yeni iş yeri yaradılacaq.
Sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev və Rusiya Federasiyasının iqtisadi inkişaf nazirinin müavini Aleksandr Sıbulskinin iştirakı ilə “Hayat Pharm” əczaçılıq zavodunun təməli qoyulub.
        Tədbir çərçivəsində həmçinin, “Hayat Pharm” şirkətinə Pirallahı Sənaye Parkının rezidenti statusu verilib.
        Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidentinin 14 sentyabr 2016-cı il tarixli Sərəncamı ilə yaradılmış Pirallahı Sənaye Parkı əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq. Artıq Pirallahı Sənaye Parkında fəaliyyət göstərəcək Rusiya və İran şirkətləri ilə ilkin razılıqlar əldə edilib. Bununla belə, ölkəmizdə əczaçılıq sənayesinə maraq göstərən bir sıra Avropa ölkələrinin, Türkiyə və Yaponiyanın aparıcı şirkətləri ilə də danışıqlar aparılır.
 
Multikulturalizm ilinə Pirallahı rayonunda uğurla yekun vurulacaqdır
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin 9 ayı ərzində qazanılan uğurlar 19 oktyabr tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2016-cı ilin ilk üç rübündə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər. Hesabat yığıncağını giriş sözü ilə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq oktyabrın 7-də Prezident cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetində 2016-cı ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini nəzərə çatdırdı. Həmin iclasda möhtərəm Prezident İlham Əliyev çox mürəkkəb beynəlxalq mənzərə fonunda Azərbaycanın uğurla inkişaf etdiyini, bu yaxınlarda V Bakı Beynəlxalq Humanitar Forumunun, ondan əvvəl BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirildiyini xüsusilə vurğuladığını, ölkə qarşısında duran vəzifələrin həll olunduğunu vurğulamışdır. Həmçinin dövlətimizin başçısı aprel ayında təmas xəttində Ermənistanın törətdiyi təxribatın qarşısının ordumuz tərəfindən alındığına diqqət çəkərək, aprel döyüşlərini tariximizin şanlı səhifəsi adlandırmış, əks-hücum əməliyyatı nəticəsində 2 min hektardan çox ərazinin işğaldan azad edildiyini diqqətə çatdırmışdır. Daha sonra V.İmanov 2015-ci ilin birinci rübündə rayonda görülən işləri, həyata keçirilən layihələri və qarşıda duran vəzifələri əks etdirən hesabat məruzəsi ilə tədbir iştirakçıları qarşısında çıxış etdi.
 
Ulu öndər Heydər Əliyevin Vətən sevgisi Azərbaycanın müstəqilliyini təhlükədən qurtarıb
     Oktyabrın 17-də Pirallahıdakı 168 nömrəli tam orta məktəbin akt zalında dövlət müstəqilliyimizin bərpasının 25 illiyi münasibətilə yığıncaq keçirilib. AZƏRTAC xəbər verir ki, tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, idarə, müəssisə və təşkilatların nümayəndələri iştirak ediblər.
     Çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov müstəqilliyimizin bərpasından ötən 25 il ərzində Azərbaycanın keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən danışıb.
     Bildirilib ki, Dövlət Müstəqilliyi Haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul olunsa da Azərbaycan özünün əsl müstəqilliyini ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra əldə edib. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtarıb. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi, siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırıb.
     Diqqətə çatdırılıb ki, bu gün müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Azərbaycan bu gün həm siyasi, həm də iqtisadi baxımdan dünyanın qüdrətli dövlətlərindən birinə çevrilib. İqtisadi artım tempinə görə ölkəmiz nəinki regionda, həm də dünyada lider mövqeyə yüksəlib. Regionda heç bir irimiqyaslı layihə Azərbaycanın iştirakı və razılığı olmadan həyata keçirilmir. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən yüksək dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin nəticəsidir.
      V.Səfixanov çıxışında vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin yürütdüyü çoxşaxəli, balanslı və düşünülmüş siyasət Azərbaycanın dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, ölkəmizin beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir.
       Müstəqillik Günü münasibətilə Pirallahı rayonu ərazisində yaşayan 50-ə yaxın aztəminatlı ailəyə Rayon İcra Hakimiyyəti tərəfindən ərzaq yardımı paylanılıb.
 
Масштабный проект на абшеронском острове
      В Пираллахинском районе Баку проводятся работы по реконструкции дорожной инфраструктуры.
      Об этом Day.Az сообщил заведующий сектором информационного обеспечения и анализа Роял Сарымамедов.
      По его словам, в рамках строительных работ проводится реконструкция ведущих в районный центр дорог и центральной улицы Самеда Вургуна.
      "Согласно проекту, протяженность ул. С.Вургуна составляет 8 км, ширина - 6-7 метров. После реконструкции же ширина дороги будет доведена до 10-18 метров, ширина тротуаров составит 1,5 метра", - отметил Р. Сарымамедов.
     Наш собеседник сообщил, что в настоящее время осуществляется перенос коммуникационных линий, строятся новые тротуары, ведется установка современной системы освещения.
     "В общей сложности, будет заасфальтировано 85 тыс. квадратных метров территории, уложен трехслойный асфальт и 16 тыс. погонных метров новых бордюров. Все работы проводятся на высоком уровне. Строительные работы предусмотрено завершить до конца текущего года", - сказал Р.Сарымамедов.
      Кроме того, наш собеседник сообщил, что в поселке Пираллахи проводятся работы по озеленению: "С нашей стороны осуществляются работы по посадке деревьев, декоративных кустарников. Также обновляются коммуникационные линии, в частности, водопроводные, канализационные, газовые трубы. В ближайшей перспективе наш район будет обеспечен бесперебойной подачей питьевой воды".
 

 

Pirallahıda reallaşan genişmiqyaslı layihələr, həyata keçirilən Dövlət proqramları insanlarda gələcəyə böyük inam, ruh yüksəkliyi yaradır
      Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi, bütün dağıdıcı proseslərə, vətəndaş müharibəsinə son qoydu, siyasi, iqtisadi islahatlara start verdi və ölkə həqiqi inkişaf yoluna qədəm qoydu. Ömrünü Azərbaycan xalqının və dövlətinin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə və idarəetmə bacarığına malik olan ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti hər birimiz üçün nümunədir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında o dahi şəxsiyyətin siyasətinin uğurla davam etdirildiyinin fərqindədir. Cənab Prezident ən çətin anlarda xalqın yanında olmuş, ölkəmizi dünyada cərəyan edən iqtisadi və siyasi böhranlardan qoruyaraq xalqımız üçün xilaskara çevrilmişdir. Bu işlərin dəyəri çox böyükdür.
    Nazirlər Kabinetinin 2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyev giriş nitqində demişdir: “...2016-cı ildə dünyanın müxtəlif bölgələrində hərbi toqquşmalar, müharibələr davam edir, yeni münaqişə ocaqları yaranır, dünyada təhlükələr artır. Eyni zamanda, ilin əvvəlindən və ondan əvvəlki dövrdən başlayaraq dünyada iqtisadi böhran daha da dərinləşir və demək olar ki, bütün ölkələr bu və ya digər formada bu böhrandan əziyyət çəkir. Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir. Ölkə qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. 2016-cı ildə də, - baxmayaraq ki, neftin qiyməti hələ də çox aşağı səviyyədədir, - Azərbaycan inamla inkişaf edir. Bunun təməlində düşünülmüş siyasət, apardığımız islahatlar və ölkəmizin gələcəyi ilə bağlı olan proqramlarımız dayanır. Azərbaycan uğurla inkişaf edir. Əminəm ki, biz bu ili də müvəffəqiyyətlə başa vuracağıq”.
     Sevindirici haldır ki, Azərbaycanın paytaxtı qədim Bakı şəhərinin, onun inzibati ərazi vahidinə daxil olan qəsəbələrin sosial-iqtisadi inkişaf problemləri də dövlət rəhbərinin mütəmadi olaraq diqqət mərkəzində saxladığı məsələlərdəndir.Son illər belə bir diqqətin nəzərəçarpacaq nümunələrindən biri kimi paytaxtın sayca 12-ci — Pirallahı rayonunun yaradılmasını göstərmək olar.
Müsahibimiz Bakı şəhəri Pirallahı Rayonu İcra Hakimiyyətinin başçısı Vasif İmanovdur.
—Vasif müəllim, gəlin ilk olaraq söhbətimizə Pirallahı rayonunun yaradılmasından başlayaq...
—İlk öncə vurğulamaq istərdim ki, ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün böyük uzaqgörənliklə müəyyən etdiyi inkişaf strategiyası bu gün həyatımızın bütün sahələrində özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yenilənir, müasirləşir və modernləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş hərb sahəsinədək həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilmişdir. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, sürətli inkişaf strategiyasının reallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atmış ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir. Bu diqqətin ən bariz nümunələrindən biri Bakının yeni, 12-ci rayonunun yaradılması oldu.
Xatırladım ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 519-IVQ nömrəli Qanununu 2012-ci il 21 dekabr tarixində imzalamışdır. 17 yanvar 2013-cü il tarixində Azərbaycan Respublikası Prezidenti “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Sərəncam imzalamışdır. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2013-cü il tarixli Sərəncamı ilə Bakı şəhəri Pirallahı Rayonu İcra Hakimiyyətinin başçısı təyin edilmişdir. Rayonun inzibati ərazi vahidinə 4 qəsəbə - Pirallahı, Çilov, Neft Daşları və Gürgən qəsəbələri daxildir. Ölkə rəhbərinin müvafiq qərarı ilə Pirallahı rayonunun ümumi ərazisi əvvəlki 3 496 ha-dan hazırda 7 112 ha-ya qədər artmışdır. Qeyd edim ki, bu rayonda yaşayan və çalışan insanların böyük əksəriyyəti neftçilərdir və burada insanların sosial həyat şəraitini yaxşılaşdırmaq, onların layiqli həyat səviyyəsini təmin etmək məqsədilə yeni Pirallahı rayonunun yaradılmasının təşəbbüskarı, hətta rayona müxtəlif təkliflərin olmasına baxmayaraq məhz Pirallahı adının verilməsi təklifi Prezident cənab İlham Əliyevə məxsusdur.
—Rayon yeni yaransa da Pirallahının tarixi, əlbəttə ki, çox qədimdir...
—Xəzər dənizinin qərb sahillərində yerləşən, Abşeron arxipelağının ən böyük adası hesab olunan Pirallahı Abşeron yarımadasından şərqdə yerləşir. Ümumi ərazi 17,56 (1755,49 ha) kv.km, uzunluğu 12 km, eni 0,2 km-dən 4 km-ə qədərdir. Rayon əhalisinin ümumi sayı 20 min nəfəri ötmüşdür. Pirallahının tarixinə gəlincə, bu barədə bir neçə versiya var. Məlumatlara görə, hələ Antik dövr coğrafiyaşünaslarından romalı Pomponi Mela (I əsr) və yunanıstanlı Klavdi Ptolomey (II əsr) yazırdılar ki, Albaniyanın gündoğanında, Xəzər dənizində içməli şirin suyu olan Talxe adası var, bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da Tanrıya məxsusdur. Deməli buranın ilk adlarından biri Talxe olub. Ərəb xilafəti dövründə tərtib edilən xəritələrdə ərazi Pirallahı adası kimi qeyd olunur. “Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamında işlədilir. Pirallahı — Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII-VIII yüzilliklərdən sonra “Pir” sözünə “Allah” da əlavə edilmiş və ada “Pirallahı” adlanmağa başlamışdır. Pirallahı adına isə ilk dəfə XIV əsr mənbələrində rast gəlinib. Belə ehtimal olunur ki, sonradan bu qədim ziyarət yeri İslam aləmi tərəfindən də müqəddəs bir məkan kimi qəbul edilib. Pirallahı sözünün rus dilinə edilmiş tərcüməsinə 1723-cü ildə I Pyotrun Xəzərin cənubuna təşkil olunan səfərində iştirak etmiş “Avtronal” yelkənli gəmisinin növbə jurnalında aparılmış qeydlərdə də rast gəlinir. Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar sırasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışdılar.
        1859-cu ildə, Pirallahı adası ilə üzbəüz dağda, indiki Gürgən qəsəbəsinin ərazisində Abşeron mayakı — yerli mayaklardan ən irisi tikilmişdir. O, 25 metrlik, lövbərlər şəklində pəncərələr və tağlı giriş ilə orijinal konstruksiyalı daş qüllədən ibarətdir. Tikilinin zirvəsinə 102 pilləli dolanbac pilləkən aparır. Mayak 1860-cı ilin 23 oktyabrında istifadəyə verilmişdir. İşığı 38 km məsafədən görünən Gürgən mayakı gəmilərin materik və Pirallahı adası arasındakı Abşeron boğazına təhlükəsiz daxil olmasını təmin edir. Vaxtilə kerosin lampası istifadə edilən mayakda, hazırda işıqlandırmanı 500 vt-lıq elektrik lampası və xüsusi linzalar təmin edir. Mayak Gürgənin tarixidir, onun gələcəyi isə, əlbəttə ki, burada salınacaq 120 minlik şəhərlə bağlıdır...
      Pirallahı adası yeraltı sərvətlərlə də zəngindir. Bu barədə ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, burada zəngin neft ehtiyatı var. Tanınmış geoloq M.V.Abramoviç 1926-cı ildə “Azərbaycan Neft Təsərrüfatı” jurnalında yazırdı ki, geoloqlar Kraft, Arxipov və Sulikidze hələ 1870-ci ildə Pirallahıda işləyərkən burada ilk neft quyusunun istismar edildiyinin şahidi olublar. Həmin vaxt neft istismar quyusundan 132 metr dərinlikdən hasil edilirmiş. 1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına başlayırlar. 1902-ci ilin dekabr ayında 44 nömrəli quyunun sınağı zamanı neft alınır və həmin vaxtdan Pirallahıda qara qızılın sənaye üsulu ilə hasilatına start verilir. 1935-ci ildə dünya təcrübəsində ilk dəfə olaraq neft hasilatı Pirallahıda dənizə addımlayır. Adadan şimala doğru böyük bir sahədə qazma işləri aparılmağa başlanır. Burada ağac dayaqlar üzərində qurulmuş buruqdan qazılmış ilk quyunun yaşı indi 81-i haqlayır. Neftçilərin sadəcə olaraq “birinci quyu” adlandırdıqları həmin 157 nömrəli quyu bu gün də neft verir. Pirallahı adasında neft hasilatı ilə məşğul olan “Abşeronneft” NQÇİ-nin (o vaxt — “Artyomneft” tresti) əsası 1936-cı ildə qoyulub. Tarixi araşdırarkən daha bir maraqlı fakta rast gəlmək olur. Hələ 1936-cı ildə Bakı şəhəri tərkibində Artyom rayonu da yaradılıb və 1963-cü ilə qədər fəaliyyət göstərib.
     1939-cu ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirmək məqsədilə Moskva şəhərində Yanacaq Sənayesi Xalq Komissarlığı tərəfindən “Damba” adlanan körpü-bəndin tikilməsi üçün layihə təsdiq edilir. Adanı sahillə birləşdirən bəndin tikintisi 1941-ci ildə başlanır və 1943-cü ildə başa çatır. O vaxta qədər ada ilə sahil arasında nəqliyyat vasitəsi kimi qayıq, gəmi və katerlərdən istifadə olunub. “Damba”nın tikilməsi ilə Pirallahı həm də süni yarımada statusu alır. Nəzərinizə çatdırım ki, hazırda inşa edilən müasir körpünün tikintisi başa çatan kimi 1943-cü ildən insanlara xidmət edən damba-bənd söküləcək, burada gəmilərin sərbəst keçidi, su idmanı növlərinin inkişaf etdirilməsi üçün şərait yaradılacaqdır. Onu da qeyd edim ki, 1925-ci ildən Artyom adlandırılan adanın adı ikinci dəfə 1992-ci ildə özünə qaytarılır və Milli Məclisin qərarı ilə yenidən rəsmi olaraq Pirallahı adlandırılır.
     Ulu öndər Heydər Əliyev hələ Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin I katibi işlədiyi dövrdə -1979-cu ilin fevral ayında Bakının Əzizbəyov rayonuna səfəri zamanı — indiki Pirallahı qəsəbəsinə də gəlmiş və buradakı bir sıra sənaye müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olmuşdur.
      Xəzər dənizinin Qara daşlar rayonunda 1949-cu il noyabrın 7-də usta M.Kavoreçkinin başçılıq etdiyi qazmaçılar briqadasının qazdığı 1 saylı quyunun fontan vurması ilə dəniz nefti erası məhz Pirallahı rayonunda başlandı. Bu gün unikallığına, insan cəsarətinin və mətinliyinin misilsizliyinə görə “Möcüzələr adası”, “Dünyanın səkkizinci möcüzəsi” adlandırılan Neft Daşları Pirallahı rayonunda yerləşir. Öz tarixinə “7 gəmi adası” ilə başlamış Neft Daşları indi svaylar üzərində qurulmuş müasir bir qəsəbədir.
Neft Daşlarını həm də dünya kinosunun tarixinə düşmüş bir yer hesab etmək olar. Belə ki, 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan “Dünya kifayət deyil”in (ing. The World İs Not Enough) kadrları Neft Daşlarında lentə alınıb.
Hazırda “Günəşli” neft-qaz yatağını istismar edən və SOCAR-ın hasil etdiyi qara qızılın 75%-dən çoxunu verən “28 May” NQÇİ-nin idarə ofisi Pirallahı rayonunun Çilov adasında yerləşir.
      Ölkə Prezidentinin qayğısı və dəstəyi ilə yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesinə start verildi. Gərgin işimizin nəticəsi olaraq aidiyyatı qurumlarla birgə rayonun Pirallahı qəsəbəsinin Baş Planı - Müfəssəl Planlaşdırma Layihəsi hazırlanmışdır. Bu layihədə İnzibati Mərkəzin yaradılması, Səməd Vurğun küçəsində ümumilikdə 31.5 ha ərazidə İnzibati mərkəz və Heydər Əliyev adına Mərkəzi Park Kompleksinin yaradılması, müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsi və digər mühüm məsələlər nəzərdə tutulub. Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının, Heydər Əliyev Mərkəzinin tikinti-quraşdırma işləri başa çatdırılmış, Yeni Azərbaycan Partiyası Pirallahı rayon Təşkilatının inzibati binasının təməli qoyulmuş, Heydər Əliyev adına Mərkəzi Park Kompleksinin layihə-smeta sənədləri hazırlanmışdır.
      Baş plana uyğun olaraq ayrı-ayrı idarələrin inzibati binalarının yerləşdirilməsi ilə əlaqədar “Bakıelektrikşəbəkə” ASC-yə, “Azərsu” ASC-yə, Dövlət Sosial Müdafiə Fondunun yerli şöbəsinə, Gigiyena və epidemiologiya mərkəzinin yaradılması məqsədilə Səhiyyə Nazirliyinə, həmçinin yaşayış binalarının tikintisi üçün yer ayrılması məqsədilə Sərəncam verilmişdir. Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində “Pirallahı helikopter meydançası”nın yerinin köçürülməsi məqsədilə 6 ha torpaq sahəsi ayrılmışdır. Yeni helikopter meydançasının layihələndirilməsi istiqamətində layihə sənədləri hazırlanmaqdadır. Pirallahı rayonu ərazisində müvəqqəti məskunlaşmış 900 nəfərdən ibarət 250 məcburi köçkün ailəsinin məskunlaşması üçün Cəfər Cabbarlı küçəsində 6 ha torpaq sahəsi ayrılmışdır. Yeri gəlmişkən qeyd edim ki, məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məsələləri daim diqqət mərkəzindədir. Payız-qış mövsümünə hazırlıqla əlaqədar məcburi köçkünlərin kompakt şəkildə məskunlaşdığı köhnə xəstəxana binasının dam örtüyü əsaslı təmir edilmiş, damın köhnə tol örtüyü tamamilə götürülərək əvəzinə şifer vurulmuşdur.
     16 sentyabr 2013-cü il tarixində Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı Fərman nəinki Pirallahı rayonunun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət başçısı “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədilə Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində yaradılmış Yüksək Texnologiyalar Parkı Məhdud Məsuliyyətli Cəmiyyətə Pirallahı rayonu S.Vurğun küçəsində 50 ha torpaq sahəsinin ayrılmasına göstəriş vermişdir. “YT Park”da xeyli iş yerləri yaradılması ilə yanaşı həmçinin müvafiq institut və müxtəlif sahələri əhatə edən peşə-ixtisas məktəblərinin fəaliyyəti nəzərdə tutulur. Hazırda “Yüksək Texnologiyalar Parkı”nın biznes planını daha mükəmməl hazırlamaq üçün dünyanın tanınmış məsləhətçi şirkətləri ilə görüşlər keçirilir. Eyni zamanda, dizayn-layihələndirilməsi, sahənin master-planı üzrə işləri görəcək şirkəti seçmək məqsədilə ilkin müsabiqə elan edilmişdir. Bakı Ekspo Mərkəzində təşkil edilmiş “BakuTel 2013” sərgisində nümayiş etdirilən Yüksək Texnologiyalar Parkının maketi böyük marağa səbəb olmuşdur.
       Ötən müddət ərzində Yüksək Texnologiyalar Parkının ərazisi hasara alınmış, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər görülmüş, 35 min KV-luq yerüstü ötürücü xətlərin yeraltı kabel xətləri ilə əvəzlənməsi işləri yerinə yetirilmiş, ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun tikintisi başa çatdırılmış, ərazi abadlaşdırılmışdır. Yaxın vaxtlarda digər obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də təməlqoyma mərasimi planlaşdırılır. Hazırda YTP ərazisindən keçən yol gələcəkdə dəniz kənarına keçiriləcək və hazırkı magistral xətt tamamilə Yüksək Texnologiyalar Parkına məxsus olacaqdır.
        Rayonun ilk böyük müəssisəsi — yeni qurulan və müasir avadanlıqlarla təchiz edilən, istehsal prosesi tam avtomatlaşdırılmış beton zavodudur. Ərazisi 1 hektardan artıq olan müəssisədə Türkiyənin “Krismak” şirkətinin istehsalı olan beton mikseri və iki çən quraşdırılmışdır. Zavodun istehsal gücü saatda 90 kub beton təşkil edir. Zavodda onlarla işçi çalışır ki, bu da Pirallahı qəsəbəsində işsizlik probleminin həllinə qismən də olsa öz müsbət təsirini göstərir. 10-a yaxın markada beton istehsal edən müəssisədə istehsalın keyfiyyətinə tam nəzarət etmək üçün müasir laboratoriya da yaradılmışdır. Burada küçələrin abadlaşdırılmasında istifadə olunan səki və döşəmə daşları istehsal edəcək sexlərin tikintisi də planlaşdırılır. Beton zavodu üçün onlarla avtonəqliyyat və xüsusi texnika vasitələri alınmışdır. Rayonun yaşıllaşdırılması məqsədilə yaxınlıqda ağac tinglərinin yetişdirilməsini təmin edən müəssisə də yaradılmışdır. 2013-cü il noyabr ayının 1-dən Pirallahı rayon Yaşıllaşdırma sahəsi fəaliyyətə başlamış, yeni salınan avtomobil yolu da daxil olmaqla ümumilikdə 120 km uzunluğunda yolların təmirini və saxlanılmasını təmin etmək məqsədilə 78 saylı Yol İstismarı MMC yaradılmışdır.
—Ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin qorunması istiqamətində həyata keçirilən tədbirlər barədə nə deyə bilərsiniz?
—Ölkəmizin hər bir vətəndaşının ekologiya məsələlərinin həllinə daim diqqət göstərməli olduğunu qeyd edən dövlət başçısı cənab İlham Əliyev vurğulayır ki, “Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək”. Bu baxımdan Pirallahı rayonunda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılmaqdadır. Pirallahı qəsəbəsində mərkəzi yol boyu ərazilər, yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. İndiyədək Pirallahı adasında sahəsi 6 hektardan çox olan 4 ədəd çirkab gölləri qurudulmuşdur. Bu işlər geniş bir torpaq sahəsinin yenidən Pirallahı sakinlərinin istifadəsinə qaytarılması məqsədilə görülmüşdür. Ümumilikdə göllərin qurudulması məqsədilə əraziyə 250000 m3 həcmində torpaq tökülərək buldozerlə hamarlanmış, torpaq səviyyəsi 1 m hündürlüyündə qaldırılmışdır. İş prosesinə ağır tonnajlı avtomaşınlar — 34 tonluq yük maşınları cəlb edilmişdi. Hazırda ərazi Abad məhəllənin salınması üçün hazır vəziyyətə gətirilmişdir. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
    Pirallahı qəsəbəsinin şimal hissəsi neft sənayesinə aid zona olduğundan istehsalat prosesində neftlə çirklənmiş 9 ha ərazi ARDNŞ tərəfindən xüsusi qurğular vasitəsilə təmizlənmiş, əraziyə 45000 m3 həcmində torpaq daşınmışdır. Əraziyə peyin və silos qalıqları verilmiş, torpaq dincə buraxılmışdır. Hasilat quyularının bilavasitə ətrafı abadlaşdırılmış, qazon örtüyü salınmış, müxtəlif növdə ağac və gül kolları əkilmişdir.
Yeri gəlmişkən, Pirallahı rayonu ərazisində təsisçisi və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyeva olan İDEA ictimai birliyinin təşəbbüsü, eləcə də idarə, müəssisə və təşkilatların iştirakı ilə mütəmadi olaraq təşkil edilən “Ümumrespublika yaşıllaşdırma” marafonları və digər ağacəkmə aksiyaları, iməciliklər zamanı müxtəlif növlərdə 300000 ağac əkilmiş, 50000 m2 əraziyə qazon örtüyü salınmışdır.
—Vasif müəllim, bir qədər də kommunal xidmətlər və infrastruktur haqqında məlumat verməyiniz oxucularımız üçün maraqlı olardı...
—İlk növbədə onu vurğulayım ki, rayon sakinlərinin elektrik enerjisi, qaz və su təchizatında demək olar ki heç bir problem yoxdur.
“2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası ilə bağlı rayon ərazisində uzun müddət istismar edilən transformator məntəqələri təmir edilmiş, yerüstü hava xətləri yeraltı kabel xətləri ilə əvəz edilmişdir. Əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə Pirallahı və Gürgən qəsəbələrində, eləcə də Dübəndi sahəsində transformatorların, kabellərin təmiri və yeraltı elektrik xətlərinin çəkilişi prosesi davam edir. Bundan əlavə Pirallahı qəsəbəsində bir yeni transformator məntəqəsi quraşdırılmış, 4 ədəd paylayıcı qurğu və 3 transformator məntəqəsi yeni avadanlıqlarla təchiz edilmiş, 1,5 km məsafədə 6 kilovoltluq hava elektrik ötürücü xəttinin kabel xətləri ilə əvəz olunması başa çatmış, 2 km məsafədə 35 kilovoltluq hava elektrik ötürücü xəttinin kabel xətləri ilə əvəz olunması davam etmiş, 110/35/6 kilovoltluq yarımstansiyanın yenidən qurulması işləri nəzərdə tutulmuşdur. Dübəndi sahəsində uzunluğu 600 metr olan 2 dövrəli kabel xətti çəkilmişdir. Gürgən qəsəbəsi İ.Məcidov küçəsində 23 ədəd gecə işıqlandırılması dirəyi təmir edilmişdir. Pirallahı qəsəbəsinin 40-cı məhəllə ünvanında 35 kVT gücü olan yeni elektrik yarımstansiyası inşa edilmişdir. Qəsəbənin üç ən böyük küçəsini elektrik enerjisi ilə təmin edən hava ötürücü elektrik xətləri kabel xətləri ilə əvəz edilmişdir. Həmçinin mərkəzi yol boyu S.Vurğun küçəsi, 40-cı məhəllədən başlayaraq Gənclər parkına qədər elektrik xətlərinin yer altına keçirilməsi işlərinə başlanılmışdır. S.Vurğun küçəsində “Bakıelektrikşəbəkə” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının tikintisi başa çatdırılmış və ətraf ərazinin abadlaşdırılması işləri görülmüşdür. Ümumilikdə rayonun elektrik şəbəkəsinin yenidən qurulmasına kəskin ehtiyac duyulur.
Pirallahı rayonunda əhali və qeyri-əhali qrupunun mavi yanacaqla fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə qaz təsərrüfatının yenilənməsi işləri davam etdirilir. Pirallahı Qaz xidməti sahəsi tərəfindən iki istiqamətdə istismar müddətini başa vurmuş və korroziya nəticəsində yararsız hala düşmüş yeraltı qaz xətləri yerüstü xətlərlə əvəz edilmiş, 5 ədəd qaz tənzimləyici şkaf qurulmuşdur. Rayonun qaz təchizatının yaxşılaşdırılması istiqamətində işlər davam etdirilərək Gürgən qəsəbəsində qaz xəttində təmir işləri aparılmışdır. Yararsız vəziyyətdə olan 340 m uzunluğunda və 75 mm diametrli metal borudan ibarət mövcud qaz xətti kəsilərək sökülmüş, yerinə yeni, diametri 75 mm olan polietilen borulardan qaz xətti qaynaq üsulu ilə birləşdirilərək çəkilmişdir. Pirallahı qəsəbəsi ərazisində müxtəlif yerlərdə ümumi uzunluğu 2500 metr olan yerüstü qaz xətləri yer altına salınmışdır. K.Rzayev, S.Vurğun, M.Əzizbəyov küçələrində yerüstü köhnə qaz xətlərinin 160, 110, 76 mm və 50 mm diametrli polietilen borularla əvəzlənməsi işləri əvvəlcədən tərtib edilmiş plan əsasında aparılmışdır. Binaların fasad hissələrində və mərkəzi yol kənarında xaotik vəziyyətdə olan qaz, rabitə, elektrik, su-kanalizasiya, istilik xətləri səliqəyə salınmışdır. Qaz xətlərinin yeraltı polietilen borularla əvəz olunması işləri bu gün də davam edir.
—Bəs əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində hansı uğurlara imza ata bilmisiniz?
—Rayonda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması ilə yanaşı, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqələr daha da inkişaf etdirilmiş, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planı”nın reallaşması istiqamətində müvafiq tədbirlər görülmüş, ümumtəhsil məktəblərində şagirdlərin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədilə görülən işlər gücləndirmiş, “Məişət zorakılığının qarşısının alınması haqqında Azərbaycan Respublikasının qanunu”na, “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun maarifləndirici tədbirlər keçirmiş, şəhid, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilmiş, əhalinin sağlamlığının qorunması məqsədilə sakinlərin tibbi müayinədən keçirilməsi ciddi nəzarətdə saxlanılmış, idmanın kütləviliyinin artırılması üçün müvafiq tədbirlər görülmüşdür.
2014-cü ilin yanvar ayında 10 saylı Birləşmiş Şəhər Xəstəxanası Dövlət Proqramına uyğun olaraq əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş, zəruri cihaz və avadanlıqlar quraşdırıldıqdan sonra yanvarın 16-da xəstəxananın açılış mərasimi keçirilmişdir. Qeyd edim ki, 2011-ci ildən başlanan əsaslı təmir işləri Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilmişdir. Əsaslı təmir olunmuş xəstəxananın ümumi sahəsi 2 hektardır. Rayonun ən böyük tibb müəssisəsi olan 10 saylı BŞX-nın əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunmuşdur. Binanın fasad hissəsi gülbəxt daşı ilə üzlənilmiş, qazanxana sistemi yenilənmiş, pəncərələr dəyişdirilərək yeniləri ilə əvəz olunmuşdur. Xəstəxananın yeməkxana və çamaşırxanası da yenidən qurulub. Binanın həyətinə yeni asfalt örtüyü döşənib və yaşıllıq salınıb. Ərazidə Patalogiya və Təcili Tibbi Yardım stansiyası üçün yeni binalar inşa olunmuşdur.
      Dövlət Proqramı əsasında Pirallahı rayonundakı 5 məktəbdən 4-ü əsaslı təmir olunaraq lazımi avadanlıqlarla təmin edilmişdir. 2011-ci ildə 186      N-li tam orta məktəb, 2012-ci ildə isə 243 N-li tam orta məktəb əsaslı təmir olunmuşdur. Dövlət Proqramına uyğun olaraq 2014-cü ildə Pirallahı qəsəbəsinin M.Əzizbəyov küçəsində yerləşən və 1963-cü ildən fəaliyyət göstərən 168 N-li tam orta məktəbin əsaslı təmir işləri başa çatdırılaraq istifadəyə verilmişdir. Bu təhsil ocağında əlavə olaraq 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi 2015-ci ildə yekunlaşmış və sentyabrın 15-də şağirdlərin istifadəsinə verilmişdir. Məktəb üçün 2 ədəd 100 kubmetr tutumu olan yeraltı su anbarı tikilmiş, ərazidə abadlıq işləri aparılmış, qazon örtüyü salınmış, onlarla müxtəlif dekorativ ağac və gül kolları əkilmişdir.
     Rayon mərkəzinin Süleyman Bağırov küçəsində və 28-ci məhəllə ünvanında Heydər Əliyev Fondunun dəstəyi ilə 140 və 100 yerlik körpələr-evi uşaq bağçasının tikinti işləri həyata keçirilir. 140 yerlik körpələr-evi uşaq bağçasının tikinti-quraşdırma işləri artıq başa çatmışdır. Hazırda son tamamlama işləri həyata keçirilir. Yaxın müddət ərzində uşaq bağçasının açılışı planlaşdırılır. 140 yerlik körpələr evi-uşaq bağçasının ərazisində qəzalı vəziyyətdə olan 2 ədəd ikimərtəbəli, 8 mənzilli yaşayış binasında yaşayan sakinlər köçürülərək binalar sökülməlidir. Rayon ərazisində fəaliyyət göstərən körpələr evi - uşaq bağçalarının texniki vəziyyətinə baxış zamanı 3 ədəd bağçanın tamamilə qəzalı olduğundan sökülərək yerində yenisinin tikintisinə, 2-nin isə əsaslı təmir edilməsinə zərurət yarandığı müəyyən olunmuşdur. Artıq “Bulaq” və “Çobanyastığı” körpələr evi - uşaq bağçalarının təmirinə başlanılıb.
     Pirallahı qəsəbəsinin V.Mustafazadə adına Mədəniyyət mərkəzi cari təmir olunmuş, “Gənclər parkın”da mövcud olan çatışmazlıqlar aradan qaldırılmış, park tam abad vəziyyətə gətirilmişdir. 28-ci məhəllədə yerləşən “Uşaq parkı” əsaslı təmir edilmiş, ümumi ərazisi 0.75 ha olan parkda müasir mini-futbol meydançası, 2 ədəd kölgəlik, uşaqlar üçün yelləncəklər və attraksionlar qurulmuşdur. Üç il yarım ərzində rayon ərazisində yeni açılmış iş yerləri üzrə ümumilikdə 700 nəfərədək sakin işlə təmin edilmişdir. Rayonun idarə və təşkilatları, xüsusilə təhsil və mədəniyyət müəssisələri ilə birgə hər il 400-dək müxtəlif mövzulu bayram, anım, yubiley və digər tədbirlər həyata keçirilir. Bu tədbirlərdən ikisi üzərində xüsusi dayanmaq istərdim.
    Öz uğurları ilə ölkəmizə şərəf gətirmiş, hər bir azərbaycanlının qürur mənbəyinə çevrilmiş “Bakı-2015” Birinci Avropa Oyunları ilə əlaqədar Pirallahı RİH başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası tam təmin edilmiş, İlk Avropa Oyunlarına həsr olunan xüsusi plakatlar hazırlanaraq rayonun bütün qəsəbələrində asılmış, Pirallahı qəsəbəsinin girişində böyük panno quraşdırılmışdı. Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən Birinci Avropa Oyunlarının məşəli iyun ayının 6-da Pirallahı rayonuna - əfsanəvi “Neft Daşları” qəsəbəsinə gətirilmişdi. Aparılan təbliğat işlərinin nəticəsi olaraq rayon ictimaiyyətinin nümayəndələri I Avropa Oyunlarının bütün növlər üzrə yarışlarında mütəmadi olaraq tamaşaçı qismində iştirak etdilər.
     Məlum olduğu kimi Azərbaycan Prezidenti cənab İlham Əliyev müvafiq sərəncamı ilə 2016-cı ili ölkəmizdə “Multikulturalizm ili” elan etmişdir. Əsrlər boyu müxtəlif millətlərin və dinlərin nümayəndələrinin Azərbaycanda sülh şəraitində layiqli həyat sürməsi, onların azadlıq, dostluq mühitində yaşaması, ölkəmizdə istər dini, istərsə də milli və irqi ayrı-seçkiliyin heç vaxt müşahidə edilməməsi, Azərbaycanda hökm sürən etnik və dini tolerantlığın dünyaya nümunə olması danılmaz bir faktdır. Ölkədəki multikultural və dini durum, dini icmaların fəaliyyəti, dövlətin dinə qayğısı və tolerantlıq siyasətinin formalaşmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətləri var. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması ölkə başçısı cənab İlham Əliyevin bu istiqamətdə apardığı dövlət siyasətinin nəticəsidir. Belə ki, dinindən, dilindən və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımıza bərabər münasibətlər bəslənilir. Azərbaycanda dini və milli mənsubiyyətindən asılı olmayaraq hər bir vətəndaşımız bərabərhüquqlu və öz inancına görə azaddır. Azərbaycan öz multikultural və tolerant yaşam tərzi ilə dünyaya nümunə olmaqdadır. Multikulturalizm Azərbaycanda həyat tərzi və dövlət siyasətidir. Multikulturalizmin və tolerantlığın nə dünyada, nə də ölkəmizdə alternativi yoxdur. Bu siyasətdən imtina etmək antisemitizmə, ksenofobiyaya, islamafobiyaya qucaq açmaq deməkdir. Bütün bunları nəzərə alaraq, “Multikulturalizm ili”ni yüksək səviyyədə keçirmək və gənc nəslin düzgün istiqamətdə tərbiyə alması, yetişdirilməsi məqsədilə biz Pirallahı Rayon İcra Hakimiyyətində, təhsil müəssisələrin, digər idarə və təşkilatlarda “Tolerantlıq - dini müxtəliflikdə birgəyaşayışdır”, “Multikulturalizmin Azərbaycan modeli”, “Gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır” və digər mövzularda silsilə tədbirlər təşkil edirik. Və bu işi 2016-cı ilin başa çatması ilə yekunlaşdırmaq fikrində deyilik, növbəti illərdə də davam etdirmək əzmindəyik.
—Maraqlı və məzmunlu müsahibə üçün minnətdarlığımı bildirirəm.
 

 

İran şirkətləri Pirallahı Sənaye Parkının imkanlarından yararlana biləcək
      İran şirkətləri Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış və əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcək.
      İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu fikir iqtisadiyyat naziri, Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının həmsədri Şahin Mustafayevin ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar İran İslam Respublikasının səfiri Möhsün Pakayin ilə görüşündə səsləndirilib.
      Nazir Şahin Mustafayev Azərbaycan və İran arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, əməkdaşlığın genişlənməsində dövlət başçılarının qarşılıqlı səfərlərinin və görüşlərinin mühüm əhəmiyyətini qeyd edib. Azərbaycan-İran iqtisadi əlaqələri və həyata keçirilən birgə layihələr barədə danışan Şahin Mustafayev Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin önəmli həlqələrindən olan Astara çayı üzərində dəmir yolu körpüsünün və Azərbaycanda 8,3 kilometrlik dəmir yolu xəttinin tikintisinin 2016-cı ilin sonunadək yekunlaşacağını vurğulayıb. Bildirilib ki, bu ilin yanvar-iyul aylarında ölkələrimiz arasında ticarət dövriyyəsi 70 faiz artıb. Bu yaxınlarda iş adamlarının iştirakı ilə Bakıda keçiriləcək növbəti Azərbaycan-İran biznes forumu iqtisadi əməkdaşlığın, xüsusilə iş adamları arasında əlaqələrin inkişafında əhəmiyyətli olacaq. Görüşdə İran şirkətlərinin Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə yaradılmış və əsasən əczaçılıq sahəsi üzrə ixtisaslaşacaq Pirallahı Sənaye Parkının imkanlarından da yararlana biləcəyi diqqətə çatdırılıb.
      Son dövrlərdə Azərbaycan-İran əlaqələrinin daha da genişləndiyini vurğulayan İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin səfir olduğu dövrdə 20-si 2016-cı ilin ötən dövründə olmaqla iqtisadi sahədə 50 sənədin imzalandığını qeyd edib. İran-Azərbaycan iqtisadi əlaqələrinə və əməkdaşlıq perspektivlərinə dair fikirlərini bildirən Möhsün Pakayin sentyabrın 19-21-də "Baku Expo" Mərkəzində İran məhsullarının II ixtisaslaşmış sərgisinin keçiriləcəyini vurğulayıb və iqtisadiyyat nazirini sərgiyə dəvət edib.
      Görüşün sonunda nazir Şahin Mustafayev Azərbaycan-İran əlaqələrinin inkişafında səfir Möhsün Pakayinin səmərəli fəaliyyətini vurğulayaraq gələcək fəaliyyətində uğurlar arzulayıb.
 
Təhsil davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir

“Təhsil millətin gələcəyidir” - deyən xalqımızın ümummilli lideri Heydər Əliyev bu müdrik kəlamı ilə müstəqillik yolunda ilk kövrək və eyni zamanda, inamlı addımlarını atan bir dövlətin uğurlu inkişaf yolunu göstərmiş, fəaliyyət istiqamətlərini müəyyən etmişdir. Heydər Əliyev yolunun layiqli davamçısı, Respublika Prezidenti İlham Əliyev də öz uzaqgörən siyasəti, xüsusi qayğısı ilə Azərbaycan təhsilini forma və məzmunca yeni inkişaf səviyyəsinə yüksəltməyə nail olmuşdur. Ölkəmizdə neft kapitalını intellektual mülkiyyətə yönəltməyi başlıca məqsəd hesab edən cənab İlham Əliyevin milli təhsilin inkişafına istiqamətlənən strategiyası fəal vətəndaş mövqeyi və ziyalı məsuliyyəti ilə icra olunur.

Müstəqil Azərbaycanda təhsil islahatlarına 1999-cu ildən başlanmışdır. Həmin vaxtdan ötən dövr ərzində ölkədə təhsil sistemi yeniləşmiş, təhsilin keyfiyyəti yüksəlmiş, məktəblərimizə informasiya texnologiyaları gətirilmiş, yeni məktəblərin tikilməsi, köhnələrin əsaslı təmir olunması, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi və digər sahələrdə ciddi uğurlar qazanılmışdır. Dövlət başçısı cənab İlham Əliyevin dediyi kimi: "Təhsil Azərbaycanın davamlı inkişaf strategiyasının ən önəmli istiqamətlərindən biridir. Azərbaycanın gələcək inkişafı məhz təhsillə bağlıdır". YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Azərbaycanın birinci xanımı, millət vəkili Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu ölkə təhsilinin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, gənc nəslin hərtərəfli tərbiyəsi, gənclərin sağlam həyat tərzinin formalaşdırılması istiqamətində yorulmadan fəaliyyət göstərir. Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr dövlət səviyyəsində icra olunan fəaliyyət proqramına güclü dəstək verir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” və “Təhsilə dəstək” layihələri çərçivəsində ölkə üzrə yüzlərlə orta məktəb binası tikilib və bu proses uğurla davam etdirilir.

Bu baxımdan Pirallahı rayonunda görülən işlər xüsusilə təqdirəlayiqdir. İlk növbədə qeyd edilməlidir ki, “Bakı və ətraf qəsəbələrin inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı rayonundakı 6 məktəbin hamısı son illlər təmir olunaraq müasir avadanlıq və kompüter sistemləri ilə təchiz olunmuşdur. 2015-2016-cı tədris ilində rayon məktəblərində təhsil alan 2485 şagirdin təlim-tərbiyəsi ilə məktəblərdə çalışan 244 müəllim məşğul olmuşdur.

2015 - 2016-cı tədris ilini Pirallahı rayon məktəbləri üçün uğurlu hesab etmək olar. Belə ki, 6 məktəb üzrə 195 məzundan 128 abituriyent ali məktəblərə sənəd vermiş və ilkin nəticələrə görə bunlardan 71 nəfəri tələbə adını qazanmışdır. Sənəd verənlərin sayına nisbətən qəbul 55% olmuşdur. Ali məktəblərə qəbul olanlar sayı keçən illə müqayisədə 13 nəfər artmışdır. Eyni zamanda bu il yüksək bal toplayanların sayı keçən illə müqayisədə çoxluq təşkil edir. Belə ki, keçən il bu rəqəm 6 idisə, bu il 13 nəfərə yüksəlmişdir. Ali məktəblərə qəbul olanların 18%-i (13 nəfər) 500-600 arası bal toplamışdır. Ən yüksək nəticəni isə 635 balla 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova göstərmişdir.

Bütün bu faktlar sentyabrın 14-də 168 №-li tam orta məktəbin akt zalında keçirilmiş Pirallahı müəllimlərinin ənənəvi sentyabr konfransında bir daha səsləndirildi.

Ölkə Prezidenti cənab İlham Əliyevin 24 avqust 2004-cü il tarixli Sərəncamına əsasən qeyd edilən 15 sentyabr - "Bilik günü"nün də qeyd edildiyi yeni dərs ilinin açılış mərasimində Bakı şəhər Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, idarə və müəssisə rəhbərləri, müəllimlər, valideynlər, ictimaiyyətin nümayəndələri iştirak etdilər. Konfransı giriş sözü ilə açıq elan edən Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxışında son aylarda rayonda həyata keçirilən geniş abadlıq-quruculuq işlərinə də geniş yer verdi. Bildirildi ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpüdə tikinti-quraşdırma və sahilbərkitmə işləri davam etdirilmiş, körpünün üzərində 12 ədəd işıqlandırma dirəkləri quraşdırılmış, 180 metr kabel xətti çəkilmişdir. Körpünün girişlərində yan divarlar cilalanaraq rənglənmişdir. Kommunikasiya xətlərinin yerlərinin dəyişdirilməsi işləri davam etmiş, körpünün kənarları boyu 1116 p/m uzunluğunda məhəccər qaynaq edilərək rənglənmiş, 240 m uzunluğunda 35 kv-lıq kabel xətti 6 sırada PVC borulardan keçirilmişdir.

Eyni zamanda qəsəbə daxilindən keçən magistral yolun yenidənqurulmasına və genişləndirilməsinə hazırlıq işləri davam etdirilmişdir. Kommunikasiya xətləri üçün nəzərdə tutulan 18 ədəd gilizin (ehtiyat yeraltı keçid borular) yerləri hazırlanmış və quraşdırma işləri davam etdirilmişdir. Yol boyu yerləşən, ümumi görünüşə xələl gətirən tikililərin dam örtüklərində və fasadlarında təmir işləri aparılmaqla paralel olaraq rayon ərazisində yerləşən qeyri-yaşayış obyektləri də rayonun ümumi memarlığına uyğunlaşdırılır. Pirallahı qəsəbəsində Süleyman Bağırov və Kamil Rzayev küçələrində yerləşən bazarlarda və Səməd Vurğun küçəsində yerləşən kafedə əsaslı yenidənqurma işlərinə başlanılmışdır. 29 saylı uşaq yaradıcılıq mərkəzində və 27 ədəd yaşayış binasının fasadlarında və dam örtüklərində təmir-tikinti işləri aparılır. Mərkəzi yolun genişləndirilməsi ilə əlaqədar S.Vurğun küçəsində 9 mərtəbəli binaya gedən yolun sol hissəsində 200 m uzunluğunda hasarın tikintisi başa çatdırılmışdır. 29-cu məhəllədən başlayaraq Pirallahı İdman Zalının qarşısınadək mərkəzi yolun kənarı boyu ümumi uzunluğu 1200 m olan yeni hasarın tikintisi başa çatmaq üzrədir. Hal-hazırda hasarlarda dekorativ elementlərin quraşdırılması işləri aparılır. Eyni zamanda S.Vurğun küçəsində "Şəfa sanatoriyasının" yanındakı hasarda ağlay üzləmə işləri aparılmışdır.

Mərkəzi yol boyu yolun hər iki tərəfi boyunca "Azərsu" ASC tərəfindən yeni su xətlərinin çəkilişi davam etdirilmişdir. Tikintisi nəzərdə tutulan Balıqyetişdirmə kompleksinin ərazisi yararsız tikililərdən sökülərək təmizlənmişdir. Rayonun qaz təchizatının yaxşılaşdırılması məqsədilə mövcud xətlərin yeraltı polietilen borularla əvəz olunması işləri aparılır. Həmçinin mərkəzi yol boyu S.Vurğun küçəsi 40-cı məhəllədən başlayaraq “Gənclər parkı”na qədər olan hissədə elektrik xətlərinin yeraltı xətlərlə əvəz olunmasına başlanılmışdır. 8 ədəd müasir tipli transformator məntəqələrinin tikintisinə başlanılmışdır. S.Vurğun küçəsi 28-ci məhəllədə ulu öndər Heydər Əliyevin rəsmi asılacaq postamentin tikinti-quraşdırma işləri aparılır. Həmçinin, S.Vurğun küçəsinin sonunda, mərkəzi yolun hər iki tərəfi boyunca hasarlarda barelyeflərin hazırlanması işləri görülür.

Pirallahı qəsəbəsində magistral yolun yenidən qurulması ilə əlaqədar əhalinin təminatı üçün nəzərdə tutulmuş müxtəlif diametrli 200 metr uzunluğunda su xəttinin yeri dəyişdirilmişdir. Kamil Rzayev küçəsində avqust ayı ərzində 2368 m² asfaltbeton örtüyü təmir olunmuşdur. Rayonun “Sənaye zonası” adlanan hissəsində ayrılmış 0.80 ha torpaq sahəsində Asfaltbeton zavodunun tikilməsi üçün ərazi təmizlənərək hasara alındığını və zavodun inzibati binasının tikintisinin də yekunlaşdığını qeyd edən V.Səfixanov məktəblərin pedaqoji kollektivlərini və şagird kontingentini Pirallahı rayon İcra

Hakimiyyətinin başçısı Vasif İmanovun adından “Bilik günü” münasibəti ilə təbrik etdi və onlara təhsildə uğurlar arzuladı. Bildirildi ki, yeni tədris ilində də məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Belə ki, Dövlət Proqramı çərçivəsində 235 №-li tam orta məktəbin cari təmiri, eləcə də 6 sinif otağının, yeməkxana, idman zalı və kitabxananın tikintisi nəzərdə tutulmuşdur. Yenə də Dövlət Proqramına əsasən, “Çobanyastığı” körpələr evi - uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi - uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi - uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi planlaşdırılmışdır. Rayonda 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 140 yerlik körpələr evi - uşaq bağçasının tikintisi başa çatdırılmışdır.

Tədbirdə çıxış edən 186 №-li tam orta məktəbin direktoru Arif Xankişiyev, 168 №-li tam orta məktəbin məzunu Rəşidə Əsədova şagirdləri və başqaları dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə ölkə başçısı Prezident cənab İlham Əliyevə minnətdarlıqlarını bildirdilər, yeni dərs ilində rayonun pedaqoji kollektivlərinə və şagirdlərə uğurlar arzuladılar.

Sonda “Bilik günü” münasibətilə Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən 100 nəfərdən çox aztəminatlı və bu kateqoriyadan olan digər ailələrin uşaqlarına məktəbli formaları və məktəb ləvazimatları paylanıldı.

 

     sia.az

Pirallahıda yeni şəhərcik belə olacaq
     Pirallahı qəsəbəsində salınacaq yeni şəhərciyin layihəsi hazırlanıb. Pirallahı Rayonu İcra Hakimiyyətindən fins.az-a verilən məlumata görə, şəhərcik üçün Gürgən qəsəbəsi ərazində 750 ha ərazi ayrılıb.
      120 min sakin harda qalacaq?
     “Yeni şəhərciyin salınması istiqamətində   layihələndirmə   işləri   həyata   keçirilir.  Layihə   əsasında  707  ədəd yaşayış binasının tikintisi planlaşdırılır”.
      Məlumatda bildirilib ki, yeni salınacaq şəhərcikdə  35   ədəd   20 mərtəbəli, 49 ədəd 15 mərtəbəli, 338 ədəd 10-12 mərtəbəli, 100 ədəd 7 mərtəbəli, 85 ədəd 5 mərtəbəli, 56 ədəd 4 mərtəbəli, 44 ədəd 2 mərtəbəli bina tikilməsi planlaşdırılıb. Burada  120 min  sakinin məskunlaşması   mümkün   olacaq.
     Yeni funikulyor Gürgəndə 
     Gürgəndə sakinlərin mədəni-sosial həyatının təmin olunması da nəzərdə tutulub. Şəhərcikdə inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət  guşələri, tarix  diyarşünaslıq muzeyi,  funikulyor, şəlalə yaradılacaq. Şəhəri dənizlə birləşdirəcək parkların salınması, bir kilometr uzunluğunda yeni yolun çəkilməsi və s. işlər planlaşdırılır.
     Üzgüçülük hovuzları da tikiləcək
     Şəhərcikdə idman mərkəzlərinin qurulması da prioritetdir. Belə ki, burada su   idman   növlərinin   inkişafı   üçün   müvafiq tikili və qurğuların qurukması üçün tədbirlər görüləcək. Gürgən qəsəbəsində 1860-cı ildə inşa edilmiş mayakın əsaslı təmir işləri də nəzərdə tutulub.
      Yeni universitet kompleksi olacaq
     Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi salınacaq. Ancaq bunun yeni ali məktəb olacağı və ya mövcud məktəblərdən köçürülməsi olacağı barədə məlumat verilmir.
      Şəhərcikdə eyni zamanda  balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.
 
На берегу Каспия появится новый город 
          "В текущем году может быть заложен фундамент нового города, который будет построен на прибрежной полосе Каспийского моря".
         Об этом Day.Az cказал начальник отдела информационного обеспечения и анализа Исполнительной власти Пираллахинского района Баку Роял Сарымамедов.
               По его словам, работы над концептуальным планом развития нового города полностью завершены.
          "Теперь осталось разработать подробный план города. Для строительства города выделена прибрежная полоса и прилегающие к поселку Гюрган территории. Общая площадь - 750 га. Согласно проекту, в новом городе будет построено 65 жилых зданий современного типа", - отметил Р.Сарымамедов.
       Отметим, что согласно проекту, предусмотрено также строительство административных зданий, торговых центров, историко-краеведческого музея, дороги протяженностью 1 км, фуникулера, а также создание уголков отдыха, водопада. Более того, в новом городе планируется построить университетский комплекс, рыболовную платформу и промышленную зону.
 

 

Pirallahıda hesabat yığıncağı keçirilib
           Pirallahı rayonundan bu ilin 6 ayının yekunlarına dair Hesabat yığıncağı keçirilib.
        Tədbirdə həyata keçirilən layihələrdən və qarşıda duran vəzifələrdən geniş bəhs olunub. İclası giriş sözü ilə açan Pirallahı Rayon Icra Hakimiyyətinin başçısı Vasif İmanov «Yüksək Texnologiyalar Parkı»nda inşaat işlərinin aparıldığını, Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil körpüsünün tikintisinin davam etdiyini və yol boyunca sahilbərkitmə işlərinin görüldüyünü bildirib. Diqqətə çatdırılıb ki, birinci yarımili ərzində rayonda bütövlükdə neft hasilatı 2714677 ton, qaz hasilatı isə 2468402 min m3 təşkil edib. 2016-cı ilin yanvar-mart aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 55346,8 min manat məbləğində investisiya yönəldilmişdir. Yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin həcmi 21468,4 min manat olub. Qeyd edilib ki, Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin, eləcə də Yeni Azərbaycan Partiyası Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın inşası davam edir. Vurğulanıb ki, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir. O da bildirilib ki, Pirallahı rayonu üzrə 9 min 965 nəfər tibbi müayinədən keçib ki, bu da 18 yaşdan yuxarı əhalinin 63,4%-ni təşkil edib. Rayon ərazisində yeni açılmış iş yerləri üzrə ümumilikdə 143 nəfər müvafiq işlə təmin olunub. İclasda həllini gözləyən problemlər və onların aradan qaldırılması yolları da müzakirə olunub.
 
     itv.az, ikisahil.com
 

 

Pirallahıda reallaşan geniş miqyaslı layihələr, həyata keçirilən Dövlət Proqramları insanlarda gələcəyə inam, böyük ruh yüksəkliyi doğurur
          Azərbaycan xalqının xoşbəxtliyi ondan ibarətdir ki, 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi, bütün dağıdıcı proseslərə, vətəndaş müharibəsinə son qoydu, siyasi, iqtisadi islahatlara start verdi və ölkə inkişaf etməyə başladı. Ömrünü Azərbaycan xalqının və dövlətinin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə və idarəetmə bacarığına malik olan ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti hər birimiz üçün nümunədir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında o dahi şəxsiyyətin siyasətinin uğurla davam etdirildiyinin fərqindədir. Cənab Prezident ən çətin anlarda xalqın yanında olmuşdur. Ölkəmizi dünyada cərəyan edən iqtisadi və siyasi böhranlardan böyük ölçüdə qoruyaraq xalqımız üçün xilaskara çevrilmişdir. Bu işlərin dəyəri çox böyükdür.
          Dövlət başçısının irəli sürdüyü yeni iqtisadi kursun, inkişaf istiqamətlərinin, müəyyən etdiyi hədəflərin icra mexanizmləri və formatı ətrafında Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanovla baş tutan söhbət əsnasında o, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq Pirallahı rayonunun da həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında uğurlu nəticələrin qeydə alındığını diqqətə çatdırdı.
          V.Səfixanov qeyd etdi ki, son illər dünyada yaşanan böhran fonunda Azərbaycan uğurla inkişaf etmiş, qarşıda duran bütün vəzifələr icra edilmiş, ölkə iqtisadiyyatına, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayında qeyd etdiyi kimi, son 20 il ərzində 200 milyard dollardan çox sərmayə qoyulmuş, bütün sosial proqramlar icra edilmiş, Azərbaycanın hərbi potensialı böyük dərəcədə möhkəmlənmişdir ki, bunun da biz bu il aprelin əvvəlində ordumuzun Qarabağda erməni işğalçılarının təxribatına qarşı həyata keçirdiyi hərbi əməliyyatlar zamanı döyüş meydanında şahidi olduq.
           Möhtərəm Prezident İlham Əliyev cənablarının Sərəncamı ilə yaradılmış Pirallahı rayonunun, Respublikamızın digər regionları kimi, günü-gündən abadlaşdığını və inkişaf etdiyini bildirən V.Səfixanov rayonda həyata keçirilən layihələr barədə geniş məlumat verdi. İlk növbədə vurğulandı ki, Dövlət Proqramları çərçivəsində həyata keçirilən layihələr üzrə işlər uğurla davam etdirilir, Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən 50 ha ərazidə reallaşan “Yüksək Texnologiyalar Parkı” layihəsi üzrə inşaat işləri görülür, ərazi hasara alınmış, ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun tikintisi başa çatdırılmış, ərazi abadlaşdırılmışdır. Yaxın vaxtlarda digər obyektlərin, o cümlədən tədris mərkəzinin, ofis binalarının və İnkubator idarəetmə ofisinin də tikinti işləri planlaşdırılır. 
        Sevindirici haldır ki, faktiki olaraq cəmi üç il əvvəl yaranmasına baxmayaraq Pirallahı rayonu ölkəmizin inkişafına xidmət edən Dövlət Proqramlarının icrasında, qeyri-neft sektorunun inkişafında, ekoloji problemlərin həllində artıq öncül mövqelərə çıxmağa başlamışdır. Vəzir müəllim deyir ki, bizim üçün ən əlamətdar tarixlərdən biri 2014-cü ilin 14 oktyabr günüdür. Həmin tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənabları Pirallahı rayonunda olmuşdur. Dövlət Başçısı Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun 15 km-lik hissəsinin istismara verildiyini bildirən lenti kəsmişdir. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi ilə tanış olan Prezident İlham Əliyevə tikintidə işlərin gedişi barədə ətraflı məlumat verilmişdir. Hazırda bu körpünün tikintisində son tamamlama işləri aparılır,  dəmir-beton konstruksiya işləri 100 faiz yerinə yetirilərək 600 m-lik yanaşma yollarının tikintisinə və sahilbərkitmə işlərinə başlanılıb. Pirallahı qəsəbəsini sahillə  birləşdirən  avtomobil  yolunun  dəniz  suyu  ilə  yuyulmasının  qarşısının  alınması,  yolətrafı  zonalarda  ekoloji  vəziyyətin  yaxşılaşdırılması istiqamətində  və  yol  boyunca  sahil  bərkitmə  işləri  davam  etdirilmişdir. Kommunikasiya  xətlərinin  körpüdən  ötürülməsi  üçün  metal  konstruksiya  qurulmuş, işıq  dirəkləri  üçün  bünövrə  hazırlanmış, müxtəlif təyinatlı boru xətləri çəkilmişdir.
          Qala-Pirallahı yolunun açılışından sonra rayonun girişinin sol hissəsində Pirallahının simvolu inşa edilmişdir. İki hissədən ibarət olan simvolun yuxarı hissəsi “P” hərfinə və yelkənə bənzəyir, aşağı bölüm isə qayıq formasındadır. Sahəsi 40 m2, hündürlüyü 16 metr təşkil edən simvolun üzərində yerləşən səkkiz guşəli ulduzun içində məşəl əks olunmuşdur. Simvol gecə işıqlandırılması ilə təmin edilərək qarşısında daşlarla işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş 8x6 metr ölçüdə Azərbaycanın xəritəsi yaradılmış, ətrafına qazon döşənmiş və yüzlərlə ağac və dekorativ gül kolları əkilmişdir.
Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşmış, müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılmışdır. 5x2 metr həcmində maketi işlənib hazırlanmış Bakı şəhəri üzrə ilk və yeganə olan Pirallahı rayon mərkəzinin Baş planı razılaşdırılma məqsədilə yaxın vaxtlarda müvafiq təşkilatlara təqdim ediləcəkdir. İnzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin tikintisi gedir. YAP Pirallahı rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın birinci mərtəbəsinin inşası davam etdirilir. Ötən il yanvar ayının 14-də Pirallahı rayonunda ilk inzibati binanın, Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binasının açılış mərasimi keçirilmişdir. Pirallahı rayon prokurorluğunun müvəqqəti fəaliyyəti üçün ayrılmış binada təmir-tikinti işləri  başa çatdırılmışdır. Ötən ilin sonlarında daha bir inzibati binanın - S.Vurğun küçəsində “Azərişıq” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binasının tikintisi də yekunlaşaraq istismara verilmişdir. 
Pirallahıda sosial infrastruktur layihələri də uğurla icra olunur. Son on ildə 6 ümumtəhsil məktəbinin hər biri əsaslı təmir olunmuş, keçən il isə Dövlət Proqramına əsasən reallaşan 168 №-li tam orta məktəbdə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi yekunlaşaraq sentyabrın 15-də şağirdlərin istifadəsinə verilmişdir. Rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 2 ədəd - 140 və 100 yerlik körpələr evi-uşaq bağçası inşa olunur. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında işlər tamamlanmaq üzrədir. Gənclər Əyləncə Mərkəzinin inşası üçün hazırlıq işləri uğurla gedir. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər Kamil Rzayev küçəsində davam etdirilir.
Söhbətimizi respublikamızın bütün regionlarında aktual olan mənzil problemi mövzusunda davam etdirən Vəzir müəllim deyir ki, Pirallahıda bu istiqamətdə ciddi addımlar atılmış, rayon ərazisində mövcud olan 297 ədəd qəzalı binada yaşayan 3300 nəfər sakinin, qəsəbənin müxtəlif yerlərində kompakt halda məskunlaşmış məcburi köçkünlərin və aztəminatlı ailələrin mənzillərlə təmin edilməsi məqsədilə ümumilikdə 17,5 ha sahə ayrılmış, inşa ediləcək binaların layihələri hazırlanmışdır. Eyni zamanda rayon ərazisində sosial, istehsal və digər infrastruktur obyektlərinin tikintisi və təmiri işləri nəzarətdə saxlanılmış, zəbt olunmuş torpaq sahələrinin müxtəlif konstruksiyalı hasarlardan, şəhərsalma və tikinti normalarına zidd olan insan həyatı üçün təhlükə yaradan köhnə və yarımçıq tikililərdən təmizlənməsi işləri davam etdirilmişdir. Rayon mərkəzində magistral küçə boyunca əsaslı təmir olunan 26 hündürmərtəbəli yaşayış binası, onlarla birmərtəbəli yaşayış evləri və 20-yə yaxın qeyri-yaşayış obyektlərində işlər tamamlanıb. Bütövlükdə Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 520 metr olan yeni hasarlar inşa edilmiş, mövcud 1710 metr hasar isə əsaslı təmir və rekonstruksiya olunur. Burada suvaq və rəngləmə işləri, üzlük çay daşları ilə işlənmə, ağlay sütunların quraşdırılması, karnizlərin  üst  hissələrinin hidroizolyasiyası işləri gedir.  
İki il əvvəl Pirallahı qəsəbəsində başladığımız «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər 29-cu məhəllədə artıq yekunlaşmış, 28-ci məhəllə və K.Rzayev küçələrində isə davam etdirilməkdədir, - deyir V.Səfixanov. Hazırda Pirallahı qəsəbəsinin S.Vurğunun adını daşıyan mərkəzi küçəsində ümumi uzunluğu 8 km olan avtomobil  yolunda  əsaslı  təmir  işləri aparılır. Asfaltın artıq yararsız olan üst qatı qazılaraq götürülür, küçənin genişləndirilməsi məqsədilə yolun hər iki tərəfində torpaq-bərkitmə işləri aparılır, kommunikasiya  xətləri  üçün  ehtiyat yeraltı  keçid boruları  qoyulur  və yaxın günlərdə burada yeni keyfiyyətli asfalt örtüyünün döşənməsinə başlanacaqdır. Eyni zamanda 39-cu  məhəllədə 1100 m², 40-cı məhəllədə  825 m², Səməd Vurğun  küçəsində  500 m²  asfalt-beton  örtüyü  təmir  olunmuşdur. Əzizbəyov  küçəsində  700 m² yeni  asfalt  örtüyü  çəkilməklə  geniş  miqyaslı  abadlıq  işləri  həyata  keçirilmişdir, küçənin estetik  görünüşünü pozan  nöqsanlar  aradan  qaldırılır. Fəaliyyətə başlamış asfalt  zavodun ərazisi hasara alınmış, bir mərtəbəli  inzibati binanın tikintisi isə davam  etdirilmişdir. 
Rayon mərkəzi Pirallahının müasir bir qəsəbəyə çevrilməsi məqsədilə S.Vurğun küçəsində yol boyu gecə işıqlandırılması üçün 300 ədəd yeni modern işıq dirəklərinin quraşdırılması nəzərdə tutulub. Yenə də S.Vurğun küçəsində 31,5 ha sahədə Heydər Əliyev adına mərkəzi park kompleksinin tikintisi planlaşdırılır. S.Bağırov küçəsində tikilən uşaq bağçası ilə qonşuluqda yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan  hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd olan kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır.
Vəzir müəllim sakinlərə göstərilən kommunal xidmətlərin, xüsusən su təchizatının keyfiyyətcə yaxşılaşmasını xüsusi qeyd edir. Məlumat üçün bildirək ki, Pirallahı qəsəbəsində mərkəzləşdirilmiş su təchizatı sistemi ötən əsrin ortalarında yaradılmışdı və bu sistemə aşağı keyfiyyətli su Zirədə qazılmış 30 ədəd quyudan ötürülürdü. “Azərsu” ASC tərəfindən magistral  su  və  kanalizasiya  xətlərinin çəkilməsi nəticəsində rayona keyfiyyətli içməli su verilməsinə başlanıb. Hal-hazırda qəsəbənin bir hissəsinin, daha dəqiqi çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri yenidən qurulub, sakinlər 24 saat ərzində fasiləsiz  içməli su ilə təmin olunurlar. Ümumilikdə Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işlərinin 2016-cı ildə başa çatdırılması nəzərdə tutulur. Son illər ümumi uzunluğu 520 m olan qaz xətlərinin  yerlərinin dəyişdirilməsi "mavi yanacaq"la təminatı yaxşılaşdırmış, "Azərişıq" sistemində yerinə yetirilmiş təmir işlərinin rayonun fasiləsiz enerji təchizatına böyük təsiri olmuşdur. Pirallahı qəsəbəsindəki 4 ədəd qazanxana tamamilə yenidən qurulmuş, inzibati və yaşayış binalarına yeni istilik xətləri çəkilmiş, məktəblərin, uşaq bağçalarının və yaşayış binalarının istilik sistemləri tam bərpa edilmişdir. 
Pirallahı “Yanalma körpüləri kompleksi”nin tikintisində işlər dəniz akvatoriyasında və sahil boyu davam etdirilir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyası tikinti yekunlaşdırılaraq tam şəkildə ümumi şəbəkəyə qoşulmuşdur. Yeni avadanlıqların quraşdırılması məqsədilə Agentliyə əlavə olaraq 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır. Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq  Dövlət Proqramına uyğun tikilən S.Bağırov küçəsindəki sutkalıq hasilat gücü 10 t olan “Çörək və un məmulatları kombinatı"nda son tamamlama işləri başa çatıb və hal-hazırda təhvil üçün sənədləşmə işləri aparılır. Kombinatda 30 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Pirallahı qəsəbəsinin cənub hissəsində ayrılmış 2,86 ha ərazidə illik hasilat gücü 50 t olan "Balıq yetişdirmə kombinatı"nın tikintisi də planlaşdırılır.
        Rayonda müasir tələblərə cavab verən xidmət sahələrinin modernləşdirilməsi işləri də davam edir. Sakinlərə rabitə xidməti göstərən EATS-57-nin və 77 saylı Poçtun binasının müasir üslubda təmirini qeyd etmək yerinə düşər. Bu işlər Gürgən, Çilov və Neft Daşları qəsəbələrində də həyata keçirilməkdədir. 19 sentyabr  2015-ci il tarixində Çilov adasında SOCAR prezidenti Rövnəq Abdullayevin iştirakı ilə müasir idman-sağlamlıq mərkəzi və istirahət kompleksinin açılış mərasimi oldu. Bundan əlavə, Çilov qəsəbəsində yeni yataqxana kompleksi, ƏKS OSMOS qurğusu tikilmiş, su təminatının yaxşılaşdırılması, asfalt örtüyünün yenilənməsi, ekoloji sağlamlıq istiqamətində xeyli iş görülmüş, adada  aptek açılmış, geniş yaşıllıq zolaqları salınmışdır. 
        Rayonun  Baş planına əsasən Pirallahı qəsəbəsinin girişində mövcud olan neft çənlərinin, neftin nəqli üçün istifadə olunan kəmərlərin ləğvi istiqamətində görülən işlər davam etdirilməkdədir. Artıq Səməd Vurğun küçəsində yerləşən köhnə nəql boruları ləğv olunub. Layihə üzrə Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisinə start verilərək burada  ümumi tutumu 30 min ton olan 24 çən qurulmuş, hazırda zəruri avadanlıqların quraşdırılması gözlənilir. Ərazidə asfalt və digər abadlıq işləri başa çatdıqdan sonra obyektin 20 sentyabr - Neftçilər Günü ərəfəsində istismara verilməsi nəzərdə tutulur. Bundan sonra qəsəbə ərazisindəki köhnə çənlərin köçürülmə prosesinə başlanacaqdır.
         Rayon yaranan gündən ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə tədbirlər davamlı xarakter daşıyır. Üç il ərzində yüz mindən çox xan çinar, küknar,  zeytun,  şam  ağacları   əkilmişdir ki, bu işlərin də xeyli hissəsi “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində təsisçisi və rəhbəri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olan IDEA İctimai Birliyinin təşəbbüsü ilə reallaşan aksiya və iməciliklər zamanı həyata keçirilmişdir. Təzə əkilən ağacları suvarmaq məqsədilə müasir suvarma sistemi qurulmuş, əraziyə 7000 metr uzunluğunda əsas su kəməri və 17000 metr köməkçi su xətləri çəkilmişdir. Bundan başqa ekoloji tarazlığın qorunması məqsədilə yaşayış binaların  zirzəmilərində  əsaslı  təmir  işləri  görülmüş  və  çirkab  su  axıntısının  qarşısı alınmışdır.  K.Rzayev küçəsində, 40-cı və 28-ci  məhəllələrdə  yerləşən  su anbarları  yuyulmuş  və  dezinfeksiya olunaraq təmizlənmişdir. 
         Ötən onilliklərdə hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazilərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ekoloji tarazlığın qorunması baxımından kompleks addımlar atılmaqdadır. Belə ki, rayonda neft-qaz əməliyyatları aparılmış bütün yataqların ərazilərində, neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə, lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, lay sularının bu ərazilərə axıdılmasının qarşısı tamamilə alınır. Pirallahı qəsəbəsinin şimal hissəsi neft sənayesi zonası olduğundan istehsalat zamanı neftlə çirklənmiş 9 ha ərazi ARDNŞ tərəfindən xüsusi qurğular vasitəsilə təmizlənmiş, əraziyə 45000 m3 torpaq daşınmışdır. İstismarda olan neft-qaz quyularının ətrafı abadlaşdırılmış, perimetr boyu qazon örtüyü salınmış, müxtəlif növdə ağac və gül kolları əkilmişdir.
         Pirallahı adasını materiklə birləşdirən bəndin sağ tərəfində dənizdə intensiv təmizlik işləri aparılmış, istismardan çıxarılmış köhnə gəmilərin qalıqlarının, çürümüş svayların kəsilərək ərazidən daşınması işləri başa çatdırılmışdır. Hektarlarla ərazidə sahilbərkitmə işləri həyata keçirilərək əraziyə 30000 m3 torpaq daşınmışdır. Rayon ərazisində ikisi Pirallahı, biri Gürgən qəsəbəsində olmaqla 3 yerdə, ümumilikdə 10 ha dəniz sahili ərazi təmizlənərək, çimərliklər təşkil olunmuş, bu sahələrdə istirahət üçün zəruri olan kölgəliklər quraşdırılmışdır. Yay istirahət mövsümünün başlanması ilə əlaqədar mövcud çimərliklərdə cari olaraq tullantılardan  təmizləmə işləri mütəmadi  aparılır. 
          Pirallahı rayonu ərazisindəki qəsəbələrdə, bütün küçələri əhatə etməklə, 45 yerdə məişət tullantılarının sanitar qaydalara uyğun yığılması məqsədilə yeni zibil meydançaları quraşdırılmış, 135 ədəd yeni zibil konteyneri qoyulmuşdur. Məişət tullantılarının daşınması və utilizasiyasının yüksək səviyyədə təşkili məqsədilə gündəlik olaraq Pirallahı rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin balansında olan 15 ədəd xüsusi texnika təmizlik işlərinə cəlb edilir .
           Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmışdır. Ərazidə drenaj işləri görülmüş, hal-hazırda kanalizasiya sistemi qurulur. Yeni yaşayış massivinin - “Abad Məhəllə-1”in salınması üçün bu ərazidə 6,5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada son tamamlama işləri aparılır. Rayon ərazisindəki göllərin qurudulması işləri də davam edir. Pirallahı rayonunda hektarlarla neft və neft məhsulları ilə çirklənmiş ərazidə ARDNŞ tərəfindən kompleks işlər Neft Daşları və Çilov adasında da davam etdirilir. Neft və neft məhsullardan təmizlənmiş ərazilərdə abadlıq işləri görülür və yaşıllıqlar salınır.
            Rayonda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyəti yaxşılaşdırılmaqla yanaşı, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqələr daha da inkişaf etdirilmiş, şəhid, aztəminatlı və sosial müdafiəyə ehtiyacı olan ailələrə daim diqqət və qayğı göstərilmiş, əhalinin sağlamlığının qorunması, idmanın kütləviliyinin artırılması istiqamətində müvafiq tədbirlər görülmüşdür. Rayon ərazisində müvəqqəti məskunlaşmış 249 məcburi köçkün ailəsinin sosial-məişət məsələləri daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən hər il fevral-may aylarında əhalinin tibbi müayinəsi uğurla həyata keçirilir. Cənab Prezident tərəfindən yaradılmış və dünyada Azərbaycan brendinə çevrilmiş "ASAN Xidmət" də Pirallahı sakinlərinin problemlərini diqqətdə saxlamış və artıq iki dəfə rayon mərkəzində səyyar xidmət göstərmişdir.
                  Vəzir müəllim qeyd edir ki, hər il Rayon İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən yüzlərlə tədbir həyata keçirilir, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, ümummilli lider Heydər Əliyevin irsinin öyrədilməsi ilə bağlı açıq dərslərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil edir. 2014-cü yanvarın 20-də açılışı olmuş Qarabağ müharibəsi zamanı şəhid olan Pirallahı sakinlərinin şərəfinə ucaldılmış “Vətən uğrunda” abidə kompleksi artıq həm sakinlərin and yerinə, həm də vətənpərvərlik ruhlu tədbirlərin keçirildiyi məkana çevrilmişdir. 
              Rayon İcra Hakimiyyəti başçısı tərəfindən keçirilən qəbullarda yüzlərlə sakin iştirak etmiş, vətəndaşların müraciət və təklifləri dinlənilmiş, onlara lazımi köməklik göstərilməsi barədə RİH Başçısı tərəfindən zəruri tapşırıq və göstərişlər verilmişdir. RİH Başçısı tərəfindən mütəmadi olaraq ayrı-ayrı məhəllələrdə sakinlərin iştirakı ilə səyyar qəbullar keçirilmiş, Rayon İcra Hakimiyyətinə daxil olmuş ərizə, şikayət və müraciətlər müvafiq qaydada cavablandırılmışdır. RİH-ə müraciət edən 350-dən çox rayon sakini daimi işlə təmin olunmuşdur. 
              V.Səfixanov qeyd etmişdir ki, bütövlükdə ölkəmizdə, eləcə də Pirallahı rayonunda reallaşan geniş miqyaslı layihələr, həyata keçirilən Dövlət Proqramları insanlarda gələcəyə inam, böyük ruh yüksəkliyi yaradır. Bütün çətinliklərə, beynəlxalq iqtisadi, siyasi-hərbi böhranlara baxmayaraq, Azərbaycan inamla irəliyə gedir, 2016-cı ildə iqtisadi inkişaf templərinin təmin olunması, bütün sosial proqramların tam icra edilməsi, qeyri-neft sektorunun inkişafı, ictimai nəzarət mexanizmlərinin işə salınması, ixrac qabiliyyətimizin artırılması, struktur islahatlarının aparılması, genişmiqyaslı özəlləşdirmə proqramının icra edilməsi xalq-iqtidar birliyini daha da möhkəmləndirəcəkdir. Respublika Günü münasibətilə rəsmi qəbulda Prezident İlham Əliyevin vurğulamışdır ki, "2016-cı il sabitləşmə ili olmalıdır. Əminəm ki, sabitləşmə artıq yaxınlaşır, makroiqtisadi göstəricilər yaxşılaşacaq." İnanırıq ki, 2016-cı il ölkəmizin yeni bir uğuru kimi tarixə düşəcəkdir.
         2016-cı ildə Pirallahı rayonunun inkişafına da xüsusi diqqət ayrılmışdır. Prezident İlham Əliyevin imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində məktəb və bağçaların təmiri və tikintisi, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, logistika mərkəzinin yaradılması, 235 №-li tam orta məktəbin əsaslı təmiri və əlavə tikililərin inşası, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri və daha üç körpələr evi-uşaq bağçasının sökülərək yerində yeni körpələr evi-uşaq bağçalarının tikintisi, "Yüksək Texnologiyalar Parkı"nın inşasının sürətləndirilməsi, Gənclər evinin tikintisi, kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi və s. nəzərdə tutulmuşdur.
           Prezident İlham Əliyevin tapşırıq və tövsiyələri əsasında Pirallahı rayonunda yerli iqtisadiyyatda qənaət rejiminin tətbiqi və israfçılığın aradan qaldırılması üçün rayon ictimaiyyəti və ayrı-ayrı təşkilatlarla birgə zəruri tədbirlərin görülməsi, sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyyəsinin minimuma endirilməsi, özəl sektorda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəyin göstərilməsi, sakinlərin rifah halının və məmnunluq səviyyəsinin artırılması istiqamətində bütün mümkün zəruri tədbirlərin həyata keçirilməsi ən vacib məqsəd kimi qarşıya qoyulmuşdur. V.Səfixanov əminliklə vurğulamışdır ki, cənab Prezidentin elan etdiyi yeni iqtisadi kurs Pirallahının inkişafına mühüm töhfələr verəcəkdir. İcra Hakimiyyətinin Başçısı söhbətimizə bu il yanvarın 18-də Prezident yanında keçirilmiş müşavirədə cənab İlham Əliyevin söylədiyi fikirlərlə yekun vurmuşdur: "Bu il bütün sosial proqramlar icra ediləcək. Bu məsələ ilə bağlı heç kimin şübhəsi olmasın."
 
      Respublika

 

Новый район Баку преображается
             В Пираллахинском районе реализуются новые проекты.
          Об этом Day.Az cказал заведующий сектором информационного обеспечения и анализа Исполнительной власти Пираллахинского района Баку Роял Сарымамедов.
          "В настоящее время осуществляется реконструкция на 9 км с двумя полосами движения. После окончания работ ширина проезжей части дороги будет доведена до 12 м. Также здесь будет создана специальная полоса для велосипедистов. Ширина дороги позволит обеспечить удобное и безопасное движение водителей и велосипедистов", - отметил Р.Сарымамедов.
           По словам нашего собеседника, данные работы проводятся в 2 этапа: "В рамках первого этапа ремонтные работы проводятся на 4,6-километровом участке дороги. Таким образом, старое асфальтовое покрытие удаляется, обновляются коммуникационные линии. В целях обеспечения поселка бесперебойной подачей питьевой воды осуществляется прокладка водопроводных труб на 7,9 км. Ожидается, что реализация проекта будет завершена в августе-сентябре текущего года".
            Кроме того, в поселке Пираллахи проводятся ремонтно-восстановительные работы внутрипоселковых дорог.
            "В течение месяца были отремонтированы дороги в 39-ом квартале, 40-ом квартале, на улицах Азизбекова, С.Вургуна. Ремонтные работы продолжаются и в других местах. Помимо этого, на улице М.Азизбекова снесены старые постройки, портящие внешний облик поселка. Проводятся работы по благоустройству", - отметил Р.Сарымамедов.
 
Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür
        Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir.
       Bu fikirlər Pirallahı rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunan bayram tədbirində səsləndirilir. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov çıxışında bildirib ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev ölkənin ağır günündə xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib paytaxta qayıtmaqla daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi.
       1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi və həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Milli Qurtuluş Günü böyük ictimai, siyasi və tarixi əhəmiyyətə malik bir gündür. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü ölkəmizdə bayram elan etdi.
        Ümummilli lider Heydər Əliyev deyirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycanı parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi.
         Ulu Öndər Azərbaycanı çox sevirdi və böyük azərbaycançılıq ideyasını belə ifadə edirdi: “Hər bir millət öz milli mənsubiyyəti ilə qürur duyur. Mən hər zaman fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam”. Bu ifadə onun əməllərində də özünü daim göstərirdi. Heydər Əliyevin siyasətdə, iqtisadiyyatda və mədəniyyətdə qoyduğu izlər heç vaxt silinməyəcək.
         Qeyd edilib ki, bu gün Azərbaycan xalqı unudulmaz rəhbərin xoşbəxt gələcəyimiz üçün açdığı yolla qətiyyətlə addımlayır və mövcud iqtidarın vahid birliyi nəticəsində Ümummilli Liderimizin qurub-yaratdığı azad, müstəqil, demokratik Azərbaycan onun müəyyən etdiyi strateji xətlə inamla getməkdə, inkişafını davam etdirməkdədir. Bu xətti əzmlə, dəyanətlə irəli aparan isə Ulu Öndərin layiqli varisi, praqmatik dövlət xadimi, bütün dünya miqyasında böyük hörmətə, nüfuza malik Prezident İlham Əliyevdir.
Bildirilib ki, müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bugünkü qiymət ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir. Azərbaycanın parlaq sabahı da bu siyasətə bağlıdır. Azərbaycanın hazırkı inkişafı məhz Qurtuluş Günü ilə başlayıb. Həmin siyasət bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirilir və bu gün Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşib. Dövlətimiz günü-gündən güclənir, qüdrətlənir.
        Milli Məclisin deputatları Rauf Əliyev, Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, deputat Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev çıxışlarında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdığını, Ulu Öndərin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, sabitlik və əmin-amanlığı bərpa etdiyini söyləyiblər. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimizin qorunduğu, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığı vurğulanıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin bir dahi siyasətçi kimi Vətənimiz üçün gördüyü işlər ona belə bir məşhur kəlamı söyləmək haqqı verdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
         Pirallahı rayonu orta məktəb şagirdlərinin, “Çobanyastığı” körpələr evi-uşaq bağçası və Uşaq Yaradıcılıq Mərkəzi yetirmələrinin çıxışları tədbirə xüsusi maraq qatıb. Bayram tədbirinə Şuşa Dövlət Musiqili Dram Teatrının kollektivinin xalq şairi Zəlimxan Yaqubun “Böyük ömrün dastanı” poeması əsasında hazırladığı eyniadlı musiqili ədəbi–bədii kompozisiya ilə yekun vurulub.
 

 

Pirallahı rayonunda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirildi

     28 aprel 2016-cı ildə Pirallahı Rayon İcra Hakimiyyətinin və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şöbəsinin (DQİDK)  birgə təşkilatçılığı ilə Pirallahı rayonu 243 nömrəli tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli”  mövzusunda tədbir keçirildi.
       Tədbiri giriş sözü ilə açan 243 nömrəli tam orta məktəbin direktoru Vaqif Tarverdili əvvəlcə tədbir iştirakçılarını salamladı və Prezident İlham Əliyevin Sərəncamı ilə bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək, məktəblərdə keçirilən bu tədbirlərin əhəmiyyətindən danışdı.
     Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini - dini qurumlarla işin təşkilatçısı Vüsal Babayev dini radikalizmin mahiyyəti haqqında ətraflı məlumat verdi. O, həmçinin vurğuladı ki, Pirallahı rayonunda müxtəlif xalqların nümayəndələrinin yaşamasına baxmayaraq burada tolerantlıq mədəniyyəti yüksək səviyyədə qorunub saxlanılır. Tolerantlıq və multikulturalizm, eyni zamanda, demokratiyanın təməl prinsiplərindən olan vicdan azadlığının təmin edilməsi və qanunun aliliyidir. Azərbaycan hazırda burada yaşayan bütün xalqların, bütün səmavi dinlərə tapınanların azad yaşadığı bir dövlətdir. Bütün bunlara rəğmən qürur hissi ilə deyə bilərik ki, bəli, Azərbaycan dünyanın multikulturalizm, tolerantlıq, dözümlülük, humanitar əməkdaşlıq mərkəzinə çevrilib. Əlbəttə ki, dini tolerantlığın bir həyat tərzinə çevrildiyi Azərbaycan ərazisində üç səmavi dinin (yəhudilik, xristianlıq və islam) və eyni zamanda, müxtəlif inancların qarşılıqlı hörmət şəraitində yaşaması tarixi ənənələrin, müasir zamanda isə müvafiq qanunvericiliyin və məqsədyönlü dövlət siyasətinin göstəricisidir. Əminliklə qeyd edə bilərik ki, tolerantlığın məkanı, multikultural ənənələrə sadiq müstəqil Azərbaycan mədəniyyətlərin dialoqunun inkişafına, mədəni müxtəlifliyin qorunub saxlanması və sivilizasiyalar arasındakı qarşılıqlı münasibətlərin tənzimlənməsinə yönəlmiş mühüm layihələrin, mötəbər forumların gerçəkləşdirilməsi sahəsində zəngin təcrübəyə malikdir.
      Sonra çıxış edən DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşı Novruz Nuriyev multikulturalizm anlayışı, multikulturalizm sahəsində ölkəmizdə görülən işlər haqqında tədbir iştirakçılarına geniş məlumat verərək, bildirdi ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, xalqımızın tarixi köklərinə   dayanan bir həyat tərzidir. Ölkəmiz tarix boyu sivilizasiyaların və mədəniyyətlərin qovuşuğunda yerləşib, Asiya ilə Avropa arasında körpü olması burada mədəniyyət müxtəlifliyinin yaranmasında mühüm rol oynayıb. Azərbaycan çoxmillətli, qonaqpərvər bir diyardır. Burada tarixən birgə yaşayan xalqlar, toplumlar özlərini azad, firavan hiss ediblər, çünki onlar özlərinə həmişə tolerant münasibət görüb, sıxılmadan yaşayıb, yaşayır və mədəniyyətlərini yaşadırlar. Bu gün ölkəmizdə başqa xalqların nümayəndələri öz ana dillərində təhsil ala bilir, öz dini inanclarına uyğun ibadət edir, heç bir ögey münasibətlə üzləşmədən müxtəlif sahələrdə öz töhfələrini verirlər.
       Pirallahı rayon Ağsaqqallar şurasının üzvü Səməd Əhmədov öz çıxışında qeyd etdi ki, heç kəsə sirr deyil ki, gənclik bir millətin yaşaması, inkişafı üçün təməl daşıdır. Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Bu gün gənc nəslin düzgün yetişdirilməsi ölkə siyasətində önəmli yer tutur. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə özlərini doğruldurlar. Ötən əsrin 90-cı illərinin əvvəllərində dünyada, o cümlədən Azərbaycanda baş verən ictimai-siyasi hadisələr dəyişdikcə, gənclər qarşısında duran problemlər və onların həlli yolları da dəyişməyə başladı. Bütün bunları gözəl bilən ümummilli liderimiz Heydər Əliyev gənc nəslin mütəşəkkil formada yetişdirilməsi üçün 1994-cü il iyulun 26-da Gənclər və idman Nazirliyini yaratdı. u siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da ulu öndər Heydər Əliyev tərəfindən imzalanan sərəncama əsasən, 2 fevral 1996-cı il tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Ölkəmizdə məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün  müasir Azərbaycan gəncliyi yeni inkişaf mərhələsinə qədəm qoyub. Ölkə rəhbəri tərəfindən uğurla davam etdirilən dövlət gənclər siyasətinin düzgünlüyünü bu sahədə qazanılmış uğurlu nəticələr də təsdiqləyir.
       Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparıldı və onları maraqlandıran suallar cavablandırıldı.

sia.az

 

Pirallahı rayonunda akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş göz müayinəsi aksiyası keçirildi

    Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93-cü ildönümü ilə əlaqədar 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında  Z.Əliyeva adına Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunun mütəxəssislərinin iştirakı ilə rayonunun orta ümumtəhsil müəssisələrinin şagirdləri göz müayinəsindən keçdilər.
    Burada ixtisaslı həkimlər tərəfindən onların görmə qabiliyyətləri müəyyənləşdirilmiş, göz dibi təzyiqinin və hansısa bir xəstəlik əlaməti olub-olmadığını yoxlamadan keçirmişlər. Həkimlər tərəfindən görmə problemi olanlara yerindəcə müəyyən tibbi xidmət göstərilmiş, bəzilərinə isə məsləhətlər və ambulator müalicəsi üçün müvafiq reseptlər verilmişdir

Azertac  sia.az

 

Pirallahıda Çernobıl qurbanları anıldı  
        Pirallahı rayonundakı 168 №-li tam orta məktəbin akt zalında Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən təşkil edilmiş və 1986-cı il aprelin 26-da Çernobıl AES-də baş vermiş qəzanın 30-cu ildönümünə həsr olunmuş tədbir keçirilib. SİA-nın verdiyi məlumata görə, rayon rəhbərliyinin və ictimaiyyət nümayəndələrinin Çernobıl əlilləri və onların ailə üzvləri ilə ənənəvi görüşnün məqsədi Çernobıl faciəsi qurbanlarının xatirəsini anmaq, mövcud problemlərini həll etmək və ailələrinə yardımlar göstərməkdən ibarət olub.
       Tədbir Çernobıl qəzası qurbanlarının, eləcə də Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşərək şəhid olan hərbçilərimizin əziz xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Görüşdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov bildirib ki, Azərbaycanda Çernobil əlillərinə və onların ailə üzvlərinə dövlət səviyyəsində böyük diqqət və qayğı göstərilir. Çernobıl qəzasının nəticələrini aradan qaldırmaq üçün çalışan və bu zaman sağlamlığını itirən hər bir soydaşımızın həyatının bizim üçün dəyərli olduğunu vurğulayan V.Səfixanov qeyd edib ki, onların gündəlik qayğılarının və problemlərinin həlli istiqamətində Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən mütəmadi olaraq addımlar atılır.
        Sonra Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Babayev tarixin ən faciəli texnogen qəzası olan Çernobıl faciəsindən danışaraq qeyd edib ki, qəzanın ilk günlərində 10 minə yaxın, sonrakı aylarda daha 15 min insan həlak olub, sonrakı illərdə isə bu rəqəm 100 mini keçib. 5 milyon ukraynalıdan əlavə, keçmiş SSRİ respublikalarında və Avropa ölkələrində yaşayan azı 10 milyon nəfər şüalanmaya məruz qalaraq ağır xəstəliklərə tutulublar. Qəza zamanı əsasən gənclərdən ibarət 7 min nəfərdən çox Azərbaycan vətəndaşı, böyük təhlükəyə baxmayaraq, Çernobıla yollanışdı. Çoxları elə oradaca həlak oldu, qalanları isə ömürlük əlil qaldı və ya ağır xəstəliklərə tutuldular.
      Bildirilib ki, Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsinin gücləndirilməsi, onların sağlamlığının qorunması istiqamətində dövlət tərəfindən zəruri tədbirlər həyata keçirilir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü sayəsində Milli Məclis tərəfindən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi” haqqında Azərbaycan Respublikasının qanunu qəbul edilib və Çernobıl əlillərinin hərtərəfli dövlət qayğısı ilə təmin olunması işlərinə başlanaraq onlara bir sıra güzəşt və imtiyazlar verilib. Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, digər əlillərlə yanaşı, Çernobıl əlilləri də sanator-kurort yollayışları ilə təmin olunurlar. Çernobıl əlillərinin tibbi reabilitasiyası sahəsində də məqsədyönlü işlər görülür.
        Çernobıl qəzasının canlı şahidi olmuş Famil Səfiyev çıxış edərək onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Pirallahı Rayon İcra Hakimiyyətinin rəhbərliyinə minnətdarlığını ifadə etdi. Çernobıl əlillərinin bir qisminin dövlət tərəfindən mənzil və avtomobillərlə təmin olunduğunu vurğulayan F.Səfiyev qeyd edib ki, qəza baş verən zaman onun nəticələrini aradan qaldırmaq üçün səfərbər edilən heyət arasında sayca ən çox müsəlman respublikalarının nümayəndələri olmuşlar. Onların da arasında da azərbaycanlılar
üstünlük təşkil etmişdilər. O vaxt ki SSRİ rəhbərliyinin hadisənin real nəticələrini ictimaiyyətdən gizlətdiyini vurğulayan F.Səfiyev bildirib ki, buna baxmayaraq ABŞ və Qərb dövlətləri Çernobıl qəzasını əsrin faciəsi adlandırıblar.
       Tədbirin yekununda Çernobıl əlillərinə və onların ailə üzvlərinə İcra Hakimiyyəti tərəfindən maddi yardımlar göstərilmişdir.
 
                 sia.az, ikisahil.com
Pirallahıda 300 nəfərdən çox sakin qan verib
        Bakının Pirallahı rayonu sürətli inkişaf yolu ilə inamla irəliləyir. İqtisadi sahədə uğurlar qazanan rayonda sosial aksiyaların keçirilməsi artıq ənənə halını alıb. Təqdirəlayiq haldır ki, rayon sakinləri, xüsusən Yeni Azərbaycan Partiyasının (YAP) üzvləri hər dəfə bu tədbirlərin ən fəal iştirakçılarına çevrilirlər.
      Növbəti “Donor günü” adlı aksiya aprelin 22-də Pirallahı Rayon İcra Hakimiyyətinin və YAP Pirallahı rayon təşkilatının birgə təşəbbüsü ilə keçirilib.
       Artıq səhər saatlarından 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının önünə toplaşan partiya fəalları erməni silahlı bölmələrinin hücumunu dəf edərkən döyüşlərdə yaralanan hərbçilərimizə, eləcə də talassemiya və hemofiliyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə qan vermək üçün öz növbələrini gözləyirdilər. B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının tibbi heyəti ilk növbədə könüllüləri müayinədən keçirərək sağlamlığı donor olmağa imkan verən şəxslərdən qan götürüb.
       Aksiyada iştirak edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov deyib: “Vətən uğrunda tərəddüd etmədən canını qurban verməyə hazır olan hərbçilərimiz üçün qan vermək bizim vətəndaşlıq borcumuzdur. Eyni zamanda, vurğulamalıyam ki, xalqımızın ümummilli lideri, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyev uşaqları çox sevirdi və daim onların sağlamlığı qayğısına qalırdı. Bu gün biz - Yeni Azərbaycan Partiyasının üzvləri ulu öndərimizin şanlı yolunu layiqincə davam etdirmək üçün var gücümüzlə çalışırıq. Rayonda dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü yüksək səviyyədə qeyd etmək məqsədilə YAP Pirallahı rayon təşkilatı tərəfindən Tədbirlər Planı hazırlanaraq təsdiq edilib. Bugünkü qanvermə aksiyası da həmin Tədbirlər Planında nəzərdə tutulub”.
        Qanvermə aksiyasında rayon rəhbərliyi, Yeni Azərbaycan Partiyasının fəalları və sakinlər iştirak ediblər. Ümumilikdə 300 nəfərdən çox insan qan verib. Toplanan qan aprel ayının əvvəllərində Dağlıq Qarabağ münaqişə zonasında ermənilərin növbəti təxribatının qarşısını alarkən yaralanan hərbçilərimizə dəstək, sağalmaz bəlaya düçar olmuş körpələrə kömək məqsədilə Mərkəzi Qan Bankına təhvil verilib.
 
Azərbaycan Prezidentinin rəhbərliyi ilə xalqımız daha böyük qələbələr qazanacaq
      Azərbaycan ordusu bu gün dünyanın ən peşəkar, NATO standartlarına cavab verən ordular ilə bir sırada dayanır. Bunu beynəlxalq təşkilatlar da təsdiq edir. Bu gün Azərbaycanın qüdrətli və nizami orduya malik olması məhz ümummilli lider Heydər Əliyevin gərgin əməyinin nəticəsidir.
      Bu fikirlər aprelin 5-də Pirallahı rayonunda “Şəhidlər ölməz, Vətən bölünməz! Hər şey Vətən üçün!” mövzusunda keçirilən tədbirdə səsləndirilib.
      Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə deyib ki, Prezident, Ali Baş Komandan İlham Əliyev Ulu Öndərin siyasətini uğurla davam etdirərək, ordu quruculuğu sahəsində səylərini daha da artıraraq Azərbaycan Silahlı Qüvvələrinin müasir hərbi texnika ilə təchiz edilməsinə, möhkəm nizam-intizam, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan bir ordu yaradılmasına nail olub. O, Təhlükəsizlik Şurasının iclasında dövlətimizin başçısının etdiyi çıxışdan sitatlar gətirib.
      Milli Məclisin deputatı Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "N" hərbi hissəsinin komandiri Elçin Kərəmov, Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü Səməd Əhmədov, şəhid Sarvan Mehralıyevin sinif yoldaşı Murad Xəlilov, YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov çıxış edərək Azərbaycan ordusunun qüdrətindən danışıblar. Bildirilib ki, qəhrəman əsgərimizin döyüş ruhunu artıq heç bir mənfur düşmən qıra bilməz. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqımız bundan sonra da yeni-yeni qələbələrə nail olacaq.
       Məktəblilərin ifa etdiyi vətənpərvərlik şeirləri, hazırladıqları bədii kompozisiyalar tədbirin qələbəyə köklənmiş ruhuna xüsusi rövnəq qatıb. Hərbi orkestrin ifasında "Azərbaycan əsgəri" marşının sədaları altında əsgərlərimizin nizami keçidini bütün iştirakçılar ayaq üstə alqışlarla qarşılayıblar.
       Sonda tədbir iştirakçılarının Azərbaycan Prezidenti İlham Əliyevə müraciəti qəbul edilib.
 
Qədim Pirallahıda Novruz milli ruhda qeyd edildi
    Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün böyük uzaqgörənliklə müəyyən etdiyi inkişaf strategiyası bu gün həyatımızın bütün sahələrində özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yenilənir, müasirləşir və modernləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş hərb sahəsinədək həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilib. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, sürətli inkişaf strategiyasının reallaşdırılması istiqamətində əhəmiyyətli addımlar atmış ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir.
     Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonu üzrə nəzərdə tutulan işlərin, eləcə də digər sosial yönümlü proqram və layihələrin icrasının ölkəmizin inkişafında əsas rol oynadığını bir çox çıxışlarında xüsusi olaraq qeyd edib. Bu konteksdən yanaşdıqda Pirallahı rayonunda son üç ildə icra edilən Dövlət Proqramları çərçivəsində reallaşdırılan layihələr xüsusi əhəmiyyətə malikdir. Bu günlər Pirallahı rayonunun bütün ərazisi yenidənqurma və abadlıq işləri ilə əhatə olunub. Əlamətdar haldır ki, bu il Pirallahı rayonunda Novruz bayramı artıq dördüncü dəfə qeyd edilir. Hələ bayram ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mart ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunub. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilib. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, məcburi köçkünlərə, ümumilikdə yüzə yaxın ailəyə bayram sovqatı çatdırılıb.
      Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılıb, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanıb. Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, 14 saylı uşaq musiqi məktəbində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunub. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunub, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilib. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli inamlar, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaradıb.
     Meydanın digər tərəfində isə kimi səməni halvası çalır, sacda yuxa, şəkərbura, paxlava bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı. Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, mədəniyyət ocaqları öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgilər düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Qədim kilimarası oyunu daha böyük marağa səbəb olurdu. Rəssamlıq dərnəyinin üzvləri 10 molbert üzərində Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdirirdilər...
    Qonaqları hörmətlə qarşılayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim edib və Rayon İcra Hakimiyyətinin başçısı bayram tonqalını alovlandırıb. Pirallahı sakinlərini və qonaqları milli bayram münasibətilə ürəkdən təbrik edən V.İmanov qədim və ulu Novruz haqqında geniş məlumat verib, əski zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğulayıb, Novruz adətləri barədə danışıb. Bildirilib ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.
     Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olub. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilib. Daim beynəlmiləl tərkibi, etnik zənginliyi ilə seçilən Pirallahı rayonunda Novruz bayramının yüksək səviyyədə keçirilməsi Prezident İlham Əliyev tərəfindən elan edilmiş multikulturalizm ilinə önəmli töhfə olduğu vurğulanıb.
       Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə edib, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzulayıb.
    Daha sonra rayonun sosial-iqtisadi, mədəni inkişafında və ictimai-siyasi həyatında fərqlənmiş bir qrup əmək qabaqcılına, eləcə də milli bayrağımızı beynəlxalq yarışlarda dalğalandırmış idmançılara Pirallahı Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilib. Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, hərbi orkestrin, o cümlədən Elşad Qarayev, Dəniz Qocayeva və digər tanınmış ifaçıların iştirak etdiyi konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam etdi, qədim yallı rəqsi və bayram atəşfəşanlığı ilə yekunlaşdı. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.
 
Pirallahıda qəsəbədaxili küçələr asfaltlanır
   Paytaxtın Pirallahı rayonunda qəsəbədaxili küçələrə asfalt örtüyün döşənməsi işlərinə başlanılıb. SİA-nın məlumatına görə, rayon icra hakimiyyətindən bildiriblər ki, bu işlərin rayonun K.Rzayev, S.Vurğun, S.Bağırov, C.Cabbarlı və digər küçələrində, həmçinin 28-ci, 39-cu, 40-cı məhəllələrində aparılması nəzərdə tutulub.
     Ümumilikdə isə qəsəbənin daxili yollarına 25 km məsafədə asfalt döşənməsi planlaşdırılır.
     Təmir olunmuş binaların ətrafında və 28-ci məhəllədəki dairənin yanındakı 4400 kvadratmetr ərazidə asfaltlama işləri artıq başa çatıb.
 
Pirallahı körpüsünə qədər olan yol yenidən qurulacaq
     Pirallahı adasını sahillə birləşdirən yeni avtomobil körpüsünün tikintisi başa çatmaq üzrədir.
     Bu barədə Trend-ə “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin Mətbuat Xidmətindən məlumat verilib.
     Körpüdə son tamamlanma işləri həyata keçirilir. Artıq işlərin 97 faizi yüksək keyfiyyətlə icra olunaraq yekunlaşdırılıb.
    Körpünün tikintisi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq aparılır.
    “Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yol üzərində körpünün tikintisi və yol boyunca sahil bərkitmə işlərinin aparılması” layihəsi üzrə tikinti işlərinə 2012-ci ilin sentyabr ayında başlanılıb. Körpünün tikintisi illik investisiya proqramlarına uyğun olaraq mərhələli olaraq aparılır.
     Layihə çərcivəsində inşa edilmiş və Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində yerləşən körpünün uzunluğu 422 metr, yanaşma yolları ilə birlikdə uzunluğu isə 1360 metrdir. Körpünün eni 14 metr, hərəkət hissəsinin eni 12 metr, orta aşırımda dəniz səviyyəsindən hündürlüyü 11 metrdir. Körpü 9 aşırımdan ibarətdir (42x4 + 86 + 42x4 = 422 m).
      Hazırda körpünün dəmir konstruksiyalarının rənglənməsi, temperatur şovlarının quraşdırılması, körpünün alt hissəsinin aşınmasının qarşısını almaq məqsədi ilə xüsusi maddə ilə örtülməsi işləri aparılır.
     Eyni zamanda Pirallahı qəsəbəsinə gedən kommunikasiya (rabitə, elektrik su və kanalizasiya, qaz) xətlərinin köçürülməsi işləri də yerinə yetirilir. Bunun üçün körpünün alt hissəsində, hər bir istiqamət üzrə xüsusi dəmir konstruksiya quraşdırılıb. Kommunikasiya xətlərinin yuxarı qaldırılmasında səbəb körpünün alt hissəsindən gəmilərin rahat və maneəsiz şəkildə hərəkəti üçün xüsusi keçid hissəsinin açılacağıdır.
        Bundan başqa Qala-Pirallahı 1-ci texniki dərəcəli avtomobil yolunun sonundan körpünün girişinə qədər olan avtomobil yolunun 2-ci texniki dərəcəyə uyğun yenidənqurulması da nəzərdə tutulub. 730 metr uzunluğunda olan yolun eni 12 metr olacaq. Paralel olaraq Pirallahı qəsəbəsinin körpü ilə birləşdirən mövcud avtomobil yolunun asfalt-beton örtüyünün dəyişdirilməsi işləri də yerinə yetiriləcək.
     Bütün işlər “Azəryolservis” Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyinin nəzarəti altında yüksək keyfiyyətlə və texnoloji ardıcıllğa riayət olunmaqla aparılır. Əlavə işlərlə birlikdə layihənin tamamlanması 2016-ci ilin iyun-iyul aylarında nəzərdə tutulub.
 
В новом районе Баку все будет по-новому
    В Пираллахинском районе Баку проводятся масштабные работы по улучшению его внешнего облика.
   Об этом в беседе с Day.Az сказал заведующий сектором информационного обеспечения и анализа Исполнительной власти (ИВ) Пираллахинского района Баку Азад Намазов.
    По его словам, завершены работы по подготовке генерального плана района, он согласован с соответствующими министерствами и комитетами.
     "В рамках работ по благоустройству на территории района строятся, ремонтируются объекты различного назначения. Например, завершены работы по железобетонной конструкции моста, который свяжет остров Пираллахи с Абшеронским полуостровом. В настоящее время проводятся подготовительные работы к асфальтированию.
     Продолжается строительство административного здания Исполнительной власти Пираллахинского района, Центра Гейдара Алиева, а также первого этажа нового административного здания Пираллахинской районной организации партии "Ени Азербайджан". Все работы проводятся в соответствии с современными требованиями", - отметил А.Намазов.
    По инициативе и при поддержке Фонда Гейдара Алиева продолжается строительство детсадов на 140 и 100 мест, сообщил наш собеседник.
    "Завершен монтаж кровли детсада на 140 мест, работы проводятся внутри здания. Помимо этого, строится парк резервуаров. Уже установлено 24 баков вместимостью 300 тысяч тонн. Проводятся подготовительные работы по переносу построек, загрязненные территории очищаются от отходов и приводятся в порядок, закладываются зеленые насаждения. В течение месяца на территории района было посажено около 1000 различных видов деревьев", - сказал А.Намазов.
     После завершения работы по обновлению систем водоснабжения и канализации дан старт асфальтированию внутрипоселковых улиц, сообщил представитель ИВ района.
    "В настоящее время эти работы проводятся на улице Азизбекова. Аналогичные работы предусмотрено провести на улицах К.Рзаева, Фиолетова, Ханлара, Азизбекова, С.Вургуна, С.Багирова, Дж.Джаббарлы и 28, 40, 39 кварталах. В общей сложности, на внутрипоселковые дороги предусмотрено уложить асфальт протяженностью 25 км. 
     Помимо этого, вдоль центральной улицы Пираллахинского района сооружаются новые заборы, действующие заборы ремонтируются. В конце улицы Самеда Вургуна ведутся работы по расширению дороги. На пересечении ул. С.Вургуна с 29-м кварталом, сооружен новый декоративный забор протяженностью около 150 метров. На улице С.Вургуна, напротив Парка молодежи проводится строительство забора протяженностью 140 метров", - заявил он.
      В рамках проекта "Образцовые дворы" обустраивается двор на улице Камиля Рзаева. Кроме того, обветшалые объекты приводятся в порядок, ремонтируют фасады зданий, на 23 жилых зданиях уже завершены фасадные работы. В настоящее время эти работы продолжаются.
               Сеймур Мамедов day.az

 

Pirallahı hesabat verdi
     Son üç ildə paytaxtımız Bakı şəhərinin rayonları sırasında öz layiqli yerini tutmuş Pirallahı rayonu artıq tərəqqi və inkişaf yolu ilə inamla irəliləyir. Ötən il ərzində qazanılan uğurlar 22 fevral tarixində rayon İcra Hakimiyyətində keçirilmiş 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha geniş müzakirə obyektinə çevrildi.
    “Həftə içi”nin xəbərinə görə, hesabat yığıncağını Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov açaraq, Prezident İlham Əliyevin yürütdüyü məqsədyönlü, ardıcıl, xalqın maraq və mənafelərini əsas götürən siyasətin nəticəsi olaraq, Pirallahı rayonunun da həm sosial-iqtisadi, həm də ictimai-siyasi həyatında yola saldığımız il ərzində uğurlu nəticələrin qeydə alındığını diqqətə çatdırdı. Onun sözlərinə görə, ölkə başçısının Sərəncamı ilə yaradılmış Pirallahı rayonu gün-gündən abadlaşır və inkişaf edir.
    Rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2015-ci il ərzində görülən işlər haqqında İcra Hakimiyyəti başçısının hesabatını əks etdirən videoçarxa baxmağa dəvət etdi. Videoçarxda ilk olaraq, Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı. Bildirildi ki, Prezident İlham Əliyevin imzaladığı Fərmana əsasən reallaşan “Yüksək Texnologiyalar Parkı” layihəsi üzrə inşaat işlərinə start verilmiş, ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun tikintisi başa çatdırılmış, ərazi abadlaşdırılmışdır. Eləcə də Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində son tamamlama işləri aparılır, 600 m.-lik yanaşma yollarının tikintisinə və sahilbərkitmə işlərinə başlanılıb. Respublikamızın digər regionları kimi, gün-gündən abadlaşan və inkişaf edən Pirallahı rayonunda Payon Polis Şöbəsinin yeni inzibati binası, 168 sayli tam orta məktəbin 300 şagird yerlik yeni korpusu, “Azərişıq” ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binası, Alternativ və Bərpaolunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyası, Çörək Kombinatı inşa edilmişdir.
     Hesabat dövründə İcra Hakimiyyəti və digər rayon təşkilatları tərəfindən iki yüzdən çox tədbir həyata keçirilmiş, Prezident İlham Əliyevin yürütdüyü siyasətin təbliği, Ümummilli Lider Heydər Əliyev irsinin öyrədilməsi ilə bağlı “açıq dərs”lərin keçirilməsi, Ulu Öndərin azərbaycançılıq məfkurəsinin təşviqi, böyüməkdə olan nəslin hərbi-vətənpərvərlik tərbiyəsi, tarixi və əlamətdar günlərin qeyd olunması məsələləri gündəlik fəaliyyətin əsas istiqamətlərini təşkil etmişdir: “2016-cı ildə Pirallahı rayonunun inkişafına xüsusi diqqət ayrılmışdır. Prezident İlham Əliyevin imzaladığı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində məktəb və bağçaların təmiri və tikintisi, qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, sahibkarlığın inkişafının dəstəklənməsi və s. nəzərdə tutulmuşdur”.
      Milli Məclisin deputatı Rauf Əliyev, Prezident Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev ölkə başçısının rəhbərliyi ilə respublikada davam edən hərtərəfli, geniş və sürətli tərəqqidən ətraflı danışaraq, Pirallahı rayonunda görülən işləri müsbət dəyərləndirdilər.

     Hafta.az, AZTVxalqqazeti.com, iki sahil

Pirallahı rayonunda Gənclər Günü
   2 fevral Gənclər Günü ilə bağlı ölkəmizin bütün bölgələrində, paytaxtımız Bakı şəhərinin rayonlarında silsilə bayram tədbirləri keçirilir.
   Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatından Xalqinfo.az-a daxil olan məlumata görə, Gənclər Gününə həsr olunmuş növbəti bayram tədbiri 02 fevral 2016-cı il tarixində YAP Pirallahı rayon təşkilatının qərərgahında keçirildi. Tədbirdə bir qrup gənc YAP fəalları iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov əlamətdar tarixi hadisə - 2 fevral Gənclər Günü münasibətilə yığıncaq iştirakçılarını təbrik etdi. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan Dövlət Gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intelektual müasir dünyagörüşlü yeni nəsil yetişib. Bu siyasət hazırda möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Möhtərəm prezidentimizin rəhbərliyi ilə həyata keçirilən Dövlət Gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan verib onların cəmiyyətdə özünə məxsus yer tutmasında mühüm rol oynayıb. Azərbaycan gəncliyi ulu öndər Heydər Əliyevin təməlini qoyduğu siyasətə uyğun olaraq fəaliyyət göstərir. Azərbaycanın gənc nəsli əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasi xəttə sadiqdirlər. Eyni zamanda gənclərimiz ölkəmizin inkişafı naminə hər cür fədakarlığa hazır olduqlarını dəfələrlə sübut ediblər. Azərbaycanda gənclərin say etibarı ilə çoxluq təşkil etməsi və onların əksər hissəsinin Yeni Azərbaycan Partiyasının üzvü olması ölkəmizin gələcəyinin daha da inkişaf etməsində, əhalinin rifah halının yüksəldilməsində möhtərəm prezidentimizin yaxın silahdaşlarının çox olmasının sübutudur. Azərbaycan gəncləri hər zaman ulu öndərimizin layiqli davamçısı möhtərəm prezidentimizin ətrafında sıx birləşmələri ilə sübut etmişlər ki, İlham Əliyev Azərbaycan gənclərinin əvəzolunmaz lideridir.
   Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Vüsal Babayev 2 fevral Gənclər Günü ilə bağlı rayonda silsilə tədbirlərin davam etdirildiyini söylədi. A.Əliyeva zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP Gənclər Birliyinin bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin ən müxtəlif təbəqələrini təmsil edən intellektual, yaradıcı, zəhmətkeş gənclərini birləşdirdiyini xüsusi vurğuladı: "Yeni Azərbaycan Partiyası Gənclər Birliyi hər zaman Azəbaycan dövlətçiliyinə, Ümummilli Liderimiz, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, Onun siyasi ideyalarına sadiq olub.
   Tədbirdə YAP Gənclər Birliyinin fəal üzvlərindən, Aytən Əliyeva, Emin İlyasov, Sevda Bəşirova və Yaşar Bəbirov və başqaları çıxış edərək Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin keçdiyi şərəfli yoldan, ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi özünü təsdiq etdiyindən, bu illər ərzində Azərbaycan Respublikasının dövlətçilik sahəsindəki qələbələrinin hamısının Yeni Azərbaycan Partiyasının fəaliyyəti sayəsində, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin zəhməti, əzmi, qətiyyəti nəticəsində əldə edildiyindən danışdılar.
   Tədbirə çay süfrəsi ilə yekun vuruldu.
 

 

Pirallahı rayonunda ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla anılıb
   Azərbaycan dövlətçiliyinin xilaskarı, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin əbədiyyətə qovuşmasının 12-ci ildönümü ilə əlaqədar Pirallahı rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrində Ulu Öndərin əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.
   Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbirlərdə müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin keçdiyi çətin və şərəfli həyat yoluna nəzər salınır, bu dahi şəxsiyyətlə bağlı xatirələr bölüşülür. Çıxış edənlər vurğulayıblar ki, “Mən ömrümün qalan hissəsini də xalqıma bağışlayıram” deyən dahi Heydər Əliyev həyatını müstəqil Azərbaycanın uğurlu gələcəyinə həsr edib. O, təzyiqlərə mərdliklə sinə gərərək, dünyaya Günəş kimi doğan müstəqil Azərbaycan dövlətini qurub. “Heydər-xalq”, “Xalq-Heydər” sevgisi daimidir, əbədidir. Dahi lider bizdən cismən ayrılsa da ideyaları, əməlləri həmişə bizimlədir və qəlbimizdə yaşayacaq. Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha işıqlı gələcəyə doğru inamla irəliləyəcək.
   Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilmiş anım mərasimində isə Ümummilli Liderin müstəqil dövlətimizin qurulması və möhkəmləndirilməsi sahəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, Azərbaycanın inkişafında misilsiz xidmətlərindən söz açılıb.
 
    AzerTAc, ikisahil
Xəzərin ortasında abadlaşan şəhər

Bakının sayca 12-ci rayonu olan Pirallahıda da genişmiqyaslı abadlıq-quruculuq işləri vüsət alıb.  Prezidentin “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” fərmanın icrası istiqamətində Pirallahı rayonu ərazisində hazırlıq işləri görülür. Parkda ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun inşası tamamlanıb.

Rayon İcra Hakimiyyətindən Koordinat.az-a verilən məlumata görə, Dövlət Proqramı çərçivəsində Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirəcək yeni avtomobil körpüsünün tikintisi müvəffəqiyyətlə davam etdirilir. Layihə çərçivəsində körpünün dayaqlarının və giriş hissəsində istinad divarlarının tikintisi artıq başa çatdırılmışdır. Hal-hazırda körpüdə aşırım tirlərinin quraşdırılması tamamlanmaq üzrədir. Körpüdə dəmir-beton işlərinin noyabr ayının sonunadək yekunlaşdırılması planlaşdırılır. Xatırladaq ki, Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrliyində inşa olunan 9 aşırımlı körpünün dəniz suyu səviyyəsindən hündürlüyü (orta aşırımda) 14 metr, hərəkət hissəsinin eni 12 metr olmaqla, ümumi eni isə 14 metr təşkil edir. Yanaşma yolları ilə birlikdə körpünün ümumi uzunluğu 1300 metr təşkil edir.

Qeyd edək ki, obyektə inşaat işlərinin 85 faizi artıq yerinə yetirilmişdir. Tikintisinə 2012-ci ilin oktyabr ayından başlanan Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən  körpünün istismara verilməsi 2015-ci ilin sonuna – 2016-cı ilin əvvəlinə planlaşdırılır. Körpü istismara verildikdən sonra onun altından gəmilərin sərbəst hərəkəti də nəzərdə tutulur. Pirallahı qəsəbəsini Abşeron yarımadası ilə birləşdirən körpünün girişlərinin dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması məqsədilə magistral boyu sahilbərkitmə işləri aparılıb. Bu obyekt Xəzər regionda dənizdə tikilən ilk körpüdür. Bu vaxta kimi süni yarımada statusu daşıyan Pirallahı körpüsünün tikintisi başa çatdıqdan sonra tam şəkildə ada statusu qazanacaqdır.

Rayonun  Baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşıb, Baş planın müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılıb. Pirallahı Rayon İcra Hakimiyyətinin, YAP Rayon Təşkilatının inzibati binalarının və Heydər Əliyev Mərkəzinin tikintisi davam etdirilir. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb.

Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1840 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Fasad hissələri təmir olunan 22 yaşayış binasından 19-da işlər tamamlanıb, 3-də təmir davam edir. 10 və 4 nömrəli binaların fasadları milli ornamentlərlə bəzədilir. «Nümunəvi Həyətlər» layihəsi çərçivəsində aparılan işlər davam etdirilir. Mütəmadi olaraq rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə ümumrayon iməcilikləri  keçirilir. “Abşeronneft” NQÇİ-nin  yeni “Rezervuarlar Parkı”nın tikintisi davam etdirilir. Neftlə çirklənmiş torpaqların təmizlənməsi məqsədilə lay sularının axıdılması nəticəsində tarixən yaranmış çirkli göllər və gölməçələr təmizlənərək qurudulur, təmizlənmiş sahələrdə abadlıq işləri görülür və yaşıllıqların salınması tədbirləri həyata keçirilir.

Qala-Pirallahı magistral yolunun kənarlarında salınmış yaşıllıqlara və əkilmiş ağaclara mütəmadi olaraq aqrotexniki qulluq göstərilir. “Çörək və un məmulatları kombinatı"nda son tamamlama işləri görülür. Günəş Elektrik Stansiyası layihəsinin ikinci mərhələsi çərçivəsində əlavə olaraq 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub, binanın daxilində tamamlama işlərinin 80 faizi yekunlaşmışdır. Tikilən uşaq bağçası ilə qonşuluqdakı S.Bağırov küçəsində ərazi təmizlənərək abadlaşdırılır.

“Azərsu” ASC tərəfindən çəkilən Ceyranbatan-Balaxanı-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Hazırda Pirallahı qəsəbəsinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər gedir. Dübəndi sahəsində uzunluğu 600 metr olan 2 dövrəli kabel xətti çəkilib. Gürgən qəsəbəsi İ.Məcidov küçəsində 23 ədəd gecə işıqlandırılması dirəyi təmir edilib.

Baş Plan-Müfəssəl Planlaşdırma Layihəsi əsasında Pirallahı rayonu Pirallahı qəsəbəsində görülən abadlıq-quruculuq işləri ilə əlaqədar ərazidə yerləşən mühəndis kommunikasiya xətlərinin və qurğularının yerlərinin dəyişdirilməsi, yeni xətlərin çəkilməsi və köhnə xətlərin ləğv edilməsi işləri uğurla həyata keçirilir.

 

    http://koordinat.az

Tarixi zərurətdən yaranan YAP çətin, eyni zamanda, şərəfli yol keçib
   Yeni Azərbaycan Partiyasının yaradılmasının 23-cü ildönümünə həsr olunan daha bir tədbir YAP Pirallahı rayon təşkilatı tərəfindən təşkil edilib.
   Pirallahı qəsəbəsində keçirilən tədbirdə rayon təşkilatının sədri Manaf Manafov partiyanın XX əsrin 90-cı illərinin əvvəllərində ölkədə hökm sürən mürəkkəb ictimai-siyasi şəraitdə yarandığını, bu gün nəinki ölkəmizdə, eləcə də regionda aparıcı siyasi təşkilata çevrildiyini deyib. O, YAP-ın keçdiyi kəşməkəşli yola nəzər salaraq bildirib ki, tarixi zərurətdən yaranan partiya çətin, eyni zamanda, şərəfli yol keçməklə yanaşı, həm də ictimai-siyasi mühitdə kifayət qədər nüfuz toplamış siyasi təşkilata çevrilib. Azərbaycan dövlətinə, dövlətçiliyinə sadiq olan insanlar, ziyalılar, ictimai-siyasi xadimlər bu gün də YAP-da təmsil olunmaqla partiyanın fəaliyyətində müstəsna xidmətlər göstərirlər.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov zamanın çətin sınaqlarından şərəflə çıxmış YAP-ın bu gün ölkəmizdə ən güclü və nüfuzlu siyasi qüvvəyə çevrildiyini, öz ətrafında cəmiyyətimizin müxtəlif təbəqələrini təmsil edən intellektual, yaradıcı, zəhmətkeş insanlarını birləşdirdiyini vurğulayıb. O deyib ki, Yeni Azərbaycan Partiyası hər zaman Azərbaycan dövlətçiliyinə, partiyanın yaradıcısı ulu öndər Heydər Əliyevə, onun siyasi ideyalarına sadiq olub. YAP öz fəaliyyətinin başlıca mənasını xalqa xidmətdə görür. Yarandığı vaxtdan Yeni Azərbaycan Partiyası cəmiyyətimizdə sülh, əmin-amanlıq, milli həmrəylik və demokratiya prinsiplərinin bərqərar edilməsini, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsini, hüquqi-demokratik dövlətin yaranmasını, geniş demokratik islahatların həyata keçirilməsini qarşısına məqsəd qoyub.
   Tədbirdə YAP Siyasi Şurasının üzvü Aydın Mirzəzadə, deputat Rauf Əliyev və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının 23 ildə keçdiyi şərəfli yoldan, ölkənin siyasi taleyində həlledici qüdrətə malik olan siyasi qüvvə kimi özünü təsdiq etməsindən, bu illər ərzində Azərbaycanın dövlətçilik sahəsindəki qələbələrinin hamısının partiyanın fəaliyyəti sayəsində, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin gərgin zəhməti, əzmi, qətiyyəti nəticəsində əldə edilməsindən danışıblar.
   Daha sonra YAP sıralarına üzv olmuş bir qrup gəncə vəsiqələr və eyni zamanda, Pirallahı rayonunun ictimai-siyasi həyatında fəal iştirakına görə bir qrup partiya fəalına fəxri fərmanlar və hədiyyələr təqdim edilib.
   Tədbir konsert proqramı ilə başa çatıb.
 
Milli Qəhrəman Sergey Murtuzəliyevin doğum günüdür
   O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı.
   Bu gün Azərbaycanın Milli Qəhrəman, Qarabağ müharibəsi zamanı şəhid olmuş Sergey Murtuzəliyevin doğum günüdür.
   Oxu.Az-ın məlumatına görə, o, 1963-cü il noyabrın 17-də Bakının Pirallahı qəsəbəsində anadan olub.
   Sergey orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olub. Daha sonra Yeysk Ali Hərbi Aviasiya Məktəbini bitirib, bir müddət keçmiş SSRİ-nin müxtəlif yerlərində, sonra Kürdəmirdə hərbi aviasiya alayında polkovnik-leytenant rütbəsində xidmətini davam etdirib.
   Sergey Qarabağa ilk uçuş edənlərdən biri olub. O, dəfələrlə döyüş zonasına uçuşlar edərək, silah-sursat, ərzaq və dinc sakinlərin daşınmasında rəşadət göstərib. Sergey Qarabağ müharibəsinin ilk günlərindən hərbi təyyarəçi kimi döyüşə atılıb.
   Milli qəhrəman düşmənə ağır zərbələr endirib, onlarla ermənini məhv edərək onların zirehli texnikasını sıradan çıxarıb.
   Əfsanəyə çevrilən vətən övladının adı dillərdə gəzib. O, havaya qalxanda əvvəlcə təyyarəsini havada oynadar sonra istiqamət alardı. Bu zaman hamı onun Sergey olduğunu bilərdi.
   Sergey 1993-cü il avqustun 30-da təlim uçuşu zamanı kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğrayaraq həlak olub. Sergey Dərbənd yaxınlığındakı Darğuş kəndində dəfn edilib.
   Evli idi, iki övladı yadigar qalıb.
    Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə Sergey Murtuzəli oğlu Murtuzəliyev ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. Milli qəhrəmanın Kürdəmir Hərbi Aviasiya alayında büstü qoyulub.
 
На берегу Каспия построят современный город
   Социально-экономическое развитие города Баку и его поселков является важнейшей приоритетной задачей нашего государства. В рамках Государственного плана по социально-экономическому развитию Баку и его поселков на 2014-2016 годы, был проделан значительный объем работ: построены и отремонтированы социальные объекты - парки, школы, детсады, спортивные комплексы, объекты культуры и здравоохранения; улучшены системы водоснабжения, канализации, газоснабжения, а также энергетическая система; построены и отремонтированы дороги, мосты, пешеходные переходы, путепроводы, дорожные развязки и т.д. Вытекающие из этой программы проекты должны быть реализованы до конца 2016 года.
   Как и во всех районах Баку, так и в новом районе нашей столицы - в Пираллахинском районе - проводятся ремонтно-строительные работы и работы по благоустройству в соответствии с той самой Госпрограммой. С каждым месяцем облик района преображается: ремонтируются дороги, налаживается система отопления, ведется реконструкция систем водоснабжения и канализации, проводятся работы по благоустройству дворов жилых зданий, фасады домов обновляются.
   Сегодня в районе реализуется много проектов, есть такие, что находятся "в режиме ожидания". Одним из таких проектов как раз является строительство нового города. Для реализации проекта выделен земельный участок площадью 1700 га в прибрежной полосе поселка Гюрган.
   Как сообщили Day.Az в Исполнительной власти (ИВ) Пираллахинского района Баку, работы над концептуальным планом развития нового города уже завершены. Согласно утвержденному проекту, предусмотрено строительство современного жилого центра (первоначально он будет рассчитан на проживание 120 тыс. человек), административных зданий, торговых центров, историко-краеведческого музея, дороги протяженностью 1 км, фуникулера, а также создание уголков отдыха, водопада. Согласно проекту, на первоначальном этапе запланировано строительство 60 жилых зданий, большинство которых будут четырехэтажными, с террасами. Более того, в новом городе будут построены университетский комплекс, рыболовная платформа и промышленная зона.
   О том, когда начнется реализация проекта, в ИВ района точной информацией не располагают. Все зависит от выделения финансовых средств, ответили в Исполнительной власти.
    Отметим, что в случае реализации проекта, это станет самым важным событием для района.
 
Yenicə həyata vəsiqə alan Pirallahı
   Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə Sərəncam imzaladıqdan sonra bu rayonda geniş quruculuq və abadlıq işləri həyata keçirilib. Qısa müddətdə Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət alıb. Aparılan yenidənqurma işləri nəticəsində Pirallahı qəsəbəsinin siması sürətlə müasirləşir. Bu gün ölkə iqtisadiyyatının bütün sahələri üzrə sürətli inkişaf gedir, bu da insanların rifahının yüksəlməsinə xidmət edir. Pirallahı Rayon İcra Hakimiyyəti də dinamik yüksəliş üçün bütün zəruri tədbirləri həyata keçirməyə, ölkədəki inkişaf prosesinə layiqli töhfəsini verməyə çalışır. Təsdiq edilmiş layihəyə əsasən rayonun mərkəzi yolu və ətraf ərazilər abadlaşdırılır, yaşayış məhəllələrində nümunəvi həyətlər yaradılır, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülür və burada yeni infrastruktur layihələrinin reallaşdırılması məqsədilə zəruri addımlar atılır, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Həyata keçirilən işlər, tikilən və əsaslı şəkildə yenidən qurulan obyektlər rayona xüsusi yaraşıq verir, sakinlər tərəfindən sevinclə qarşılanır. Pirallahı qəsəbəsinin Səməd Vurğun küçəsində dairə formasında kompozisiya inşa edilmişdir. Dairənin üstündə yaşı 20-dən artıq olan zeytun ağacı əkilmiş və ətrafı 100-ə yaxın dekorativ güllə bəzədilmişdir. Həmin kompozisiya qəsəbənin gözəlliyinə daha bir naxış vurmuşdur. Dairə orijinal formaya, diqqət çəkən maraqlı memarlıq quruluşuna malikdir. Ətrafda yerləşən 10 və 4 nömrəli binalar əsaslı şəkildə təmir olunur və binaların fasadlarını rozetkalarla, ulduzlar və xüsusi mənası olan milli ornamentlərlə bəzəyirlər. Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri davam edir. 29-cu məhəllədə dördmərtəbəli binaların fasadının yenilənməsi, giriş qapılarının, blokun və dam örtüyünün təmiri istiqamətində işlər aparılır. Həmin proses 28-ci, 40-cı məhəllələrdə, K.Rzayev və Fioletov küçələrində də davam etdirilir. Pirallahı qəsəbəsinin inkişaf perspektivlərinə uyğun olaraq alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verərək hazırda rayon mərkəzində və qəsəbələrdə küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasından, ictimai nəqliyyatın fasiləsiz işindən, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin təmir-tikintisi və bərpası istiqamətində görülən işlərdən danışdı. Bizdə əminlik yarandı ki, yenicə həyata vəsiqə alan Pirallahı rayonunun sabahı daha abad və yaraşıqlı olacaq.
 
Pirallahıda Dövlət Bayrağı Günü qeyd olundu
   Dövlət Bayrağı Günü münasibətilə Pirallahı rayonunun təhsil və mədəniyyət ocaqlarında silsilə tədbirlər keçirilir. Bayram tədbirlərinə rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları da qtılıb.
   Koordinat.az-ın məlumatına görə, Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov bildirib ki, dövlətimizin müstəqilliyi daha da möhkəmlənir, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilib. O, qeyd edib ki, “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Pirallahı rayonunda da böyük quruculuq və abadlıq işləri aparılır, təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
   Tədbirlərdə vurğilanıb ki, Azərbaycan Respublikasının dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın dövlət bayrağı milli müstəqilliyin simvolu kimi ölkəmizin bütün vətəndaşları üçün müqəddəs dövlətçilik rəmzlərindən birinə çevrilib. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 17 noyabr 2009-cu il tarixli sərəncamı ilə 9 noyabr tarixi Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi təsis olunub və hər il ölkəmizdə böyük təntənə ilə qeyd olunur. Dövlətin bayrağı ölkənin, millətin kimliyini, milli-dini mənsubiyyətini, hansı amallar uğrunda mübarizə apardığını ifadə edən xüsusi qürur mənbəyidir.
   Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər. Onlar  Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə ediblər.
   “Dövlət Bayrağı Günü” ilə əlaqədar bayram tədbiri V.Mustafazadə adına Mədəniyyət və 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzlərində də keçirilib. Bütün tədbirlərdə  Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak ediblər. Mərkəzin yetirmələri qonaqlara Bayraq və Vətən mövzusunda hazırladıqları əl işlərini və musiqi nömrələrini nümayiş etdiriblər.
 
Pirallahı rayonunda Dövlət Proqramları uğurla icra olunur
Hesabat yığıncağında cari ilin doqquz ayı ərzində görülmüş işlərdən geniş bəhs edilib

2015-ci il oktyabr ayının 21-də Pirallahı rayon İcra Hakimiyyətində cari ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr edilmiş İcra Hakimiyyəti başçısının hesabat yığıncağı keçirilmişdir. SİA-nın verdiyi məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov qeyd edib ki, oktyabr ayının 12-də Prezident İlham Əliyev cənablarının sədrliyi ilə keçirilmiş Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı 2015-ci ilin 9 ayı ərzində Respublikamızın sosial-iqtisadi inkişaf dinamikasını müsbət qiymətləndirmişdir.

Bütövlükdə respublikada bu ilin 9 ayında sosial-iqtisadi inkişafın uğurlu olduğunu, ölkəmizin inkişafı ilə bağlı inamlı addımlar atıldığını bildirən, bir sıra makro və mikro iqtisadi göstəriciləri sadalayan V.İmanov ölkə başçısı İlham Әliyev tərəfindən milli təhlükəsizlik naziri Eldar Mahmudovun tutduğu vəzifədən azad edilməsi və general Mədət Quliyevin Azərbaycan Respublikası milli təhlükəsizlik nazirinin birinci müavini təyin olunması haqqında iki mühüm sərəncam imzaladığını, Prezidentin təqdimatı ilə Milli Məclisin oktyabrın 20-də keçirilən iclasında “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunun qəbul edilməsini, dövlət başçısının bu qərarının biznes mühitinin sağlamlaşdırılması, qeyri-neft sektorunun inkişafı baxımından mühüm əhəmiyyət kəsb etməsini vurğulayıb, Pirallahı rayonunda ötən 9 ayda görülən işlərdən danışıb.

Bildirilib ki, Dövlət Proqramına əsasən inşa edilən və Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpünün 82 metrlik orta aşırımının dəmir-beton konstruksiyalarının 80 faizi artıq işlənib. Rayonun Baş planının hazırlanması istiqamətində görülən işlər yekunlaşıb, Baş planın müxtəlif nazirlik və komitələrlə razılaşdırılması prosesi başa çatdırılıb.

Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq ərazidə tikinti işlərinin aparılması məqsədilə zəruri sənədləşmə aparılıb. Hazırda ərazidə layihəyə uyğun olaraq tikinti işlərinə başlanıb, ilk mərhələdə təsərrüfat məqsədilə istifadə olunacaq sərgi salonunun inşaat işləri tamamlanıb.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün ayrılmış 2 hektar torpaq sahəsində 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq quraşdırma, sazlama işləri başa çatdırılıb və stansiya tam olaraq ümumi şəbəkəyə qoşulub. Agentliyə əlavə 5 ha torpaq sahəsinin ayrılması istiqamətində sənədləşmə işləri aparılır.

Dövlət Proqramına əsasən “Azərsu” ASC tərəfindən çəkilən Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri davam etdirilir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub, binanın daxilində tamamlama işlərinin 80 faizi yekunlaşıb. Eyni zamanda, Dövlət Proqramına əsasən reallaşan 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi yekunlaşaraq sentyabrın 15-də istifadəyə verilib.

İnzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin tikintisi gedir. YAP Rayon Təşkilatı üçün tikilən yeni inzibati binanın birinci mərtəbəsinin inşası davam edir. S.Vurğun küçəsində Gənclər Əyləncə Mərkəzi üçün ayrılmış sahədə kommunikasiya xətləri inşaat sahəsindən kənarlaşdırılıb.

Rayon mərkəzində əsas yol boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri sona çatmaqdadır. S.Vurğun küçəsində dairə formasında kompozisiya inşa edilib, üstündə zeytun ağacı əkilib, ətrafı yüzlərlə dekorativ güllə bəzədilib. Yaxınlıqda yerləşən 10 və 4 nömrəli binalar əsaslı şəkildə təmir olunur, binaların fasadları milli ornamentlərlə bəzədilib. Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur.

Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılıb. Pirallahı rayonunda əhali və qeyri-əhali qrupunun mavi yanacaq, elektrik enerjisi, istiliklə fasiləsiz və təhlükəsiz şəkildə təmin edilməsi məqsədilə və payız-qış mövsümünə hazırlıqla əlaqədar təsərrüfatın yenilənməsi işləri davam etdirilir. Dübəndi sahəsində uzunluğu 600 metr olan 2 dövrəli kabel xətti çəkilib. Gürgən qəsəbəsi İ.Məcidov küçəsində 23 ədəd kecə işıqlandırılması dirəyi təmir edilmişdir. Pirallahı adasının sənaye zonasında 6,4 ha sahədə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Parkı”nın tikintisində inşaat işləri yüksək templərlə davam etdirilir. Rayon sakinlərinə rabitə xidməti göstərən EATS-57-nin və 77 saylı Poçtun binası təmir edilmişdir. 19 sentyabr 2015-ci il tarixində Çilov adasında SOCAR prezidenti Rövnəq Abdullayevin iştirakı ilə müasir idman-sağlamlıq mərkəzi və istirahət kompleksinin açılış mərasimi olub. Bundan əlavə, Çilov qəsəbəsində yeni yataqxana kompleksi, ƏKS OSMOS qurğusu tikilib, su təminatının yaxşılaşdırılması, asfalt örtüyünün yenilənməsi, ekoloji sağlamlıq istiqamətində xeyli iş görülüb, adada aptek açılmış, geniş yaşıllıq zolaqları salınıb. 16 saylı BŞX-nın əsaslı təmiri Dövlət Proqramında nəzərdə tutulub.

Hesabat dövründə Pirallahı rayonunda sənaye istehsalı üzrə də nailiyyətlər əldə edilib. Bütövlükdə 2015-ci ilin doqquz ayı ərzində Pirallahı rayonu üzrə neft hasilatı 4 mln 578 min 727 ton, qaz hasilatı isə 4 mlrd 137 mln 412 min m3 təşkil edib. ARDNŞ Nəqliyyat İdarəsinin 5 saylı Texnoloji nəqliyyat departamenti əsas göstəricisi olan təsərrüfatda maşın günləri üzrə planın öhdəsindən 103,6% gəlib, parkdan istifadə əmsalı 0.68 olub.

Rayonda həyata keçirilən ictimai-siyasi və ideoloji işin keyfiyyətinin yaxşılaşdırılması, ictimai təşkilatlar və dini qurumlarla qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi istiqamətində fəaliyyət gücləndirilib. 20 Yanvar faciəsinin iyirmi beşinci ildönümü, Xocalı soyqırımının 23-cü ildönümü, 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü, Çernobıl faciəsinin 29-cu ildönümü, erməni təcavüzünə məruz qalmış rayonlarımızın işğal günləri ilə əlaqədar geniş rayon ictimaiyyətinin iştirakı ilə ümumrayon tədbirləri təşkil olunub. Novruz bayramı, Əməkdar elm xadimi, tibb elmləri doktoru, akademiki Zərifə xanım Əliyevanın xatirə günü, müasir Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı və digər dövlət əhəmiyyətli ümumrayon tədbirləri yüksək səviyyədə qeyd olunub.

Çıxışının sonunda Vasif İmanov rayonun perspektiv inkişafının da daim diqqət mərkəzində olduğunu, Prezident İlham Əliyev cənabları tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonu üzrə nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinin yüksək səviyyədə təmin edildiyini vurğulayıb. Sentyabrın 18-19-da Pirallahı rayonunda 20 Sentyabr - Neftçilər Günü yüksək səviyyədə qeyd edilib. Çilov adasında Neftçilər Gününə həsr olunmuş bayram tədbirində SOCAR prezidenti Rövnəq Abdullayev iştirak edib. 20 Sentyabr – Neftçilər Günü ərəfəsində Prezident İlham Əliyev cənablarının sərəncamı ilə rayon neftçilərindən “28 May” NQÇİ-nın baş mühəndisi Qabil Qənbərov “Şöhrət” ordeni, “Abşeronneft” NQÇİ-nin baş geoloqu Fazil İbrahimov “Tərəqqi” medalı ilə təltif ediliblər. Daha 5 neftçinin əməyi ARDNŞ-nin Fəxri fərmanlarına layiq görülüb. ARDNŞ Nəqliyyat İdarəsinin 5 saylı texnoloji nəqliyyat departamentinin dəstə rəisi Babək Günəşovun əməyi də ARDNŞ-nin Fəxri fərmanı ilə qiymətləndirilib.

Hesabat məruzəsi ətrafında müzakirələrdə iştirak edən Pirallahı rayon İcra Hakimiyyəti başçısı Aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri Yunus Musayev, “Azərsu” ASC Pirallahı rayon Sukanal İdarəsinin rəisi Əli Kərimov, Pirallahı bələdiyyəsinin sədri Elxan Zülfüqarov və digər çıxış edənlər 2015-ci ilin doqquz ayı ərzində Pirallahı RİH-in fəaliyyətinin qənaətbəxş hesab olunmasını təklif etdilər. Çıxışlar başa çatdıqdan sonra Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında Şuraya yeni üzvlərin qəbulu ilə bağlı məsələyə baxıldı və səsvermə yolu ilə Şuraya yeni üzvlər qəbul edildi. 2015-ci ilin doqquz ayı ərzində sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə dair hesabat yığıncağının qərar layihəsi toplantı iştirakçılarının nəzərinə çatdırıldı və yekdilliklə qəbul edilib.
 
Pirallahı rayonunun idmançıları kempo üzrə Avrasiya çempionatında yüksək nəticələr göstəriblər
   Azərbaycanda ilk dəfə olaraq kempo döyüş növü üzrə Avrasiya çempionatı keçirilib. Çempionatda 21 komandanın heyətində 183 idmançı qüvvəsini sınayıb. Azərbaycan kempoçuları ilə yanaşı, Əfqanıstan, Rusiya, İran və digər ölkələrdən idmançılar da turnirdə mübarizə aparıblar.
AZƏRTAC xəbər verir ki, çempionatda Pirallahı rayonunun “Kempo” komandası da bir neçə idmançı ilə təmsil olunub. İki gün davam edən gərgin idman mübarizəsinin nəticəsində Seymur Yusibov full-kontakt versiyası üzrə çempion olub. O, submission versiyası üzrə isə fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Gənc idmançı Rauf Hüseynov da etimadı doğruldaraq 15-17 yaşlı atletlərin qrupunda çempion adını qazanıb. Murad Yaqubov isə ikinci yeri tutub.
   Çempionat Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin (BŞGİBİ) və Azərbaycan Karate-do Federasiyaları Assosiasiyasının dəstəyi, “Toğrul” idman klubunun təşkilatçılığı ilə “Şağan” Olimpiya İdman Kompleksində keçirilib.
 
Pirallahı rayonunda mülki müdafiə məşqləri keçirilib
   Oktyabrın 14-də Pirallahı rayonunun ərazi mülki müdafiə qüvvələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqləri keçirilib. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədilə keçirilən tədbirdə rayon icra hakimiyyətinin əməkdaşları, rayon fövqəladə hallar komissiyanın, mülki müdafiə xidmət və qüvvələrinin üzvləri iştirak ediblər.
   AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqlərinin əsas məqsədinin “Mülki müdafiə haqqında” Qanunun tələblərinin yerinə yetirilməsi, rabitə və xəbərdarlıq sisteminin vəziyyətinin, fövqəladə hadisələrdə qarşıda duran vəzifələrin yerinə yetirilməsi zamanı mülki müdafiə qüvvələrinin hazırlığının, xəbərdarlıq sxemi üzrə hərəkətin, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin operativ təşkilinin yoxlanılması olduğunu vurğulayıb.
   Xəzər rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi vəzifəsinin icraçısı Cəsarət Kərimov cari ildə Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarının illik mülki müdafiə tədbirlər planı əsasında mülki müdafiə tədbirlərinin icrasının vaxtında təmin olunması, əhaliyə və işçilərə mülki müdafiə sahəsində biliklərin öyrədilməsi, ehtimal olunan fövqəladə hadisələrin nəticələrinin operativ aradan qaldırılması üçün mülki müdafiə qüvvələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi tədbirlərinin təşkili haqqında ətraflı məlumat verib. Bildirib ki, ötən tədris ilində əhalinin maarifləndirilməsi ilə bağlı müxtəlif tədbirlər həyata keçirilib. Bu məqsədlə “Mülki müdafiə və əhalinin fəlakət riskinin qarşısının alınmasına hazırlanması” mövzusunda rayonun idarə, müəssisə və təşkilatlarında maarifləndirmə tədbirləri təşkil edilib.
   Tədbirdə mülki müdafiə əmlakının sərgisi təşkil olunub, yaralanmalar zamanı ilkin tibbi yardımın göstərilməsi və yanğınların qarşısının alınması üsulları, fövqəladə hallar zamanı təxliyənin təşkili qaydaları nümayiş etdirilib.
 
Pirallahı rayonunda Beynəlxalq Ahıllar Günü qeyd edilib
    Dünən Pirallahı rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Beynəlxalq Ahıllar Gününə həsr olunmuş tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov dövlət tərəfindən ahıllara göstərilən diqqət və qayğıdan danışıb. V.Səfixanov bildirib ki, Birləşmiş Millətlər Təşkilatının Baş Məclisi 1992-ci ildə ahılların müdafiəsi ilə bağlı qətnamə qəbul edib və həmin qətnamənin prinsiplərinə uyğun olaraq hər il oktyabrın 1-i bütün dünyada Beynəlxalq Ahıllar Günü kimi qeyd olunur. Bu tarixin beynəlxalq səviyyədə qeyd olunması isə ahıllara diqqət və qayğının artırılması məqsədi daşıyır. Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur.
    Onun sözlərinə görə, Ümummilli liderimiz Heydər Əliyev ahıl insanlara, onların problemlərinə hər zaman böyük diqqət və qayğı ilə yanaşırdı: “Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müvəffəqiyyətlə davam etdirilir. Bu gün Prezident İlham Əliyev ölkəmizin inkişaf strategiyasını uğurla həyata keçirir. Eyni zamanda, əhalinin sosial müdafiəsi daim gücləndirilir. Və burada ahılların da öz yeri var. 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Qanuna əsasən, ölkədə 70 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşları, habelə Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl sayılırlar. “Ahıl vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi üzrə Dövlət Proqramı”na əsasən, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində davamlı tədbir həyata keçirilir”.
    Tədbirdə qeyd edilib ki, Beynəlxalq Ahıllar Günü ərəfəsində respublikamızın şəhər və rayonlarında icra hakimiyyətləri, əmək kollektivləri və qeyri-hökumət təşkilatları rayon ərazisində yaşayan ahıl vətəndaşların ehtiyaclarını öyrənərək onlar üçün bayram süfrələri təşkil edir, müxtəlif xeyriyyə, şəfqət və mədəni-kütləvi tədbirlər həyata keçirirlər.
    Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.
    Sonda yaşlı nəslin nümayəndələrinə Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən qiymətli hədiyyələr təqdim olunub.
 

 

Azərbaycanda ahıl vətəndaşlar dövlətin xüsusi diqqət və qayğısı ilə əhatə olunublar
   Beynəlxalq Ahıllar Günü ilə əlaqədar Pirallahı Rayon İcra Hakimiyyətinin təşkil etdiyi tədbirdə icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Azərbaycan dövləti tərəfindən ahıllara göstərilən diqqət və qayğıdan bəhs edib.
    Tədbirdə iştirak edən ahıllar onlara göstərilən diqqətə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
    Görüşdə iştirak edən ahıllara rayon icra hakimiyyətləri tərəfindən hədiyyələr, maddi yardımlar, ərzaq sovqatları təqdim edilib.
 

 

Pirallahı rayonunun orta ümumtəhsil məktəblərində Bilik günü qeyd edilib
    Sentyabrın 15-də Pirallahı rayonunun bütün orta ümumtəhsil məktəblərində ənənəvi olaraq Bilik günü münasibəti ilə tədbirlər keçirilib.
AZƏRTAC xəbər verir ki, yeni tədris ilinin başlanmasına həsr olunmuş mərasimlərdə Bakı şəhər Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, müəllimlər, valideynlər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
   2015-2016-ci tədris ilində Pirallahı rayonunda 293 şagird birinci sinfə qəbul olunub. Onlardan 237 nəfəri Azərbaycan, 56 nəfəri isə rus bölməsində təhsil alacaq.
    Rayonda yerləşən altı məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının dövlət himninin səslənməsi ilə başlayıb. Məktəb direktorları çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər. Yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı gənclər yetişdirəcəklərinə söz veriblər.
   2014-2015-ci tədris ilində Pirallahı rayon məktəblərinin 123-ü Azərbaycan, 15-i isə rus bölməsinin şagirdi olmaqla 138 məzun bitirib.
   Ötən tədris ilində əsaslı təmiri başa çatdırılmış 168 nömrəli tam orta məktəbdə bu il 15 sinif otağı və idman zalı daxil olmaqla 300 yerlik yeni tədris korpusu tikilib istifadəyə təhvil verilib.
    Tədbirlərdə Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən 100 nəfərdən çox aztəminatlı və bu kateqoriyadan olan digər ailələrə məktəbli formaları, çantalar, məktəb ləvazimatı paylanılıb.
 
Pirallahı müasir şəhərə çevrilir
   Artıq ada-qəsəbənin Baş planının hazırlanması ilə bağlı işlər yekunlaşıb
   Dünən Pirallahı Rayon İcra Hakimiyyətində 2015-ci ilin yanvar-iyun aylarında sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkili Rauf Əliyev, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, rayon fəalları iştirak ediblər.
   "Həftə içi"nin məlumatına görə, rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov hesabat yığıncağındakı çıxışında son 6 ayda əldə edilən uğurlardan bəhs edib. O, bildirib ki, hesabat dövründə Pirallahı rayonunda sənaye istehsalı üzrə nailiyyətlər əldə edilib. Belə ki, 2015-ci ilin birinci yarısında Pirallahı rayonunda sənayedə ümumi məhsul istehsalı 251 milyon 783 min 200 manat olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 101,5 faiz təşkil edib. 2015-ci ilin yanvar-iyun aylarında rayonda əsas fondlar üzrə investisiya qoyuluşu 118 milyon 507 min 900 manata çatıb. Hesabat dövründə əsas kapitala investisiya qoyuluşu 158 milyon 883 min 500 manat olub, 49 yeni iş yeri açılıb, orta aylıq nominal əməkhaqqı 1176,8 manat təşkil edib. Bütövlükdə 2015-ci ilin birinci yarısında Pirallahı rayonu üzrə neft hasilatı 3 milyon 50 min 529 ton, qaz hasilatı isə 2 milyard 743 milyon 887 min kubmetr təşkil edib.
   Dövlət proqramlarının icra vəziyyəti və qarşıda duran vəzifələrdən söz açan Vasif İmanov yeni yaradılan Yüksək Texnologiyalar Parkının ərazisində tikinti işlərinin aparılması məqsədilə sənədləşmə işlərinin görüldüyünü, inşaat pasportu və dövlət reyestrindən çıxarışın, digər zəruri sənədlərin alındığını bildirib. Onun sözlərinə görə, parkın infrastrukturunun qurulması məqsədilə layihələndirmə işləri memarlıq şirkəti ilə birgə təsdiq edilmiş iş qrafikinə uyğun həyata keçirilir: "Ərazinin Baş plan cizgiləri tam işlənib hazırlanıb və birinci faza üzrə tikiləcək binaların eskiz layihələrinə baxış keçirilir. Bütün əlavə və düzəlişlər edildikdən sonra birinci faza üzrə tikiləcək binaların işçi layihələrinin hazırlanmasına başlanacaq. Hazırda Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi başa çatdırılmaqdadır, ərazidə ilkin tikinti işlərinə başlanıb".
İcra başçısı deyib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək körpünün tikintisində 82 metrlik orta aşırımın betonlanması işləri artıq tamamlanıb. Onun sözlərinə görə, "Azərsu" ASC tərəfindən Pirallahı qəsəbəsinin içməli su ilə təchizatının yaxşılaşdırılması və kanalizasiya xətlərinin dəyişdirilməsi işləri aparılır və bu prosesin 2015-ci il ərzində başa çatdırılması nəzərdə tutulur: "Pirallahı qəsəbəsinin Baş Planının hazırlanması ilə bağlı işlər də artıq yekunlaşıb. Bakı Dövlət Layihə İnstitutunun mütəxəssisləri tərəfindən hazırlanmış Baş Planın son müzakirəsi aparılıb və bundan sonra görülən işlərin Baş Plana uyğun həyata keçirilməsi qərara alınıb".
   Rayonda həyata keçirilən infrastruktur layihələrindən danışan Vasif İmanov əhalinin dayanıqlı elektrik enerjisi ilə təmin edilməsi məqsədilə yeni transformatorların quraşdırıldığını, kabellərin təmiri və yeraltı elektrik xətlərinin çəkilişi prosesinin davam etdiyini deyib. Onun sözlərinə görə, S.Vurğun küçəsində "Azərişıq" ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası tikilib istismara verilib. Eyni zamanda rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin və 77 saylı Poçtun əsaslı təmiri başa çatıb.
   Sosial infrastruktur layihələrinin rayonda uğurla icra olunduğunu vurğulayan Vasif İmanov rayon üzrə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işlərinin davam etdiyini deyib. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında tamamlama işləri aparılır. Dövlət Proqramına əsasən reallaşan 168 saylı tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi yekunlaşmaqdadır. Burada yeni korpusun dam örtüyü vurulub, hal-hazırda bina daxilində və idman zalında son tamamlanma işləri aparılır: "Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. YAP Pirallahı rayon təşkilatının inzibati binası da uğurla inşa olunur. Yanvarın 14-də Pirallahı rayonunda ilk inzibati bina, Pirallahı Rayon Polis Şöbəsinin yeni inzibati binası istifadəyə verilib".
   Rayon mərkəzində əsas yol boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri, bir sıra küçələrin abadlaşdırılması, "Nümunəvi Həyətlər" layihəsi çərçivəsində 28-ci Məhəllədə və K.Rzayev küçəsində işlər davam etdirilir. S.Vurğun küçəsinin magistral yola düşən hissəsinin hər iki kənarında antisanitar vəziyyətdə saxlanılan torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarların, tikililərin sökülməsi yekunlaşmış, ərazinin abadlaşdırılmasına başlanmışdır. Yolun hər iki tərəfində dekorativ hasar inşa edilir. Bütövlükdə Pirallahı qəsəbəsində mərkəzi prospekt boyunca ümumi uzunluğu 1200 metr olmaqla yeni hasarlar inşa edilir, mövcud hasarlar isə əsaslı təmir olunur. Azərbaycanda Yay Olimpiya Oyunları səviyyəsində keçirilmiş "Bakı-2015" I Avropa Oyunları ilə əlaqədar Pirallahı RİH başçısı tərəfindən təsdiq edilmiş Tədbirlər Planının icrası tam təmin edilib.
   Rayonda insanların sağlamlığı, sanitar-gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması məsələlərinin diqqət mərkəzində olduğunu deyən icra başçısı bu il fevralın 2-dən mayın 1-dək Pirallahı rayonu üzrə 11 min 652 nəfərin tibbi müayinədən keçdiyini söyləyib. Onun sözlərinə görə, Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası da ilin əvvəlindən davamlı xarakter daşıyıb. Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə 2 hektar neftlə çirklənmiş ərazinin təmizlənməsi və abadlaşdırılması işləri davam etdirilib. Turizmin inkişafı baxımından geniş imkanlara malik Pirallahı rayonunda yay mövsümünün başlanması ilə əlaqədar 3 ədəd çimərlik təşkil olunub.
   Vasif İmanov çıxışının sonunda bildirib ki, "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapıb. Onun sözlərinə görə, proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davamı nəzərdə tutulur.
   Hesabat ətrafında çıxış edən millət vəkili Rauf Əliyev, Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev, Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı inzibati dairəsi üzrə nümayəndəsi Rəşid Abbasov əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışıblar.
 

 

Новый крупный парк в Пираллахи
    В Пираллахинском районе Баку начались работы в рамках строительства парка высоких технологий (ПВТ)
   Об этом Day.Az сообщили в районной Исполнительной власти (ИВ).
   Согласно полученной информации, на строительство парка выделен участок земли площадью 50 гектаров. В рамках Государственной программы проведены подготовительные работы: осуществлен перенос коммуникационных линий, подземные электрокабели были заменены на надземные линии. В соответствии с утвержденным проектом начато строительство. Уже строится первое здание, которое называется "Showroom". После утверждения генплана парка начнется церемония закладки основных зданий.
   В парке будут функционировать компании высоких технологий, научно-исследовательские центры и прочие объекты. В ПВТ будут вестись исследования и технологическое производство в области ИКТ, космоса, энергетической эффективности. Мероприятия по созданию инфраструктуры и регулированию деятельности парка возложены на Министерство связи и информационных технологий.
   Ведомству предписано совместно с министерствами экономического развития и образования, а также Национальной академией наук предпринять меры по координации научно-исследовательских и опытно-конструкторских работ (НИОКР) с местными и иностранными научно-исследовательскими и учебными учреждениями, по организации научно-технического и инновационного сотрудничества с ними.
 
    Day.az

 
Pirallahı rayonunda Heydər Əliyev Fondu tərəfindən iki yeni uşaq bağçası inşa edilir
   Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramı çərçivəsində Pirallahı qəsəbəsinin S.Bağırov və S.Vurğun küçələrində müvafiq olaraq 140 və 100 yerlik iki yeni uşaq bağçası inşa edilir.
   Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildirilib ki, 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5000 kvadratmetr, tikinti sahəsi 1375 kvadratmetr, hündürlüyü isə 9,5 metr təşkil edir. Bağçanın tikintisi demək olar ki, başa çatmaq üzrədir və hazırda son tamamlama işləri aparılır.
Qeyd olunub ki, 100 yerlik uşaq bağçası üçün torpaq sahəsi ayrılıb, tikintinin layihəsi təsdiq olunub. Hazırda binanın təməli qoyulub, birinci mərtəbənin inşasına hazırlıq işləri görülür. Hər iki uşaq bağçası iki mərtəbədən ibarət olacaq.
   “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsində iki köhnə uşaq bağçası sökülərək yerində yeni bağçalar inşa ediləcək. Eyni zamanda “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri və Gürgən qəsəbəsindəki “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik binanın tikintisi də nəzərdə tutulub.
 

 

Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda mini-futbol yarışı keçirilib

Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının tədbirlər planına uyğun olaraq 15 İyun Milli Qurtuluş Günü münasibətilə Pirallahı rayonunda müxtəlif tədbirlər və idman yarışları keçirilir. Keçirilən idman yarışlarından biri də rayon gənclərindən təşkil olunmuş komandalar arasında mini-futbol üzrə rayon birinciliyi olub.
Kubok uğrunda yarışda rayonun müxtəlif idarə, təşkilat və müəssisələrində çalışan, eyni zamanda rayonun qəsəbələrində yaşayan gənclərdən təşkil olunmuş 12 komanda yarışıb. 186 nömrəli tam orta məktəbin stadionunda təcrübəli hakimlər tərəfindən idarə edilən çempionatda komandalar 4 qrupda mübarizə aparıb. Hər qrupda birinci və ikinci yerləri tutan kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanıb. Final qarşılaşması iyun ayının ikisində "İnter" komandası ilə "Dostlar" kollektivi arasında olub. Gərgin və qarşılıqlı mübarizə şəraitində keçən oyunda "İnter" rəqibini üstələyərək çempionatın kubokuna yiyələnib. II yeri "Dostlar", III yeri isə "İslam" komandası tutub.
Final fitindən sonra YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov qonaqları salamlayaraq çempionatda iştirak edən bütün gənclərə şəxsi və iş həyatında uğurlar arzulayıb. İdmanın inkişafından geniş söhbət açan M.Manafov bildirib ki, bu gün Azərbaycanda idmanın müxtəlif sahələrinin inkişafı üçün böyük imkanlar yaradılıb: "Bu inkişafın təməlində Azərbaycan xalqının dahi lideri, uzaqgörən siyasətçi Heydər Əliyev amili dayanır. Hər kəsə yaxşı məlumdur ki, məhz Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışından sonra Azərbaycan sabitliyə nail oldu. Bir çox sahələrdə olduğu kimi, idman sahəsində də böyük çanlanma və sürətli inkişaf başlandı. Əhalinin fiziki-mənəvi sağlamlığının qorunması, idmanın inkişafı Ümummilli Lider Heydər Əliyevin daima diqqətdə saxladığı məsələlərdən idi. Ulu Öndərin respublikaya rəhbərlik etdiyi illərdə idmanın maddi-texniki bazasının yaradılması üçün böyük işlər görüldü. Müstəqillik dövründə Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra bu sahəyə diqqət artmışdısa, Onun layiqli davamçısı, Yeni Azərbaycan Partiyasının Sədri Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi idman siyasəti nəticəsində bu sahənin inkişafında yeni mərhələ başlandı. Son illər ölkəmizdə beynəlxalq səviyyəli yarışlar təşkil olunur, idmançılarımız müxtəlif idman növləri üzrə keçirilən turnirlərdə uğurlu nəticələr göstərirlər. On gün sonra başlayacaq ilk Avropa Oyunları da Azərbaycanda idmana göstərilən diqqət və qayğının bariz nümunəsidir. Bu idman bayramının Bakıda keçirilməsi ölkəmizdə idmanın o qədər də ənənəvi olmayan növlərinin inkişafına, ənənəvi növlərin isə daha da inkişafına böyük təkan vermiş olacaq. Şübhəsiz ki, yarışlardan sonra çoxlu sayda gənc müxtəlif idman növlərinə həvəs göstərəcək. Artıq xeyli müddətdir ki, ölkəmizdə Avropa Oyunlarına yüksək səviyyədə hazırlıq görülür. İnşallah bu mötəbər tədbir bizim və Avropa idmanının tarixinə qızıl hərflərlə yazılacaqdır".
Tədbirdə YAP Pirallahı rayon təşkilatı gənclər birliyinin sədri Orxan Babayev də çıxış edərək komandalara uğurlar arzulayıb. O öz çıxışında idmanın inkişafından danışaraq qeyd edib ki, ölkəmizdə müxtəlif beynəlxalq turnirlər təşkil olunur və bu idman yarışları Azərbaycanın dünyada daha da tanınmasına, pozitiv imicini gücləndirməsinə imkan verir. Çıxışlardan sonra finalçılara YAP Pirallahı rayon təşkilatı tərəfindən fəxri fərmanlar, kuboklar və qiymətli hədiyyələr verilib.

 

http://sesqazeti.az/

Pirallahı rayonunda möhtəşəm Gül bayramı

2015-ci ilə uğurla başlayan Pirallahı rayonunun əmək kollektivləri aprel ayının əvvəlindən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ilə əlaqədar rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq silsilə tədbirlərə start vermişlər. Aprel ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında, eləcə də ümumrayon səviyyəsində müxtəlif idman növləri üzrə birinciliklər və turnirlər keçirilmiş, orta məktəblərdə inşa, rəsm, şeir, mahnı müsabiqələri və idman yarışları təşkil olunmuş, Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, hər həftənin şənbə günləri iməciliklər təşkil edilərək yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, yüzlərlə ağac və təbii güllər əkilmişdir və hazırda bu işlər davam etdirilməkdədir. Artıq təhsil və istehsalat müəssisələrində ulu öndər Heydər Əliyevin anadan olmasının 92 illiyinə həsr olunmuş Gül bayramları uğurla yekunlaşıb. May ayının əvvəlindən bayram tədbirləri rayonun Gürgan, Neft Daşları və Çilov qəsəbələrində təşkil edilmişdir. Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi və Çernobıl əlilləri, Böyük Vətən müharibəsi veteranları və aztəminatlı ailələr də bu günlər qayğı ilə əhatə olunmuşlar.

Gül bayramı ərəfəsində rayonda tikinti-quruculuq işləri yeni bir vüsət almış, eyni zamanda I Avropa Oyunlarının Bakı şəhərində keçirilməsi ilə əlaqədar görülən işlər sürətləndirilmişdir. Pirallahı qəsəbəsində mərkəzi prospektin xarici görünüşünün yaxşılaşdırılması məqsədilə yolun üstündən keçən köhnəlmiş dəmir qaz xətlərinin yeni polietilen borularla əvəzlənməsi və onların yolun altına keçirilməsi işləri aparılmış, ilkin mərhələdə uzunluğu 800 metr olan qaz xətləri yenilənmişdir. Mərkəzi prospekt boyunca 22 ədəd yaşayış binasının fasad hissələrinin təmiri, inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binasında, Heydər Əliyev Mərkəzində və Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün tikilən yeni inzibati binada inşaat işləri davam etdirilmişdir. 168 №-li tam orta məktəbdə mövcud binadan əlavə 300 şagird yerlik 15 sinif otağı və idman zalı da daxil olmaqla yeni korpusun tikintisi, eləcə də Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən 2 ədəd 140 və 100 yerlik körpələr evi-uşaq bağçasının inşaat işləri sürətlə gedir. Artıq 140 yerlik körpələr evi-uşaq bağçasında dam örtüyü vurulub və mala işləri aparılır. Eyni zamanda rayon sakinlərinə rabitə xidməti göstərən ATS-57-nin də təmir işləri davam etdirilir. Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində üst aşırımların qurulmasına hazırlıq görülür.

Prezident İlham Əliyevin Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Fərmanın icrası istiqamətində rayon ərazisində müvafiq işlər görülür. Artıq Yüksək Texnologiyalar Parkının hasarının çəkilməsi demək olar ki, başa çatdırılmışdır və ərazidə “Shouroom” (Nümayiş zalı) adlı ilk tikilinin bünövrəsi qoyulmuşdur. Pirallahı adasının sənaye zonasında 6,4 hektar ərazidə “Abşeronneft” NQÇİ-nin “Rezervuarlar Park”ının tikintisində inşaat işləri yüksək templərlə davam etdirilir.

May ayının 4-də Pirallahının “Gənclər Parkı”nda müstəqil Azərbaycan dövlətinin banisi və qurucusu Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı keçirildi. Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, Milli Məclisin deputatları Aydın Mirzəzadə və Rauf Əliyevi, digər fəxri qonaqları Bahar qız və gül formalı rəngarəng geyimli məktəblilər qarşıladılar, Gül bayramı münasibətilə təbrik etdilər. Sonra Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı və fəxri qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə tamaşa etdilər. 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin rəsm dərnəyi üzvlərinin malbertə köçürdükləri Gül bayramı mövzusunda improvizasiyalar maraqla izlənildi. Bayram gəzintisi ümumtəhsil və məktəbəqədər tərbiyə müəssisələri tərəfindən təşkil edilmiş sərgilərə baxışla davam etdi. Bayram tədbirinin iştirakçıları orta məktəblərin, uşaq bağçalarının, V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin və 29 №-li Uşaq Yaradıcılıq Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərginin eksponatları ilə maraqla tanış oldular. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları və ikebanalar xüsusilə diqqəti cəlb edirdi. I Avropa Oyunlarının rəsmi simvolları - Ceyran və Nar da eksponatlar arasında öz layiqli yerlərini tutmuşdular. Gül balaların söylədiyi ulu öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən şeirlər bayram tədbirinə xüsusi rövnəq verirdi. Sərgilərlə tanışlıq “Sən elə bir zirvəsən” musiqili kompozisiya, muğam üçlüyünün ifası və milli rəqslərlə müşayiət olunurdu. İştirakçılar “Gənclər Parkı”nın mərkəzində torpaq ərazidəki təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa etdilər.

Bayram tədbirinə qatılan çoxsaylı Pirallahı sakinlərini salamlayan Pirallahı RİH başçısı Vasif İmanov Ümummilli Liderin 1923-cü il mayın 10-da qədim Naxçıvandan başlayan mənalı ömür yoluna qısa nəzər saldı. Bildirdi ki, müasir müstəqil Azərbaycan ulu öndər Heydər Əliyevin düşünülmüş, müdrik və qalibiyyətli inkişaf strategiyasının təntənəsidir. Azərbaycanın güclənən mövqeləri, iqtisadiyyatının inkişafı, beynəlxalq nüfuzunun artması, xüsusən Prezident İlham Əliyevin prinsipial məsələlərdə siyasi iradə nümayiş etdirməsi, xalq-iqtidar birliyi o deməkdir ki, ulu öndər Heydər Əliyevin sosial-iqtisadi və siyasi inkişaf konsepsiyası məhz dahi şəxsiyyətin arzuladığı kimi uğurla davam etdirilməkdədir. Ölkənin davamlı inkişafına, milli maraqlarımıza, xalqın rifah halının yaxşılaşdırılmasına xidmət edən sosial-iqtisadi strategiya bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında davam etdirilərək, ölkə başçısının ardıcıl, məqsədyönlü və praqmatik siyasəti sayəsində müvəffəqiyyətlə reallaşmaqdadır. Biz tam əminliklə deyə bilərik ki, Prezident İlham Əliyev Ulu Öndərin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf xəttini inamla davam etdirərək Vətənimizi irəliyə, intibaha, işıqlı sabaha doğru aparmaqdadır. Bu uğurlu konsepsiya Pirallahı rayonunun da ildən-ilə çiçəklənməsinə, əhalisinin maddi rifah halının get-gedə daha da yüksəlməsinə xidmət edir.

Bildirildi ki, I Avropa Oyunlarının paytaxtımız Bakı şəhərində keçirilməsi haqqında Avropa Olimpiya Komitəsi tərəfindən qəbul edilmiş qərar Azərbaycanın ildən-ilə artan uğurlarının beynəlxalq miqyasda etiraf olunmasının növbəti bariz göstəricisi oldu. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, biz I Avropa Oyunlarını Yay Olimpiya Oyunları səviyyəsində keçirmək əzmindəyik və bu Oyunlar bir Avropa bayramına çevriləcəkdir. Azərbaycan burada yenə də liderlik keyfiyyətlərini göstərəcəkdir. Çünki Avropa Oyunlarının standartları əslində Bakıda qoyulacaqdır. Bu işdə Pirallahı Rayon İcra Hakimiyyətinin kollektivi və rayon ictimaiyyəti də əlindən gələn köməyi əsirgəməyəcəkdir.

Daha sonra Pirallahı rayonunda aparılan abadlıq-quruculuq işlərində qazandıqları uğurlara və mədəni-kütləvi tədbirlərin keçirilməsində fəal iştiraklarına görə bir qrup ictimaiyyət nümayəndəsinə Fəxri fərmanlar təqdim edildi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə həsr olunmuş müxtəlif idman yarışlarının, müsabiqələrin qalibləri mükafatlandırıldılar. Pirallahıda Gül bayramı incəsənət ustalarının, tanınmış müğənnilərin ifasında geniş konsert proqramı ilə davam etdirildi, ümumxalq gəzintisi və atəşfəşanlıqla başa çatdı.

    ikisahil

Pirallahıda Zərifə Əliyevanın xatirəsi anıldı
  Hər il aprel ayının 28-i ölkəmizdə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademiki Zərifə xanım Əliyevanın xatirə günü kimi qeyd olunur. SİA-nın verdiyi məlumata görə, bu münasibətlə Pirallahı rayonunda yerləşən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında təşkil olunmuş xatirə tədbirində Pirallahı rayon İcra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, RİH-in şöbə müdiri Cəlil Mirzəyev, 10 saylı BŞX-nın baş həkimin müavinləri Həsən Quliyev və Kəmalə Mustafayeva, rayon ictimaiyyətinin nümayəndələri, xəstəxana kollektivinin üzvləri iştirak ediblər.
  Tədbiri açıq elan edən Vəzir Səfixanov bildirib ki, dünya şöhrətli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyeva 1923-cü il aprelin 28-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunu Şahtaxtı kəndində anadan olub və biz bu gün görkəmli alimin anadan olmasının 92-ci ildönümünə həsr edilmiş tədbirə toplaşmışıq. Zərifə xanım görkəmli dövlət xadimi Əziz Əliyevin qızı, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin həyat yoldaşı, möhtərəm Prezident cənab İlham Əliyevin anasıdır. Dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyatı və elmi yaradıcılığından, Azərbaycan oftalmologiya elminə verdiyi töhfələrdən söhbət açan V.Səfixanov bildirib ki, akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifidir.
Zərifə xanımın Azərbaycanda oftalmologiya elminin inkişafında müstəsna xidmətlərini vurğulayan Vəzir Səfixanov qeyd edib ki, o, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların, o cümlədən "Terapevtik oftalmologiya", "İridodiaqnostikanın əsasları" kimi nadir elmi əsərlərin müəlliflərindən biridir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
  Bundan başqa Ümumittifaq Oftalmoloqlar Cəmiyyəti Rəyasət Heyətinin, Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan Oftalmologiya Cəmiyyəti İdarə Heyətinin, "Vestnik oftalmoloqii" (Moskva) jurnalı redaksiya heyətinin üzvü olan Akademik Zərifə Əliyeva ilk növbədə yüksək insani keyfiyyətləri ilə fərqlənirdi. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin peşə mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, hər dəfə xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, ən başlıcası isə öz vicdanı qarşısında əxlaqi məsuliyyət deməkdir”. 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edən Zərifə xanım Əliyevanın cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbri yanında dəfn olunub.
   Daha sonra xitabət kürsüsünə yaxınlaşan Cəlil Mirzəyev, Kəmalə Mustafayeva öz çıxışlarında Akademik Zərifə xanım Əliyevanın əziz xatirəsinə dərin ehtiramlarını bildiriblər. Qeyd olunub ki, Azərbaycanda görkəmli alimin adı layiqincə əbədiləşdirilmişdir, Fəxri xiyabanda məzarı üstündə tuncdan heykəli ucaldılmışdır. Bakıda Milli Oftalmologiya Mərkəzi, Göz xəstəlikləri İnstitutu, Naxçıvan şəhər poliklinikası onun adını şərəflə daşıyır. Bakının Binəqədi rayonu ərazisində adına istirahət parkı salınmışdır. Biri Bakıda, digəri Naxçıvanda olmaqla 2 küçə, bir neçə lisey və orta məktəb Zərifə Əliyevanın adını daşıyır. Zərifə xanım Əliyevanın əziz xatirəsi yaddaşlarda görkəmli oftalmoloq-alim, ulu öndər Heydər Əliyevin həyat yoldaşı və silahdaşı olmaqla yanaşı, eləcə də xalqımıza və dövlətimizə Prezident İlham Əliyev kimi layiqli bir oğul bəxş etmiş Ana kimi qalacaqdır.
  

 

Səyyar ASAN xidmət Pirallahı rayonda
  “ASAN xidmət” mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqlarla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar vasitəsi ilə səyyar formada əhaliyə xidmətlər göstərilir.
  “ASAN xidmət”dən ANS PRESS-ə verilən məlumata görə, 20– 30 aprel tarixində Bakı şəhərinin sakinləri Səyyar ASAN xidmətdən Pirallahı rayonunda yararlana biləcəklər.
Səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.
   Səyyar ASAN xidmətin həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
 

 

İlk dəfə Azərbaycanda neft hasilatı zonasında külək elektrik stansiyası quraşdırılacaq
   Dünyada ilk dəfə olaraq Azərbaycanda, dənizdə neft hasilatı olan zonada külək elektrik stansiyası quraşdırılacaq.
   Gün.Az xəbər verir ki, bu barədə Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sədri Akim Bədəlov bildirib.
   O qeyd edib ki, Pirallahı adasında külək elektrik stansiyasının tikintisi üçün layihə hazırlanıb.Onun sözlərinə görə, layihə yaxın vaxtlarda  Nazirlər Kabinetinə təqdim olunacaq:
   “Bu layihənin unikallığı ondadır ki, dünyada ilk dəfə olaraq dənizdə, neft çıxarılan ərazidə yaradılan ilk külək elektrik stansiyası olacaq. Layihə çərçivəsində Pirallahı və Çilov adaları arasında avtomobil yolunun tikintisi də nəzərdə tutulur”.
   Onun sözlərinə görə, hazırda layihənin Texniki İqtisadi Əsaslandırma prosesi yekunlaşmaq üzrədir.
    Agentliyin sədri layihənin ilkin dəyərinin 450 milyon manat olduğunu qeyd edib:
   “Halbuki, dünya təcrübəsində bu tip stansiyaların tikintisi 900 milyon və ya 1 milyard manat həcmində qiymətləndirilir.  Tikintinin daha ucuz başa gəlməsi  Xəzər dənizində mütəmadi küləklərin olması ilə əlaqədardır. Layihə tam olaraq 2017-ci ilə işlənib hazırlanacaq, tikinti işləri isə 2,5 ildə yekunlaşacaq”.
   A.Bədəlov layihənin maliyyələşdirilməsi üçün xaricdən kredit cəlb ediləcəyini qeyd edib. O əlavə edib ki, artıq  Səudiyyə Ərəbistanı, Almaniya və Çin investorları layihəyə maraq göstərir.
 

 

Pirallahı rayonunda soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir
  Etnik, irqi, dini və ya milli qrupun düşünülmüş və sistemli şəkildə tam və ya qismən məhv edilməsi hadisəsi hazırda dünyada soyqırımı aktı kimi qəbul olunmuşdur. XVIII əsrin əvvəllərindən bu günədək Azərbaycan tarixinin son 300 illik dövrünü ətraflı təhlil etsək, mənfur erməni terrorçu və faşistlərinin dinc azərbaycanlıları düçar etdikləri müsibətləri, faciələri göz önünə gətirsək və 1948-ci il dekabrın 9-da BMT-nin qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın 2-ci maddəsinin müddəaları ilə tutuşdursaq, xalqımızın həqiqətən böyük bir soyqırımına məruz qaldığı açıq-aşkar görünər. Bu fikirlər 31 mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar Pirallahı rayon İcra hakimiyyəti tərəfindən təşkil olunmuş anım mərasiminin başlıca qayəsini təşkil etmişdir.
  168 №-li tam orta məktəbin akt zalında keçirilmiş tədbirdə iştirak edən rayonun rəhbər işçiləri, idarə, müəssisə və təşkilatların, əmək kollektivlərinin, ictimaiyyətin nümayəndələri, orta məktəblərin şagirdləri 31 mart – Azərbaycanlıların Soyqırımı Günü münasibətilə xalqımıza qarşı törədilmiş soyqırımı qurbanlarının, bütün şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla anmışlar. Tədbirdə çıxış edən Pirallahı rayon İcra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov ümummilli liderimiz Heydər Əliyevin 1998-ci il 26 mart tarixli Fərmanı ilə azərbaycanlıların soyqırımına əsl hüquqi və siyasi qiymətin verildiyini qeyd etmiş, Azərbaycan xalqına qarşı törədilən erməni vəhşiliklərindən danışmış, bu faciələrin unudulmamasının və hadisələrin gələcək nəsillərə dəqiq çatdırılmasının vacibliyini bildirmişdir.
   V.Səfixanov vurğulamışdır ki, bu gün ulu öndər Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik daxili islahatlar, uzaqgörən və məqsəqyönlü xarici siyasət sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Azərbaycan Respublikasının müharibə şəraitində və torpaqlarının 20 faizinin işğal altında olmasına baxmayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə regionun ən qüdrətli dövlətinə çevrilən Azərbaycanın hərbi büdcəsi Ermənistanla müqayisə oluna bilməz və bu fakt Ermənistanı sözün əsl mənasında qorxuya salır. 2015-ci il dövlət büdcəsində müdafiə sahəsinə 17,9 faiz həcmində, yəni 1 778,5 milyon manat vəsait xərclənməsi nəzərdə tutulmuşdur ki, bu da ötən illə müqayisədə 3,1 faiz artım deməkdir. Qeyd edildi ki, Azərbaycan MDB-nin ən güclü 4-cü ordusuna malikdir və Azərbaycanın müdafiə sahəsinə ayırdığı vəsait Ermənistanın dövlət büdcəsindən çoxdur. Bu isə onu göstərir ki, cənab Prezident İlham Əliyev hər bir vədini konkret əməli işi ilə təsdiqləyir və həyata keçirdiyi siyasət nəticəsində Azərbaycan ordusu bu gün işğal altında olan torpaqlarımızı qısa müddətdə azad etmək qüdrətinə malikdir.
   Mərasimdə çıxış edən natiqlər, o cümlədən Pirallahı rayon Ağsaqqallar Şurasının üzvü, 186 №-li tam orta məktəbin tarix müəllimi Yaqub Hüseynov, Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin məsul əməkdaşı Bilal Bəkirov və başqaları soyqırımı nəticəsində yüz minlərlə soydaşımızın qətlə yetirildiyini, terror və təcavüzlərə məruz qaldığını, doğma torpaqlarından deportasiya olunduğunu, bu təcavüzkar siyasətin indi də məqsədyönlü şəkildə davam etdirildiyini bildirmiş, Dağlıq Qarabağ hadisələrinin erməni faşistlərinin azərbaycanlılara qarşı tarixən yürütdüyü soyqırımı siyasətinin davamı olduğunu qeyd etmiş, ermənilərin xalqımıza qarşı törətdikləri vəhşiliklərlə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini vurğulamışlar.
  Tədbir Pirallahı rayonunda yerləşən orta məktəb şagirdlərinin ifasında 31 mart – Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş ədəbi-bədii kompozisiya ilə davam etdirilmiş və “Türkün bayrağı” mahnısının möhtəşəm sədaları altında başa çatmışdır.
 

 

Qədim Pirallahıda Novruz bayramı milli ruhda qeyd edildi

Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan üçün böyük uzaqgörənliklə müəyyən etdiyi inkişaf strategiyası bu gün bütün sahələrdə özünün müsbət nəticələrini verməkdədir. Ölkəmiz sürətlə inkişaf edir, regionun lider dövləti olan Azərbaycan yeniləşir, müasirləşir və modernləşir. Azərbaycanın iqtisadiyyatından tutmuş hərb sahəsinədək həyatımızın bütün sferalarında sürətli inkişaf, böyük tərəqqi əldə edilmişdir. Özünün şah əsəri olan müstəqil Azərbaycanın çiçəklənən bir diyara çevrilməsi, müasirləşmə strategiyasının həyata keçirilməsi istiqamətində əhəmiyyətli addımlar atmış ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi siyasi xətt bu gün ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycan Respublikası Prezidentinin çoxşaxəli, balanslı və düşünülmüş siyasi kursu ölkəmizin dinamik sosial-iqtisadi inkişafına, əhalinin rifah halının daha da yaxşılaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun əhəmiyyətli dərəcədə yüksəlməsinə, milli və dövlətçilik maraqlarının təmin olunmasına xidmət edir. Paytaxtımız Bakının, onun ətraf qəsəbələrinin sosial-iqtisadi inkişafı da ölkə başçısının daim diqqətində olan məsələlərdəndir.

Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənabları regionların sosial-iqtisadi inkişafına dair üçüncü Dövlət Proqramının, eləcə də digər sosial yönümlü proqram və layihələrin icrasının ölkəmizin inkişafında əsas rol oynadığını bir çox çıxışlarında xüsusi olaraq qeyd etmişdir. Bu konteksdən yanaşdıqda Pirallahı rayonunda son iki ildə icra edilən Dövlət Proqramları çərçivəsində reallaşdırılan layihələr xüsusi əhəmiyyətə malikdir. Bu günlər Pirallahı rayonunun bütün ərazisi yenidənqurma və abadlıq işləri ilə əhatə olunmuşdur. Əlamətdar haldır ki, bu il Pirallahı rayonunda Novruz bayramı artıq üçüncü dəfə qeyd edilir. Hələ bayram ərəfəsində Pirallahı Rayon İcra Hakimiyyəti Başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq mart ayının 1-dən etibarən rayonun bütün idarə, müəssisə və təşkilatlarında Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində, xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kampaniyaları həyata keçirilmiş, 7500-dən çox ağac əkilmişdir. Ümumilikdə mart-aprel ayları ərzində Pirallahı rayonu ərazisində 20 minədək ağacın əkilməsi planlaşdırılmışdır. Novruz bayramı münasibətilə aztəminatlı sakinlərə, məcburi köçkünlərə, ümumilikdə iki yüzə yaxın ailəyə bayram sovqatı çatdırılmışdır.

Əziz bayramın təntənəli və yaddaqalan olması məqsədilə istirahət parklarında, mərkəzi küçələrdə göz oxşayan tərtibat işləri aparılmış, rayonun mədəniyyət evlərində, digər incəsənət ocaqlarında bayram tamaşaları hazırlanmışdır. Pirallahı rayonunun bütün ümumtəhsil və məktəbəqədər təhsil müəssisələrində, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzində, 14 saylı uşaq musiqi məktəbində baharın gəlişinə həsr olunmuş tədbirlər təşkil olunmuşdur. Tədbirlərdə Novruz bayramını tərənnüm edən stendlər nümayiş olunmuş, torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edilmişdir. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli inamlar, söylənilən bayatılar, cavablandırılan Novruz tapmacaları tamaşaçılarda xoş bayram ovqatı yaratmışdır.

Pirallahı rayonunun əsas Novruz bayramı tədbirinə martın 19-da Gənclər Parkında start verildi. Bayramsayağı bəzədilmiş Parka daxil olan Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovu, millət vəkili Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadəni və digər qonaqları Bahar qızı bayram xonçası ilə qarşıladı. Kosa və Keçəl, milli geyimli çaparlar, zurnaçılar dəstəsi bayram tədbirinə xüsusi rövnəq verirdi. Milli paltarda olan oğlan və qızlar qonaqlara müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirdilər. Bir-birinin ardınca meydana daxil olan güləşçilər, karateçilər, samboçular, ağırlıq qaldıranlar, daş oynadanlar öz məharətlərini göstərdilər. Qol güləşdirənlərin və kəndir dartanların yarışı da maraqla qarşılandı. “Neftçi” İSM-in Pirallahı stadionunun, Pirallahı idman zalının, orta məktəblərin təmsilçiləri yarışlarda daha çox fərqləndilər...

Meydanın digər tərəfində isə kimi səməni halvası çalır, sacda yuxa, şəkərbura, paxlava bişirir, kimi də aş süzür, cəhrədə ip əyirir, xına yaxırdı... Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçaları, 29 №-li Uşaq Yaradıcılıq Mərkəzi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzi öz yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi düzənləmişdilər. Burada mövzusu Novruza bağlı olan 100-dən çox rəsm işi, tikmə, balıqqulağı və xırda daşlardan istifadə etməklə düzəldilmiş maketlər və digər əl işləri vardı. Üzbəüzdə qurulmuş 10 molbert üzərində rəsm studiyasının yetirmələri Novruz mövzusunda improvizasiya bacarıqlarını nümayiş etdirirdilər...

Qonaqları qarşılayan el ağsaqqalı Dədə Qorqud əlindəki məşəli Vasif İmanova təqdim etdi və Rayon İcra Hakimiyyətinin Başçısı bayram tonqalını alovlandırdı. Pirallahı sakinlərini və qonaqları xalqımızın milli bayramı olan qədim Novruz münasibətilə ürəkdən təbrik edən V.İmanov ulu Novruz bayramı haqqında geniş məlumat verdi, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladı, Novruz adətləri barədə danışdı. Bildirildi ki, xalqımızın ümummilli lideri, müstəqil Azərbaycanın memarı olan Heydər Əliyev Novruz bayramını çox sevirdi, bu qədim bayramın dirçəlməsi, qorunub-saxlanması üçün böyük işlər görmüşdü. Ulu Öndər hər il Novruz bayramını xalqla birlikdə keçirər, qədim adətlərimizi gözəl bildiyini nümayiş etdirərdi.

Ümummilli lider Heydər Əliyevin ən layiqli davamçısı olan Prezident İlham Əliyev ulu Novruzun ölkəmizdə yüksək səviyyədə qeyd olunması üçün vətəndaşlarımıza hər cür şərait yaratmışdır, hər il cənab Prezident soydaşlarımızı əziz bayram münasibətilə təbrik edir. Ulu babalarımızdan bizə ərməğan olan Novruz bayramının dirçəldilməsində, layiqli səviyyədə qeyd edilməsində Heydər Əliyev Fondunun prezidenti, YUNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın xüsusi xidmətləri olmuşdur. Təsadüfi deyil ki, 2009-cu il sentyabrın 30-da Novruz YUNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilmiş, 23 fevral 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i "Beynəlxalq Novruz Günü" elan edilmişdir.

Rayon ərazisində yaşayan şəhid ailələri, Qarabağ müharibəsi əlilləri, məcburi köçkünlər və digər bu kateqoriyadan olan insanların da qayğı ilə əhatə olunduğunu, bir çox ailələrə bayram sovqatı təqdim edildiyini, bu günkü bayram tədbirinin sakinlərin ürəyincə olması üçün çalışdıqlarını qeyd edən Vasif müəllim bundan sonra da əlbir işləməklə cənab Prezidentin qarşıya qoyduğu vəzifələrin, xüsusən Pirallahının abad, inkişaf etmiş bir rayona çevrilməsi tapşırığının birgə, müvəffəqiyyətlə yerinə yetiriləcəyinə əminlik ifadə etdi, Pirallahı sakinlərini əziz Novruz bayramı münasibətilə bir daha ürəkdən təbrik edərək, rayon zəhmətkeşlərinə yeni-yeni uğurlar arzuladı.

Minlərlə Pirallahı sakininin, rayon ərazisindəki hərbi hissələrdə xidmət keçən zabit və əsgərlərin böyük maraqla izlədiyi bayram tədbiri mədəniyyət işçilərinin, o cümlədən tanınmış ifaçılar Elza Seyidcahan, Vüqar Muradov, Mədinə Kazımovanın ifasında konsert proqramı və xalq gəzintisi ilə axşamdan xeyli keçənədək davam etdi və bayram atəşfəşanlığı ilə yekunlaşdı. Rəngarəng Novruz bayramı tədbirləri Gürgən qəsəbəsində, Çilov adası və Neft Daşlarında da yüksək səviyyədə təşkil edilmişdi.

    ikisahil.com

Novruz bayramı ərəfəsində Pirallahıda 7500-dən artıq ağac əkilib
   Pirallahı rayonunda IDEA İctimai Birliyinin və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “Ümumrespublika Yaşıllaşdırma Marafonu” çərçivəsində ötən ilin sentyabr ayından başlayan ağacəkmə kompaniyası mart ayının əvvəlindən etibarən yenidən davam etdirilir.
   Pirallahı Rayon İcra Hakimiyyətində tərtib olunmuş qrafikə əsasən hər həftənin şənbə günləri bütün idarə və təşkilatların, təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin kollektivləri onlara təhkim edilmiş sahələrdə abadlıq işləri ilə məşğul olub, ətraf ərazilərdə səliqə-sahman yaradıb, torpaqları yumşaldaraq ağac əkininə hazırlayıb, yüzlərlə çinar, şam, küknar, eləcə də ekzotik və bəzək ağacları əkiblər.
   Hər gün yüzlərlə insanın iştirak etdiyi iməciliklər zamanı mart ayının 14-də və 15-də Qala-Pirallahı magistral yolunun kənarlarında ağaclar əkilib, əvvəlki illərdə əkilən yaşıllıqlara qulluq göstərilib. Martın 17-də və 18-də davam etdirilmiş ağacəkmə kompaniyasında Pirallahı MKTB-nin, Pirallahı Sukanal Departamentinin və digər idarələrin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının, ümumtəhsil məktəblərinin, qəsəbələr üzrə nümayəndəliklərin və bələdiyyələrin kollektivləri yüksək fəallıq göstəriblər. Novruz bayramı ərəfəsində hər kəsin böyük həvəslə qatıldığı iməcilikdə ümumilikdə 7500-dən artıq ağac əkilib.
   Rayon icra hakimiyyətinin başçısı tərəfindən təsdiq edilmiş tədbirlər planına əsasən, Pirallahı rayonunda mart-aprel aylarında 20 minə yaxın müxtəlif növ ağacların əkilməsi planlaşdırılır.
 
 

 

“Bu torpaq vətəndir, mən bir vətəndaş”
  Pirallahıdakı 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində bu deviz altında vətənpərvərlik mövzusunda tədbir keçirilib
  Vətənpərvərliyin mahiyyəti vətənə məhəbbətlə öz şəxsi maraqlarını vətən yolunda qurban verməyə əsaslanan emosional bağlılığın vəhdətindən ibarətdir. Azərbaycan xalqı ta qədimdən gələcəyimiz olan gənc nəslin vətənə məhəbbət, xalqına və millətinə hörmət, soykökünə, öz ata-babaların ənənələrinə sədaqət ruhunda tərbiyə olunmasına böyük əhəmiyyət verir. Bu baxımdan gənc nəslin vətənpərvər ruhda böyüməsində təhsil müəssisələrinin rolu əvəzolunmazdır.
  “Həftə içi”nin məlumatına görə, Pirallahı rayon ərazisində yerləşən ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində mütəmadi olaraq vətənpərvərlik mövzusunda keçirilən tədbirlər məhz bu amala xidmət edir. Belə tədbirlərdən niri 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində keçirilib. “Bu torpaq vətəndir, mən bir vətəndaş” devizi altında təşkil olunan tədbirdə Pirallahı rayon məktəbliləri ilə birgə Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin üzvləri, Milli Qəhrəman Vahid Quliyev, rayon ərazisində yerləşən “N” saylı hərbi hissənin zabitləri, rayon ictimaiyyətinin və ağsaqqallarının nümayəndələri iştirak etdiblər. Uşaq Yaradıcılıq Mərkəzinin direktoru Sevda Bəşirova gələn qonaqları salamlayaraq, tədbirin əhəmiyyəti və mahiyyəti haqqında danışıb və belə maarifləndirici tədbirlərin keçirilməsinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdıb. Mərkəzin bədii qiraət, dram və rəqs dərnəyi üzvlərinin bir-birindən baxımlı çıxışlarından sonra söz qonaqlara verilib.
   Pirallahı Rayon İcra Hakimiyyətinin məsul əməkdaşı İlqam Əskərov gənc nəslin ümummilli lider Heydər Əliyevin vətənə olan sevgi, istək və məhəbbətinin təsiri altında böyürərək hər an torpaqlarımızın düşmən tapdağından azad olunmasına hazır olduğunu qeyd edib. Milli Qəhrəman Vahid Quliyev, veteran döyüşçü Nadir Mahmudov öz çıxışlarında keçdikləri şücaətli döyüş yolundan danışaraq məktəblilərin suallarını cavablandırdılar. Rayon Ağsaqqallar Şurasının sədri Fazil Məhəmmədov gənc nəslə ağsaqqal öyüd və nəsihətlərini verib.
 

 

Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Gənclər Birliyi təsis olunub
  Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis konfransı keçirilib.
    Birlikdən AZƏRTAC-a bildiriblər ki, konfransı giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən söz açıb.
   Bildirib ki, Azərbaycan gəncliyinin inkişafı və gənclər siyasətinin formalaşması ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. M.Manafov bu gün həmin siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayaraq deyib: “Dövlət başçısı tərəfindən “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramının təsdiq edilməsi bir daha Azərbaycanda uğurlu gənclər siyasətinin həyata keçirildiyini əyani şəkildə sübut edir”.
   Tədbirdə çıxış edənlər Azərbaycan dövlətinin həyata keçirdiyi gənclər siyasəti barədə danışıblar.
Sonra Pirallahı rayonunun idarə, müəssisə və təşkilatlarından konfransa seçilən nümayəndələr YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin təsis edilməsinə yekdilliklə səs verdilər. Nümayəndələr, həmçinin ümumi səsvermə ilə Gənclər Birliyi İdarə Heyətinin tərkibini, sədrini və onun müavinlərini seçiblər. Orxan Babayev YAP Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri, Aytən Əliyeva və Rüfət Məmmədov isə onun müavinləri seçiliblər.
   Yeni seçilənlərə uğurlar arzulayan rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov, “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev və başqaları bildirib ki, 1993-cü ilin iyununda ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi ölkəmizin bir çox problemlərinin, o cümlədən gənclərin problemlərinin öz həllini tapması ilə nəticələndi.
   Diqqətə çatdırılıb ki, YAP bu gün nəinki Azərbaycanın, eləcə də Cənubi Qafqaz regionunun ən böyük siyasi təşkilatıdır.
 

 

Pirallahı rayonunun simvolu inşa edilib

Pirallahı rayonunun girişinin sol hissəsində rayonun simvolu inşa edilib.

Rayon icra hakimiyyətindən AzərTAc-a bildirilib ki, simvolun qarşısında yüksək zövqlə xüsusi daşlarla işlənmiş və müasir işıqlandırma sistemi ilə təmin olunmuş Azərbaycanın xəritəsi əks olunub. Simvol iki hissədən ibarətdir. Yuxarı hissə həm “P” hərfinə, həm də yelkənə bənzəyir, aşağı hissəsi isə qayıq formasındadır.

Simvolun ümumi sahəsi 45 kvadratmetr, hündürlüyü isə 16 metr təşkil edir. Monumentin üzərində səkkizguşəli ulduz yerləşir, ulduzun içində isə məşəl əks olunur. Abidənin gecə işıqlandırılması isə ona xüsusi gözəllik verir.

Qeyd edək ki, simvolun ətrafında 3 min kvadratmetr sahəyə qazon örtüyü salınıb, ərazidə 1000-ə yaxın müxtəlif ağac və dekorativ bəzək kolları əkilib.

Pirallahı rayonunda həyata keçirilən geniş quruculuq və abadlıq işləri ilə yanaşı, ekoloji tədbirlərin icrasına da xüsusi önəm verilir. Belə ki, rayon ərazisində üzün illərdən bəri baxımsız və antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri, o cümlədən dənizkənarı ərazilər, yaşayış məhəllələri tam şəkildə abadlaşdırılır, çirkab mənbəyi olan göllər qurudulur, geniş yaşıllıq zolaqları salınır.

    AzerTAc, modern.az, ikisahil

Ölkə Prezidentinin vətəndaş müraciətlərinə baxılmasında açdığı yeni mərhələ: yüksək diqqət, qayğı və tələbkarlıq
   Azərbaycanın hər günü, hər ayı və hər ili yenilik, tərəqqi və inkişaf tarixinə çevrilir, ölkə həyatının bütün sahələrində fərəh və qürur doğuran hadisələr bir-birini əvəz edir, xalqımızın həyat səviyyəsi və güzəranı getdikcə yaxşılaşır, vətəndaşların gündəlik problemlərinin həllinə, onları narahat edən çətinliklərin aradan qaldırılmasına xüsusi diqqət və həssaslıqla yanaşılır. Dünyada gedən qlobal proseslər, iqtisadi, siyasi ziddiyyətlər, yer üzündə sülhə, əmin-amanlığa, sabit inkişafa mane olan regional, dini və etnik münaqişələr fonunda Azərbaycan stabil və davamlı tərəqqi yolunu davam etdirir.
   Beynəlxalq nüfuzunu inamla artıran Azərbaycan dövləti bütün maneələrə baxmayaraq öz vətəndaşlarına diqqət və qayğını daha da gücləndirir. Bu baxımdan Prezident Administrasiyasına daxil olan vətəndaş müraciətlərində qaldırılan məsələlərin öyrənilməsi, həll edilməsi, ümumiyyətlə, respublikada dövlət–vətəndaş münasibətlərinin formalaşmasında çox mühüm vasitə olan müraciətlərə baxılması vəziyyəti barədə ölkə ictimaiyyətinə məlumat verilməsi ənənəsinə sadiq qalaraq Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun 2014-cü ildə bu sahədə görülmüş işlər barədə geniş təhlilini oxucularımızın diqqətinə çatdırırıq.
    Regionların sosial-iqtisadi inkişafı və tikinti-quruculuq işləri ilə bağlı minnətdarlıq məktubları da çoxdur. Bakı şəhərindən Gülarə Cabbarlı Xızı rayonunda görkəmli yazıçı və ictimai xadim Cəfər Cabbarlının adını daşıyan parkın yenidən qurulmasına, Binəqədi rayonundan A.Ağayev, R.Cənnətəliyev, C.Həsənzadə və başqaları Bakı-Şamaxı yolunun Sulutəpə qəsəbəsindən keçən hissəsinin genişləndirilməsinə və yol boyu ağacların əkilməsinə, Pirallahı rayonundan F.Məhəmmədov, O.Əhmədov, H.Rüstəmov və başqaları yeni yaradılmış rayonda qısa müddət ərzində infrastrukturun yaxşılaşdırılmasına, o cümlədən orta məktəblərin təmirinə, çörək zavodunun tikintisinə, yaşıllıqların salınmasına və insanları narahat edən digər problemlərin həllinə, Gəncə şəhərinin Şıxzamanlı qəsəbəsindən İ.Tağıyev, R.Tağıyeva, M.Hüseynov, X.Abuzərova və başqaları qəsəbədə fəaliyyət göstərən orta məktəb binalarının əsaslı təmirdən sonra açılışına, Naftalan şəhərindənS.Muradov yeni müalicə və istirahət mərkəzlərinin, mehmanxanaların tikilməsinə, Naftalanın kurort şəhəri kimi dünyaya tanıdılmasına, Ağstafa rayonundan A.Əliyev, N.Kərimova, Y.İsmayılov, Ş.Babayeva və başqaları Uşaq Musiqi Məktəbi üçün yeni, müasir binanın tikintisinə və rayon Mədəniyyət evində əsaslı təmir işlərinin aparılmasına, Biləsuvar rayonunun Aşağı Cürəli kəndindən F.Kəlbiyev,Neftçala rayonunun Kürkənd kəndindən A.Soltanova, P.Novruzova, R.Quliyev, R.Dadaşov,Yardımlı rayonunun Solqard və Zenqaran kəndlərindən K.Mövsümov, S.Babayeva, Ş.Mustafayev, Ə.Xosiyev və başqaları yeni orta məktəb binalarının inşasına, İsmayıllı rayonundanƏ.Balayev, H.Haqverdiyev, N.Əliyev və başqaları Lahıc qəsəbəsində və Lerik rayonunun Veri kəndindən Ə.İbrahimov Veri-Piran avtomobil yolunun keçdiyi Davradibi çayının üzərində körpünün salınmasına, Saatlı rayonundan Ə.Əkbərov Mərkəzi Rayon Xəstəxanası binasının tikintisinin başa çatdırılaraq istifadəyə verilməsinə, Sabirabad rayonundanB.Əhmədov, M.Quliyev, H.Cəlilov, Ə.Rəhimov və başqaları kollektorların qısa müddətdə müasir texnikaların köməyi ilə təmizlənməsinə görə ölkə başçısına təşəkkürlərini çatdırırlar.
 

 

Pirallahı rayonunda quruculuq-abadlıq işləri getdikcə sürətlənir 
Məqsəd əhalinin güzəranını və maddi rifah halını yüksək səviyyəyə qaldırmaqdan ibarətdir


   Xalqımızın ümummilli lideri Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında misli görünməmiş siyasi və sosial-iqtisadi tərəqqi dövrünü yaşayır. Ölkəmiz artıq neçə illərdir ki, sosial-iqtisadi inkişaf göstəricilərinə görə dünya dövlətləri arasında ilk yerlərdən birini tutur. İldən-ilə öz inkişaf templərini artıran, bir çox nüfuzlu siyasətçilərin təsdiq etdiyi kimi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycanda hər bir kəs bu tərəqqiyə öz töhfəsini verməyə çalışır. Artıq ikinci ildir ki, Pirallahı sakinləri də bu müsbət proseslərə qoşulmuşlar. Azərbaycan Respublikası Prezidenti tərəfindən təsdiq edilmiş Regionların 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına və 2011-2013-cü illər "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Pirallahı rayonunda geniş abadlıq və quruculuq işləri həyata keçirilmişdir. Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda da Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır. Hazırda bu mühüm dövlət sənədinin icrası yüksək templərlə davam edir. Məqsəd əhalinin güzəranını və maddi rifah halını daha da yüksək səviyyəyə qaldırmaqdan ibarətdir.
   "Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunmuş konfransda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev qeyd etmişdi ki, Bakı şəhərinin və xüsusilə onun qəsəbələrinin sosial-iqtisadi inkişafı Dövlət Proqramının da çox böyük əhəmiyyəti vardır: "Çünki Bakıda hələ bir çox infrastruktur layihələri icra edilməli idi. Xüsusilə qəsəbələrdə böyük işlər görülməli idi. Bu Proqramın əsas mahiyyəti ondan ibarət idi ki, Bakı şəhərinin hər bir rayonunda ən müasir şərait yaradılsın. Bakı şəhəri təkcə mərkəzdən ibarət deyildir. Bakının mərkəzdən uzaq olan yerlərində də inkişaf getməlidir və gedir”.
Dövlət Proqramı xalqın xidmətindədir
    Son on ildə Dövlət Proqramına əsasən Pirallahıda 186, 235, 231 və 243 N-li tam orta məktəblər əsaslı təmir edilmişdir. Dövlət Proqramı çərçivəsində əsaslı təmir olunmuş 10 saylı Birləşmiş Şəhər Xəstəxanası bu ilin yanvarında istifadəyə verilmişdir. 110 çarpayılıq xəstəxananın yenidən qurulması müasir texnologiya və qabaqcıl təcrübə əsasında həyata keçirilmişdir. 2011-ci ilin iyul ayından başlanan və Səhiyyə Nazirliyinin nəzarəti altında aparılan təmir işləri 2013-cü ilin son günlərində yekunlaşmışdır. Avropa standartlarına uyğun zəruri cihaz və avadanlıqlar quraşdırıldıqdan sonra yanvarın 16-da baş tutmuş açılış mərasimində Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev iştirak etmişdir. Ərazidə Patalogiya və Təcili Tibbi Yardım stansiyası üçün yeni binalar da inşa olunmuşdur.
Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, Pirallahı qəsəbəsində 235 №-li tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi bu və digər mühüm məsələlər əks olunmuşdur.
    Prezident İlham Əliyevin ötən ilin sentyabrında imzaladığı Fərmana əsasən “Yüksək Texnologiyalar Parkı” inşa olunacaq 50 hektar ərazidə təmizlik və abadlıq işləri aparılmışdır, buradan keçən bütün kommunikasiya xətlərinin yerinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilmişdir. Ərazi inşaat hasarına alınaraq tikinti işlərinin başlanmasına hazır vəziyyətə gətirilmişdir.
Yol mədəniyyətdir
     Aqillər deyib ki, mədəniyyət yoldan başlayır. Yollar rahat, hamar və səliqəli olanda insan da həqiqətən özünü rahat, gümrah hiss edir. Təsadüfi deyil ki, son illər Prezident İlham Əliyevin bilavasitə tapşırıq və tövsiyələri, diqqət və qayğısı sayəsində respublikamızda yeni yollar çəkilir və körpülər salınır, mövcud nəqliyyat infrastrukturu abadlaşdırılır, bərpa edilir. Sevindirici haldır ki, yeni yaranan Pirallahı rayonu da ölkə başçısının diqqət və qayğısından kənarda qalmayıb. İlk növbədə qeyd edilməlidir ki, tikintisinə hələ ötən il başlanmış 22 km-lik Qala-Pirallahı avtomobil yolunun 15 km-lik birinci hissəsində işlər başa çatdırılmışdır.
Dövlət Proqramına əsasən inşa edilən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi ilə tanış olan Prezident İlham Əliyevə tikintidə işlərin 60%-nin yerinə yetirildiyi haqda məlumat verilmişdir. Burada beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Körpünün uzunluğu 710 metr, aşırım hissəsi 420 metr, su səviyyəsindən hündürlüyü 13 metrdir, gəmilərin keçidi üçün nəzərdə tutulan aşırımlar arası məsafə 83 metr olacaqdır. Xəzərdə, bütövlükdə Qafqaz regionunda dənizin içində tikilən ilk körpünün inşaat işlərinə 2012-ci ilin axırlarından başlanıb və tikintinin 2015-ci ildə başa çatdırılması nəzərdə tutulub. Körpü və eləcə də yaxınlıqda inşa ediləcək Gürgan şəhəri haqqında məlumatlandırılan Prezident İlham Əliyev bundan sonra Pirallahı qəsəbəsinə gəlmiş, 29-cu məhəllədə və Fioletov küçəsində görülən işlərlə tanış olmuş, tövsiyə və tapşırıqlarını vermişdir.

Nəqliyyat infrastrukturuna daxil olan Abşeron Rayon Dəniz Neft Donanma İdarəsinin “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisinə də 2013-cü ilin aprelində başlanmışdır. Yaxınlıqda köhnə Helikopter meydançasının əvəzinə yeni meydançanın tikintisi üçün də 6 ha torpaq sahəsi ayrılmışdır.

Abadlıq və tikinti işləri baş plana uyğun həyata keçirilir
Hazırlanmış Baş plana əsasən Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası və Heydər Əliyev Mərkəzinin inşası davam edir. Baş plana uyğun olaraq inzibati mərkəz üçün ayrılmış ərazidə müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, MTN-nin Pirallahı Rayon Şöbəsinin, Rayon Məhkəməsi və Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Pirallahı Rayon Dövlət İdarəsinin inzibati binasının tikintisi məqsədilə müvafiq sahələr ayrılmış, tikintiyə başlanılması üçün sənədləşmə prosesi davam edir. Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsi müvəqqəti olaraq uyğunlaşdırılmış binada sakinlərə xidmət göstərməyə başlamışdır.

Prezident İlham Əliyev “Sənaye ili” elan ediyi 2014-cü il ərzində Pirallahı rayonunda da xeyli işlər görülmüşdür. Artıq tam gücü ilə işləyən Beton zavodunda yeni istehsalat sahələri işə salınmışdır. “Azərsu” ASC tərəfindən Dövlət Proqramına əsasən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Pirallahı və Gürgən qəsəbələrində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar inşa olunur. İyul ayından rayon əhalisinin keyfiyyətli içməli su ilə təminatına başlanmışdır. Artıq iki məhəllənin sakinləri 24 saat ərzində sudan fasiləsiz istifadə edə bilirlər. Yaxın aylarda Pirallahı və Gürgan qəsəbəsinin bütün sakinləri fasiləsiz şəkildə daimi və keyfiyyətli içməli su ilə təmin olunacaqlar.

Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi yekunlaşaraq burada hazırda sazlama işləri başa çatdırılmışdır.

Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır.

Sosial infrastruktur layihələri arasında uşaq bağçalarının tikintisini xüsusilə qeyd edən cənab Prezident bildirmişdir ki, “Biz çalışmalıyıq ki, uşaq bağçaları ilə təminat 100 faiz olsun. Çünki Azərbaycanda sosial məsələlər uğurla icra edilir.” Təqdirəlayiq haldır ki, Pirallahı rayonu da bu məsələnin həllinə öz tıhfəsini verməkdədir. Pirallahı rayonu üzrə 6 yaşadək uşaqların məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatını ödəmək məqsədilə Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə tikilən 2 ədəd körpələr evi-uşaq bağçasının inşaat işləri yüksək templərlə davam etdirilir. Bütövlükdə məktəbəqədər tərbiyə müəssisələrinə olan tələbatı ödəmək məqsədilə yaxın iki il ərzində Dövlət Proqramına əsasən bağça tikintisi davam etdiriləcəkdir.
Pirallahıda abad məhəllələr salınır
Pirallahıda “Nümunəvi məhəllə” layihəsi ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla icra olunub. Ümumilikdə, 2 hektaradək ərazi tullantılardan və antisanitariyadan təmizlənərək planlaşdırma işləri aparılıb, qanunsuz tikililər sökülüb. Bu ərazidə 3 kölgəlik tikilib, attraksionlar quraşdırılıb, uşaqların əylənməsi üçün hər cür şərait yaradılıb. Yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülüb, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 500 ədəd küknar ağacı əkilib. Ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 250-300 nəfərlik “Xeyir-şər” evi bütün zəruri ləvazimatlarla təchiz edilərək əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir. Hazırda layihə üzrə işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilir. Burada hazırda kommunikasiya xətləri yenilənir, magistral xətlər çəkilir, istilik sisteminin bərpası istiqamətində əsaslı yenidənqurma işləri başa çatdırılmışdır. K.Rzayev küçəsində məhəllədaxili yollar asfaltlanır, köhnə bardürlər yeniləri ilə əvəz edilir. Ümumilikdə qəsəbədə 5 ədəd “Xeyir-şər” evi tam əsaslı təmir olunmuş, zəruri avadanlıqlarla təmin edilərək sakinlərin istifadəsinə verilmişdir.
“Gənclər parkın”da mövcud olan çatışmamazlıqlar aradan qaldırılmış, park tam abad vəziyyətə gətirilmişdir. Uşaqların asudə vaxtının səmərəli təşkili üçün “Uşaq əyləncə parkı”nın tikintisi başa çatdırılmış, müxtəlif attraksionlar, müasir kölgəliklər və idman meydançası qurulmuşdur. Pirallahı rayonunda salınacaq “Gənclər şəhərciyi” və tikiləcək “Turizm mərkəzi” layihələri sənədləşmə mərhələsindədir. Azərbaycanda turizmin inkişafının sürətlə getdiyini daim vurğulayan Dövlət Başçısı bölgələrdə turizm imkanlarının geniş olduğunu, qumlu sahillərin, Xəzər dənizinin potensialından geniş istifadə etməyin zəruri olduğunu söyləmişdir. Bu mənada Pirallahı rayonu da geniş imkanlara malikdir. Artıq Pirallahı rayonu ərazisində 3 ədəd çimərlik təşkil edilmiş, ətraf sahələrdəki baxımsızlıq və antisanitar vəziyyət aradan qaldırılaraq, istirahət üçün lazımi şərait yaradılmışdır. Dəniz sahili boyunca 6 km-ə qədər ərazidə bulvar, park və yaşıllıqlar, eləcə də çimərliklər salınması planlaşdırılır və artıq hazırlıq işlərinə başlanılmışdır. Yaxın gələcəkdə rayonda müasir otellərin, digər turizm obyektlərinin yaradılması planlaşdırılır. S.Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq müasir parkın dənizə baxan hissəsində artıq müvafiq işlərə başlanılıb.
Ekoloji məsələlər prioritet təşkil edir
Ekologiya məsələlərinin həllinə daim diqqət göstərilməli olduğunu qeyd edən Dövlət Başçısı vurğulayır ki, “Çünki bu, həyatdır, bizim həyatımızdır, uşaqlarımızın həyatıdır, xalqımızın gələcəyidir. Biz təbiəti qorumalıyıq və çalışmalıyıq ki, vaxtilə çirklənmiş ərazilərin hamısını təmizləyək.” Bu baxımdan Pirallahı rayonunda ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Pirallahı qəsəbəsində mərkəzi yol boyu və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası ilin əvvəlindən davam etmiş, rayonun bütün ərazisi boyu idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, on minlərlə ağac və mövsümi gül kolları əkilmişdir. Ümumilikdə Pirallahı rayonu yaranandan bəri ərazidə 100 mindən çox müxtəlif növlü ağac əkilmişdir. Dekabrın 6-da “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində IDEA İctimai Birliyinin təşəbbüsü və Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qala-Pirallahı magistral yolu ətrafında növbəti ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində 2500 ədəd nar və 2500 ədəd zeytun ağacı əkilib
Ekoloji durumu daha da yaxşılaşdırmaq məqsədilə ötən illərdə neftlə çirklənmiş ərazilərin təmizlənməsi və abadlaşdırılması işləri aparılmışdır. S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmışdır. Geniş bir torpaq sahəsinin yenidən Pirallahı sakinlərinin istifadəsinə qaytarılması məqsədilə bütövlükdə gölün ərazisinə təxminən 20 min m3 torpaq tökülmüşdür. Ərazidə drenaj işləri görülmüş, kanalizasiya sistemi qurulur. Yeni yaşayış massivinin - 2, 3 və 4 mərtəbəli binalardan ibarət “Abad Məhəllə-1”in salınması üçün bu ərazidə 5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada işlər başa çatmaq üzrədir. İnzibati Mərkəzin arxa hissəsindəki göllərin qurudulması işləri də davam edir ki, burada da “Abad məhəllə-2” layihəsinin icrası nəzərdə tutulub.
Çilovda və əfsanəvi Neft Daşlarında sosial təyinatlı obyektlər inşa edilmişdir
Son on ildə Çilov qəsəbəsində də bir sıra sosial təyinatlı obyektlər istifadəyə verilmişdir. Bunlardan ilk növbədə “28 May” NQÇİ-nin yeni inzibati binasını, yeni yataqxanalar kompleksini və çörək sexini göstərmək olar. Bundan başqa Çilovda gündəlik 800 m3 su istehsal etmə gücünə malik, dəniz suyunu içməli suya çevirən ƏKS-OSMOS su təmizləyici qurğusu quraşdırılmış, müasir mini futbol meydançası tikilib istifadəyə verilmiş, 1500 kVt-enerji istehsalı gücünə malik yeni qazturbin sahəsi yaradılmış, inzibati və köməkçi binalar tikilib, lazımi avadanlıqlarla təhciz edilmişdir. Bioloji təmizləmə qurgusunun inşa edilməsi, məişət tullantılarının utuluzasuya sahəsinin yaradılması, Milli qəhrəman Rasim İbrahimov adını daşıyan 131 N-li orta məktəbin əsaslı təmir olunması, yeni idman zalının və uşaq bağçasının inşa edilərək lazımi avadanlıqlarla təchiz edilməsi son illərin nailiyyətləridir.

İl ərzində Çilov qəsəbəsindəki yollara asfalt döşənmiş, adadakı idman kompleksinin tikintisi davam etdirilmişdir. Çilov adasında smart-kart tipli qaz sayğaclarının quraşdırılması başa çatdırılmış, limandan qəsəbənin mərkəzinədək olan ərazidə gölməçələr qurudularaq yaşıllıqlar salınmış, adada bayraq meydanı qurulmuş, ümumilikdə 50 mindən çox ağac əkilmişdir.

Əfsanəvi Neft Daşlarının 60 illiyi ilə əlaqədar Çvanov adasında Ulu öndər Heydər Əliyevin adını daşıyan Park salınmış, parkda ulu öndər Heydər Əliyevin abidəsi ucaldılmış, Heydər Əliyev myzeyi tikilmişdir. Eyni zamanda Neft Daşlarında Çay evi, bioloji təmizləmə qurgusu, yeni çörək zavodu, təzə qazanxana tikilmişdir. Neftçilərin asudə vaxtının səmərəli təşkili məqsədilə Mədəniyyət evi əsaslı təmir edilmiş, müasir mini futbol meydançası və örtülü idman zalı tikilib istifadəyə verilmişdir. Heydər Əliyev Parkı ərazisində “Neft Daşları” yatağını kəşf etmiş məşhur geoloq Ağa Qurban Əliyevin barelyefi qoyulmuş, Şəhidlər abidəsi ucaldılmış və 1957-ci ildə Neft Daşlarında faciəli şəkildə həlak olmuş dəniz neftçilərinin şərəfinə abidə inşa edilmişdir.

Ötən il Neft Daşlarında ARDNŞ prezidenti Rövnəq Abdullayevin iştirakı ilə 6 maşından ibarət 39 Meqavatt gücündə olan yeni Qaz Turbin Elektrik Stansiyasının açılışı olmuşdur. Bu stansiya Neft Daşlarını və “Günəşli” yatağını ən yüksək səviyyədə elektrik enerjisi ilə təmin etməyə əlverişli şərait yaratmışdır.

Rayon İcra Hakimiyyəti sakinlərin ümid və inam yeridir
2014-cü ili uğurla başa vuran Pirallahı rayonu qarşısında 2015-ci ildə də mühüm vəzifələr durur. Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş Bakı şəhərinin və onun qəsəbələrinin 2014-2016-cı illərdə sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli də öz əksini tapması mühüm əhəmiyyətə malik bir məsələdir. Dövlət başçısı “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində nail olunacaq məqsədlər sırasında əhalinin su və kanalizasiya təminatının, elektrik enerjisi, qaz və istilik təchizatının, yol və nəqliyyat infrastrukturunun, eləcə də ekoloji vəziyyətin daha da yaxşılaşdırılmasını, sosial-mədəni infrastruktur obyektlərinin (təhsil, səhiyyə, mədəniyyət, idman və gənclər, turizm və s.) beynəlxalq standartlara uyğun tikinti (inşası, yenidən qurulması) işlərinin davam etdirilməsini, sahibkarlığın inkişafı istiqamətində yeni iş yerlərinin və müəssisələrin açılması siyasətinin davam etdirilməsini, əhalinin həyat səviyyəsinin daha da yüksəldilməsini xüsusi vurğulayır.
Pirallahı rayonunda sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə bazar, ticarət mərkəzləri, yanacaq doldurma məntəqəsi inşa etmək nəzərdə tutulub ki, bu işlər eyni zamanda məşğulluq məsələsinin də müsbət həllinə xidmət edəcəkdir. Əhalinin istirahəti və asudə vaxtını keçirməsi üçün “Nümunəvi məhəllələr”in yaradılmasının davam etdirilməsi, qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davamlı xarakter daşıyacaqdır. Hündürmərtəbəli binaların əsaslı təmiri, fasadların yenilənməsi istiqamətində müvafiq tədbirlər davam etdiriləcəkdir.
Yaxın gələcəkdə S.Vurğun küçəsindəki mövcud 4,7 hektarlıq parkın abadlaşdırılması, dənizkənarı parkın salınması planlaşdırılır. Pirallahıda idmanın daha da inkişafı məqsədilə mövcud stadionun əsaslı təmir olunaraq genişləndirilməsi və Dövlət Proqramı üzrə idman meydançalarının yaradılması nəzərdə tutulur. Dövlət Proqramına əsasən Pirallahı qəsəbəsində kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisi, kiçik sahibkarlığın inkişafının dəstəklənməsi nəzərdə tutulur. Adanın enerji dayanıqlığını təmin etmək məqsədilə alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının qurulması davam etdiriləcəkdir.

Rayon İcra Hakimiyyətinin başçısı cənab Vasif İmanov və millət vəkili cənab Rauf Əliyev sakinlərlə keçirilən səyyar görüşlərdə və digər tədbirlərdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə gedən sürətli sosial-iqtisadi inkişafın nəticələrindən danışaraq qarşıda duran vəzifələr və gələcək işlər barəsində sakinlərə məlumat verirlər.
Yeni yaradılmış rayonun 2013-2014-cü illərdə fəaliyyəti dövründə görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, növbəti ildə də qarşıda duran vəzifələr uğurla yerinə yetiriləcək, 2015-ci ilə də yüksək göstəricilərlə yekun vurulacaqdır. Həm rayonumuzda, həm də bütövlükdə respublikamızda davam edən geniş quruculuq işləri onu deməyə əsas verir ki, Prezident İlham Əliyevin vurğuladığı kimi: “Üçüncü 5 illik proqram bütün regionlarda görüləcək işləri əhatə edəcək və 2018-ci ilə qədər bir dənə də olsun nə iqtisadi, nə sosial, nə də infrastruktur problemi qalmayacaqdır!”.
 

 

YAP-ın yaradılmasının 22-ci ildönümü Pirallahıda da qeyd edilib

    Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü YAP Pirallahı rayon təşkilatı tərəfindən də qeyd edilib.

   Partiyanın rayon təşkilatının sədri Manaf Manafov “Yeni Azərbaycan Partiyası – möhtəşəm 22 il” mövzusunda məruzə ilə çıxışında bildirib ki, YAP yarandığı gündən müstəqillik, azərbaycançılıq, dövlətçilik, sosial ədalət, dünyəvilik, soykökə qayıdış kimi dəyərlərin təbliğinə xüsusi yer verir.
Bildirilib ki, artıq bir ildən çoxdur ölkəmizin, o cümlədən Pirallahının tərəqqisi yolunda YAP rayon təşkilatı da öz töhfəsini verir. Bu müddətdə rayonun bütün idarə və müəssisələrində partiyanın ilk təşkilatları yaradılıb, rayon miqyasında bir çox tədbirlər keçirilib. Bu gün rayonda Yeni Azərbaycan Partiyasının 3 min 500 nəfərdən çox üzvü var.
   Rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov deyib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının 22-ci ildönümü bütün respublikamızda böyük ruh yüksəkliyi ilə qeyd olunur. O, YAP-ın Azərbaycan tarixinin son dərəcə mürəkkəb dövründə, dövlətimizin görünməmiş sınaqlarla üzləşdiyi bir zamanda yaradıldığını söyləyib.
    Milli Məclisin deputatı Rauf Əliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə və digər çıxış edənlər Yeni Azərbaycan Partiyasının yaradılmasında, ölkəmizdə müasir demokratik, hüquqi və dünyəvi dövlət quruculuğunda ulu öndər Heydər Əliyevin müstəsna xidmətləri olduğunu bildiriblər. Yeni Azərbaycan Partiyasının proqramında irəli sürülmüş əsas vəzifələrin müstəqilliyin möhkəmləndirilməsi, demokratik, hüquqi, dünyəvi dövlətin qurulması, vətəndaşların dinc və firavan həyatının təmin edilməsi olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, partiya məfkurəsinin əsasını təşkil edən müstəqil dövlətçilik, qanunçuluq, azərbaycançılıq, yaradıcı təkamül, vətəndaş həmrəyliyi və sosial ədalət prinsipləri YAP-ın qarşısında duran vəzifələrin həyata keçirilməsinin ideya təminatı olaraq mahiyyətcə Azərbaycanın siyasi gələcəyinin də ideya bazasını təşkil edir.

     AzerTAc

Nərd üzrə Pirallahı rayon çempionatı başa çatıb
       Pirallahı rayonunda Milli Dirçəliş Gününə həsr olunmuş nərd üzrə rayon çempionatı keçirilib.
   Rayon icra hakimiyyətinin və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda 65 nəfər mübarizə aparıb.
   Yarışın açılışında ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən söhbət açılıb. Diqqətə çatdırılıb ki, əsası Ulu Öndər tərəfindən qoyulmuş idman siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.
    Sonra çempionatın qalibləri mükafatlandırılıblar.
    
    AzerTAC , http://topnews.az , arxiv.az , okay.az

 

Pirallahıda imzatoplama kampaniyası uğurla başa çatdı
   Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının rayon və şəhər təşkilatlarında ciddi hazırlıq prosesləri davam etməkdədir. Yeni Azərbaycan Partiyasının qarşıdan gələn bələdiyyə seçkilərinə ciddi şəkildə hazırlaşdığını deyən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov bildirdi ki, YAP seçkilərin keçirilməsində böyük, zəngin təcrübəyə malikdir. Onun sözlərinə görə, bu mənada dekabr ayında keçiriləcək bələdiyyə seçkilərində də qazanılan təcrübədən səmərəli istifadə olunacaq.
   YAP Pirallahı rayon təşkilatı bütün seçki kampaniyalarında olduğu kimi, Azərbaycan Respublikasında keçiriləcək bələdiyyə seçkilərinə də yüksək hazırlıq işləri aparır. M.Manafov bələdiyyə seçkilərinə hazırlıq işləri ilə bağlı verdiyi məlumata görə, rayon təşkilatı seçkilərə hazırlığı YAP-ın Mərkəzi Aparatının təlimat və göstərişlərinə uyğun şəkildə davam etdirir. O qeyd etdi ki, bələdiyyə seçkiləri ilə əlaqədar YAP Pirallahı rayon təşkilatında 11 nəfərdən ibarət seçki qərargahı yaradılıb. “Bələdiyyə seçkilərində qələbə qazanmaq üçün rayon təşkilatı bütün təşkilati və hazırlıq işləri ilə ciddi məşğuldur. Seçki qərargahında fəaliyyət göstərəcək qərargah üzvlərinə treninqlər keçirilib.”
   YAP Pirallahı rayon təşkilatının sədri Partiya namizədlərinin dairələrdən imza vərəqələrini götürdüklərini diqqətə çatdırdı. Onun sözlərinə görə, hazırda namizədlərin müdafiəsi üçün seçici imzalarının toplanması mərhələsi də başa çatıb. DSK-dan 44 imza vərəqəsi götürülərək 1500-dən artıq imza toplanaraq dairə-seçki komissiyasına təqdim olunub. Rayon təşkilat sədri onu da vurğuladı ki, bələdiyyələrdə təmsil olunan YAP üzvlərinin sayı - 31 nəfərdir. Onlardan 10-u qadın, 13-ü isə gəncdir. Partiyanın tövsiyə və tapşırıqlarına uyğun olaraq, bu seçkilərdə də gənclərin və qadınların namizədliyinin artırılması məsələsinə xüsusi diqqət yetirilib.
 

 

Pirallahıda ağacəkmə kompaniyası davam etdirilir
  Müstəqil Azərbaycanın qurucusu və memarı Heydər Əliyev tərəfindən əsası qoyulmuş ekoloji siyasət Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu məqsədilə respublikamızın hər yerində abadlıq-quruculuq işləri aparılır, geniş yaşıllıqlar salınır, yol və prospekt kənarlarında dekorativ ağaclar əkilir.
   Pirallahı rayonunda son il yarımda mütəmadi olaraq genişmiqyaslı yaşıllaşdırma və abadlıq işləri həyata keçirilir. Getdikcə vüsət alan bu işlər sayəsində paytaxtımızın bu ərazisi ən abad və yaşıllıqlarla zəngin rayona çevrilməkdədir.
   Rayonda növbəti ağacəkmə aksiyası 08 noyabr 2014-cü il tarixdə “IDEA” İctimai Birliyinin və Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Qala-Pirallahı magistal yolu ətrafında təşkil olundu. Magistral yolun hər iki tərəfinə 250 ədəd zeytun, 50 ədəd leylandra ağaçı əkildi. Aksiyada Pirallahı RİH-in əməkdaşları, YAP Pirallahı rayon təşkilatının fəalları və rayon ictimayyətinin nümayəndələri iştirak etdilər.
   Qeyd edək ki, həyata keçirilən bu cür genişmiqyaslı silsilə tədbirlər rayon ərazisində davam etdiriləcək. Belə tədbirlərin əsas məqsədi ekoloji tarazlığın bərpası və ətraf mühitin təhlükəsizliyinin, insanların sağlamlığının təmin edilməsindən ibarətdir.
 
    asia.az, yenicag.az, azpress.az, vzglyad.az, hafta.az
  Pirallahıda “Dövlət Bayrağı Günü”
   Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə Pirallahı rayonunda silsilə tədbirlər keçirilir. Pirallahı rayonu ərazisində yerləşən altı orta məktəbin hər birində təşkil edilmiş tədbirlər Azərbaycan Respublikasının Dövlət Himninin ifası ilə başlandı. Məktəb direktorları tədbiri açaraq çıxışlarında hər keçən gün daha da güclənən, inkişaf edən təhsilimizə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə həm öz adlarından, həm də məktəblərin müəllim və şagird kollektivləri adından dərin minnətdarlıqlarını bildirdilər və yaradılmış geniş imkanlardan yüksək səviyyədə bəhrələnərək ölkəmizin gələcək inkişafı üçün təhsilli, savadlı, Azərbaycan bayrağını daim yüksəklərə qaldıra biləcək gənclər yetişdirəcəklərinə söz verdilər.
   Bayram tədbirlərinə qatılmış Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları ilk növbədə Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini pedaqoji kollektivlərin üzvlərinə və şagirdlərə çatdırdılar. Bildirildi ki, ümummilli liderimiz Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin müstəqilliyi daha da möhkəmlənmiş, ölkəmiz sabitlik və davamlı inkişaf diyarına çevrilərək iqtisadi və siyasi qüdrəti sürətlə artmışdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərdiyi diqqət və qayğının nəticəsində Respublikanın hər bir bölgəsi inkişaf edir və çiçəklənir. Eyni zamanda çıxışlarda qeyd edildi ki, “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Pirallahı rayonunda da böyük quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir.
    Azərbaycan Respublikasının Dövlət bayrağının dövlət suverenliyinin rəmzi olduğunu söyləyən tədbir iştirakçıları Dövlət Bayrağımızın ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının yerləşdiyi binada qaldırıldığını vurğulamışlar. Bildirilmişdir ki, müstəqillik illərində üçrəngli milli bayrağımızı ilk olaraq Vətənimizin başı üzərində ulu öndərimiz Heydər Əliyev dalğalandırmışdır. 1990-cı il noyabrın 17-də Naxçıvan parlamentinin Ümummilli Liderin sədrliyi ilə keçirilən sessiyası Muxtar Respublikada Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli, aypara və səkkizguşəli ulduz nişanlı bayrağının dövlət bayrağı kimi qəbul edilməsi haqqında tarixi qərar qəbul etmişdir. Prezident İlham Əliyevin Sərəncamına əsasən, 2009-cu ildən bu yana hər il 9 noyabr Azərbaycanda Dövlət Bayrağı Günü kimi qeyd edilir. 2010-cu il sentyabrın 1-də isə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iştirakı ilə Dövlət Bayrağı Meydanının - Bakı şəhərinin Bayıl sahəsində yerləşən memorial abidə-istirahət parkının təntənəli açılışı olmuşdur. Meydanda, həmçinin, Dövlət Bayrağı Muzeyinin də yaradıldığı da bildirildi.
    Tədbirlərdə çıxış edən məktəb şagirdləri dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirdilər, öz bayram sevinclərini oxuduqları mahnılar, söylədikləri şeirlərlə ifadə etdilər, Azərbaycan bayrağına daim sadiq qalacaqlarına and içdilər, üçrəngli milli bayrağımızın tezliklə doğma Qarabağımızın səmasında dalğalanacağına əminlik ifadə etdilər. Günün ikinci yarısında “Dövlət Bayrağı Günü” ilə əlaqədar bayram tədbiri V.Mustafazadə adına Mədəniyyət və 29 saylı Pirallahı Uşaq Yaradıcılıq Mərkəzlərində də keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları iştirak etdilər. Mərkəzin yetirmələri qonaqlara Bayraq və Vətən mövzusunda hazırladıqları əl işlərini və musiqi nömrələrini nümayiş etdirdilər. Bayram tədbirləri Pirallahı rayonunun məktəbəqədər tərbiyə müəssisələrində də keçirildi.
 

 

В следующем году откроется мост между островом Пираллахы и Абшероном
Успешно продолжается строительство моста, соединяющего остров Пираллахы и Абшеронский полуостров.
Как сообщили SalamNews в ИВ района, завершился процесс установки бетонных основ моста.
В строительстве Комплекса причальных сооружений острова Пираллахы основные работы продолжаются в прибрежной зоне и акватории моря. В этой зоне продолжается строительство административного здания и проходит процесс установки свай для моста эстакадного типа. Завершение строительства запланировано на май 2015 года.
 

 

İlham Əliyev Qala-Pirallahı yolunda

  Prezident İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib

   Bu gün Azərbaycan prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun yenidənqurma işlərindən sonra birinci hissəsinin açılışında iştirak edib.
   “Qafqazinfo”nun məlumatına görə, nəqliyyat naziri Ziya Məmmədov görülən işlər barədə dövlət başçısına məlumat verib. “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”na uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 22 kilometrə yaxındır. Artıq yolun 15 kilometrə yaxın hissəsi istismara tam hazırdır. Dörd hərəkət zolağı olan yolun tikintisi yüksək səviyyədə həyata keçirilib. Mövcud yol əvvəllər ensiz olduğu üçün hərəkətin intensivliyinə əngəl yaradır və tıxaclara səbəb olurdu. İndi isə yolun hərəkət hissəsinin eni 19 metrə yaxındır. Bu da avtomobillərin rahat və maneəsiz hərəkətinə şərait yaradacaq.
   Dövlət proqramına daxil olan bu layihənin reallaşdırılmasında əsas məqsəd həm şəhərin mərkəzinə, həm də Qala və Pirallahı istiqamətinə rahat nəqliyyat əlaqəsini təmin etməkdir. Layihəyə əsasən qovşaqlar və piyada keçidləri də inşa olunub. Bundan başqa, yol boyunca yaşıllıqlar salınıb. İnşaat işləri zamanı burada bütün kommunikasiya sistemləri, o cümlədən su, istilik, qaz, rabitə və yağıntı sularını axıdan xətlər dəyişdirilib.
     Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
   Azərbaycan prezidenti İlham Əliyev Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpüdə görülən inşaat işləri ilə tanış olub.
   Yeni körpüdə tikinti işlərinə 2012-ci ilin sonunda başlanılıb. Dəniz dalğalarının Pirallahı qəsəbəsini sahillə birləşdirən avtomobil yolunu yuyub sıradan çıxarmasının qarşısını almaq, avtomobil körpüsünün tikintisini sürətləndirmək və yolətrafı zonada ekoloji vəziyyəti yaxşılaşdırmaq məqsədilə magistral boyu sahilbərkitmə işləri görülüb. Layihə üzrə işlərin 60 faizi artıq icra edilib.
   Yeni körpü Qala-Pirallahı avtomobil yolunun 23-cü kilometrində yerləşir. Körpünün uzunluğu giriş-çıxış hissəsi arasında 710 metr, eni 14, hərəkət zolağının eni isə 12 metrə yaxındır. Körpüdə də inşaat işlərinin xeyli hissəsi görülüb. Körpü istismara verildikdən sonra onun altından gəmilərin hərəkəti də nəzərdə tutulub. Bu məqsədlə lazımi işlər başa çatdırılıb. Görülən işlər gəmilərin körpünün altından sərbəst hərəkətinə imkan verəcək.
   Prezident İlham Əliyev inşaat işlərinin yüksək səviyyədə aparılması üçün müvafiq tapşırıq və tövsiyələrini verdi.
  Sonra dövlətimizin başçısı Pirallahı rayonunda yeni şəhərin konseptual planı ilə tanış oldu. İnkişaf layihəsinə uyğun olaraq yeni şəhər üçün Gürgən dəniz sahili boyu və ətraf ərazilər seçilib. Burada ən müasir və böyük yaşayış mərkəzi yaradılacaq. İlkin olaraq, yeni şəhər 120 min əhalinin yaşaması üçün nəzərdə tutulub. Burada, həmçinin inzibati binalar, çoxmərtəbəli evlər, ticarət mərkəzləri tikiləcək, istirahət guşələri yaradılacaq, şəhəri dənizlə birləşdirəcək parklar salınacaq.
  Layihəyə görə, ilkin mərhələdə 60 yaşayış binasının tikintisi nəzərdə tutulub. Binaların əksəriyyəti dördmərtəbəli terras formasında olacaq. Yeni şəhərdə universitet kompleksi, balıqçılıq platforması tikiləcək və sənaye zonası da yaradılacaq.
 

 

Prezident İlham Əliyev yeni yaradılan Pirallahı rayonuna gəlib
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qala-Pirallahı avtomobil yolunun birinci hissəsinin açılışından sonra Pirallahı rayonuna gəldi.
  Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov Prezident İlham Əliyevə Pirallahıda görülən işlər və qəsəbənin baş planı ilə bağlı ətraflı məlumat verdi.
  Yeni yaradılan Pirallahı rayonu da sürətli inkişaf dövrünü yaşayır. Prezident İlham Əliyev Bakı şəhəri Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə Sərəncam imzaladıqdan sonra bu rayonda geniş quruculuq və abadlıq işləri həyata keçirilib. Qısa müddətdə Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət alıb. Aparılan yenidənqurma işləri nəticəsində Pirallahı qəsəbəsinin siması sürətlə müasirləşir. İndi qəsəbədə küçə və məhəllədaxili işıqlandırma sistemlərinin yenidən qurulmasında, ictimai nəqliyyatın fasiləsiz işində, sosial təyinatlı obyektlərin - məktəblərin, uşaq bağçalarının, xəstəxanaların, mədəniyyət evlərinin təmir-tikintisi və bərpası istiqamətində xeyli işlər görülür. Pirallahı qəsəbəsinin inkişaf perspektivlərinə uyğun olaraq alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər işlərin həyata keçirilməsi nəzərdə tutulur.
 
Pirallahı rayonunda müasir üslublu Heydər Əliyev Mərkəzi tikilir
     Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisi davam etdirilir.
 
   Pressaz.com-un xəbərinə görə, Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, layihəyə əsasən Pirallahı qəsəbəsində, 4 mərtəbədən ibarət olacaq inzibati binanın üçüncü mərtəbəsində betontökmə işləri aparılır.
     Klassik və modern üslubun sintezini özündə əks etdirən bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir.
İnzibati binanın yanında isə müasir üslubda Heydər Əliyev Mərkəzi inşa olunur. Tikinti sahəsi 570 kvadratmetr olan ikimərtəbəli bina da qəsəbəyə xüsusi yaraşıq verəcəkdir.
    Qəsəbənin S.Vurğun küçəsində isə Yeni Azərbaycan Partiyasının (YAP) rayon təşkilatı üçün yeni inzibati bina tikilir.
Müasir arxitektura üslubunda tikilən ikimərtəbəli binada 8 otaq, iclas zalı, geniş foye və digər xidməti otaqlar olacaqdır.
    Yeni binanın 2015-ci ilin iyun ayınadək istifadəyə verilməsi nəzərdə tutulub.
 
  Pirallahıda ağacəkmə kompaniyasına start verildi
   Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması  məqsədi ilə rayonun bütün ərazisi boyu mütəmadi olaraq genişmiqyaslı  abadlıq  və  yaşıllaşdırma işləri həyata keçirilir və bu işlər hazırda davam etdirilməkdədir. Bu  istiqamətdə görülən işlərdən Pirallahı rayon İcra Hakimiyyətinin təşəbbüsü və təşkilatçılığı  ilə rayonun bir çox ərazilərində, o cümlədən Pirallahı qəsəbəsində 1000-dən artıq müxtəlif  ağac tinglərinin əkilməsini qeyd etmək olar.
  İndiyədək Dübəndi bağlar massivindən Gürgan qəsəbəsi istiqamətində  magistral yolun  genişləndirilməsi məqsədilə kifayət qədər torpaq daşınmış, dekorativ elementlərin yüksək  dizaynla hazırlanmasına sifarişlər verilmiş, geniş yaşıllıqlar salınmışdır ki, bu da gələcəkdə  yola xüsusi yaraşıq verəcəkdir. Qeyd edək ki, yaşıllıq sahəsinin ümumi uzunluğu 2333 metrdir. Magistral yolun kənarındakı 10 metrlik zolaqda Giparis, Şimşək-nanə, Tuya, Leandra, Buksus, Liqustr, Eleks kimi ekzotik bitkilər əkiləcəkdir. Həmin ərazidə salınacaq qazon örtüyünün sahəsi 17500 kvadrat metr təşkil edəcəkdir.
   Pirallahı qəsəbəsində növbəti ağacəkmə kompaniyası 186 №-li tam orta məktəbin həyətində keçirildi. Aksiyada Pirallahı RİH-in əməkdaşları, müəllim heyəti və məktəblilər iştirak etdilər. Aksiya zamanı xüsusi səliqə ilə əkilən tinglərin dibləri bərkidildi və suvarıldı. Əkilən yeni ağaclara hər həftə qulluq edilməsi qərara alındı.
   Qeyd edək ki, rayonun bütün dövlət müəssisələrinin, idarə və təşkilatların ağacəkmə aksiyasına qoşulması nəzərdə turulub. Belə ki, V.Mustafazadə adına Mədəniyyət Mərkəzi, 14 №-li Uşaq Musiqi məktəbi, Pirallahı kütləvi qəsəbə kitabxanası artıq aksiyaya qoşulmuşlar.
 

 

Pirallahıda Günəş Elektrik Stansiyası ilin sonuna istismara veriləcək
  Son illər respublikamızda bütün sahələrdə irimiqyaslı layihələr uğurla həyata keçirilir. Aparılan islahatlar nəticəsində iqtisadiyyatda, o cümlədən energetika sektorunda sürətli inkişaf müşahidə olunmaqdadır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözlərinə görə “Alternativ və bərpa olunan enerji mənbələrindən istifadə müasirlikdir, yenilikdir, ekoloji cəhətdən təmiz texnologiyadır. Bu, bizim gələcəyə baxışımızdır”. Qeyd etmək lazımdır ki, ölkəmizdə alternativ və bərpa olunan enerji sahəsində idarəetmə sisteminin təkmilləşdirilməsi məqsədilə dövlət başçısının Fərmanı ilə 2013-cü ildə Azərbaycan Respublikasının Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılmış, bu sahənin inkişafını nəzərdə tutan bir sıra dövlət proqramlar qəbul olunmuşdur.
  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təsdiq etdiyi “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin sırasında Pirallahı adasının enerji dayanıqlığını təmin etmək üçün alternativ enerji mənbələrindən olan külək və günəş enerjisi avadanlıqlarının quraşdırılması da vardır.
Bu məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinə 2 hektar torpaq sahəsi ayrılmışdır və cari ilin mart ayından etibarən Günəş Elektrik Stansiyasının inşasına başlanılmışdır.
  Pirallahı Günəş Elektrik Stansiyası “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin şəbəkəsinə qoşulacaqdır və burada istehsal olunacaq enerji ASC-nin şəbəkəsinə ötürüləcəkdir. Ümumi gücü 2,8 meqavat olacaq Günəş Elektrik Stansiyasının tam istifadəyə verilməsi  ilin sonuna planlaşdırılır və stansiyada işlərin tamamilə yekunlaşması rayonun enerji təchizatının etibarlılığının təmin olunmasına öz müsbət təsirini göstərəcəkdir. Hazırda tikinti-quraşdırma işlərinin tamamlanması istiqamətində fəaliyyət intensiv şəkildə davam etdirilir.
  Qeyd etmək lazımdır ki, Günəş Elektrik Stansiyasında Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi tərəfindən Sumqayıt şəhərində inşa olunmuş “Azgüntex” Məhdud Məsuliyyətli Cəmiyyətinin istehsal etdiyi günəş panellərindən istifadə edilir.
 
  Pirallahıda abadlıq və quruculuq işləri davam edir
  Bakı şəhəri Pirallahı rayonunun perspektiv inkişaf planına uyğun olaraq geniş tikinti abadlıq və quruculuq işləri aparılır.
  Hazırda tikintisi aparılan və 570 kvadratmetr ərazi əhatə edən Heydər Əliyev mərkəzi qəsəbəyə xüsusi yaraşıq verəcək. İki mərtəbədən ibarət olan binada gənclərin biliklərinin artırılması, seminar və və digər tədbirlərin keçirilməsi məqsədilə bütün zəruri şərait nəzərdə tutulmuşdur.
Dübəndi bağlarından Gürgən qəsəbəsi istiqamətində  maqistral yolun ətrafında hər iki tərəfdə yaşıllıqlar salınılacaq, dekorativ ağaçlar əkiləcək, abadlıq işləri görüləcək, bu da gələcəkdə yola xüsusi yaraşıq verəcəkdir.
  Hazırda S. Bağırov küçəsində  kanalizasiya sistemi yenidən qurulur. Qeyd etmək lazımdır ki, Pirallahı qəsəbəsində su və kanalizasiya xətləri tamamilə yenilənir. Bu işlər başa çatdıqdan sonra 15 mindən çox qəsəbə sakininin  su və kanalizasiya sistemi yenilənmiş olacaqdır.
  Pirallahıda qəsəbədaxili və məhəllədaxili yolların əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlər davam etdirilir. 22 ədəd çoxmərtəbəli yaşayış binasının əsaslı təmiri, o cümlədən fasadlarının yenilənməsi, giriş dəhlizlərinin və dam örtüklərinin təmiri istiqamətində müvafiq işlər aparılır.
  Fioletov küçəsində yerləşən ikimərtəbəli binaların dam örtüyü və fasadları təzələnir, divarlara üzlüklər vurulur və burda müasir işıqlandırma sistemi quraşdırılacaqdır.
Pirallahı rayonu ərazisində “Yüksək Texnologiyalar Parkının yaradılması haqqında” Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın icrası istiqamətində hazırlıq işləri görülür. Ərazi təmizlənir, oradan keçən bütün kommunikasiya xətlərinin dəyişdirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. Qeyd edək ki,  YTP Pirallahı adasında 50 hektarlıq ərazidə yaradılacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcəkdir.
 

 

Bakının Pirallahı qəsəbəsinin Baş planı hazırlanır
   Pirallahı Rayon İcra Hakimiyyətindən “APA-Economics”ə verilən məlumata görə, bununla bağlı qurumda növbəti müzakirə təşkil olunub.
   Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanan layihədə qəsəbənin inkişaf perspektivləri nəzərə alınaraq bir sıra təkliflər irəli sürülüb.
   Alternativ yolun inşası, kommunikasiya xətlərinin yerinin dəqiqləşdirilməsi, üzgüçülük, “Disney land”, kurort komplekslərinin inşası, qəsəbədə qaçqınlar və məcburi köçkünlər üçün hər birinin 3 hektar sahəsi olan 2 yaşayış kompleksinin tikintisi, helikopter meydançasının yeni əraziyə köçürülməsi, magistral yolun kənarlarında salınacaq yaşıllıqlar, abad məhəllə və digər məsələlər müzakirə olunub və təkliflər irəli sürülüb.
  Yeri gəlmişkən, indi Pirallahı qəsəbəsində 50 hektar ərazidə inşa olunacaq Yüksək Texnologiyalar Parkının tikintisi üçün hazırlıq işləri görülür. Ərazidə təmizlik işləri aparılır, bu sahədən keçən bütün kommunikasiya xətləri köçürülür.
Qısa müddət ərzində YTP-nin tikintisinə başlanacaq. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcək.
Bundan başqa, qəsəbədə mərkəzi prospekt boyunca yaşayış binalarının fasad hissələrinin təmirinə start verilib.
  Qəsəbədə yerləşən ikimərtəbəli binaların ətrafında qeyri-qanuni zəbt olunmuş, antisanitar vəziyyətdə saxlanılmış torpaq sahələri üzərində olan müxtəlif konstruksiyalı hasarlar, yaşayış olmayan, şəhərsalma və tikinti normalarına zidd kiçik və yarımçıq tikililər sökülür, ərazilər isə təmizlənərək abadlaşdırılır. Həmin binalar təsdiq olunmuş layihə əsasında əsaslı təmir edilir.
   Həmçinin, Pirallahı rayon İcra Hakimiyyətinin dördmərtəbəli inzibati binasının tikintisi qrafikə uyğun olaraq davam etdirilir.
 
  Разрабатывается генплан поселка Пираллахи
   Как сообщили АПА-Экономикс в Исполнительной власти Пираллахинского района, уже обсуждены вопросы прокладки альтернативной дороги, переноса коммуникационных линий, строительства курортного комплекса, Disneyland, бассейна, 2-х жилых комплексов для беженцев и вынужденных переселенцев, переноса вертолетной площадки и др. В настоящее время идет подготовка к строительству в поселке Пираллахи Парка высоких технологий.
   В рамках работ в поселке сносятся все незаконные постройки, продолжается строительство 4-этажного административного здания для Исполнительной власти Пираллахинского района.
 
  Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkının tikintisinə hazırlıq görülür
   Bakı, 3 avqust (AzərTAc). Paytaxtın Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkı yaradılacaq.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildiriblər ki, parkın tikintisinə yaxın müddətdə başlanılması gözlənilir və sənədləşmə prosesi artıq yekunlaşmaq üzrədir.
  Yüksək Texnologiyalar Parkı rayonda 50 hektarlıq ərazidə təşkil olunacaq “Qızıl üçbucağın” əsas elementlərindən biridir. Burada yüksək texnologiyalı şirkətlər, elmi-tədqiqat mərkəzləri, ekoloji cəhətdən təmiz istehsal obyektləri fəaliyyət göstərəcək.
 

 

  Pirallahı rayonunda “Yüksək Texnologiyalar Parkı”nın tikintisinə yaxın müddətdə başlanılacaq
  Bu ilin ilk 6 ayı ərzində qazanılan uğurlar Pirallahı Rayon İcra Hakimiyyətində keçirilmiş 2014-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı.
  AzərTAc xəbər verir ki, yığıncaqda cari ilin ilk altı ayında görülən işlər haqqında hesabatı əks etdirən videoçarx nümayiş olundu.
  Videoçarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı. Bildirildi ki, hesabat dövründə Pirallahı qəsəbəsinin coğrafi məlumat bazası işlənib başa çatdırılıb. Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Qanunun tətbiqi ilə əlaqədar yeni müəyyən edilmiş sərhədlərdə mərzçəkmə işləri yekunlaşıb.
  Videoçarxda rayonun ərazisi və əhalisi, vətəndaşların qəbulu, təhsil və idman sahəsində əldə edilmiş uğurlar, iqtisadi göstəricilər barədə də ətraflı məlumat verilmiş, Pirallahının perspektiv inkişaf planlarından geniş danışılmışdır.
  Prezident İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapıb. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi əks olunub. Hazırda Pirallahı qəsəbəsində Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə 140 və 100 yerlik iki uşaq bağçasının tikintisinə start verilib.
  Bakı şəhəri Pirallahı rayonu ərazisində “Yüksək Texnologiyalar Parkı”nın tikintisinə yaxın müddətdə başlanması üçün sənədləşmə prosesi başa çatmaqdadır.
  Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası, Heydər Əliyev Mərkəzi və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının inzibati binasının tikintisinə başlanılıb.
  Yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesi davam edir. Rayonun baş planının hazırlanması istiqamətində zəruri işlər görülməkdədir.
 
  Pirallahı rayonunda hesabat yığıncağı keçirildi
 
  Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı 21 dekabr 2012-ci il tarixli Qanunla yaradılmış Pirallahı rayonu artıq tərəqqi yolu ilə inamla irəliləyir. Bu ilin ilk 6 ayı ərzində qazanılan uğurlar 18 iyul 2014-cü il tarixində Pirallahı rayon İcra Hakimiyyətində keçirilmiş 2014-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında bir daha sadalandı. Yığıncaqda Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov, rayonun idarə, müəssisə və təşkilatlarının rəhbər işçiləri, RİH Aparatının əməkdaşları, rayon fəalları iştirak etdilər.
  Hesabat yığıncağını giriş sözü ilə Pirallahı RİH Başçısı Vasif İmanov açaraq iyulun 10-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasın keçirildiyini və həmin iclasda möhtərəm Prezidentin 2014-cü ilin ilk 6 ayı ərzində Respublikamızın sosial-iqtisadi inkişaf dinamikasını müsbət qiymətləndirdiyini bildirdi. Daha sonra rayonda həyata keçirilən layihələr barədə qısa məlumat verən V.İmanov yığıncaq iştirakçılarını 2014-cü ilin ilk 6 ayı ərzində görülən işlər haqqında İcra Hakimiyyəti Başçısının hesabatını əks etdirən video-çarxa baxmağa dəvət etdi.
  Video-çarxda ilk olaraq Dövlət Proqramının icra vəziyyəti və qarşıda duran vəzifələr işıqlandırıldı. Bildirildi ki, hesabat dövründə Pirallahı qəsəbəsinin coğrafi məlumat bazası işlənib başa çatdırılmışdır. Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Qanununun tətbiqi ilə əlaqədar yeni müəyyən edilmiş sərhədlərdə mərzçəkmə işləri yekunlaşmışdır.
Cənab İlham Əliyev tərəfindən bu il yanvarın 17-də təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda Pirallahı rayonunun sosial-iqtisadi problemlərinin həlli və gələcək inkişaf perspektivləri də öz əksini tapmışdır. Proqramda qaz, elektrik enerjisi, istilik, su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılması istiqamətində işlərin davam etdirilməsi, rayonun qəsəbədaxili və məhəllədaxili yollarının əsaslı təmiri, yenidən qurulması və işıqlandırılması, abadlıq və yaşıllaşdırma sahəsində tədbirlərin davam etdirilməsi, Pirallahı qəsəbəsində müasir çörək istehsalı kombinatının və kənd təsərrüfatı məhsullarının tədarükü, saxlanması və satışı üzrə logistika mərkəzinin tikintisinin dəstəklənməsi, Pirallahı qəsəbəsində 168 saylı orta məktəb üçün 15 əlavə sinif otağının və idman zalının tikintisi, 235 nömrəli tam orta məktəbin cari təmiri, 6 əlavə sinif otağının, akt və idman zalının, kitabxananın, yeməkxananın tikintisi və idman meydançasının yaradılması, “Çobanyastığı” körpələr evi-uşaq bağçasının əsaslı təmiri, “Cırtdan” və “Bulaq” körpələr evi-uşaq bağçalarının sökülərək yerlərində 140 yerlik körpələr evi-uşaq bağçalarının tikintisi, Gürgən qəsəbəsində “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik bağçanın tikintisi, Pirallahı qəsəbəsində 14 saylı uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi, rayon ərazisində 5 yerdə idman meydançalarının yaradılması, Pirallahı rayonunda Gənclər evinin və yanğından mühafizə bölməsinin tikintisi, Pirallahı qəsəbəsində tutumu 200 kubmetr olan 1 ədəd yanğına qarşı su hovuzunun təmiri kimi mühüm bu və digər məsələlər əks olunub. Qeyd edək ki, hazırda Pirallahı qəsəbəsində Heydər Əliyev Fondunun dəstəyi ilə 2 bağçanın – 140 və 100 yerlik bağçalarının inşasına start verilib.
  Bakı şəhəri Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyev cənablarının imzaladığı Fərmanın yüksək səviyyədə icrası və “Yüksək Texnologiyalar Parkı”nın tikintisinə yaxın müddətdə başlanması üçün sənədləşmə prosesi başa çatmaqdadır.
  Daha sonra tikintisi və əsaslı təmiri başa çatdırılmış və davam edən işlərdən söz açılmış, qeyd edilmişdir ki, Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 4-6 zolaqlı müasir avtomobil yolunun bir çox hissəsi artıq istismara verilmişdir. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisində beton dayaqların qurulması prosesi başa çatmış, üst aşırımların qurulmasına başlanmışdır. Nəqliyyat infrastrukturuna daxil olan “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi davam edir.
  10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmişdir. Birinci Qarabağ müharibəsi cəbhələrində şəhidlik zirvəsinə ucalmış Vətən oğullarının əziz xatirəsinə Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksində inşaat işləri başa çatdırılmış, ətraf ərazidə abadlaşdırma işləri davam etdirilir. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2.8 MW gücündə Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisi başa çatdırılaraq, burada hazırda sazlama işləri görülür.
  Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq Dövlət Proqramına uyğun olaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi başa çatdırılmışdır. Hazırda peçlərin və digər avadanlıqların quraşdırılması prosesi gedir. “Cörək və un məmulatları kombinatı” 30 min əhalini çörəklə təmin etməyə imkanı olan istehsal gücünə malikdir. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılmış kombinatda 30 nəfər işlə təmin olunacaqdır.
“Azərsu” ASC tərəfindən Dövlət Proqramına əsasən ümumi uzunluğu 150 km təşkil edən və ölkəmizin ən böyük layihələrindən biri olan Ceyranbatan-Balaxanı-Ramana-Zirə-Pirallahı magistral su kəmərinin inşası uğurla davam etdirilir. Pirallahı və Gürgən qəsəbələrində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min m3 olan 6 anbar inşa olunur. Yaxın aylarda Pirallahı və Gürgən qəsəbəsinin sakinləri fasiləsiz şəkildə daimi və keyfiyyətli icməli su ilə təmin olunacaqlar.
Pirallahı qəsəbəsində inzibati mərkəz üçün ayrılmış ərazidə Pirallahı RİH-in inzibati binası, Heydər Əliyev Mərkəzi və YAP Pirallahı Rayon Təşkilatının inzibati binasının tikintisinə başlanmışdır. Pirallahı rayon Polis Şöbəsinin inzibati binasının tikintisi başa çatdırılmaq üzrədir. "Bakıelektrikşəbəkə" ASC-nin Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin İnzibati Binası üçün S.Vurğun küçəsində 0,52 hektar torpaq sahəsi ayrılmışdır və həmin ərazidə inzibati binanın tikintisi aparılır.
  "Nümunəvi Həyətlər" layihəsi çərçivəsində işlər ilk olaraq 29-cu məhəllənin əhatə etdiyi ərazidə uğurla başa çatdırılmışdır. Daha sonra işlər 28-ci məhəllədə və K.Rzayev küçəsində davam etdirilmişdir. Pirallahı qəsəbəsində fəaliyyətsiz qalan və baxımsızlıqdan yararsiz vəziyyətə düşən 4 qazanxana tamamilə əsaslı təmir olunaraq tam istifadəyə hazır vəziyyətə gətirilmişdir.
  S.Bağırov küçəsindəki gölün qurudulması işləri son mərhələyə çatmışdır. Yeni yaşayış massivinin - “Abad Məhəllə-1”in salınması üçün bu ərazidə 5 ha torpaq sahəsi ayrılmış və hazırda burada inşa olunan 48 mənzilli ilk binada inşaat işləri və kommunikasiya xətlərinin çəkilişi davam edir. İnzibati Mərkəzin arxa hissəsindəki göllərin qurudulması işləri də davam edir.
  Yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesi davam edir. Rayonun Baş planının hazırlanması istiqamətində zəruri işlər görülməkdədir. Rayon mərkəzi olan Pirallahı qəsəbəsinin baş planı hazırlanıb başa çatmaq üzrədir və 2014-cü il iyulun 3-də Pirallahı Rayon İcra Hakimiyyətində aidiyyatı qurumların iştirakı ilə ilkin müzakirəsi aparıldı. Bu plana əsasən qəsəbənin İnzibati Mərkəzində müxtəlif nazirlik və komitələrin aidiyyatı struktur vahidlərinin yerləşdirilməsinə başlanmış, MTN-nin Pirallahı Rayon Şöbəsinin, Rayon Məhkəməsi və Prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Pirallahı Rayon Dövlət İdarəsinin inzibati binasının tikintisi məqsədilə müvafiq sahələr ayrılmışdır və tikintiyə başlanılması üçün sənədləşmə prosesi davam edir. Dövlət Sosial Müdafiə Fondu Pirallahı Rayon Şöbəsi müvəqqəti olaraq uyğunlaşdırılmış binada sakinlərə xidmət göstərməyə başlamışdır.
Rayon ərazisində qəzalı vəziyyətdə olan binalar müəyyənləşdirilmiş, Bakı səhər İcra Hakimiyyətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarının iştirakı ilə həmin binalara baxış keçirilmiş və zəruri olan tədbirlərin həyata keçirilməsi üçün işlər davam etdirilməkdədir.
İnsanların sağlamlığı, sanitar gigiyenik vəziyyət və ekoloji tarazlığın qorunması kimi məsələlər də daim diqqət mərkəzində olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən bu il fevral ayının 17-dən may ayının 1-dək Respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhali tibbi müayinədən keçirilmişdir. Bütövlükdə rayon üzrə 13 266 nəfər sakin, yəni əhalinin 67,48%-i tibbi müayinədən keçmişdir.
  Ekoloji mühiti yaxşılaşdırmaq məqsədilə illərdən bəri baxımsız qalmış sahələr və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görünüşü pozan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Məlum olduğu kimi sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə müəyyən olunmuş yerlərdə 350 ədəd müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
  Dəniz sahili boyunca 6 km-ə qədər ərazidə bulvar, park və yaşıllıqlar, çimərliklər salınacaq və artıq bu məqsədlə müvafiq hazırlıq işlərinə başlanılıb. Pirallahı qəsəbəsində ağacəkmə kampaniyası davam etmiş, rayonun bütün ərazisi boyu idarə və müəssisələrin iştirakı ilə iməciliklər keçirilmiş, 1000-dən çox ağac və 10 mindən çox mövsümi gül kolları əkilmişdir. Gürgan, Çilov və Neft Daşları qəsəbələrində abadlıq-quruculuq və yaşıllaşdırma işləri sistemli şəkildə davam etdirilmişdir. Yay mövsümünün başlanması ilə əlaqədar Pirallahı rayonu ərazisində 3 ədəd çimərlik təşkil edilmiş, ətraf sahələrdəki baxımsızlıq və antisanitar vəziyyət aradan qaldırılaraq, istirahət üçün lazımi şərait yaradılmışdır. Ərazidə 20 ədəd günlük quraşdırılaraq sakinlərin istifadəsinə verilmişdir. Görülən bütün bu işlər sakinlər tərəfindən də rəğbətlə qarşılanır.
  Video-çarxda rayonun ərazisi və əhalisi, vətəndaşların qəbulu, təhsil və idman sahəsində əldə edilmiş uğurlar, iqtisadi göstəricilər barədə də ətraflı məlumat verilmiş, Pirallahının prespektiv inkişaf planlarından geniş söhbət açilmışdır.
  Hesabat ətrafında çıxış edən “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev, Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev, 243 №-li tam orta məktəbin direktoru Vaqif Tarverdili və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlər və onların aradan qaldırılması yollarından danışmış, 2014-cü ilin ötən dövrü ərzində Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər. “Pirallahı rayonunda 2014-cü ilin birinci yarımilində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə dair” qərar layihəsi tədbir iştirakçılarının diqqətinə çatdırıldı və səsə qoyularaq yekdilliklə qəbul edildi.
  Yeni yaradılmış Pirallahı rayonunda 2014-cü ilin birinci yarısında görülən işlərin səviyyəsi onu deməyə əsas verir ki, pirallahılılar növbəti 6 ayda da qarşıda duran vəzifələri uğurla yerinə yetiriləcəklər, ilə yüksək göstəricilərlə yekun vuracaqlar. Prezident İlham Əliyev qeyd edir ki, “Bizim dəqiq konsepsiyamız, inkişaf proqramımız vardır. Bu proqramın reallaşması nəticəsində Azərbaycan inkişaf etmiş ölkələrin sırasına daxil ediləcəkdir. Əgər gələcəklə bağlı fikirlərimizi bir cümlə ilə ifadə etsək deməliyik: Biz inkişaf etmiş ölkəyə çevrilməliyik!” Pirallahı zəhmətkeşlərinin məqsədi isə rayonumuzu bu inkişaf etmiş ölkənin ən cazibədar guşələrindən birinə çevirməkdir.
 
   AzerTAc
   Topnews.az

 

Pirallahı rayonunda Polis Günü qeyd edildi
 
  Bu il Azərbaycan polisinin yaranmasının 96-cı ildönümü qeyd olunur. 1918-ci il may ayının 28-də müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılıb.
  Ulu öndər Heydər Əliyevin 1998-ci ilin martında imzaladığı Fərmana əsasən, hər il iyulun 2-si daxili işlər orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu münasibətlə Pirallahı rayonunda da RİH-nin tərəfindən V. Mustafazadə adına Mədəniyyət Mərkəzinin lektoriya zalında tədbir keçirildi. Tədbirdə Pirallahı RİH-nin nümayəndələri, DİN Pirallahı Rayon şöbəsinin əməkdaşları, Pirallahı rayonunda fəaliyyət göstərən müxtəlif müəssisə və təşkilatların rəhbərləri iştirak etdilər.
  Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov DİN əməkdaşlarını peşə bayramları münasibəti ilə təbrik etdi, onlara çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladı. Qeyd etdi ki, Azərbaycan Polisi uzun, tarixi və şərəfli bir yol keçib. Ümummilli lider, ulu öndər Heydər Əliyevin Daxili İşlər Orqanlarının müstəqil dövlətimizə uyğun formalaşmasında müstəsna rolu haqqında danışdı və bildirdi ki bu gün də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev polis işçilərinə diqqətlə və qayğıkeşliklə yanaşır.
  Təşkil olunan mərasimdə çıxış edən Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Fəxrəddin Babayev rayonda asayişin qorunması istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, son 6 ay ərzində Pirallahı rayonunda baş vermiş 23 cinayət faktın 100 faizinin üstü açılıb. Vurğuladı ki, Azərbaycan prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində Daxili İşlər Nazirliyinin maddi-texniki bazası günbəgün yaxşılaşır.
Tədbirin sonunda ictimai asayişin təmin olunması, həmçinin cinayətkarlıqla mübarizədə xüsüsi fərqlənən bir qrup polis əməkdaşına Rayon İcra Hakimiyyəti tərəfindən fəxri fərman və qiymətli hədiyyələr təqdim edildi.
 

    day.az

“Adadan başlanan yol”. Şəhid qəhrəmana həsr edilmiş film nümayiş olunub
  26 İyun Silahlı Qüvvələr Günü münasibətilə keçirilən “Milli Qəhrəmanlar” sənədli filmlər həftəsi davam edir.
İyunun 24-də Beynəlxalq Mətbuat Mərkəzində Milli Qəhrəman Rasim İbrahimova həsr olunmuş “Adadan başlanan yol” sənədli filminin təqdimatı olub.
 Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının Kino Xidməti İdarəsinin təşkil etdiyi tədbirdə şəhid qəhrəmanın ailə üzvləri, dostları, Ailə Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi, Ombusman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Pirallahı Rayon İcra Hakimiyyəti Başçısı Aparatının informasiya təminatı və təhlil sektorunun müdiri Vüsal Babayev, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Binəqədi, Nəsimi və Xəzər şöbələrinin nümayəndələri, kütləvi informasiya vasitələrinin əməkdaşları iştirak ediblər.
 Tədbir Azərbaycan Televiziyasının solisti Nicat Cəfərzadənin ifasında “Azərbaycan” mahnısı ilə başlayıb.
Kino  Xidməti İdarəsinin rəis müavini Cəmil Xəlilov Milli Qəhrəman Rasim İbrahimovun keçdiyi döyüş yolundan danışıb: “Belə tədbirlərdə məqsəd zaman-zaman Azərbaycan ordusunda xidmət keçmiş, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçərək şəhidlik zivəsinə ucalmış mərd oğul və qızlarımızın vətənpərvərliyini, onların nəsillərə örnək ola biləcək həyat yolunu təbliğ etməkdir. Rasim İbrahimov da vətən uğrunda canından keçmiş qəhrəmanlarımızdandır. Rasim 1962-ci ildə indi Pirallahı rayonuna daxil olan Çilov adasında neftçi ailəsində dünyaya göz açıb. Burada orta məktəbdə 8 illik təhsil aldıqdan sonra C.Naxçıvanski adına Hərbi Məktəbə daxil olub. Rasim İbrahimovun Çilovda oxuduğu orta məktəb hazırda onun adını daşıyır.
 Almaniyada hərbi xidmət keçdikdən sonra vətənə dönən Rasim Füzuli rayonunun cəsur oğulları ilə birlikdə könüllü özünümüdafiə taboru yaradıb və rayonun sərhədlərini mərdliklə qoruyub. 1992-ci ilin iyun ayının 28-də Tuğ kəndi uğrunda döyüşə girən Rasim İbrahimovun taboru onlarla erməni quldurunu məhv edib. Qeyri-bərabər döyüşdə mühasirəyə düşən döyüşçülərimizi cəsur komandir mühasirədən qurtarsa da, özü mühasirədən çıxa bilməyib. Düşmənə təslim olmayan Rasim “Azərbaycan zabiti heç vaxt düşmənə tabe olmayacaq” deyərək özünü qumbara ilə partladaraq, qəhrəmancasına həlak olub, şəhidlik zirvəsinə ucalıb. Azərbaycan prezidentinin 1994-cü il tarixli fərmanı ilə o, ölümündən sonra Milli Qəhrəman adına layiq görülüb”.
 Ombudsman Aparatının mətbuat xidmətinin rəhbəri Zemfira Məhərrəmli, Rasim İbrahimovun döyüş yoldaşları, şəhid qəhrəmana həsr olunmuş sənədli filmin rejissoru Yalçın Verdiyev və başqaları öz çıxışlarında Rasim İbrahimovun şərəfli ömür yolunun gənc nəslə örnək olduğunu, belə sənədli filmlərin, eləcə də tədbirlərin gənclərin vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını vurğulayıblar.
“Adadan başlanan yol” sənədli filimi tədbirdə nümayiş olunub.
  Milli Qəhrəman Rasim İbrahimovun atası Səxavət İbrahimov tədbirdə çıxış edib. O, filmin çəkilişində və təqdimat mərasiminin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.
 

 

В новом районе столицы готовятся к новшествам
  В Пираллахинском районе Баку реализуется проект "Образцовые дворы". Об этом Day.Az сообщили в районной Исполнительной власти (ИВ).
  Согласно полученной информации, в рамках проекта работы по благоустройству ведутся на улице К.Рзаева. В этом квартале полностью обновлены водопроводные, канализационные и газовые линии, начаты асфальтные работы. В ближайшем будущем все кварталы поселка будут обустроены в рамках проекта "Образцовые дворы".
  Помимо этого, на улице С.Вургуна ведется строительство одноэтажного административного здания ОАО "Бакыэлектрикшебеке". Согласно проекту, площадь здания составит 400 кв.м., высота – 5 метров.
  "Продолжается строительство административного здания районного отделения полиции. В настоящее время фасад здания облицовывается камнем. Строительство ведется строго по графику. Наряду с этим объектом, проводится строительство еще двух административных объектов - 4-этажного административного здания районной ИВ и 2-этажного административного здания районной организации партии "Ени Азербайджан". Согласно проекту, площадь объекта – 3000 кв.м. Здания планируется сдать в эксплуатацию в 2015 году", - сообщили в ИВ района.
Кроме того, на севере-востоке поселка Пирралахи ведется строительство солнечной электростанции мощностью 2,8 МВт.
  "Завершена большая часть работы по строительству моста, который свяжет остров Пираллахи с полуостровом Абшерон. Установлены бетонные опоры, начата установка пролетов. Примыкающие к дороге Гала-Пираллахи территории благоустраиваются: ведутся работы по озеленению, посадке цветов", - отметили в районной ИВ.
 
 
 
 
Pirallahıda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi

 
 
Day.Az представляет новость на азербайджанском языке.

  Tariximizə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunu onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz bir gündür. Vətənini, xalqını sevən, həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsl qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və özü xalqa arxa olan dahi bir insandır - Heydər Əliyevdir!
  İyun ayının 13-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük iclas zalında təşkil edimiş və 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş təntənəli yığıncağı açıq elan edən Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov çıxışına bu sözlərlə başladı. V.İmanov bildirdi ki, Azərbaycanın görkəmli oğlu, böyük vətənpərvər Heydər Əliyev xalqın ağır günündə, şübhəsiz ki kənarda dayanıb baxa bilməzdi. O, xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib Bakıya gəlməklə daxili və xarici düşmənlərimizin bütün planlarını iflasa uğratdı. Xilaskarlıq missiyasını öz üzərinə götürən bu böyük İnsan, nəhəng Şəxsiyyət həyatını təhlükə altında qoyaraq 1993-cü il iyunun 9-da Bakıya gəldi.
  1993-cü il iyunun 15-də ulu öndər Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Həmin gün tariximizə Milli Qurtuluş Günü kimi daxil oldu. Xalqın tələbi ilə Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etdi.

  Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, dövləti olmayan xalq ölümə məhkumdur, dövlətçilik xalqın “ölüm, ya olum” məsələsidir. Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, xaosdan qurtuluş deməkdir!
  İndi Milli Qurtuluş Günündən 21 il keçir. “Bizim artıq güclü dövlətimiz vardır – müstəqil Azərbaycan dövləti” – deyir Prezident İlham Əliyev. Son 10 ildə Azərbaycan Ümumi Daxili Məhsulun 3 dəfə artmasına nail olmuşdur – bu dünya birliyində analoqu olmayan göstəricidir. Cənubi Qafqaz ölkələri iqtisadiyyatının 85%-nə sahib olan Azərbaycanda iqtisadiyyata investisiya qoyuluşu 4,2 dəfə çoxalmış, strateji valyuta ehtiyatları 14 dəfədən çox artaraq 50 milyard dollara çatmışdır. Dünya ölkələrinin iqtisadi böhran məngənəsindən çıxmaq cəhdləri heç bir bəhrə vermədiyi bir zamanda Avropa Komissiyası Azərbaycanda 2013-cü ildə ÜDM-in artım tempini 3,1%, 2014-cü ildə isə 3,5% proqnozlaşdırmışdır. Müstəqil dövlətimizə beynəlxalq səviyyədə verilən bu dəyər ulu öndər Heydər Əliyevin təməlini qoyduğu düzgün siyasətin təntənəsidir.
  Son bir ildə Pirallahı rayonunda görülən işlərdən danışan Vasif İmanov qeyd etdi ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq edilmiş "2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq Pirallahıda geniş abadlıq və quruculuq işlərinə start verilib. 15 iyun – Milli Qurtuluş Günü ərəfəsində Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlər daha da intensiv xarakter almışdır. Pirallahı, Çilov, Neft Daşları və Gürgan qəsəbələrində son aylar ərzində 5000-dən çox müxtəlif ağac tingləri əkilib və yaşıllaşdırma işləri davam etdirilməkdədir.

Pirallahı rayonunda abadlıq-quruculuq işləri Dövlət Proqramı çərçivəsində aparılır. Rayonun Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilərdə, qəsəbədəki yaşayış məhəllələrində, dəniz sahili boyunca intensiv iş gedir, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə gətirilir, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış sahələrdə antisanitar vəziyyət tədricən aradan qaldırılır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir. Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır. Səməd Vurğun küçəsində yerləşən, sahəsi 50 hektar olacaq parkın dənizə baxan hissəsində artıq müvafiq işlərə başlanılıb.
  Yeni salınacaq dənizkənarı bulvarda sakinlərin istirahəti üçün bütün lazımi şərait yaradılacaqdır. Hazırda dənizkənarı bulvar və yeni salınan parkın ərazisinə düşən lüzumsuz və qeyri-qanuni çəpərləmələr və köhnə taxta hasarlar sökülür. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
  Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq, Dövlət Proqramı çərçivəsində, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi aparılır. Qeyd olundu ki, bu vaxta qədər qəsəbədə Çörək Kombinatı olmayıb. “Çörək və un məmulatları kombinatı”nın 30 min əhalini çörəklə təmin etməyə malik istehsal gücü olacaqdır. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılacaq, müxtəlif çeşidli çörək və un məmulatları istehsal ediləcək kombinatda 30 nəfər işlə təmin olunacaqdır.

  Pirallahı rayonunda inşaat işləri davam edən obyektlər sırasında V.İmanov Pirallahı RİH-in inzibati binasının və Heydər Əliyev Mərkəzinin, YAP Pirallahı Rayon Təşkilatının binasının, Rayon Polis Şöbəsinin inzibati binasının, Günəş enerjisinə əsaslanan elektrik stansiyasının, Pirallahı Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının, Heydər Əliyev Fondunun təşəbbüsü və dəstəyi ilə inşa edilən 140 və 100 yerlik iki Körpələr evi – uşaq bağçasının, Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün, Pirallahı “Yanalma körpüləri kompleksi”nin, Qala-Pirallahı magistral yolunun tikintisini, 168 N-li tam orta məktəbdə Dövlət Proqramına əsasən davam edən əsaslı təmir işlərini vurğulamış, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fərmanı ilə yaranan “Yüksək Texnologiyalar Parkı”nın tikintisinə yaxın müddətdə başlanması üçün hazırlıqlar getdiyini bildirmişdir.
  Qeyd olunmuşdur ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət, istehsal və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də sahibkarlığın və turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.
  Milli Məclisin deputatı Aydın Mirzəzadə, rayon ictimaiyyəti adından söz deyən 168 N-li tam orta məktəbin tarix müəllimi Səkinə Sadıxova öz çıxışlarında ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxdığını, Ümummilli Liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, sabitlik və əmin-amanlığı bərpa etdiyini, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin qorunduğunu, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasət sayəsində ölkəmizin xaosdan xilas olduğunu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığını vurğulamışlar. Bildirilmişdir ki, ulu öndər Heydər Əliyevin bir dahi siyasətçi kimi Vətənimiz üçün gördüyü işlər Ona belə bir məşhur kəlamı söyləmək haqqı verdi: “Azərbaycanın dövlət müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir”.
  Sonra tədbir iştirakçıları üçün 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş olundu. Bayram tədbirinə Milli Qurtuluş Günü münasibətilə hazırlanmış konsert proqramı ilə yekun vuruldu.
 
  day.az
    Milli Qurtuluş Günü Pirallahıda da qeyd olunmuşdur
 
   Bakı, 14 iyun (AzərTAc). İyunun 13-də Pirallahı rayonunda 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilmişdir.
  Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov tədbirdə çıxış edərək ötən əsrin 90-cı illərinin ictimai-siyasi hadisələrindən, 1993-cü ilin iyununda respublikamızda yaranmış ağır vəziyyətdən, belə bir dövrdə xalqın təkidli tələbi ilə ikinci dəfə siyasi hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından danışmışdır.
  Qeyd edilmişdir ki, ulu öndər Heydər Əliyevin yorulmaz fəaliyyəti, yürütdüyü müdrik daxili və xarici siyasət nəticəsində müstəqilliyimiz əbədiyaşarlıq qazanmış, dövlət quruculuğu, milli ordunun formalaşdırılması, beynəlxalq aləmdə Azərbaycanın demokratik imicinin artması sahəsində böyük işlər görülmüşdür.
  Diqqətə çatdırmışdır ki, Milli Məclis 1997-ci ilin iyununda bu günü bayram elan etmişdir.
Vurğulanmışdır ki, Ulu Öndərin gördüyü nəhəng işlər, onun ideyaları, siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
V.İmanov ötən 10 ildə ölkəmizdə bütün sahələrdə qazanılmış nailiyyətlərdən, eləcə də son vaxtlar Pirallahıda həyata keçirilən abadlıq-quruculuq işlərindən danışmışdır.
  Milli Məclisin deputatı Aydın Mirzəzadə, rayon ictimaiyyəti adından çıxış edən tarix müəllimi Səkinə Sadıxova çıxışlarında ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtmaqla Azərbaycanı məhv olmaq təhlükəsindən xilas etdiyini, Azərbaycan dövlətçiliyinin ona qarşı yönəlmiş qəsdlərdən uğurla çıxardığını, Ümummilli Liderin qətiyyətinin xalqa ruh yüksəkliyi gətirdiyini, inamımızı özümüzə qaytardığını, sabitlik və əmin-amanlığı bərpa etdiyini, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli mənəvi dəyərlərimizin qorunduğunu, onun qətiyyəti, uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmizin xaosdan xilas olduğunu, sivil, demokratik inkişaf yolu ilə inamla irəliləyərək böyük nailiyyətlər qazandığını vurğulamışlar.
  Sonra Milli Qurtuluş Gününə həsr olunmuş sənədli film nümayiş etdirilmişdir.
  Bayram tədbiri konsert proqramı ilə başa çatmışdır.   
 
 
  Paytaxtın yeni rayonu görkəmini dəyişir

 

   Pirallahı rayonunda Dövlət Proqramı çərçivəsində abadlıq-quruculuq işləri aparılır. Torpaq.ru Day.Az-a istinadən xəbər verir ki, rayonun Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə salınır, yaşıllıqlar salınır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir. Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılıb. Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq dövlət proqramına uyğun olaraq, S.Bağırov küçəsində çörək kombinatının tikintisi aparılır. Kombinatda 30 nəfər işlə təmin olunacaq. Xüsusi vurğulamaq istəyirik ki, aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərin hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər. Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır.


     © Torpaq.Ru

  Pirallahı rayonunda çörək kombinatı inşa olunur
 
 
  Pirallahı rayonunda Dövlət Proqramı çərçivəsində əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq S. Bağırov küçəsində çörək kombinatının tikintisi aparılır.
  Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, indiyədək
qəsəbədə çörək kombinatı olmamışdır. Çörək və un məmulatları kombinatı 30 min əhalini çörəklə təmin edəcəkdir. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün işlər tam avtomatlaşdırılacaq, kombinatda 30 nəfər işlə təmin olunacaqdır.
  Burada müxtəlif çeşidli çörək və un məmulatı istehsal ediləcəkdir.
 

 

Bakının ada rayonunda Çörək Kombinatı tikilir
 Pirallahı rayonunda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq, S.Bağırov küçəsində Çörək Kombinatının tikintisi aparılır.
 Bu barədə “Marja”ya Pirallahı rayon İcra hakimiyyətindən bildirilib.
 Bu vaxta qədər qəsəbədə Çörək Kombinatı olmayıb. “Cörək və un məmulatları kombinatı”nın 30 min əhalini çörəklə təmin etməyə malik istehsal gücü olacaqdır. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün proseslər tam avtomatlaşdırılacaq, kombinatda 30 nəfər işlə təmin olunacaqdır. Qeyd edək ki, burada müxtəlif çeşidli çörək və un məmulatları istehsal ediləcəkdir.
 
  Paytaxtın yeni rayonu görkəmini dəyişir
  Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların mənzil şəraitləri yaxşılaşdırılacaq.
  Pirallahı rayonunda Dövlət Proqramı çərçivəsində abadlıq-quruculuq işləri aparılır.
 Oxu.Az Day.Az-a istinadən xəbər verir ki, rayonun Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə salınır, yaşıllıqlar salınır.
  Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir.
  Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir.
  Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılıb.
  Rayonda əhalinin çörəyə olan tələbatı nəzərə alınaraq dövlət proqramına uyğun olaraq, S.Bağırov küçəsində çörək kombinatının tikintisi aparılır.
  Kombinatda 30 nəfər işlə təmin olunacaq.
  Xüsusi vurğulamaq istəyirik ki, aparılan genişmiqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərin hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır.
  Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər.
  Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır.
 
  Bakının yeni rayonu görkəmini dəyişir
 
 Pirallahı Rayonunda Dövlət Proqramına çərçivəsində abadlıq-quruculuq işləri aparılır. Rayonun Pirallahı qəsəbəsində mərkəzi yol və ətraf ərazilər, qəsəbədəki yaşayış məhəllələri, dəniz sahili boyu, qeyri-qanuni çəpərlənmiş ərazilər sökülərək ərazi tam abad vəziyyətə salınır, yaşıllıqlar salınır. İllərdən bəri baxımsız qalmış və antisanitar vəziyyət tədricən aradan qaldırılır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir.
 Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır.
  Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir tipli zibil konteynerləri quraşdırılmışdır.
 Rayonda əhalinin çörəkə olan tələbatı nəzərə alınaraq dövlət proqramına uyğun olaraq, S.Bağırov küçəsində çörək kombinatının tikintisi aparılır. Qeyd edək ki, bu vaxta qədər qəsəbədə çörək kombinatı olmayıb. “Cörək və un məmulatları kombin”atının 30 min əhalini çörəklə təmin edilməyə malik istehsal gücü olacaq. Xəmirin yoğrulmasından çörəyin bişirilməsinədək bütün işlər tam avtomatlaşdırılacaq, kombinatda 30 nəfər işlə təmin olunacaq. Xatırladaq ki, burada muxtəlif çeşidli çörək və un məmulatı istehsal ediləcək.
 Xüsusi vurğulamaq istəyirik ki, aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərə hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır. Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər.
 Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də sahibkarlığın və turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.
        day.az

 

Pirallahı abadlaşır  
 
Ətraf mühitin qorunması və ekoloji vəziyyətin yaxşılaşdırılması prioritet istiqamətdir
 Ətraf mühitin mühafizəsi, insanların sağlam təbii mühitdə yaşaması və təbii sərvətlərdən xalqımızın rifahının yaxşılaşdırılması naminə istifadəsi məsələsi ölkəmizdə aparılan sosial-iqtisadi islahatlarda mühüm yer tutur.
  Pirallahı rayonunda ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması prioritet məsələlərdən biridir. Bu istiqamətlərdə Pirallahı, Çilov, Neft Daşları və Gürgan qəsəbələrində son aylar ərzində 5000-dən çox müxtəlif ağac tingləri əkilib və belə yaşıllaşdırma işləri davam etdirilməkdədir.
Rayonda Dövlət Proqramına uyğun olaraq abadlıq-quruculuq işləri dəniz sahili boyu da aparılır. Ada və yarımada ətrafında dənizdə yerləşən, istismar müddətini başa vurmuş dəmir-beton konstruksiyalar kəsilərək götürülür, istifadəyə yararsız, çürümüş gəmilər sudan çıxarılaraq dəniz akvatoriyası təmizlənir.
Dəniz sahilinə yaxın ətraf ərazilər lüzumsuz, estetik görkəmi olmayan taxta və daş hasarlardan təmizlənir, çirkab və tullantı sularının axıdıldığı bataqlıqlar qurudulur. Təmizlənən ərazilərdə insanların istirahətinin təşkili məqsədilə parklar və bulvar sahəsində yaşıllıqlar zonası salınacaqdır.
  Rayonun sahildən uzaq digər ərazilərində də qrunt sularının yaratdığı göllərin qurudulması prosesi davam edir. Sanitar-gigiyenik şəraitin sabitləşdirilməsi məqsədilə eyni zamanda 46 yerdə müasir zibil konteynerləri quraşdırılmışdır.
  Xüsusi vurğulamaq istəyirik ki, aparılan geniş miqyaslı abadlıq və quruculuq işlərində insanların qeyri-qanuni tikərək faktiki yaşadıqları evlərə hüquqi sənədlərinin olmamasına baxmayaraq bu məsələyə xüsusi həssaslıqla yanaşılır, onlara toxunulmur. Qeyri-qanuni tikilmiş evlərdə məskunlaşanların gələcəkdə mənzil şəraitləri yaxşılaşdırıldıqdan sonra digər məsələlərə baxıla bilər.
  Qeyd olunmalıdır ki, rayon ərazisində aparılan bu işlər əhali tərəfindən müsbət qarşılanır. Çünki indi salınan və gələcəkdə salınacaq parklar, çimərliklər, bulvar, yaşıllıqlar və digər istirahət və sosial-məişət təyinatlı obyektlər Pirallahıda həm yerli əhalinin səmərəli istirahətinə, həm də turizmin inkişafına xidmət edəcəkdir ki, bu da sakinlərin sağlamlığının möhkəmləndirilməsi ilə yanaşı, həm də yüzlərlə yeni iş yerlərinin açılması deməkdir.
 

 

Ətraf mühitin sağlamlaşdırılması bir sıra problemlərin də həllinə müsbət təsir edəcəkdir
  Bakı, 25 may (AzərTAc). “Böyük Bakının Regional İnkişaf Planı (sxemi)” layihəsində ətraf mühitin sağlamlaşdırılması, yaşıllıq zonalarının salınması, bütövlükdə isə ekologiya problemləri nəzərə alınmışdır.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin şöbə müdiri Cahangir Qocayev AzərTAc-a müsahibəsində müasir dövrdə məsələnin xüsusi əhəmiyyət daşıdığını vurğulamışdır.
  Bildirmişdir ki, ərazidə ekoloji mühitin sağlamlaşdırılması tədbirləri gələcəkdə bir sıra problemlərin də həllinə yardım edəcəkdir. Tarixən Abşeron ərazisində yaşıllıq zonaları azlıq təşkil etmişdir. Bu baxımdan Abşeronda abadlıq və yaşıllaşdırma işlərinin aparılması daim gündəmdə olmuşdur.
Təbii ki, ekologiya ilə bağlı məsələlərin çözülməsi buraya biznes strukturlarının cəlb edilməsində də başlıca rol oynayacaqdır.
  Bundan əlavə, Pirallahı, Türkan, Hövsan və digər Bakı ətrafı qəsəbələrdə yeni kurort zonalarının yaradılması, əhalinin məşğulluğu və sağlamlığı baxımından da öz müsbət təsirini göstərəcəkdir.
 

 

“Neft Daşları”ndan Çilov adasına sualtı kabel xətti çəkiləcək
  Neft Daşları”ndan Çilov adasına sualtı kabel xətti çəkiləcək.
  ARDNŞ-dən ANS PRESS-ə verilən məlumata görə, “Neft Daşları”ndakı Qazturbinli Elektrik Stansiyasından (QTES-48) Çilov adasına 35 kV-luq kabel xəttinin çəkilməsi nəzərdə tutulur. Hazırda Çilov adasının elektrik təchizatı Dübəndidəki 110/35 kV-luq yarımstansiyadan dənizin üzəri ilə çəkilmiş 30,5 kilometr uzunluqlu elektrik ötürücü hava xətti vasitəsilə həyata keçirilir.
  1986-1992-ci illərdə tikilmiş Damba-Çilov 110/35 kV-luq elektrik ötürücü hava xətti uzun müddət istismar olunduğundan burada qəza halları tet-tez baş verir. Çilov adasının fasiləsiz elektrik enerjisi ilə təmin olunması məqsədi ilə “Neft Daşları”ndakı Qazturbinli Elektrik Stansiyasından (QTES-48) yeni sualtı kabel xəttinin çəkilməsi qərara alınıb.
  Layihəyə əsasən, dənizin 22-28 metr dərinliyi ilə çəkilməsi nəzərdə tutulan 35 kV gərginlikli sualtı kabel xəttinin uzunluğu 24,2 kilometrdir. Çəkiləcək kabel xətti Finlyandiyanın “NOKİA” firmasının istehsalıdır və həmin kabelin zirehi bir qat sinklənmiş polad naqildən ibarətdir. Kabelin alınması üçün “Neftqaztikinti” Tresti ilə “Leon Commrez AG” şirkəti arasında alqı-satqı müqaviləsi imzalanıb. Kabelin Bakı şəhərinə gətirilməsi və quraşdırılması məsələsi ilə bağlı danışıqlar aparılır.
 

 

Pirallahı rayonunda iki yeni uşaq bağçası tikilir
   Bakı, 16 may (AzərTAc) “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na əsasən Pirallahı qəsəbəsində iki köhnə uşaq bağçası sökülərək yerində yeni bağçalar inşa ediləcəkdir.
    Rayon icra hakimiyyətindən AzərTAc-a daxil olan məlumata görə, bununla yanaşı, “Cobanyastığı” körpələr evi - uşaq bağçasının əsaslı təmiri və Gürgan qəsəbəsindəki “Qağayı” uşaq bağçasının sökülərək yerində 60 yerlik binanın tikintisi də nəzərdə tutulmuşdur.
  Artan tələbatı və vətəndaşların çoxsaylı müraciətləri nəzərə alaraq Heydər Əliyev Fondu tərəfindən “Məktəbəqədər təhsil müəssisələrin inkişafı” proqramı çərçivəsində Pirallahı rayonunda 140 və 100 yerlik iki yeni uşaq bağçasının tikintisinə başlanmışdır.
   S.Bağırov küçəsində inşa edilən ikimərtəbəli 140 yerlik uşaq bağçasının ümumi ərazisi 5 min kvadrat metr, sahəsi 1375 kvadrat metr, hündürlüyü isə 9,5 metr təşkil edəcəkdir.
   Digər 100 yerlik uşaq bağçası isə Səməd Vurğun küçəsində inşa edilir. Bu binanın da iki mərtəbədən ibarət olması nəzərdə tutulmuşdur.
   Uşaq bağçalarının tikintisinə bu ilin may ayından başlanmış və noyabr ayına qədər istifadəyə verilməsi planlaşdırılır.
 

 

Ümummilli Liderin anadan olmasının 91-ci ildönümü münasibətilə Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilmişdir
   Bakı, 12 may (AzərTAc). Mayın 12-də Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ekskursiya keçirilmişdir.
  AzərTAc xəbər verir ki, Heydər Əliyev Mərkəzinə təşkil olunmuş ekskursiyada Pirallahı Rayon İcra Hakimiyyətinin əməkdaşları, rayonun idarə, müəssisələrinin kollektivləri, YAP fəalları iştirak etmişlər.
   Ekskursiya iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin adını daşıyan Mərkəzlə tanış olmuşlar. Qurumun əməkdaşları iştirakçılara məlumat verərək bildirmişlər ki, orijinal dizaynı və burada tətbiq edilən yeni texnologiyalarla fərqlənən Mərkəz öz binasının modern üslubu ilə həmahənglik təşkil edir. Xatırladaq ki, Mərkəz məşhur memar Zaha Hadidin layihəsi əsasında inşa edilərək 2012-ci ilin mayında istifadəyə verilmiş, 2013-cü il may ayının 10-da isə Heydər Əliyev Mərkəzinin rəsmi açılışı olmuşdur. Artıq müasir Bakının simvollarından birinə çevrilən Mərkəzdə ümummilli lider Heydər Əliyevə aid maraqlı faktlar və fəaliyyətinin bütün dövrlərini əhatə edən video və foto arxiv sənədləri, eləcə də müxtəlif nadir eksponatlar nümayiş etdirilir. Üç mərtəbədən ibarət muzeydə ən son texnoloji yeniliklərdən istifadə edilməklə məlumatlar ziyarətçilərə interaktiv formada təqdim edilir.
   Muzeydə Ümummilli Liderin ailəsinin ötən əsrin 30-cu illərində çəkdirdiyi fotoşəkillər, ulu öndər Heydər Əliyevin SSRİ Dövlət Təhlükəsizlik Komitəsində çalışdığı zaman istifadə etdiyi zabit və general geyimləri, müxtəlif dövrlərdə istifadə etdiyi dörd xidməti avtomobil, layiq görüldüyü orden və medallar ekskursiya iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır. Həmçinin tədbir iştirakçıları Sovetlər zamanı və müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə müxtəlif dünya ölkələrinin dövlət və hökumət başçıları ilə görüşlərini əks etdirən fotolarla tanış olmuşlar.
   Heydər Əliyev Mərkəzində yerləşən “Azərbaycan inciləri” muzeyinə ekskursiyadan da ziyarət iştirakçıları böyük təəssüratlarla ayrılmışlar.
   Sonda iştirakçılara Azərbaycan xalçalarının yayılma arealı, kosmik texnologiyaların inkişaf tarixi, ölkəmizdə postmodernizm üslubunda işlənən sənət əsərləri haqqında geniş məlumat verilmişdir.
   Pirallahı rayonunun təmsilçiləri Mərkəzin əməkdaşları ilə xatirə şəkli çəkdirmişlər.
 

 

Faşizm üzərində tarixi qələbənin 69-cu ildönümü Pirallahıda qeyd edilmişdir
   Pirallahı Rayon İcra Hakimiyyətində alman faşizmi üzərində qələbənin 69-cu ildönümü ilə əlaqədar Böyük Vətən müharibəsi iştirakçıları və arxa cəbhə veteranları ilə görüş keçirilmişdir.
   Rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə çıxış edərək faşizm üzərində qələbənin qazanılmasında Azərbaycanın qəhrəman oğullarının rəşadətindən, Bakı neftinin və neftçilərinin mühüm rolundan danışmışdır. Bildirilmişdir ki, müharibə illərində döyüşən ordunun benzinə olan ehtiyacının 80 faizini, sürtkü yağlarının isə 90 faizini Azərbaycan təmin edirdi. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi.
   Qeyd edilmişdir ki, 1941-1945-ci illərdə Azərbaycanın 600 mindən artıq mərd oğlu və qızı qanlı müharibəyə yollanmış, onlardan 350 minə yaxını qələbə uğrunda canlarından keçərək qəhrəmancasına həlak olmuşlar. Azərbaycanın üç min ildən artıq dövrü əhatə edən dövlətçilik tarixində adları fəxrlə çəkilən görkəmli şəxsiyyətləri, mərd oğulları çox olmuşdur. Sovet hakimiyyəti illərində yürüdülən ayrı-seçkilik siyasətinə baxmayaraq, öz bacarığı, savadı və qətiyyəti sayəsində hətta general rütbəsinə yüksəlmiş, Sovet İttifaqı Qəhrəmanı adı almış qeyrətli Azərbaycan oğulları belə şəxsiyyətlərdəndir. Həzi Aslanovun, Mehdi Hüseynzadənin, Qafur Məmmədovun və digər qəhrəmanlarımızın şanlı həyat və döyüş yolu bugünkü gənc nəsil üçün parlaq örnəkdir.
   Digər çıxış edənlər də faşizm üzərində qələbədə Azərbaycanın rolunu, qəhrəman oğul və qızlarımızın böyük rəşadətlərini, Azərbaycan neftinin əhəmiyyətini vurğulamışlar.
Çıxış edən veteranlar onlara göstərdiyi diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər.
   Görüşün sonunda Pirallahı Rayon İcra Hakimiyyəti tərəfindən Böyük Vətən müharibəsi iştirakçılarına və arxa cəbhə veteranlarına maddi yardımlar göstərilmişdir. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən veteranların yardımları onların ünvanına çatdırılmışdır.
 

 

Pirallahı rayonunda Gül bayramı qeyd edilmişdir
    Mayın 6-da Pirallahı rayonundakı “Gənclər Parkı”nda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev və digər fəxri qonaqlar iştirak etmişlər.
  Pirallahı Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçılarını əyinlərində rəngli kağızlardan gül formasında xüsusi geyim olan məktəbli uşaqlar qarşılamış və onları Gül bayramı münasibətilə təbrik etmişlər.
   Sonra qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxmışlar. 29 nömrəli uşaq yaradıcılıq mərkəzinin rəsm dərnəyi üzvlərinin malbertə köçürdüyü Gül bayramı mövzusunda improvizasiyaları, həmçinin orta məktəblərin, uşaq bağçalarının, V. Mustafazadə adına mədəniyyət mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi maraqla izlənmişdir. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları və ikebanalar diqqəti xüsusilə cəlb etmişdir.
   Balacaların söylədikləri ulu öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən şeirlər bayram tədbirini xüsusi rövnəqləndirmişdir.
   “Gənclər Parkı”nın mərkəzində torpaq ərazidəki təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa edilmişdir.
   Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş müxtəlif idman yarışlarının qalibləri mükafatlandırılmışlar.
  Gül bayramı incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam etdirilmiş, ümumxalq gəzintisi və atəşfəşanlıqla başa çatmışdır.
 

 

Pirallahı rayonunda Gül bayramı qeyd edilmişdir
      Mayın 6-da Pirallahı rayonundakı "Gənclər Parkı"nda müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumrayon Gül bayramı keçirilmişdir.
Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, Milli Məclisin deputatı Rauf Əliyev və digər fəxri qonaqlar iştirak etmişlər.
   Pirallahı Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, tədbir iştirakçılarını əyinlərində rəngli kağızlardan gül formasında xüsusi geyim olan məktəbli uşaqlar qarşılamış və onları Gül bayramı münasibətilə təbrik etmişlər.
   Sonra qonaqlar Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən kitablardan və fotoşəkillərdən ibarət sərgiyə baxmışlar. 29 nömrəli uşaq yaradıcılıq mərkəzinin rəsm dərnəyi üzvlərinin malbertə köçürdüyü Gül bayramı mövzusunda improvizasiyaları, həmçinin orta məktəblərin, uşaq bağçalarının, V. Mustafazadə adına mədəniyyət mərkəzinin yetirmələrinin əl işlərindən ibarət rəngarəng sərgi maraqla izlənmişdir. Ulu öndər Heydər Əliyevin müxtəlif gül və çiçəklərlə bəzədilmiş portretləri, gül şəklində tikmələr və maketlər, göz oxşayan gül kompozisiyaları və ikebanalar diqqəti xüsusilə cəlb etmişdir.
   Balacaların söylədikləri ulu öndər Heydər Əliyev şəxsiyyətini vəsf edən şeirlər bayram tədbirini xüsusi rövnəqləndirmişdir.
   "Gənclər Parkı"nın mərkəzində torpaq ərazidəki təbii güllərdən yaradılmış kompozisiyalara da maraqla tamaşa edilmişdir.
   Tədbirdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilmiş müxtəlif idman yarışlarının qalibləri mükafatlandırılmışlar.
   Gül bayramı incəsənət ustalarının ifasında geniş konsert proqramı ilə davam etdirilmiş, ümumxalq gəzintisi və atəşfəşanlıqla başa çatmışdır.
 

 

İdmançılar 10 qızıl medal qazandılar
   Ölkəmizdə idmanın inkişafı, əhali arasında sağlam həyat tərzinin təbliği prioritet məsələlərdən biridir. Müxtəlif Dövlət Proqramları, sərəncamlar, fərmanlar və beynalxaq yarışlarda, turnirlərdə əldə etdiyimiz uğurlu nailiyyətlər bunu sübüt edir. Hazırda respublikamızın bütün guşələrində Olimpiya Mərkəzləri, stadionlar, idman arenaları inşa olunur. Azərbaycan idmançıları müxtəlif səviyyəli beynəlxalq yarışlarda ölkəmizi uğurla təmsil edirlər. Qeyd edək ki, bir çox yarışlarda fəal iştirak edən Pirallahı idmançıları qazanılan uğurlarda böyük pay sahibidirlər. Belə ki keçən il Pirallahı idmançıları beynəlxalq yarışlarda 5 qızıl və bir gümüş medal qazanıblar. Xatırladaq ki, bu il də idmançılarımız üçün uğurla başladı və növbəti gümüş medalı 05-11 aprel 2014-cü il tarixlərində Kişinyov şəhərində keçirilən karate üzrə Avrora çempionatında fəxri kürsünün ikinci pilləsinə ucalan Pirallahı sakini Mərdan Vəliyev qazandı.
   Növbəti uğura Pirallahı idmançıları 27 aprel 2014-cü il tarixində “Azal” Milli Aviasiya Akademiyasında keçirilən karate üzrə Respublika birinciliyində imza atdılar. Yeniyetmə və gənclər arasında təşkil olumuş yarışlarda müxtəlif çəki və yaş qruplarında ökəmizin ayrı-ayrı bölgələrindən idmançılar təmsil olunurdu. Bu mötəbər turnirdə Pirallahı rayonunu təmsil edən idmançılar 16 medal qazandılar ki, bunlardan da 10-u qızıl, 3-ü gümüş və 3-ü bürüncdür. Qaliblərə Azərbaycan Karate Federasiya tərəfindən medal və mükafatlar təqdim olunubdur.
 
Bakı şəhəri Pirallahı rayonunda “Narkomaniyaya yox deyək-pis vərdişlərdən uzaq olaq” mövzusunda tədbirlər keçirilmişdir.

 

   Bakı şəhəri Pirallahı rayonunda Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 24 iyun tarixli, 2966 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2013-2018-ci illər üçün Dövlət Proqramı” çərçivəsində, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2014-cü il üçün iş planına müvafiq olaraq bir sıra tədbirlər və maarifləndirmə işləri həyata keçirilmişdir. Bu tədbirlərin tərkib hissəsi olaraq 2014-cü ilin mart-aprel aylarında rayonda fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində icra hakimiyyətinin, polis şöbəsinin və 10 saylı Birləşmiş şəhər xəstəxanasının aidiyyəti əməkdaşlarının iştirakı ilə 9-11-ci sinif şagirdləri üçün “Narkomaniyaya yox deyək-pis vərdişlərdən uzaq olaq” mövzusunda açıq dərslər keçirilmiş, mövzuya həsr olunmuş dəyirmi masalar və şagirdlərin əl işlərindən ibarət sərgilər təşkil olunmuşdur.
 

 

  Pirallahıda səhiyyə xidmətləri yaxşılaşır

Bakının ən gənc rayonundakı xəstəxana Avropa standartlarına uyğun yenidən qurulub


  Bakının sayca 12-ci rayonu olan Pirallahı yeni yaradılan icra strukturu kimi formalaşmaqda və genişlənməkdədir. Belə ki, 2012-ci ilin dekabrında yaradılan bu rayonda təhsil və səhiyyə, mədəniyyət ocaqları və digər xidmət sahələri öz fəaliyyətlərini tədricən gücləndirir. Həmçinin əvvəllər fəaliyyət imkanları xeyli dərəcədə məhdud olan sosial xidmət müəssisələri də yenidən qurulur.
  “Həftə içi”nin məlumatına görə, 10 saylı Birləşmiş Şəhər Xəstəxanası da uzun illər baxımsız qalmışdı. Belə ki, tibb müəssisəsinin yerləşdiyi binada texniki təchizat aşağı səviyyədə olduğundan burada xəstələrin qəbulu və müalicəsi üçün normal şərait yox idi. Artıq Pirallahı rayon statusu alandan sonra qəsəbədə böyük abalıq, tikinti və quruculuq işlərinə başlanıldı. Digər sahələrdə olduğu kimi, tibb sahəsinə də ciddi fikir verilib. Artıq xəstəxana binası dövlət səviyyəsində müasir standartlara uyğun əsaslı təmir edildikdən sonra bu ilin fevralında sakinlərin ixtiyarına verilib.
  “Həftə içi”nin əməkdaşı olaraq həmin xəstəxanaya üz tutduq. Təxminən 5 hektara yaxın olan səhiyyə müəssisəsinin həyətində təmizlik işləri aparılıb, ərazidə böyük bir park salınıb. Həyətin daxili yolları asfalt örtüklə örtülüb, səkilərə tamet daşlar döşənib. Yaşıllığa qərq olmuş həyət sanki çiçəklərə bələnmiş çölləri xatırladır. Əkilən bəzəkli gül, kol və ağacları, eləcə də yaşıl otlar göz oxşayırdı. Belə bir yaraşıqlı mənzərə hər tərəfi dənizlə əhatə olunmuş Pirallahı qəsəbəsinə xüsusi gözəllik verir. Xəstəxananın həyətində küçə işıqları quraşdırılıb, ərazisi qara dəmir barmaqlıqlarla əhatələnilib. Hasarın çöl tərəfində sıra ilə yolboyu sərv ağacları əkilib. Üç korpusdan ibarət olan üçmərtəbəli xəstəxana binasının xarici divarları aqlay üzlüklərlə üzlənilib. Binanın foyesi və pilləkənlərə də mərmər daşlar döşənilib. Bir sözlə, kənardan xəstəxananın həyətinə tamaşa edən hər kəs bu ərazini yaşıl adaya bənzədir.
“Xəstəxana Avropa standartlarına uyğundur”
  10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimin müavini Həsən Quliyev “Həftə içi”nin əməkdaşı ilə söhbətində bu tibb müəssisəsinin mövcud durumundan danışıb. Onun sözlərinə görə, Avropa standartlarına uyğun təmir olunmuş 60 çarpayılıq xəstəxanada terapiya, doğum, cərrahiyyə, onkologiya və uşaq şöbələri, eləcə də poliklinika şöbəsi fəaliyyət göstərir. Hazırda 22 min əhaliyə xidmət göstərən müəssisə müasir tibb avadanlıqları və dərman preparatları ilə təchiz olunub. Rentgen, ulturasəs, elektrokardioqramma, fizoterepiya aparatları, eləcə də laboratoriyada olan aparatlar, stansionarda olan aparatların hamısı xarici ölkələrdən gətirilib: “Xəstəxanamızda həkimlərin fəaliyyəti, xəstələrin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb. Hazırda bu tibb ocağında 290 nəfət işçi çalışır. Bunlardan 30 nəfəri həkim, 114-ü orta tibb bacısı və yerdə qalanlar isə texniki işçilərdir. Bu personal xəstələrə yüksək səviyyədə tibbi xidmət göstərilməsi üçün tam yetərlidir”.
  Baş həkimin müavini onu da deyib ki, hazırda xəstəxananın qeydiyyatında 550 nəfər şəkər diabetli xəstələr, 10 nəfər vərəm və 21 nəfər Qarabağ əlilləri, eləcə də 1-ci qrup əlil var. Onun sözlərinə görə, bu xəstələrin hamısı pulsuz dərmanla təmin olunurlar. Üstəlik həmin xəstələr vaxtlı-vaxtında həkim müayinəsindən keçərək müalicə alırlar: “Xəstəxanada dərman təchizatı yaxşıdır. Gündə 3 dəfə xəstələrə yüksək keyfiyyətli isti xörəklər verilir. Xəstəxananın bütün şöbələrinə gün ərzində fasiləsiz olaraq isti və soyuq su verilir”.
“On iki min beş yüz adam tibbi müayinədən keçib”
Həsən Quliyev sakinlərin pulsuz müayinəsinin bu gün başa çatacağını deyib. Onun sözlərinə görə, indiyədək kampaniya çərçivəsində 10 saylı Birləşmiş Şəhər Xəstəxanasında 12 min 500 nəfər tibb müayinədən keçib. 1244 nəfərdə xəstəlik aşkarlanıb, 1028 nəfər ambulatoriyaya, 216 nəfəri isə stasionar müalicəyə göndərilib: “Ümumilikdə bu ilin 3 ayı ərzində 11624 nəfər xəstə həkimlərimizin qəbulunda olub. 1038 nəfər səhhəti ağır olan xəstələr sahə həkimləri tərəfindən ev şəraitində müayinədən keçərək müalicə edilir, 2966 nəfər 18 yaşına qədər uşaqlar xəstəxanada tibb müayinəsindən keçərək həkimlərimiz tərəfindən müalicə olunurlar. Hazırda 35 xəstə uşaq ev şəraitində həkimlərin nəzarəti altında müalicə alır”.
“1007 uşaq peyvənd olunub”
   Baş həkimin müavini onu da vurğulayıb ki, bu ilin 3 ayı ərzində xəstəxananın doğum şöbəsində 109 nəfət körpə dünyaya gəlib. Onun sözlərinə görə, həmin uşaqlar həkimlər tərəfindən vaxtlı-vaxtında müayinədən keçir və onların sağlamlıqları sahə həkimlərinin ciddi nəzarəti altındadır: “Bu günədək rayonumuzda doğuş zamanı uşaq ölümü hadisəsi qeydə alınmayıb. Çünki azyaşlı uşaqlar vaxtlı-vaxtında peyvənd olunur. Məhz bunun nəticəsidir ki, indiyədək rayonda 1007 uşaq peyvənd edilib. Peyvənd işləri bu gün də mərhələli şəkildə aparılır. Əsas vəzifəmiz pasiyentləri müayinədən keçirmək və onlara tibbi xidmət göstərməkdir”.
Səhiyyə naziri Oqtay Şirəliyevin də dəfələrlə xəstəxanaya baş çəkdiyini, bu sahəyə məsul şəxs kimi öz köməkliyini əsirgəmədiyini deyən baş həkimin müavini Pirallahı rayon rəhbərliyindən də razılıqla danışır. Onun sözlərinə görə, Pirallahı Rayon İcra Hakimiyyəti aparatı yeni formalaşdırılmasına baxmayaraq, səhiyyə xidmətlərinin təşkili sahəsinə xüsusi diqqət və qayğı göstərir.
  Xəstəxanada müalicə alan və müayinədən keçən xəstələr də onlara göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildirirlər. Qarabağ müharibəsi veteranı Rəhbər Həsənov adlı xəstə bildirir ki, indiyədək Pirallahıda belə müasir səhiyyə ocağı olmayıb. Onun sözlərinə görə, burada aztəminatlı ailələrə, o cümlədən, Qarabağ əlillərinə yüksək səviyyədə tibbi xidmət göstərilir: “Xəstəxana beynəlxalq tələblərə cavab verən hər cür tibbi aparatları ilə təmin olunub. Analoqu olmayan bir xəstəxanadır. Biz vaxtlı-vaxtında burada müalicə alırıq. Xəstəxananın baş həkimi Ələddin Muxtarov başda olmaqla, bütün tibb işçilərinə öz təşəkkürümüzü bildiririk. Bu həkimlər bizim sağlamlığımızın keşiyində əsl hipokratçı kimi dayanıblar”.
 
  Pirallahıda Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümü qeyd olundu
   Pirallahı rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Pirallahı Rayon Təşkilatının birgə təşəbbüsü ilə görkəmli oftalmoloq-alim, Əməkdar elm xadimi, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 91-ci ildönümünə həsr edilmiş tədbir və YAP Pirallahı Rayon Təşkilatı Qadınlar Şurasının təsis iclası keçirildi. Tədbiri giriş sözü ilə açan Pirallahı rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov dünya şöhrətli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın həyat və elmi yaradıcılığından, Azərbaycan oftalmologiya elminə verdiyi töhfələrdən danışdı. Bildirdi ki, akademik Zərifə xanım Əliyeva 160-dan çox elmi əsərin, 10 monoqrafiyanın, 12 səmərələşdirici təklifin, dərs vəsaitlərinin müəllifidir. Görkəmli alim gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli həkim-oftalmoloqların, professional elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Bütün bu xidmətlərinə görə görkəmli oftalmoloq-alim Azərbaycanın əməkdar elm xadimi fəxri adına, oftalmologiya elminin inkişafı naminə əldə etdiyi nailiyyətlərə, görmə orqanının peşə patologiyası sahəsində apardığı uğurlu elmi-tədqiqat işlərinə görə SSRİ Tibb Elmləri Akademiyasının akademik M.Averbax adına mükafatına layiq görülmüşdür.
  YAP Pirallahı Rayon Təşkilatının sədri Manaf Manafov çıxışında bildirdi ki, geniş dünyagörüşü, dərin tədqiqatçılıq bacarığı, yüksək ziyalılığı ilə hamının rəğbətini qazanmış bu fədakar ananın və alimin – Zərifə xanım Əliyevanın ömür yolu hər bir Azərbaycan vətəndaşı, hər bir elm adamı və tibb işçisi üçün həyat və mənəviyyat, kamillik və müdriklik məktəbi olmuşdur.
   Daha sonra YAP Pirallahı Rayon Təşkilatı Qadınlar Şurasının təsis iclası keçirildi. Ümumi səsvermə yolu ilə 131 N-li tam orta məktəbin direktoru Mehparə Mansirova YAP Pirallahı Rayon Təşkilatı Qadınlar Şurasının sədri seçildi. Eyni zamanda sədrin 2 müavini və 11 nəfərdən ibarət İdarə Heyəti də seçildi. Şuraya gələcək fəaliyyətində nailiyyətlər arzulandı.
 
  В Баку появится новый шедевр зодчества
  В бакинском поселке Пираллахи началось строительство нового административного здания Исполнительной власти Пираллахинского района Баку.
     Об этом Day.Az сообщили в районной исполнительной власти (ИВ).
  Согласно полученной информации, в настоящее время роется котлован. Проект объекта уже разработан. Административное здание будет состоять из 4-х этажей.
   Согласно проекту, общая площадь объекта составит 3485 кв.м, площадь строительного участка – 1224 кв.м. Площадь первого, второго, третьего этажей – 927 кв.м, площадь же четвертого этажа – 705 кв.м. Строящееся здание, воплощающее в себе синтез классических и современных стилей, придаст особую красоту облику поселка.
   Отметим, что в Пираллахинском районе строится еще одно административное здание – районное отделение полиции. В настоящее время проводятся кровельные и фасадные работы. Строительство ведется по графику.
 
  Pirallahı rayonunda idmanın inkişafına daim diqqət göstərilir
 
    Bakı, 22 aprel (AzərTAc). Ulu öndər Heydər Əliyevin Azərbaycanın sağlam gələcəyi naminə həyata keçirdiyi idmanın inkişafı strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan Prezidentinin tapşırıqlarına əsasən, idmanın təbliği məqsədilə Pirallahı rayonunda da silsilə tədbirlər həyata keçirilir.
   Pirallahı Rayon İcra Hakimiyyətindən (RİH) AzərTAc-a bildirmişlər ki, növbəti tədbir RİH başçısı aparatında idmanın inkişafına həsr edilmiş müşavirə olmuşdur.
   Pirallahı RİH başçısının müavini Vəzir Səfixanov rayonda idmanın inkişafı üçün həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışmışdır. Həmin tədbirlər sırasında stadionun əsaslı təmiri, beş idman meydançasının yaradılması və zəruri avadanlıqla təchiz olunması, idman klublarının açılması, mütəxəssislərin yetişdirilməsi, rayon birinciliklərinin və digər yarışların keçirilməsi, idmançıların beynəlxalq yarışlarda iştirakının təmin edilməsi, yüksək nəticələri olan idmançılara diqqət və qayğı göstərilməsi, daha çox uşaq və yeniyetmənin idmana cəlb olunması xüsusi vurğulanmışdır.
   Qeyd olunmuşdur ki, yarışlarda uğurla çıxış edən rayon idmançıları ötən il ölkədaxili birinciliklərdə 18 qızıl, 27 gümüş və 30 bürünc medal qazanmışlar. İdmançılar beynəlxalq yarışlarda isə 5 qızıl və bir gümüş medal qazanmışlar. Növbəti gümüş medalı karate üzrə Kişineuda keçirilən Avropa çempionatında Mərdan Vəliyev qazanmışdır.
   Sonda işçi qrupunun təklifi ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə basketbol, mini-futbol, şahmat və karate üzrə rayon birinciliklərinin keçirilməsi qərara alınmışdır.
 
 

 

Pirallahı rayonunda cari ilin birinci rübünün yekunları müzakirə edilmişdir   
   Bakı, 17 aprel (AzərTAc). Yeni yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur.
AzərTAc xəbər verir ki, aprelin 17-də Pirallahı Rayon İcra Hakimiyyətində 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilmişdir.
   Yığıncaqda rayon icra hakimiyyətinin başçısı Vasif İmanov rüb ərzində görülmüş işlər haqqında məlumat vermişdir. Bildirmişdir ki, rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının yaradılması prosesi davam edir. Pirallahı qəsəbəsinin baş planı hazırlanıb başa çatmaq üzrədir. Baş plana əsasən, qəsəbənin mərkəzi hissəsində inzibati mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Burada artıq müxtəlif nazirlik və komitələrin aidiyyəti struktur vahidlərinin yerləşdirilməsinə başlanılmış, inşa ediləcək rayon icra hakimiyyətinin, Heydər Əliyev Mərkəzinin və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının inzibati binalarının tikintisi üçün layihə hazırlanaraq əlaqədar təşkilatların təsdiqinə göndərilmişdir. Milli Təhlükəsizlik Nazirliyinin Pirallahı Rayon Şöbəsinin, rayon məhkəməsi və prokurorluğunun, Dövlət Sosial Müdafiə Fondunun rayon şöbəsinin inzibati binalarının tikintisi məqsədilə müvafiq sahələr ayrılmışdır. Hazırda bu istiqamətdə sənədləşmə prosesi davam edir.
   Qeyd olunmuşdur ki, baş plana uyğun olaraq Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının tikintisi aparılır. Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmış və 2,8 meqavat gücündə günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə başlanılmışdır. Pirallahı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin inzibati binasının inşasına da başlanmışdır. Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyevin imzaladığı Fərmanın yüksək səviyyədə icrası və Yüksək Texnologiyalar Parkının biznes planının daha mükəmməl hazırlanması istiqamətində işlər davam edir.
   Bildirilmişdir ki, bu ilin birinci rübündə 10 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı təmirdən sonra yenidən istifadəyə verilmiş, şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsini əbədiləşdirən “Vətən uğrunda” abidə-kompleksinin inşaat işləri başa çatdırılmışdır.
   Diqqətə çatdırılmışdır ki, Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən, bu il fevralın 17-dən respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Pirallahı rayonunda da əhalinin tibbi müayinədən keçirilməsi prosesinə başlanılmışdır. Aprelin 17-dək rayon üzrə 10082 sakin ümumilikdə tibbi müayinələrdən keçmişdir. Aşkar olunan xəstəliklər səbəbindən 679 xəstəyə ambulator, 158 nəfərə isə stasionar müalicə təyin olunmuşdur.
   V.İmanov vurğulamışdır ki, Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda nəzərdə tutulmuş tədbirlərin yüksək səviyyədə həyata keçirilməsi istiqamətində işlər davam etdirilir. Dövlət Proqramı çərçivəsində 235 nömrəli tam orta məktəbin cari təmiri, altı əlavə sinif otağının tikintisi, səhiyyə müəssisələrinin əsaslı təmiri və tikintisi, 14 nömrəli uşaq musiqi məktəbi üçün yeni binanın tikintisi nəzərdə tutulmuşdur.
   Yığıncaqda Milli Məclisin deputatı Rauf Əliyev və başqaları çıxış edərək cari ilin birinci rübündə rayonda görülən işləri qənaətbəxş hesab etmişlər.
 

 

  В Баку строится мост через море
 
 
  Как заявил 1news.az пресс-секретарь ОАО «Азерйолсервис» Министерства транспорта Азербайджана Пюнхан Мурсалиев, общая длина моста – 710 метров, а вместе с подъездными путями – 1357 метров, общая ширина  - 14 метров, ширина проезжей части – 11,5.
   «Уже установлены 10 опор моста. На опорные стены устанавливаются тросы, которые будут поддерживать пролеты. Для строительства пролетов используется предварительно напряженный бетон. Завершены берегоукрепительные работы на участке в 550 метров», — сказал П.Мурсалиев.
    По его словам, после завершения строительства под мостом смогут беспрепятственно проплывать морские суда.
 

 

  Bakıda yeni körpü tikilir
   Pirallahı rayonunu sahillə birləşdirən avtomobil yolunda yeni körpünün tikintisi aparılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev deyib.
  Onun sözlərinə görə, 9 aşırımdan ibarət olacaq körpünün uzunluğu 710 metr, dəniz səviyyəsindən hündürlüyü 11 metr, qabariti 14 metrdir.
      Körpünün tikilməsində məqsəd həmin avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısını almaq, həmçinin ekoloji vəziyyəti yaxşılaşdırmaqdır.  
 
   Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir E.Mehdiyev/
  Бакинский поселок с Абшеронским полуостровом свяжет новый мост
   В настоящее время продолжается строительство моста над автодорогой, соединяющей Абшеронский полуостров с поселком Пираллахи.
    Об этом Day.Az сообщил глава пресс-службы ОАО "Азерйолсервис" при Министерстве транспорта Азербайджана Пюнхан Мурсалиев.
     По его словам, построено 10 опор мостового сооружения.
    "Строящийся мост находится на 23-м км участка дороги Гала-Пираллахи. Большая часть работ уже выполнена. Количество пролетов – 9, осталось установить пролеты", - сказал П.Мурсалиев.
    Наш собеседник сообщил, что протяженность самого моста – 421,45 метров, протяженность моста вместе с примыкающими путями – 710 метров, ширина тротуаров – 1,5 метра.
    "Мост строится с целью улучшения транспортного сообщения поселка Пираллахи с Абшеронским полуостровом, предотвращения смыва морской водой автодороги, соединяющей поселок с берегом, а также создания условий для движения средств водного транспорта под сооружением", - отметил П.Мурсалиев.
    Напомним, что после завершения строительства дорогу под мостом снесут, и под ним будут курсировать морские суда. О сроках окончания работ ничего неизвестно.
 

     day.az

 

Pirallahı rayonunun sakinləri tibbi müayinələrdən razıdırlar
  Prezident İlham Əliyevin bütün ölkə vətəndaşlarının tibbi müayinələrdən keçirilməsi ilə bağlı tapşırığı Bakının Pirallahı rayonunda da uğurla icra edilir.
    AzərTAc xəbər verir ki, rayon sakinləri böyük həvəslə müəyyən olunmuş tibb müəssisələrinə gəlirlər.
Rayondakı 10 saylı birləşmiş şəhər xəstəxanasının baş həkiminin müavini Kəmalə Mustafayeva deyib ki, müayinəyə gələnlərin sayı gündən-günə artmaqdadır. İndiyədək rayon üzrə dispanserizasiyası nəzərdə tutulmuş sakinlərin 9 min 546 nəfəri tibbi müayinələrdən keçib. Onlardan 585 nəfərə ambulator, 146 nəfərə isə stasionar müalicə kursu təyin edilib. Xüsusi yaradılmış həkim briqadası isə evlərdə yataq xəstələrinin və yaşlı insanların müayinəsini aparır.
   Rayon sakinləri humanitar aksiyanın gedişi ilə bağlı razılıqlarını bildiriblər. Pirallahı qəsəbə sakini İlqar Məmmədli deyib: “Əhalinin pulsuz tibbi müayinələrə cəlb edilməsi ilə bağlı Prezident İlham Əliyevin verdiyi tapşırıq, hər şeydən əvvəl, dövlətin sosial siyasətinin, vətəndaşlarımızın dövlət qayğısı ilə əhatə olunmasının bariz təzahürüdür. Bilirsiniz, bizim insanlar tez-tez həkimə getməyə, müayinədən keçməyə o qədər də həvəsli deyillər. Möhtərəm Prezident bu humanist təşəbbüsü ilə insanları hərəkətə gətirdi, indi hər gün uşaqlı-böyüklü sakinlərimiz, eləcə də rayonumuzda məskunlaşmış məcburi köçkünlər dəstə-dəstə rayonun mərkəzi xəstəxanasının poliklinika şöbəsinə gəlirlər, hərtərəfli tibbi müayinələrdən keçirlər. Azərbaycan Prezidentinin hər bir vətəndaşının sağlamlığının qayğısına həssaslıqla yanaşması bizi ürəkdən sevindirir. Buna görə dövlətimizin başçısına bütün Pirallahı sakinləri adından dərin minnətdarlığımızı bildirirəm”.
   Pirallahı rayon 186 nömrəli tam orta məktəbin direktoru Arif Xankişiyev isə razılığını belə ifadə edib: “Millətin sağlam olması körpələrin, uşaqların sağlam böyüməsindən, insanların sağlam yaşamasından asılıdır. Məhz bu baxımdan Prezident İlham Əliyevin tapşırığı böyük əhəmiyyətə malikdir. Artıq I-IX sinif şagirdlərinin müayinədən keçməsi başa çatmış, yuxarı sinif şagirdlərinin tibbi müayinəsi isə bu gün başlamışdır. Müayinə prosesindən şagirdlər, müəllimlər və valideynlər çox məmnundurlar. Yaradılan şəraitə görə məktəbin kollektivi adından dövlətimizin başçısına dərin minnətdarlığımı bildirirəm”.
 
В Баку строится солнечная электростанция
  В Пираллахинском районе Баку создается альтернативный источник электроэнергии.
  Как сообщили Day.Az в Исполнительной власти района, на днях началось строительство солнечной электростанции. Проектная документация на сооружение солнечной электростанции согласована в Исполнительной власти Баку и Государственном комитете по градостроительству и архитектуре.
  Государственному агентству по альтернативным и возобновляемым источникам энергии на севере-востоке поселка Пираллахи отведен земельный участок площадью 2 га. Строительство проводится в соответствии с Государственной программой социально-экономического развития города Баку и его поселков на 2014-2016 гг.
  Мощность строящейся электростанции составит 2.8 МВт.
  Работы планируются завершить в текущем году.
 
  Pirallahı rayonunda alternativ enerji mənbələri yaradılır
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramına uyğun olaraq ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da geniş abadlıq-quruculuq işləri davam etdirilir. Son aylar aparılan abadlıq və quruculuq işləri rayonun görkəmini yaxşılığa doğru dəyişmiş, bir sıra yeni obyektlərin tikintisinə başlanılmışdır. Belə obyektlərdən biri də Günəş Elektrik Stansiyasıdır.
  Bu barədə AzərTAc-a Pirallahı Rayon İcra Hakimiyyətindən bildirmişlər.
  Bu stansiyanın inşa edilməsi məqsədilə Pirallahı qəsəbəsinin şimal-şərq hissəsində Alternativ və Bərpa    Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi üçün 2 hektar torpaq sahəsi ayrılmışdır. Qısa müddətdə torpaq sahəsi, layihə və tikinti sənədləri ilə əlaqədar bütün məsələlər Bakı Şəhər İcra Hakimiyyətində, Dövlət Şəhərsalma və Arxitektura Komitəsində, eləcə də Memarlıq və Şəhərsalma Baş İdarəsində razılaşdırılmış və Günəş enerjisinə əsaslanan elektrik stansiyasının tikintisinə başlanılmışdır.
 Qısa müddət ərzində istismara verilməsi nəzərdə tutulan 2,8 meqavat gücündə Günəş Elektrik Stansiyasının istifadəyə verilməsi ilə bu rayonda alternativ və bərpa olunan enerji mənbələri tətbiq ediləcək, enerjidən səmərəli istifadə olunmasına, adanın enerji dayanıqlığının təmin edilməsinə şərait yaradılacaqdır. Perspektivdə isə digər enerji mənbələrindən imtina edilərək Pirallahı rayonunun yalnız bərpa olunan enerji mənbələri hesabına elektrik enerjisi ilə təchizi istiqamətində irəliyə doğru atılmış böyük bir addım olacaqdır.
 
Pirallahıda 7405 sakin tibbi müayinələrdən keçib
   Bu gün Pirallahı Rayon İcra Hakimiyyətində rayonun idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə tibbi müayinə qrafikinin yerinə yetirilməsinin müzakirə edilməsi məqsədilə növbəti müşavirə çağırılıb.
   AZADİNFORM  xəbər verir ki, tədbirdə rayon sakinlərinin tibbi müayinələrdən keçirilməsinin gedişi ətraflı müzakirə olunub.
   Pirallahı RİH başçısının müavini Vəzir Səfixanov ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə təşkil olunan bu müayinələrin vətəndaşlar üçün vacibliyindən bir daha söz açıb. Bildirilib ki, tibbi müayinələrin keyfiyyətli həyata keçirilməsi məqsədi ilə tibb müəssisələrinin hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində Səhiyyə Nazirliyi tərəfindən zəruri tədbirlər görülüb, o cümlədən İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılıb. Komissiyanın işinə yerli icra və bələdiyyə orqanlarının, müvafiq dövlət qurumlarının rəhbərləri, habelə müayinənin keçiriləcəyi tibb müəssisələrinin həkim və mütəxəssisləri cəlb edilib. Bundan əlavə, rayon ərazisindəki tibb müəssisələrində çalışan həkimlərdən ibarət səyyar briqadalar yaradılıb.
   10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov müşavirədə çıxış edərək bildirib ki, idarə və müəssisələrdə çalışan insanlar, işləməyən rayon sakinləri, məktəblilər qrafikə uyğun müayinədən keçirlər. İndiyədək 10 saylı BŞX-da 4288 nəfərdən çox böyük, eləcə də 884 nəfər kiçik yaşlı əhali kontingenti tibbi müayinədən keçib. Onlardan 1806 nəfəri işləyən vətəndaşlardır. Müayinə olunanlardan 285 nəfərində ilkin xəstəlik aşkar edilib ki, bu vətəndaşlardan da 82-si hospitalizasiya edilib. Qeyd olunub ki, bu günə qədər rayon üzrə ümumilikdə 7405 sakin tibbi müayinələrdən keçib ki, bunlardan da 1104 nəfəri uşaqlardır. Aşkar olunan xəstəliklər səbəbindən 363 xəstəyə ambulator, 120-sinə isə stasionar müalicə təyin olunub.
 

 

Новый район Баку невероятно преобразится
 
В Пираллахинском районе Баку будет построен ряд административных зданий.
  Об этом Day.Az сообщили в районной исполнительной власти (ИВ).
 Согласно полученной информации, разработаны проекты Центра Гейдара Алиева и здания районной организации партии "Ени Азербайджан".
  Для строительства этих объектов и административного здания ИВ района отведены земельный участок на ул. С.Вургуна, в поселке Пираллахи. О сроках начала строительства этих объектов не сообщается.
  Отметим, что в поселке Пираллахи также будут построены новые жилые дома, административные здания отдельных управлений – ОАО "Бакыэлектрикшебеке", ОАО "Азерсу", районные отделения МНБ и МВД, Госфонда социальной защиты, Центра гигиены и эпидемиологии.
  Помимо вышеуказанных объектов, предусмотрено строительство парка высоких технологий, завода по производству хлеба, центра логистики по хранению и продаже сельскохозяйственной продукции, домов для вынужденных переселенцев, спортивных площадок, Центра молодежи, здания пожарной охраны.
 

 

Pirallahıda Novruz bayramı böyük coşqu ilə qeyd edilmişdir
  Bakı, 19 mart (AzərTAc). Martın 19-da Pirallahı rayonundakı Gənclər Parkında Novruz bayramı münasibətilə şənlik keçirilmişdir.
  Bayramsayağı bəzədilmiş parkda Bahar qızı, Kosa və Keçəl, milli geyimli çaparlar, incəsənət ustalarının ifasında səsləndirilən musiqilər bayram tədbirinə xüsusi rəng qatmışdır. Milli paltarda olan oğlan və qızlar müxtəlif idman növlərinə aid nümunəvi çıxışlar nümayiş etdirmişlər.
  Meydanda Pirallahı rayonunun orta məktəbləri və uşaq bağçalarının, Uşaq Yaradıcılıq Mərkəzinin və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin yetirmələrinin əl işlərindən ibarət sərgi nümayiş olunmuşdur.
Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov xalqımızın qədim bayramı olan Novruz bayramı münasibətilə sakinləri təbrik etmişdir. O, ümummilli lider Heydər Əliyevin bu qədim bayramın qorunub saxlanması və dirçəlməsi istiqamətində gördüyü işlərdən danışmışdır.
   Tədbirdə çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə və digər qonaqlar da Pirallahı sakinlərini Novruz bayramı münasibətilə təbrik etmiş, onlara uğurlar arzulamışlar.
  Daha sonra “Novruz-2014” silsilə tədbirləri çərçivəsində keçirilmiş idman yarışlarında fərqlənən üç qalib komandaya rayon icra hakimiyyətinin fəxri fərman və kubokları təqdim edilmişdir. Həmçinin 2013-cü ildə rayonda keçirilmiş tədbirlərdə fəal iştirak edən altı məktəbliyə və ötən il beynəlxalq və respublika səviyyəli idman yarışlarında yüksək nəticələr əldə etmiş dörd idmançıya fəxri fərman və pul mükafatları təqdim olunmuşdur.
  Bayram tədbiri incəsənət ustalarının ifasında konsert proqramı ilə davam etmişdir.
  Novruz bayramı ilə əlaqədar tədbirlər Çilov adası və Neft Daşlarında da təşkil edilmişdir.
 

 

Xəzərin sehrli adası- Pirallahıda novruz tonqalı yandı
  Novruzun odu-alovu üç bir yandan su ilə əhatə olunan Pirallahıda da hiss olunub.  Space TV-nin verdiyi xəbərə görə,  Pirallahı bayram libasına bürünüb bu gün.  Səmənilər düzülüb, xonçalar bəzənib, al- əlvan geyimli rəqqaslar gələn bahara, novruza xoş gəldin deyir, sevinc və sevgiylə nəğmələr oxuyurlar.  Kosa və keçəlin sevincininsə həddi- hududdu yoxdu.
  Pirallahılılar  cevinc və coşquludular. Yurda gələn baharı,bolluq,bərəkət , hərəkət gətirən novruzu salamlayır, dilək diləyir arzu söyləyirlər. Tonqallar çatıldı,  meydan qızışdı. Güləşçilər  dizlərinin gücünü göstərdilər.  Bahar  duyğusunun, bayram sorağının  gətirdiyi xoş ovqatdan  cuşa gələnlər baxanları da heyran etdilər.
  Pirallahı rayon ictimayyətinin, ziyaləların, millət vəkillərinin də  qatıldığı tədbir musiqil- bədii proqramla başa çatdı.

    spacenews.az

 

Pirallahıda Mülki Müdafiə Günü qeyd olunub
  Dünən Pirallahı rayonunda Ümumdünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilib. Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədilə təşkil olunan tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin nümayəndələri, Pirallahıda dislokasiya olunmuş idarə və müəssisələrin rəhbərləri və kollektiv üzvləri, orta ümumtəhsil iştirak ediblər.
  “Həftə içi”nin məlumatına görə, Pirallahı icra hakimiyyəti başçısının müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Cəlil Mirzəyev çıxış edərək bu cür maarifləndirmə tədbirlərinin təşkilini yüksək qiymətləndirib. O, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərə yiyələnməyə nail olmağı hədəfləyən bu qəbildən olan tədbirlərin əhəmiyyətini vurğulayıb.
  Xəzər rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Adil Hüseynov isə Fövqəladə Hallar Nazirliyinin və rəhbərlik etdiyi qurumun ötən il gördüyü işlər, eləcə də maarifləndirici tədbirlərdən danışıb. Onun sözlərinə görə, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları icra başçısı tərəfindən təsdiq edilir və Plan əsasında vaxtaşırı tədbirlər aparılır: “Rayon ərazisində hər hansı texnogen qəza və təbii fəlakət baş verən zaman əhali və işçilərin təhlükəsizliyinin təmin olunması, baş vermiş hadisənin nəticələrinin aradan qaldırılması məqsədilə icra hakimiyyəti başçısının sərəncamına əsasən fövqəladə hallar zamanı fəaliyyət göstərmək üçün 9 mülki müdafiə xidməti yaradılıb. Hər bir xidmət və dəstənin FH-lar zamanı qarşısında duran funksional vəzifələri mövcuddur”.
  Çıxışlardan sonra tədbirdə iştiral edən mülki müdafiə dəstələrinin mənəvi və fiziki hazırlıq səviyyələrinə, maddi-texniki bazalarına baxış keçirildi, müvafiq tövsiyyə və tapşırıqlar verilib.
  Xatırladaq ki, hər il martın 1-i ərəfəsində bütün dünyada Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu tarix 1972-ci il martın 1-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılması şərəfinə qeyd edilir. Beynəlxalq Mülki Müdafiə Təşkilatının qərarı ilə elan olunan bu gün dünyanın hər yerində humanitar tədbir kimi keçirilir. 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv olan Azərbaycanda da hər il bu gün rəngarəng tədbirlərlə qeyd olunur.
 

 

Pirallahı rayonunda Dünya Mülki Müdafiə Günü qeyd olunmuşdur
  Bakı, 27 fevral (AzərTAc). Hər il 1 Mart - Dünya Mülki Müdafiə Günü ilə əlaqədar müxtəlif tədbirlər keçirilir. Bu tarix 1972-ci il martın 1-də Beynəlxalq Mülki Müdafiə Təşkilatının yaradılmasının şərəfinə qeyd edilir. Təşkilatın qərarı ilə elan olunan bu gün dünyanın hər yerində humanitar tədbir kimi keçirilir. Hər ilin bu günü 1993-cü ildən nüfuzlu beynəlxalq təşkilata üzv olan Azərbaycanda da rəngarəng tədbirlərlə qeyd olunur.
  Fevralın 27-də Pirallahı rayonunda Dünya Mülki Müdafiə Gününə həsr olunmuş tədbir keçirilmişdir.
Əhalinin yarana biləcək fövqəladə hallara hazır olması məqsədi daşıyan tədbirdə rayon icra hakimiyyətinin məsul əməkdaşları, rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin nümayəndələri, idarə və müəssisələrin rəhbərləri, nümayəndələri, şagirdlər iştirak etmişlər.
  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini, rayon fövqəladə hallar komissiyasının sədri Cəlil Mirzəyev çıxış edərək maarifləndirmə məqsədi ilə keçirilən belə tədbirlərin əhəmiyyətini yüksək qiymətləndirmişdir. O, fövqəladə hallar zamanı davranış qaydaları, özünə və digərlərinə ilkin tibbi yardımın göstərilməsi və mülki müdafiə sahəsində mükəmməl vərdiş və biliklərin təbliği baxımından belə tədbirlərin önəmini xüsusi vurğulamışdır.
  Rayon fövqəladə hallar və mülki müdafiə şöbəsinin rəisi Adil Hüseynov Fövqəladə Hallar Nazirliyi tərəfindən ölkəmizdə, eləcə də rayonda görülmüş işlər, keçirilmiş maarifləndirmə tədbirləri barədə iştirakçılara məlumat vermişdir.
  Bildirilmişdir ki, mülkiyyət formasından asılı olmayaraq, bütün obyektlərdə mülki müdafiə planları əsasında vaxtaşırı tədbirlər keçirilir. Bundan əlavə, fövqəladə hallar zamanı rayon ərazisində fəaliyyət göstərmək üçün doqquz mülki müdafiə xidməti yaradılmışdır. Fövqəladə hallar zamanı hər bir xidmət və dəstənin qarşısında funksional vəzifələr durur.
  Sonra tədbirdə iştirak edən mülki müdafiə dəstələrinin mənəvi və fiziki hazırlıq səviyyəsinə, maddi-texniki təchizatına baxış keçirilmiş, müvafiq tövsiyə və tapşırıqlar verilmişdir.

   AzərTAc

Xocalı faciəsi Xocalı soyqırımının törədilməsində əli olanlar layiqli cəzalarını almalıdırlar
  Bakı, 25 fevral (AzərTAc). Fevralın 25-də Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilmişdir.
   İcra hakimiyyətindən AzərTAc-a bildirilmişdir ki, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində keçirilmiş “Xocalıya ədalət” adlı tədbirdə Xocalı şəhərindən olan məcburi köçkün ailələri, icra hakimiyyəti aparatının məsul əməkdaşları, Pirallahı rayonunda yerləşən idarə və təşkilatların, rayon ictimaiyyətinin nümayəndələri, Pirallahı və Gürgan qəsəbələrində yerləşən orta məktəblərin müəllimləri və şagirdləri iştirak etmişlər.
  Tədbirdən əvvəl iştirakçılar mərkəzin foyesində Xocalı soyqırımına həsr edilmiş fotostend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olmuşlar.
  Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov tədbirdə çıxış edərək bildirmişdir ki, Xocalı soyqırımı bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.
  Təəssüflə vurğulanmışdır ki, dünyanın gözü qarşısında baş vermiş bu dəhşətli soyqırımını törədənlər hələ də cəzasız qalmışlar. Bu gün Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Ermənistan tərəfi isə danışıqlar prosesini süni şəkildə uzadır.
  Faciənin şahidlərindən Murad Şükürov 1992-ci il fevralın 26-da Ermənistan silahlı birləşmələrinin Azərbaycan xalqına qarşı törətdikləri soyqırımından danışmışdır. O bildirmişdir ki, həmin gün Xocalı şəhərinin minlərlə əliyalın mülki əhalisi müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmış, yüzlərlə günahsız insan kütləvi şəkildə məhv edilmişdir. Erməni qəsbkarları qocaları, qadınları, uşaqları, hətta körpələri ən dəhşətli üsul və vasitələrlə qətlə yetirmişlər. Vurğulanmışdır ki, Xocalı soyqırımının törədilməsində əli olanlar layiqli cəzalarını almalıdırlar.
  Tədbirdə hər bir vətəndaşın, xüsusilə gənclərin tariximizin bu qanlı səhifəsini Azərbaycanın ərazi bütövlüyü uğrunda xalqımızın apardığı mübarizənin əsası kimi xatırlamasının önəmi vurğulanmışdır.
  Sonda Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı, erməni vandalizmini əks etdirən “Ağ qayıq” tamaşası nümayiş etdirilmişdir.
 

 

 
Xocalı faciəsi sərgilərdə
    Pirallahı rayonunda Xocalı soyqırımına həsr edilən fotostend, kitab və rəsm sərgisi təşkil olunub.
  Dünən Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının 22-ci ildönümünə həsr edilmiş tədbir keçirilib. "Xocalıya ədalət" başlığı altında təşkil olunan tədbirdə rayon rəhbərliyi, ictimaiyyətin nümayəndələri, Xocalıdan olan məcburi köçkünlər, məktəblilər iştirak ediblər.
  "Həftə içi"nin məlumatına görə, Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzinin böyük zalında keçirilən tədbirdən əvvəl iştirakçılar foyedə təşkil olunmuş Xocalı soyqırımına həsr edilən fotostend, kitab sərgisi və Pirallahı rayon məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış olublar. Pirallahı Rayon Kütləvi Kitabxanası tərəfindən təqdim edilmiş və erməni təcavüzündən bəhs edən kitablar bir neçə masa üzərində sərgilənib. 29 saylı Uşaq Yaradıcılıq Mərkəzinin rəssamlıq dərnəyi üzvlərinin Xocalı soyqırımını özündə əks etdirən rəsmləri malbertlər və stendlərdə nümayiş olunub.
  Tədbirin əsas hissəsində çıxış edən rayon icra hakimiyyəti başçısının müavini Vəzir Səfixanov Xocalı soyqırımını bütün insanlığa və bəşəriyyətə qarşı yönəldilmiş ən ağır cinayətlərdən biri kimi qiymətləndirib. 1801-ci ildən başlayaraq Azərbaycanda uzun bir yadelli əsarəti və soyqırımı dövrü başlandığını xatırladan icra başçısının müavini 1828-1829-cu illərdə imzalanmış Türkmənçay və Ədirnə sülh müqavilələrindən sonra qısa müddətdə İran və Türkiyədən üst-üstə 200 minədək Qafqazın yerli etnosu olmayan hayın gətirilərək əzəli Azərbaycan torpaqlarında - Qarabağ, İrəvan, Naxçıvan xanlıqlarında zorla məskunlaşdırıldığını deyib. O, 1905-1907-ci illərdə 300-dən çox Azərbaycan kəndinin dağıdılmasını, 100 minə qədər soydaşımızın vəhşicəsinə öldürülməsini, I Dünya müharibəsi illərində Azərbaycanın cənubunda 150 min, Şərqi Anadoluda 200 min soydaşımızın ermənilər tərəfindən qətlə yetirildiyini də söyləyib.
  Xocalı qətliamının şahidi olmuş Murad Şükürov isə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə şəhərin minlərlə əliyalın mülki əhalisinin müasir hərbi texnika ilə silahlanmış yağı düşmənin qəfil və amansız hücumuna məruz qalmasından, yüzlərlə günahsız insanın kütləvi şəkildə məhv edilməsindən danışıb.
  Tədbirdə Şuşa Dövlət Musiqili Dram Teatrının hazırladığı, erməni vəhşiliyini və vandalizmini əks etdirən "Ağ qayıq" tamaşasına baxış keçirilib.
 

 

Генплан Пираллахи: какие проекты будут реализованы
 
  Разработка генерального плана бакинского поселка Пираллахи находится на стадии завершения.
Как сообщили Day.Az в Исполнительной власти (ИВ) Пираллахинского района, согласно генплану, в центральной части поселка предусмотрено создание административного центра.
  На улице Самеда Вургуна будут построены административное здание ИВ района, Центр Гейдара Алиева, административное здание районной организации партии "Ени Азербайджан". Проекты этих объектов разработаны и переданы на утверждение соответствующим структурам. На территории были проведены геолого-исследовательские работы.
 В соответствии с генпланом, в поселке Пираллахи будут построены новые жилые здания, административные здания отдельных управлений – ОАО "Бакыэлектрикшебеке", ОАО "Азерсу", районные отделения МНБ и МВД, Государственного фонда социальной защиты, Центр гигиены и эпидемиологии.
  Помимо вышеуказанных объектов, предусмотрено строительство парка высоких технологий, завода по производству хлеба, центра логистики по хранению и продаже сельскохозяйственной продукции, домов для вынужденных переселенцев, спортивных площадок, Центра молодежи, здания пожарной охраны.
 
   day.az
Как будет выглядеть новое здание полиции в Пираллахи
  В настоящее время в Пираллахинском районе Баку строится новое административное здание районного отделения полиции.
   Об этом Day.Az сообщили в районной исполнительной власти (ИВ).
  Согласно полученной информации, здание строится на улице Самеда Вургуна, в поселке Пираллахи.
"Общая площадь здания – 620 квадратных метров. Количество этажей – 3. Строительство объекта началось в июле прошлого года и предусмотрено к завершению в текущем году", - сообщил в ИВ  района.
  Кроме того, ведутся работы по капитальному ремонту школы №168.
  "Количество этажей – 2. Согласно проекту, предусмотрено строительство подземного резервуара питьевой воды емкостью 100 куб.м, подземного противопожарного резервуара емкостью 100 куб.м, а также дополнительного корпуса на 300 учащихся. В этом корпусе будут располагаться 15 классных комнат и спортивный зал", - отметили в ИВ.
   Капремонт начался в прошлом году, его планируется завершить к началу нового учебного года.
 
   day.az
Pirallahıda “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində tədbir keçirilmişdir
  Bakı, 12 (AzərTAc). Fevralın 12-də Pirallahı Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində birgə tədbir keçirmişdir.
  Tədbirdə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov demişdir ki, hər bir xalqın inkişafında, öz dövlətçiliyini, milli mənəvi dəyərlərini qoruyub saxlamasında ailə institutunun mühüm yeri vardır. Azərbaycanda tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynamışdır.
 Bildirilmişdir ki, müstəqil Azərbaycan Respublikasında sosial sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini məhz ailə siyasəti təşkil edir. Bu gerçəkliyi daim nəzərə alan ulu öndər Heydər Əliyev ölkəmizdə ailə siyasətinin formalaşdırılması məsələlərinə böyük diqqət yetirmiş, həmin sahədə mövcud olan problemlərin həlli istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyət göstərmişdir. Ümummilli Lider ailə siyasəti ilə bağlı məsələlərin normativ-hüquqi tənzimlənməsini və əməli həllini prioritet vəzifələrdən biri kimi qarşıya qoymuşdur.
  Qeyd edilmişdir ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi siyasət ailələrin rifahının yaxşılaşdırılmasına, sosial müdafiəsinin gücləndirilməsinə, uşaqların və yeniyetmələrin həm fiziki, həm də mənəvi cəhətdən güclü nəsil kimi formalaşdırılmasına, ümumən milli genofondumuzun möhkəmlənməsinə xidmət edir.
  Diqqətə çatdırılmışdır ki, respublikada ailə problemlərinin həllinə xüsusi qayğının göstəricisi kimi 2006-cı ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılmışdır. Ötən illər ərzində Komitə qarşısında duran mühüm vəzifələrin həlli istiqamətində uğurla fəaliyyət göstərmişdir. Komitə həmin vəzifələri bundan sonra da layiqincə yerinə yetirmək üçün səylərini daha da artıracaqdır.
  Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva “Yaşlı nəslin təcrübəsindən faydalanaq” layihəsi çərçivəsində respublikada həyata keçirilən tədbirlərdən söz açmışdır. A.Sofiyeva milli mənəvi dəyərlərin qorunub saxlanması, ailədə sülh və dözümlülük mədəniyyətinin formalaşdırılması, sağlam həyat tərzinin əhəmiyyəti, o cümlədən qan qohumluğu, erkən nikahların yaratdığı fəsadlar, nikahdan əvvəl tibbi müayinənin əhəmiyyəti, ziyanlı vərdişlərdən imtina, hüquqi maarifləndirmə, insan alverinin qarşısının alınması, məişət zorakılığının ailədaxili münasibətlərə mənfi təsiri, nikah müqaviləsinin əhəmiyyəti barədə danışmışdır.
  Rayon ağsaqqalı Səməd Əhmədov, gənclərdən Samir Hüseynov tədbirdə mövzu ilə əlaqədar çıxış etmişlər.
 

 

Pirallahının 100 yaşlı sakini Zeynəb Çumarinanın yubileyi qeyd edilmişdir
 Bakı, 12 fevral (AzərTAc). Uzunömürlülər diyarı kimi tanınan Azərbaycanda tarixən həmişə yaşlı nəslin nümayəndələrinə, ağsaqqallara, ağbirçəklərə böyük hörmət və ehtiram olmuşdur.
 Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra uzunömürlülərə, ahıl insanlara diqqət və qayğı dövlət siyasəti səviyyəsinə qaldırılmışdır. Bunun bariz nümunəsi olan Beynəlxalq Ahıllar Günü ölkəmizdə 1993-cü ildən qeyd olunur. Xalqımızın ümummilli lideri Heydər Əliyev ahıl insanlara, onların problemlərinə daim böyük diqqət və qayğı ilə yanaşmış, 2001-ci il iyunun 22-də “Ahıllara sosial xidmət haqqında” Qanunu imzalamışdır. Bu Qanuna əsasən, ölkədə 70 yaşını keçən Azərbaycan vətəndaşları, habelə ölkəmizdə daimi yaşayan əcnəbi və vətəndaşlığı olmayan şəxslər ahıl hesab olunurlar.
 Ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2004-cü ildən ölkəmizdə uzunömürlülərin pasportlaşması, onlara qayğı göstərilməsi istiqamətində ardıcıl olaraq məqsədyönlü işlər görülür. Dünyada yeganə olan Uzunömürlülər Muzeyi də Azərbaycanda yerləşir. 2010-cu il iyunun 25-də dövlətimizin başçısı Lerikdəki Uzunömürlülər Muzeyinin açılışında şəxsən iştirak etmişdir.
 Yeni yaranmış Pirallahı rayonu da artıq uzun ömürlü insanların diyarına çevrilir.
AzərTAc xəbər verir ki, fevralın 12-də Pirallahı qəsəbəsinin ən qocaman sakinlərindən biri olan Zeynəb Çumarinanın 100 illik yubileyinə Pirallahı Rayon İcra Hakimiyyətinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Tatar İcmasının, “Abşeronneft” neft-qaz çıxarma idarəsinin və digər təşkilatların nümayəndələri toplanmışlar.
 Yubiley tədbirində məlumat verilmişdir ki, rayonun möhtərəm insanlarından biri olan Zeynəb Çumarina 1914-cü il fevralın 12-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının Tetyuş rayonunun Bolşiye Tarxanı kəndində anadan olmuşdur. O, hələ gənc yaşlarından kolxozda əmək fəaliyyətinə başlamış, həmkəndlisi Abdul Çumarin ilə ailə həyatı qurmuşdur. 1941-ci ildə Böyük Vətən müharibəsinin ilk günündən cəbhəyə yollanan Abdul Çumarin1942-ci il iyunun 26-da qəhrəmancasına həlak olmuşdur. Müharibə illərində çox böyük əziyyətlərə qatlaşmış Zeynəb Çumarina 1947-ci ildə üç körpə övladı ilə Azərbaycana, o vaxt “Artyom” adlandırılan Pirallahı adasına pənah gətirmişdir.
 1947-ci il iyunun 12-də “Artyomneft” Trestinin (indiki “Abşeronneft” neft-qaz çıxarma idarəsinin) tikinti-quraşdırma kontoruna fəhlə kimi işə düzələn Zeynəb Çumarina o vaxtdan taleyini birdəfəlik Azərbaycanın neft sənayesinə bağlamışdır. 1950-ci ildən Abşeron Rayon Dəniz Neft Donanmasının gəmi təmiri emalatxanasına işə keçən Zeynəb Çumarina uzun illər bu sahədə çalışmışdır. O, əməkdə əldə etdiyi nailiyyətlərə görə dəfələrlə rəhbərlik tərəfindən mükafatlandırılmışdır. 1969-cu ildə 55 yaşında təqaüdə çıxan Zeynəb Çumarina işsiz dayana bilməmiş və əmək fəaliyyətini əfsanəvi “Neft Daşları”nda quyuların əsaslı təmiri sexində davam etdirmişdir. Daha sonra uzun illər fəhlə təchizatı birliyində çalışan Zeynəb Çumarina əmək fəaliyyətini 1994-cü ilədək, yəni 80 yaşınadək davam etdirmişdir.
 Yubilyarı təbrik edənlər 3 övlad, 6 nəvə, 12 nəticə və 6 kötükcə sahibi olan Zeynəb Nasibulovna Çumarinaya həyatda ən şirin nemət olan cansağlığı və adları dünyanın ən uzunömürlü insanları sırasında olan 168 il ömür sürmüş Şirəli Müslümovun, 150 yaşlı Mahmud Eyvazovun, 145 yaşlı Məcid Ağayevin, 120 yaşlı Qızıl Quliyevanın rekordunu təzələməyi arzu etmişlər.
 

 

Pirallahı rayonunda Dövlət Proqramına uyğun tikinti-quruculuq işləri həyata keçirilmişdir
 Ötən il Pirallahı rayonunda əsaslı təmir olunmuş 10 nömrəli birləşmiş şəhər xəstəxanası artıq istifadəyə verilmişdir.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik 6 zolaqlı, müasir avtomobil yolunun tikintisi də uğurla davam edir. Dövlət Proqramına əsasən, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün inşası isə başa çatmaq üzrədir.
Bundan əlavə, Pirallahı adası yanalma körpüləri kompleksinin tikintisində isə hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir.
 Pirallahı qəsəbəsində fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min kubmetr olan 6 anbar inşa olunur.
 

 

Pirallahı rayonunda 2013-cü ilin yekunları və qarşıda duran vəzifələr müzakirə olunmuşdu
 Bakı, 7 fevral (AzərTAc). 2012-ci ilin dekabrında yaradılmış Pirallahı rayonu tərəqqi yolu ilə inamla irəliləyir. Ötən bir ildə qazanılan uğurlar fevralın 7-də rayon icra hakimiyyətində keçirilmiş hesabat yığıncağında bir daha diqqətə çatdırılmışdır.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağı giriş sözü ilə Pirallahı RİH-in başçısı Vasif İmanov açmışdır. Yığıncaq iştirakçıları əvvəlcə 2013-cü ildə rayonda görülən işləri əks etdirən video-çarxa baxmışlar.
Vasif İmanov bildirmişdir ki, Pirallahı qəsəbəsinin baş planının hazırlanması başa çatmaq üzrədir. Yeni yaranmış rayonda müxtəlif nazirlik, komitə və baş idarələrin yerli qurumlarının, o cümlədən məhkəmə və prokurorluq orqanlarının yaradılması prosesi davam edir. Hesabat dövründə qəsəbənin ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizasiyası aparılmış, onların qanuna müvafiqliyi araşdırılmış, qanunsuz obyektlərin tikintisi dayandırılmışdır.
 Qeyd olunmuşdur ki, Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında Prezident İlham Əliyevin 2013-cü il 16 sentyabr tarixli Fərmanı nəinki rayonun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Dövlət Proqramına əsasən Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün inşası başa çatmaq üzrədir. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik müasir avtomobil yolunun tikintisi müvəffəqiyyətlə davam edir. Ötən il 10 saylı Birləşmiş Şəhər Xəstəxanası əsaslı təmir olunmuş, habelə rayonun ilk böyük müəssisəsi - saatda 90 kubmetr istehsal gücünə malik beton zavodu istifadəyə verilmişdir. Nəqliyyat infrastrukturuna daxil olan yanalma körpüləri kompleksinin tikintisində hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında aparılır.
 Yığıncaqda rayon əhalisinin sosial rifah halının yaxşılaşdırılması istiqamətində görülən işlər barədə də məlumat verilmişdir. Belə ki, yeni yaradılmış rayon Sukanal İdarəsi tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində sakinlər səhər və axşam qrafiklə su alırlar. Qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sisteminin yenidən qurulması sayəsində rayon 25 faizlik nəticə ilə Bakı şəhəri üzrə ən aşağı su itkisi göstəricisinə nail olmuş, debitor borcların tam həcmdə yığılması təmin edilmişdir.
 “Abad məhəllə-1”in salınması üçün 3,8 hektar torpaq sahəsi ayrılmışdır və burada çörək fabriki tikilir. Oktyabr ayında 168 nömrəli tam orta məktəbin əsaslı təmiri başlanmışdır.
 Diqqətə çatdırmışdır ki, 2013-cü il ərzində Pirallahı rayonu üzrə neft hasilatı 6 milyon 59 min 663 ton, qaz hasilatı isə 5 milyard 910 milyon 261 min kubmetr təşkil etmişdir. Dəniz neftçilərinin fədakar əməyi dövlət tərəfindən yüksək qiymətləndirilmiş, “28 May” NQÇİ-nin sex rəisi Yaşar Muradov “Şöhrət” ordeninə, özül rəisi Mirzağa Mahmudov və “Neft Daşları” NQÇİ-nin baş mexaniki Məcid Çərkəzov “Tərəqqi” medalına layiq görülmüşlər.
 Hesabat məruzəsi ətrafında çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, Milli Məclisin deputatı Rauf Əliyev, “Abşeronneft” NQÇİ-nin rəisi Şahmar Hüseynov, Pirallahı Rayon Polis Şöbəsinin rəisi İsfəndiyar Mehbalıyev, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov və başqaları əldə olunmuş uğurlardan, mövcud problemlərdən və onların aradan qaldırılması yollarından danışmış, 2013-cü ildə Pirallahı rayonunda görülən işləri qənaətbəxş hesab etmişlər.
 Pirallahı rayonunda 2013-cü ildə sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə dair qərar layihəsi səsə qoyularaq yekdilliklə qəbul edilmişdir. Yığıncaq iştirakçıları adından Azərbaycan Prezidenti İlham Əliyevə müraciət qəbul olunmuşdur.
Sonda bir qrup sakinə əməkdə və rayonun ictimai-siyasi həyatında fərqləndiklərinə görə rayon icra hakimiyyətinin Fəxri fərmanları verilmişdir.
 
Pirallahı qəsəbəsində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir
  Ötən il Pirallahı rayonunda 10 nömrəli birləşmiş şəhər xəstəxanası əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmiş, 168 nömrəli tam orta məktəbin əsaslı təmirinə başlanmışdır.
 Rayon icra hakimiyyətindən AzərTAc-a daxil olan məlumata görə, bu barədə Pirallahı qəsəbə nümayəndəliyinin 2013-cü ilin yekunlarına həsr olunmuş hesabat yığıncağında bildirilmişdir.
Hesabat məruzəsi ilə çıxış edən Pirallahı Rayon İcra Hakimiyyəti başçısının Pirallahı qəsəbəsi üzrə nümayəndəsi Heydər Vəliyev qeyd etmişdir ki, bu dövrdə "Nümunəvi məhəllə" layihəsi uğurla davam etdirilmiş və ilk belə həyətlərdən biri 29-cu məhəllənin əhatə etdiyi ərazidə yaradılmışdır. Qəsəbənin S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən "xeyir-şər evləri" əsaslı təmir olunaraq sakinlərin istifadəsinə verilmişdir.
 Bundan əlavə, 29-cu və 40-cı məhəllədəki "xeyir-şər evləri" yenidən qurulmuş, eləcə də Kamil Rzayev küçəsindəki tikintisi yarımçıq qalmış "xeyir-şər evi" yenidən tikilmişdir. Hazırda burada tamamlanma işləri görülür. Məhəlləarası yollara asfalt döşənmiş, yeni işıqlanma sistemi yaradılmış, yaşıllıq zolaqları salınmışdır. Binalar arasında sakinlər üçün istirahət köşkləri, uşaqlar üçün attraksionlar quraşdırılmışdır.
 Yığıncaqda çıxış edən Pirallahı Rayon İcra Hakimiyyətinin başçısının müavini - sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin rəisi Vəzir Səfixanov Prezident İlham Əliyev tərəfindən Bakı şəhərinin qəsəbələrinə göstərilən diqqət və qayğıdan, gələcəkdə Pirallahı qəsəbəsinin daha da abadlaşdırılması, sakinlərin həyat şəraitinin müasir standartlara cavab verə biləcək səviyyəyə çatdırılması üçün görülməli olan işlərdən danışmışdır.
 Məruzəçi ötən il dövlət başçısının Fərmanı ilə yaradılmış, rayonda həyata keçirilmiş sosialyönümlü layihələr barədə geniş məlumat vermişdir.
 Vurğulanmışdır ki, rayon icra hakimiyyəti tərəfindən görülən işlərdən əlavə "Nümunəvi məhəllə" layihəsi çərçivəsində digər məhəllələr də abadlaşdırılacaq, məhəllədaxili yollar təmir olunacaq, qəsəbədə yeni inzibati binalar və sosialyönümlü obyektlər inşa ediləcəkdir.
 Ən əsası isə qəsəbənin su və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri həyata keçiriləcək, istilik sisteminin bərpası başa çatdırılacaqdır.
 

 

Pirallahıda “Vətən uğrunda“ abidəsi açılıb
Ümumi sahəsi 2800 kvadratmetr olan abidə-kompleksin 36 şəhidin mərmər
lövhə üzərində şəkilləri həkk olunub

 

 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş vermiş qanlı faciənin 24-cü ildönümü Pirallahı rayonunda geniş qeyd edilib. Bu məqsədlə hələ 2013-cü il dekabr ayında Tədbirlər Planı hazırlanaraq Pirallahı rayon İcra Hakimiyyəti başçısı tərəfindən təsdiq edilmiş və 2014-cü il yanvarın 10-dan icrasına başlanmışdı. Rayonun idarə və müəssisələrində 20 Yanvarın Azərbaycanın istiqlaliyyəti, ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizənin rəmzi kimi qeyd edilməsi ilə əlaqədar tədbirlər təşkil olunmuş, rayonun təhsil müəssisələrində Qara Yanvara həsr edilmiş xüsusi dərslər keçilmişdir. Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində, Pirallahı kütləvi qəsəbə kitabxanasında, 29 saylı Uşaq Yaradıcılıq Mərkəzində, digər mədəniyyət ocaqlarında 20 Yanvar hadisələrinin mahiyyətini əks etdirən mühazirələr, kitab, rəsm və foto sərgiləri təşkil edilmiş, filmlər nümayiş olunmuşdu. 20 Yanvar faciəsi zamanı xəsarət alanların sayı dəqiqləşdirilib, rayonun bütün şəhid ailələri və "20 Yanvar" faciəsinin qurbanı olmuş əlillər humanitar yardımla təmin olunub.
 "Həftə içi"nin məlumatına görə, Tədbirlər Planına uyğun olaraq, yanvarın 20-də Pirallahı qəsəbəsində ucaldılmış "Vətən uğrunda" abidə-kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə rayon icra hakimiyyətinin başçısı Vasif İmanov və Aparatın məsul əməkdaşları, Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "20 Yanvar Cəmiyyəti"nin sədri Soltan Əzimzadə və ictimaiyyətin nümayəndələri iştirak ediblər. Əvvəlcə "Vətən uğrunda" abidə-kompleksin önünə toplaşan tədbir iştirakçıları tərəfindən Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Rayon icra hakimiyyətinin başçısı Vasif İmanov açılışı simvolizə edən əbədi məşəli alovlandırdıqdan sonra tədbir iştirakçıları abidə-kompleksin önünə al qərənfillər düzüblər.
 Xatırladaq ki, Vətənin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsinə Pirallahı qəsəbəsində inşa edilən "Vətən uğrunda" abidə-kompleksin ümumi sahəsi 2800 kvadratmetr təşkil edir. Kompleks aypara formasında inşa edilib və yuxarıdan baxdıqda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Abidənin ön hissəsində Pirallahı rayonunun Milli Qəhrəmanlarının - Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilib.
 Tədbir iştirakçılarına müraciət edən Vasif İmanov qeyd edib ki, "20 Yanvar" qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilməyib: "Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar".
 Vasif İmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədilə "Zərbə" kod adı altında dəhşətli terror aktı törətdiyini deyib. O, bildirib ki, həmin dövrdə rəsmi Moskvanın Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb olurdu: "Onlar get-gedə daha aydın şəkildə dərk edirdilər ki, Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərir, rəhbər mövqelərini qoruyub saxlamaq üçün Moskva ilə sövdələşərək xalqa qarşı gizli xəyanətkar planlar həyata keçirilirdi. Xalqın bütün məsuliyyəti öz üzlərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı. SSRİ rəhbərliyi isə respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçmişdi".
 "20 Yanvar" hadisələri barədə geniş bəhs edən icra başçısı bu faciənin hüquqi qiymətləndirilməsi istiqamətində ilk ciddi addımların 1994-cü ildə atıldığını xatırladıb. Onun sözləırinə görə, Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunub. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında "Qara Yanvar" hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkarlanıb. Həmin faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilib, günahkarların adları açıq şəkildə bəyan edilib.
 Tədbirdə çıxış edən Milli məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, "20 Yanvar Cəmiyyəti"nin sədri Soltan Əzimzadə, Milli Qəhrəman Rasim İbrahimovun atası Səxavət İbrahimov, şəhid anası Gülnisə Əliyeva, veteran-neftçi Səməd Əhmədov 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğulayıblar. Çıxış edənlər and yerimiz, qürur mənbəyimiz olan şəhidlərin əziz xatirəsinə ucaldılan abidəyə, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildiriblər.
 Mərasimdə Pirallahı rayonunda təhsil alan şagirdlər "20 Yanvar"a və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirib və şeirlər söyləyiblər. Tədbirin sonunda Pirallahı məscidinin axundu şəhidlərin ruhuna dualar oxuyub.

   http://hafta-ichi.az/

“Vətən uğrunda” Pirallahıda abidə-kompleksi
 Yanvarın 20-də Pirallahı qəsəbəsində ucaldılmış “Vətən uğrunda” abidə-kompleksinin açılışı və 20 Yanvar faciəsinin iyirmi dördüncü ildönümü ilə əlaqədar Anım mərasimi keçirildi. Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov və Aparatın məsul əməkdaşları, Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası “20 Yanvar Cəmiyyəti”nin sədri Soltan Əzimzadə, BŞİH-in nümayəndəsi, rayon fəalları və ictimaiyyətin nümayəndələri iştirak etdilər. “Vətən uğrunda” abidə-kompleksin önünə toplaşan tədbir iştirakçıları tərəfindən Azərbaycanın azadlığı, istiqlaliyyəti və suverenliyi yolunda şəhid olmuş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olundu. Pirallahı Rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanov açılışı simvolizə edən əbədi məşəli alovlandırdı. Tədbir iştirakçıları abidə-kompleksin önünə al qərənfillər düzdülər. Vətənin dar günündə silaha sarılaraq Qarabağ cəbhəsinə yollanan və şəhidlik zirvəsinə ucalan igid oğulların əziz xatirəsinə Pirallahı qəsəbəsində inşa edilən “Vətən uğrunda” abidə-kompleksin ümumi sahəsi 2800 kvadratmetr təşkil edir. Kompleks, aypara formasında inşa edilib və yuxarıdan baxdıqda aypara və səkkizguşəli ulduz şəklində görünür. Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunub. Abidənin ön hissəsində Pirallahı rayonunun Milli Qəhrəmanlarının - Yavər Əliyev və Rasim İbrahimovun şəkilləri yerləşdirilmişdir.
 Tədbir iştirakçılarına müraciət edən Vasif İmanov qeyd etdi ki, 1990-cı ilin 20 Yanvar qırğını nə qədər faciəli olsa da, Azərbaycan xalqının iradəsini, milli azadlıq uğrunda mübarizə əzmini qıra bilmədi. Həmin müdhiş gecədə həlak olan, eyni zamanda Qarabağ cəbhələrində şəhidlik zirvəsinə ucalan vətən oğulları Azərbaycanın tarixinə parlaq səhifələr yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Vasif İmanov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet İttifaqı rəhbərliyinin Azərbaycan xalqının azadlıq iradəsini qırmaq məqsədilə “Zərbə” kod adı altında dəhşətli terror aktı törətdiyini vurğuladı. Bildirildi ki, Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb olurdu. Onlar get-gedə daha aydın şəkildə dərk edirdilər ki, Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərir, rəhbər mövqelərini qoruyub saxlamaq üçün Mərkəzlə sövdələşərək xalqa qarşı gizli planlar həyata keçirilirdi. Xalqın bütün məsuliyyəti öz üzlərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı. SSRİ rəhbərliyi isə respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçmişdi.
 20 Yanvar hadisələri barədə geniş bəhs edən V.İmanov xüsusi vurğuladı ki, 1987-ci ildə Sovet İttifaqı rəhbərliyindən uzaqlaşdırılan, lakin bundan sonra da Moskvanın təqib və təzyiqlərinə məruz qalan ulu öndər Heydər Əliyev Bakıda törədilən faciənin ertəsi günü - yanvarın 21-də onu gözləyən bütün təhlükələrə baxmayaraq ailə üzvləri ilə birgə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gəlib mətbuat konfransı keçirdi və kəskin bəyanatla çıxış edərək, sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı təcavüzünü açıq şəkildə pislədi.
 Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. Azərbaycan Respublikası Prezidentinin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olundu. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında Qara Yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 29 mart 1994-cü il tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilmiş, faciənin günahkarlarının adları açıq şəkildə bəyan edilmişdir.
V.İmanov vurğuladı ki, şəhid ailələri və 20 Yanvar faciəsində xəsarət alanlar ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev tərəfindən daimi diqqət və qayğı ilə əhatə olunmuşlar, dövlət başçısı onların hər bir probleminin ən qısa müddətdə həll olunması məqsədilə əlaqədar orqanlara müvafiq göstərişlər vermişdir.
 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən imzalanan “20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında fərmanı yada salan İcra Hakimiyyəti Başçısı bir daha qeyd etdi ki, 20 Yanvar xalqımızın qəhrəmanlıq günüdür. Azərbaycan xalqı hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiqliyini, vətənin müstəqilliyini qorumaq üçün şəhid olmaq əzmini bütün dünyaya nümayiş etdirmişdir. Azadlıq yolunda özünü qurban vermiş şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır.
 Anım tədbirində çıxış edən Milli Məclisin deputatı Aydın Mirzəzadə, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “20 Yanvar Cəmiyyəti”nin sədri Soltan Əzimzadə, Milli Qəhrəman Rasim İbrahimovun atası Səxavət İbrahimov, şəhid anası Gülnisə Əliyeva, veteran-neftçi Səməd Əhmədov 1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllərin insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını vurğuladılar. Bildirildi ki, milli azadlıq naminə, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini, mənfur erməni xislətinin iç üzünü bütün dünyaya bir daha nümayiş etdirdi.
 Çıxış edənlər and yerimiz, şərəfimiz, qürur mənbəyimiz olan şəhidlərin əziz xatirəsinə ucaldılan abidəyə görə, şəhid ailələrinə göstərilən dövlət qayğısına görə minnətdarlıqlarını bildirdilər, azadlıq yolunda həyatını qurban vermiş şəhidlərimizin fədakarlığının xalqımızın qəlbində daim yaşayacağını, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacağını vurğuladılar.
 Daha sonra Pirallahı rayonu orta məktəblərinin şagirdləri 20 Yanvara və şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirdilər və şeirlər söylədilər. Tədbirin sonunda Pirallahı məscidinin axundu şəhidlərin ruhuna dualar oxudu.
 

 

  В бакинском поселке Пираллахи завершен капитальный ремонт больницы
 
На улице К.Рзаева в бакинском поселке Пираллахи завершен капитальный ремонт Объединенной городской больницы №10.
Об этом Day.Az сообщили в Исполнительной власти Пираллахинского района Баку, передает BAKU.WS.
Согласно информации, больница, рассчитанная на 110 коек, отремонтирована с применением современных технологий и передового опыта. Капремонт начался в июле 2011 года. Общая площадь территории больницы – 2 га. В рамках капремонта были проведены работы по обновлению кровли основного корпуса больницы, котельной, окон, прачечной и столовой. Во дворе больницы уложен новый асфальт, проведены работы по озеленению.
Больница состоит из двух частей - поликлиники и стационара. В стационаре функционируют 5 отделений – хирургическое, терапевтическое, детское, родильное и гинекологическое. Каждое из этих отделений оснащено самым передовым оборудованием. Поликлиника, предусмотренная для приема детей и взрослых, будет способна принимать 150 пациентов ежедневно. 50 кабинетов поликлиники оснащены новыми приборами и оборудованием. В данном учреждении работают 38 врачей и 117 медсестер.
Объект уже сдан в эксплуатацию.
 

 

Pirallahı qəsəbəsində “Vətən uğrunda” abidə-kompleksinin tikintisi yekunlaşır

   Pirallahı qəsəbəsində inşa edilən “Vətən uğrunda” abidə-kompleksində tamamlanma işləri aparılır.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, ümumi sahəsi 2 min 800 kvadratmetr olan kompleks aypara formasındadır.
Qəsəbənin mərkəzində yerləşən bu abidədə 36 şəhidin mərmər lövhə üzərində şəkilləri, həmçinin ad və soyadları həkk olunmuşdur.
  Layihəyə əsasən, kompleksin ətrafındakı qanunsuz çəpərlər sökülmüş, binaların dam örtükləri dəyişdirilmiş və hazırda fasad hissələri yenilənir. Həmin sahədə səki daşları düzülmüş, əraziyə asfalt döşənmişdir. Kompleksin ətrafında müasir işıqlandırma sisteminin yaradılması və işıq dirəklərinin goyulması uçün betonlama işləri aparılmışdır.
Bundan əlavə, Pirallahıda hazırda polis şöbəsinin yeni inzibati binasının inşası, 28-ci məhəllənin abadlaşdırılması və asfalt döşənməsinə başlanması, Pirallahı adası yanalma körpüləri kompleksinin tikintisi işləri görülür.
  Qəsəbədəki 10 nömrəli birləşmiş şəhər xəstəxanasında əsaslı təmirdən sonra avadanlığın quraşdırılması, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən körpünün tikintisi, Qala-Pirallahı müasir avtomobil yolunun çəkilişi istiqamətində işlər isə davam etdirilir.

   http://sia.az

Pirallahı rayonunda Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir
   Bakı, 29 dekabr (AzərTAc). Dekabrın 29-da Pirallahı rayonundakı uşaq əyləncə parkında 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə bayram şənliyi keçirilmişdir.
  AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər 2013-cü ildə Azərbaycan üçün əlamətdar olan hadisələr  haqqında danışmışlar. Prezident İlham Əliyevin rəhbərliyi ilə 2014-cü ildə də ölkəmizin sürətlə inkişaf edəcəyinə, xalqımızın rifah halının daha da yaxşılaşacağına əminlik bildirilmişdir.
    Bayram şənliyində balacalar mahnılar oxumuş, şeirlər söyləmiş, rəqslər ifa etmişlər.
    Pirallahı rayonunda bayram şənlikləri davam edir.

 

   AzərTAc

  В новом районе Баку решают проблему с отоплением
    В Пираллахинском районе Баку проводятся работы по улучшению системы теплоснабжения.
 Как сообщили Day.Az  в Исполнительной власти (ИВ) района, ОАО "Азеристиликтяджизат" реализовало 664 проектов касательно восстановления и улучшения системы отопления жилых зданий и социальных объектов.
   "Две старые котельные, расположенные в 28-ом квартале и на ул. С.Багирова, в поселке Пираллахи, были снесены, и на их месте построены новые котельные. Котельные, расположенные в 40-м квартале и на ул. К.Рзаева, были капитально отремонтированы. Котельная в 40-м квартале уже находится в пользовании. В ближайшие дни будет введена в эксплуатацию котельная на ул. К.Рзаева", - сообщили в районной ИВ.
  В поселке Пираллахи также проводятся работы по прокладке отопительных линий. В ближайшее время кварталы поселка будут подключены к отопительной системе.
 
   day.az

 

MQF son tədbiri Pirallahıda keçirdi
 
  Azərbaycan Milli QHT Forumu tərəfindən həyata keçirilən “2013-cü il ərzində regionlarda sağlamlıq imkanları məhdud insanların hüquqlarının müdafiəsi istiqamətində maarifləndirmə işinin təşkili” layihəsi çərçivəsində son tədbir 11 dekabr tarixində Pirallahı Rayon İcra Hakimiyyətində keçirildi. Tədbirdən əvvəl Rayon İH başçısı Vasif İmanovla görüş oldu. Görüşdə Pirallahı rayonunda aparılan tikinti-quruculuq, abadlıq işləri və yeni sosial-iqtisadi infrastruktur barədə V.İmanov məlumat verdi. MQF-nin prezidenti Rauf Zeyni MQF-nin yaranması, fəaliyyəti, QHT-lərin inkişafı, vətəndaş cəmiyyətinə dövlət dəstəyi, QHT-hökumət münasibətləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin dəstək verdiyi layihələr, regionlarda əlillərə və sağlamlıq imkanları məhdud şəxslərə qayğı mərkəzlərinin yaradılması haqqında tədbir iştirakçılarını ətraflı məlumat verdi. Rayonda sosial problemlərin həll olunması ilə əlaqədar olaraq vətəndaş cəmiyyəti institutlarının yaradılması və müvafiq Fondlardan maliyyənin cəlb olunması məqsədilə MQF ilə Pirallahı rayonunun əməkdaşlığının gücləndirilməsinin vacibliyini vurğuladı. Layihənin hüquqşünası Aydın Kərimov layihənin hüquqi aspektləri, əlillərin hüquqları, yeni infrastrukturda əlillər üçün bərabər şəraitin yaradılması, müyəssərliyin təmin olunması, əlilliklə bağlı dövlət siyasətinin həyata keçirilməsi, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalar, dövlət tərəfindən əlillərə göstərilən qayğı və s.barədə fikirlərini bildirdi.
  Layihə çərçivəsində çap olunan bukletlər tədbir iştirakçılarına paylanıldı. Sonda Rauf Zeyni tədbirin keçirilməsinə dəstək verdiyi üçün İcra Hakimiyyəti başçısına öz minnətdarlığını bildirdi.
 
  Vətəni sevmək və qorumaq müqəddəs borcumuzdur
   Bakı, 7 dekabr (AzərTAc). Vətənpərvərlik insanı səciyyələndirən ən mühüm keyfiyyətlərdən biri olduğundan bu hissin böyüməkdə olan nəslə aşılanması, uşaq, yeniyetmə və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi həmişə təlim-tərbiyə işinin ən vacib istiqamətlərindəndir.
   Pirallahı rayon orta məktəblərində də şagirdlərdə vətənpərvərlik ruhunun yüksəldilməsi və bu istiqamətdə müvafiq addımlar atılması məqsədi ilə vaxtaşırı tədbirlər keçirilir.
  Pirallahı Rayon İcra Hakimiyyətindən AzırTAc-a bildirilmişdir ki, 243 nömrəli orta məktəbdə şagirdlərin vətənpərvərlik ruhunun yüksəldilməsi üçün Qarabağ müharibəsi veteranları və şəhid ailələrinin üzvləri ilə görüş keçirilmişdir. Görüşdə Pirallahı qəsəbəsinin sakinləri - II qrup əlillər Mübariz Xudaverdiyev və Nadir Mahmudov, Qarabağ müharibəsində şəhid olmuş Mikayıl Əliyevin anası Gülnisə Əliyeva və Pirallahı Rayon İcra Hakimiyyətinin məsul işçiləri iştirak etmişlər. Tədbir Azərbaycanın himninin səsləndirilməsi ilə başlanmışdır. Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
  Veteran döyüşçülər Mübariz Xudaverdiyev və Nadir Mahmudov keçdikləri döyüş yolundan, şəhid Mikayıl Əliyevin anası Gülnisə Əliyeva isə oğlu ilə bağlı xatirələrdən danışmışlar. Qonaqların çıxışları şagirdlərin böyük marağına səbəb olmuşdur. Çıxışlardan sonra 168 və 243 nömrəli orta məktəblərin şagirdlərinin ifasında Vətən mövzusunda şeirlər, mahnılar səslənmiş, səhnəciklər və kompozisiyalar nümayiş etdirilmişdir. 243 nömrəli orta məktəbin dil-ədəbiyyat müəllimi, şairə Şəlalə Şabanova Vətən və Qarabağ mövzusunda yazdığı şeirlərini söyləmişdir.
   Analoji tədbir Pirallahı qəsəbəsində yerləşən 186 və 168 nömrəli orta məktəblərdə də keçirilmişdir. Həmin məktəblərdə şagirdlərin vətənpərvərlik mövzusunda hazırladıqları şeirlər, mahnılar səslənmiş, kompozisiyalar nümayiş etdirilmişdir. Şagirdlərin biliklərini yoxlamaq məqsədi ilə interaktiv təlim metodundan istifadə etməklə Qarabağ, şəhidlər və milli qəhrəmanlarımızla bağlı sual-cavab aparılmışdır.
   Pirallahı rayonunun digər məktəblərində olduğu kimi, 235 nömrəli orta məktəbdə də noyabrın 25-dən dekabrın 25-dək “Vətənpərvərlik aylığı” qeyd olunur. Məktəbin sinif otaqlarında Vətən mövzusunda, foyedə milli qəhrəmanlara həsr olunmuş guşələr yaradılmışdır. Vətənpərvərlik mövzusunda inşa və rəsm müsabiqələri keçirilmiş, videoçarxlar nümayiş olunmuş, şagirdlərin əl işlərindən ibarət sərgi və viktorinalar keçirilmişdir. Həmçinin şagirdlərinin Fəxri xiyabana və Şəhidlər xiyabanına ziyarəti təşkil olunmuşdur.
 

 

Pirallahı rayonunda əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması daim diqqət mərkəzindədir
 
  Pirallahı rayonunda Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Beynəlxalq Əlillər Gününə həsr olunmuş tədbir keçirilmişdir.
   Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Vəzir Səfixanov çıxış edərək bildirmişdir ki, ulu öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev hazırda ölkəmizdə əlillərə xüsusi diqqət və qayğı göstərir. V.Səfixanov qeyd etmişdir ki, əlillərin sosial vəziyyətinin yaxşılaşdırılması respublikamızın hər bir yerində olduğu kimi, Pirallahı rayonunda da daim diqqət mərkəzindədir.
  Tədbirdə çıxış edən əlillər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.
   Tədbir bədii hissə ilə davam etmişdir.
 
Pirallahı qəsəbəsində müasir xəstəxana istifadəyə veriləcəkdir
  Pirallahı rayonundakı 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının binasının 2013-cü ilin sonunadək təhvil verilməsi planlaşdırılır. Rayon icra hakimiyyətindən bildiriblər ki, ölkəmizin bütün bölgələrində olduğu kimi, Pirallahı rayonunda da səhiyyə ocaqlarının tikintisi və əsaslı təmiri istiqamətində xeyli işlər görülür. Dövlət Proqramı əsasında əsaslı təmir işləri aparılan belə səhiyyə ocaqlarından biri də Pirallahı qəsəbəsi K.Rzayev küçəsində yerləşən 10 nömrəli Birləşmiş Şəhər Xəstəxanasıdır.
  2011-ci ildən başlanan əsaslı təmir işləri Səhiyyə Nazirliyinin nəzarəti altında həyata keçirilir. Əsaslı təmir olunan xəstəxananın ümumi sahəsi 2 hektardır. Rayonun ən böyük tibb müəssisəsi olan xəstəxananın əsas korpusunun dam örtüyü tamamilə yenisi ilə əvəz olunub. Qazanxana sistemi yenilənmiş, xəstəxananın yeməkxana və çamaşırxanası da yenidən qurulub. Hazırda binanın həyətinə yeni asfalt örtüyü döşənir və yaşıllıq salınır. Tikinti işlərində 65 nəfər işçi çalışır.
  Xəstəxana iki hissədən – poliklinika və stasionar hissədən ibarətdir. Stasionarda cərrahiyyə, terapiya, uşaq, doğum və ginekologiya şöbələri fəaliyyət göstərəcəkdir və onların hər biri ən müasir tibbi avadanlıqlarla təchiz olunacaqdır. Poliklinika şöbəsinin imkanları gün ərzində 150 nəfərədək insanın qəbul edilməsi məqsədilə genişləndirilmişdir. Buradakı 50-dək kabinetin hər biri ən yeni cihaz və avadanlıqlarla təmin olunacaqdır.  
 
  Pirallahı rayonu sürətli inkişaf dövrünü yaşayır
 
  Ölkəmizin hər bir bölgəsi kimi, yeni yaranmış Pirallahı rayonu da sürətli inkişaf dövrünü yaşayır. Rayonun hər yerində abadlıq-quruculuq işləri diqqəti cəlb edir. Aparılan yenidənqurma işləri Pirallahı rayonunun simasını sürətlə dəyişir, ona daha müasir görkəm gətirir.
  Pirallahı qəsəbəsində Yanalma körpüləri kompleksinin tikintisi davam etdirilir. Tikinti-quraşdırma işlərinə 2013-cü ilin aprelində başlanmış, 2015-ci ilin mayında başa çatdırılması nəzərdə tutulur. Kompleksin inşası başa çatdıqdan sonra tikilmiş körpülərə eyni zamanda 50 gəmi yan ala biləcəkdir.
  Pirallahı qəsəbəsində xeyli sayda qəzalı vəziyyətdə olan binalar vardır. Həmin binalarda yaşayan sakinlərin köçürülməsi və yerləşdirilməsi üçün üçmərtəbəli binalardan ibarət iki yeni yaşayış massivinin - "Abad məhəllə-1" və "Abad məhəllə-2"nin salınması üçün lazımi işlər görülür. Ümumi yaşayış sahəsi 600 kvadratmetrdən çox olacaq binaların birinci mərtəbəsi qeyri-yaşayış sahəsi kimi nəzərdə tutulmuşdur. Mənzillər 1 və 2 otaqlı olacaqdır. Hazırda tikintidə 20-dən artıq işçi çalışır.
 
 
  Yenidənqurma və abadlıq işləri Pirallahının simasını dəyişir
 
 Bakı, 25 noyabr (AzərTAc). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə Sərəncam imzaladıqdan sonra bu rayonda geniş quruculuq və abadlıq işlərinə başlanmışdır. Qısa müddət ərzində Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət almışdır.
  Aparılan tikinti-quruculuq işləri ilə yanaşı, Pirallahının ümumi görkəminə xələl gətirən əlavə çəpərləmələr, dəmir köşklər, yöndəmsiz tikililər sökülərək ərazi abadlaşdırılmışdır.
  AzərTAc xəbər verir ki, Pirallahı qəsəbəsindəki 29-cu məhəllədə yüksək zövqlə aparılan kompleks abadlıq və quruculuq işləri artıq yekunlaşmaq üzrədir. Yaşayış məhəlləsinə 2300 paqonmetr səki daşları düzülmüş, 10277 kvadratmetr sahəyə asfalt örtüyü vurulmuş, əraziyə 300 ədəd küknar ağacı əkilmişdir. Bu ərazidə sakinlərin istirahəti üçün 3 kölgəlik tikilmiş, çoxlu sayda müasir və davamlı oturacaqlar qoyulmuş, azyaşlı uşaqlar üçün attraksionlar quraşdırılmışdır. Növbəti mərhələdə bu ərazidə avtomobillər üçün park tikiləcək, yaşıllıq əraziləri artırılacaqdır. Məhəllədə yerləşən və ümumi sahəsi 200 kvadratmetr olan müasir tipli 150 nəfərlik birmərtəbəli “Xeyir-şər” evi bütün lazımi avadanlıqla təchiz edilərək əsaslı təmirdən sonra sakinlərin istifadəsinə verilmişdir.
  Pirallahı qəsəbəsinin sakinlərini sevindirən digər bir hadisə isə Qala-Şüvəlan-Pirallahı yolunun 2014-cü ildə istismara verilməsidir. Yenidən qurulan yolun uzunluğu 35 kilometr, eni isə 28 metr olacaqdır. Layihə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulmuşdur. Artıq yolun 14,8 kilometrlik hissəsində torpaq işləri, 12,2 kilometrlik hissəsində isə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılmışdır. İlin sonuna qədər 14,8 kilometrlik hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir.
Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirəcək yeni körpünün inşasında işlər davam etdirilir.
Körpünün uzunluğu 421,45 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaqdır. Tikinti işlərinin 2014-cü ildə yekunlaşdırılması planlaşdırılır.
 
 
Qala-Şüvəlan-Pirallahı yolunun 2014-cü ildə istismara verilməsi planlaşdırılır
  Qala-Şüvəlan-Pirallahı yolunun 2014-cü ildə istismara verilməsi planlaşdırılır. Bu barədə Trend-ə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən bildirilib.
 Qeyd edilib ki, yenidən qurulan Qala-Şüvəlan-Pirallahı yolunun uzunluğu 21,7 km, eni isə 28 m təşkil edəcək. Yolun 6,9 km-i 6 hərəkət zolaqlı, 14,8 km-i isə 4 zolaqdan ibarət olacaq.
  Layihə üzrə 2 yol qovşağı və 1 tunelin tikintisi nəzərdə tutulub. Artıq yolun 14,8 km hissəsində torpaq işləri, 12,2 km hissəsində isə asfalt-beton örtüyün alt layının döşənməsi başa çatdırılıb. İlin sonuna qədər 14,8 km hissədə üst lay istisna olmaqla asfalt-beton işlərinin yekunlaşması gözlənilir.
 

 

Pirallahı qəsəbəsinin su təchizatı və kanalizasiya infrastrukturu yenidən qurulur
 Bakı, 10 noyabr (AzərTAc). “Azərsu” Açıq Səhmdar Cəmiyyəti içməli su təchizatının və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir. ASC-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, “2011- 2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramı çərçivəsində içməli su çatışmazlığı müşahidə olunan kənd və qəsəbələrdə layihələr icra olunur.
  Prezident İlham Əliyevin 2012-ci il 21 dekabr tarixli Sərəncamı ilə yaradılmış Pirallahı rayonunda əhalinin içməli su təchizatının yaxşılaşdırılması istiqamətində işlər sürətləndirilmişdir. Bu məqsədlə “Azərsu” ASC-nin Pirallahı rayon Sukanal İdarəsi yaradılmışdır. Hazırda rayonda su təchizatı və kanalizasiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi üçün bir sıra strateji layihələr həyata keçirilir. Bura Pirallahı qəsəbəsi ərazisində inşası nəzərdə tutulan 72 kilometrlik su və 60 kilometrlk kanalizasiya xətlərinin tikintisi də daxildir. İndiyədək su xətlərinin 60 faizində, kanalizasiya xətlərinin isə 20 faizində işlər yekunlaşmışdır. Eyni zamanda qəsəbədəki çoxmənzilli yaşayış binalarının su təchizatı sistemləri də yenidən qurulur, zirzəmilərdəki paylayıcı xətlər təzələnir.
  Ceyranbatan-Balaxanı-Ramana-Qala-Zirə-Pirallahı magistral su xəttinin və qəsəbədaxili şəbəkənin tikintisi başa çatdırıldıqdan sonra Pirallahı sakinləri sutka ərzində 24 saat keyfiyyətli içməli su ilə təmin olunacaqlar. Ümumilikdə qəsəbənin içməli su ilə tam təchizatının 2014-cü ildə başa çatdırılması nəzərdə tutulur.
  Pirallahı rayonunun digər ərazi vahidləri olan Çilov və Neft Daşları qəsəbələrinə isə hələlik içməli su gəmilərlə daşınır. Çilov adasının sakinləri eyni zamanda ARDNŞ tərəfindən quraşdırılan bioloji təmizləmə qurğusu vasitəsi ilə duzsuzlaşdırılmış dəniz suyundan da istifadə edirlər.
 

 

Как будет выглядеть возводимый в Баку мемориал "За Родину"
 
 Строительство мемориального комплекса "За Родину", которое ведется в поселке Пираллахи, будет завершено до конца текущего года.
 Как сообщили Day.Az в Исполнительной власти Пираллахинского района Баку, общая площадь комплекса – 2800 квадратных метров. В настоящее время обновляются крыши и фасады зданий вокруг комплекса. Строительство объекта ведется интенсивно.
 Как мы сообщали ранее, объект будет построен в форме полумесяца и восьмиконечной звезды. На мраморных плитах будут отображены фотографии 36 шехидов, даты их рождения и героической гибели. 18 плит с изображениями героев будут находиться на одной стороне памятника, 18 - на другой.
 

 
 Bakıda dəniz üzərində körpü tikilir
  Paytaxt Bakıda dəniz üzərindən salınan yeni körpünün inşasında işlər artıq yekunlaşmaq üzrədir. Yeni yol Abşeron yarımadasından Pirallahı adasına qədər uzanacaq. Yeni körpü paytaxtın tıxac yükünü biraz da azaltmış olacaq. Körpünün bir sıra üstünlükləri də var.
 Adada təmir işlərinin bir hissəsi başa çatıb. Körpünün uzunluğu 421,45 metr, eni isə 14 metrdir. Körpü 10 dayaqdan, 9 aşırımdan ibarət olacaq.
 Körpünün tikilməsinə 2012-ci ilin oktyabr ayında start verilib. Körpünün tikilməsində məqsəd gediş-gəlişin asanlaşdırılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasıdır. Yanaşma yolları ilə birgə körpünün uzunluğu 700 metrdir. Sahilbərkitmə işlərinin artıq 35-40%-i yerinə yetirilib.
 Körpü bir sıra üstünlüklərə də malik olacaq. Tikinti işləri isə 2014-cü ildə yekunlaşacaq.  
 

 

Pirallahı rayonunda abadlıq-quruculuq işləri geniş vüsət almışdır
 
  Bakı, 4 noyabr (AzərTAc). Gündən-günə gözəlləşən Pirallahı rayonunda abadlıq-quruculuq işləri geniş vüsət almışdır. Rayon ərazisindəki yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və istiliklə təmin edilməsi üçün genişmiqyaslı işlər görülmüşdür. Ölkəmizin hər yerində olduğu kimi,    Pirallahı rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir.
  AzərTAc xəbər verir ki, rayon ərazisində “Azəristiliktəchizat” ASC-yə məxsus dörd məhəllədaxili qazanxana fəaliyyət göstərir ki, onların hesabına binalar istilik enerjisi ilə təmin olunacaqdır.
Artıq S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən qazanxanalar sökülərək yerində tam yeniləri inşa olunmuş, 40-cı məhəllədə yerləşən qazanxana isə əsaslı təmir edilmişdir. 29-cu məhəllədə binadaxili istilik xətləri çəkilmişdir və buradakı binalar hazırda 28-ci məhəllədə yerləşən qazanxana vasitəsilə istiliklə təmin olunacaqdır.
  “Azəristiliktəchizat” ASC tərəfindən 40-cı məhəllədə yerləşən qazanxana tam təmir olunmuşdur və ilin sonuna 5 binaya istilik verilməsi nəzərdə tutulur. 29-cu məhəllədə asfalt örtüyünün döşənməsi istiqamətində işlər aparılır, qanunsuz çəpərlər, hasarlar, sənədsiz qarajlar sökülür və boşaldılmış yerlərdə avtodayanacaq tikilməsi planlaşdırılır. İstifadə edilən beton daş səkilər Pirallahıda yenicə istismara verilmiş beton zavodunda istehsal olunur. Bu müasir müəssisənin istehsal gücü saatda 90 kubmetr beton təşkil edir.
  Qala-Pirallahı magistral yolu istiqamətində işlər cədvələ uyğun olaraq davam etdirilir və yol kənarlarında xarici görünüşə xələl gətirən qeyri-qanuni tikililər sökülür. Artıq bu magistral yolda 10 kilometr asfalt işi görülmüşdür.
  Pirallahı Rayon Polis Şöbəsinin inzibati binasının və “Vətən uğrunda” abidə-kompleksinin inşası da davam etdirilir.
 
Pirallahı rayonunda binaların istilik və elektrik enerjisi ilə təminatının yaxşılaşdırılması istiqamətində tədbirlər görülmüşdür
 Paytaxtın yeni yaradılmış Pirallahı rayonunda həyata keçirilən tədbirlər nəticəsində yaşayış binalarının və obyektlərin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz, həmçinin, istiliklə təminatının yaxşılaşdırılması üçün genişmiqyaslı işlər görülmüşdür.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, ölkənin hər yerində olduğu kimi, Pirallahı rayonunda da payız-qış mövsümünə hazırlıq işləri uğurla davam etdirilir.
 Rayon ərazisində "Azəristiliktəchizat" ASC-yə məxsus 4 məhəllədaxili qazanxana fəaliyyət göstərir ki, bunların da hesabına rayon ərazisindəki binalar istilik enerjisi ilə təmin olunacaqdır.
Artıq S.Bağırov küçəsində və 28-ci məhəllədə yerləşən qazanxanalar sökülərək, yerində yeniləri inşa olunmuş, 40-cı məhəllədə yerləşən qazanxana isə əsaslı təmir edilmişdir.
 Həmçinin 29-cu məhəllədə binadaxili istilik xətləri çəkilmiş, buradakı binalar hazırda 28-ci məhəllədə yerləşən qazanxana vasitəsilə istiliklə təmin olunacaqlar. Bundan əlavə, 40-cı məhəllədə yerləşən qazanxana tam təmir olunmuş, ilin sonunadək isə 5 binaya istilik verilməsi nəzərdə tutulmuşdur.
 
 

 

Pirallahı qəsəbəsində "Nümunəvi həyət" layihəsi çərçivəsində bütün məhəllələr abadlaşdırılacaqdır
 Prezident İlham Əliyevin "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi haqqında" Sərəncamı paytaxt və ətraf qəsəbələrin sürətli inkişafına böyük təkan vermişdir.
 Pirallahı Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Bakının bütün qəsəbələrində olduğu kimi, Pirallahı qəsəbəsində də abadlıq-quruculuq işləri davam edir. Bu sahədə görülən çoxşaxəli işlərdən biri də 29-cu məhəllədə "Nümunəvi həyət" layihəsi çərçivəsində bu məhəllənin abadlaşdırılması istiqamətində aparılan işlərdir. Məhəllədə artıq daxili su, kanalizasiya və qaz xətləri tamamilə yenilənmiş, yolların, səkilərin və yaşıllıqların kənarına səki daşları düzülmüş, asfalt döşənməsi işlərinə başlanmışdır. Yaxın gələcəkdə Pirallahı qəsəbəsində bütün məhəllələr bu layihə çərçivəsində abadlaşdırılacaqdır.
 Yeni inşa olunan obyektlərdən biri də "Vətən uğrunda" abidə-kompleksidir. Hazırda kompleksin ətrafında işlər sürətlə davam etdirilir, qanunsuz çəpərlər və hasarlar sökülür. Eyni zamanda, kompleksin ətrafındakı binaların dam örtükləri dəyişdiriləcək, fasad hissələri isə yenilənəcəkdir.
 

 

 Pirallahı rayonunda beton zavodu istifadəyə verilmişdir
 
Bu ilin ötən 9 ayında Pirallahı rayonu ərazisində geniş abadlıq-quruculuq işləri aparılmış, rayonun ilk böyük müəssisəsi, saatda 90 kubmetr gücü olan beton zavodu istifadəyə verilmişdir.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, Pirallahı adası yanalma körpüləri kompleksinin tikintisində isə hazırda əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir. Burada inzibati bina tikilir, dənizdəki bəndin və estakada tipli körpünün svayları vurulur.
  Yaxınlıqda isə yeni helikopter meydançasının tikintisi üçün müvafiq işlər görülür.
 

 

Abşeron yarımadasını Pirallahı adası ilə birləşdirən körpüdə tikinti işlərinin əksər hissəsi başa çatıb
 
Bu barədə"Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, körpü 10 ədəd dayaqdan və 9 ədəd aşırmadan ibarət olacaq.
Bütün dayaqlar artıq tikilib. Sahil bərkitmə işlərinin 35-40%-i tamamlanıb. Bircə körpünün aşırmalarının quraşdırılması qalıb.
 

 

В новом районе Баку для водителей создаются спецусловия
 
    В бакинском поселке Пираллахи проводятся работы по реализации проекта "Образцовые дворы".
    Об этом Day.Az сообщили в Исполнительной власти (ИВ) Пираллахинского района Баку.
 Согласно полученной информации, в 29-ом квартале уже обновлены канализационные и водопроводные линии, начаты асфальтные работы. В ближайшем будущем все дворы в поселке будут благоустроены в рамках этого проекта.
  В настоящее время работы вокруг памятного комплекса "За Родину" приняли интенсивный характер, сносятся незаконные заборы и ограждения. Крыши зданий, расположенных рядом со строящимся комплексом, будут заменены на новые, фасады будут обновлены.
Кроме того, как сообщили в ИВ района, учитывая многочисленные обращения граждан, изменены последние остановочные пункты маршрутов №№180, 150.
 "Последний остановочный пункт автобусов, следующих по маршруту №150, продлен до 9-этажного здания на улице Самеда Вургуна. В настоящее время в этом направлении прокладывается асфальтовое покрытие, ставят бордюры, строятся остановочный пункт и диспетчерская комната.     Помимо этого, для водителей будут построены столовая и санузел. Также будет выделено специальное место для таксистов", - сообщили в районной Исполнительной власти.
 

 

 В бакинском поселке Пираллахи идет капитальный ремонт школы №168


 Как сообщили Day.Az в Исполнительной власти Пираллахинского района, школа, построенная в 1963 году,  расположенная на ул. М.Азизбекова, будет отремонтирована в соответствии с современными стандартами. Будут проведены работы по обновлению крыши, водопроводных, канализационных, отопительных линий, классных комнат. Спортивный зал также будет приведен в порядок и обеспечен надлежащим инвентарем. Во дворе школы будет уложен новый асфальт, отметили в ИВ.
Более того, планируется строительство дополнительного корпуса для школы. Все работы планируется завершить в мае 2014 года.
 В ИВ также сообщили, что согласно госпрограмме, из пяти школ Пираллахинского района уже капитально отремонтированы четыре. В 2007 году был проведен ремонт в школе №131, в 2008 - в школе №235, в 2011 – в школе №186, в 2012 – в школе №243.
 

   day.az

В Баку будет возведен мемориал "За Родину"
 
В центральной части бакинского поселка Пираллахи началось строительство мемориального комплекса "За Родину".
Как сообщили Day.Az в Исполнительной власти района, общая площадь комплекса – 2800 квадратных метров. Объект будет построен в форме полумесяца и восьмиконечной звезды.
На мраморных плитах будут отображены фотографии 20 шехидов, даты их рождения и героической гибели. 10 плит с изображениями героев будут находиться на одной стороне памятника, еще 10 - на другой.
О сроках окончания работ не сообщается.
В ИВ района также сообщили, что в настоящее время в поселке ведутся работы по строительству нового административного здания отделения полиции, благоустройству 29-го квартала, капремонту Объединенной городской больницы №10, прокладке новой автодороги.
 
  Yeni yaradılmış Pirallahı rayonunu qarşıda böyük perspektivlər gözləyir
  Bakı, 17 oktyabr (AzərTAc). Ötən ilin sonlarında yaradılmış Pirallahı rayonu çox qısa müddətdə sürətli inkişaf yoluna qədəm qoymuşdur. Qazanılan uğurlar və qarşıda duran vəzifələr oktyabrın 17-də rayon icra hakimiyyətində keçirilmiş hesabat yığıncağında ətraflı müzakirə olunmuşdur.
  AzərTAc xəbər verir ki, ilin ötən 9 ayının yekunlarına həsr olunmuş hesabat yığıncağını giriş sözü ilə rayon icra hakimiyyətinin başçısı Vasif İmanov açmış, iştirakçılara görülən işlərin əks olunduğu videoçarx təqdim edilmişdir. Rayonun baş planı üzərində işin başa çatmaq üzrə olduğunu bildirən V.İmanov demişdir ki, bu plana əsasən qəsəbədə inzibati mərkəzin yaradılması nəzərdə tutulmuşdur. Qəsəbə ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizasiyası aparılmış, qanunsuz obyektlərin tikintisi dayandırılmışdır. Ayrı-ayrı idarələrin inzibati binalarının yerləşdirilməsi, həmçinin yaşayış binalarının tikintisi üçün yer ayrılması məqsədilə sərəncamlar verilmişdir. Artıq rayon polis şöbəsinin inzibati binasının tikintisinə başlanmış, məcburi köçkünlərin məskunlaşdırılması üçün müvafiq sahə ayrılmışdır.
  Prezident İlham Əliyevin Pirallahı rayonu ərazisində Yüksək Texnologiyalar Parkının yaradılması haqqında  2013-cü il 16 sentyabr tarixli Fərmanı haqqında məlumat verilmiş və qeyd olunmuşdur ki, bu sənəd nəinki Pirallahı rayonunun, bütövlükdə respublikamızın gələcək inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Bildirilmişdir ki, qəsəbənin fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün ümumi tutumu 10 min kubmetr olan altı anbar tikilir. Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası başa çatmaq üzrədir. Qala qəsəbəsindən Pirallahıya 35 kilometr uzunluğunda müasir avtomobil yolu çəkilir.
Hesabat yığıncağında sənaye sahəsində əldə olunmuş göstəricilərdən də söhbət açılmışdır. Belə ki, rayon üzrə 4 milyon 563 min tondan çox neft, 4 milyard 443 milyon kubmetrdən çox qaz hasil edilmişdir. Hər üç neft-qazçıxarma idarəsinə dəniz nəqliyyatı xidməti göstərən Abşeron Rayon Dəniz Neft Donanma İdarəsi də hesabat dövründə yüksək istehsalat göstəricilərinə nail olmuşdur.
 Yığıncaqda yeni yaradılmış Pirallahı rayonunda aparılan geniş quruculuq və abadlıq işlərinin əhali tərəfindən böyük rəğbətlə qarşılandığı və Prezident İlham Əliyevin xalqımızın rifah halının yüksəldilməsi məqsədi ilə həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi qəbul edildiyi vurğulanmışdır. Diqqətə çatdırılmışdır ki, 2013-cü ilin doqquz ayı ərzində rayon icra hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullarda 370 sakin iştirak etmiş, 520 nəfərdən çox işaxtaran rayonun idarə, müəssisə və təşkilatlarında daimi və mövsümi işlə təmin edilmişdir. Şəhid ailələrinə, aztəminatlı və çoxuşaqlı ailələrə yardımlar göstərilmişdir.
  Hesabat məruzəsi ətrafında çıxış edən YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Neft Daşları” NQÇİ-nin rəis müavini Saleh Yarməmmədov, 168 nömrəli orta məktəbin direktoru Şakir Mikayılov və başqaları 2013-cü ilin 9 ayında görülən işlərin qənaətbəxş olduğunu, yeni yaradılmış Pirallahı rayonunu qarşıda böyük perspektivlər gözlədiyini bildirmişlər.
 Sonda Pirallahı rayonunun ictimai-siyasi həyatında fərqlənən bir qrup fəala fəxri fərmanlar və pul mükafatları təqdim olunmuşdur. 
 

 

Pirallahı yeni inkişaf mərhələsində
 
  Vasif İmanov: "2018-ci ilədək bu rayonda bir dənə də olsun nə sosial-iqtisadi, nə də infrastruktur problemi qalmayacaq"
  Ötən ilin dekabrında yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoyub. Rayonun baş planının hazırlanması da başa çatmaq üzrədir. Baş plana əsasən qəsəbədə İnzibati Mərkəzin yaradılması nəzərdə tutulub. Burada ayrı-ayrı idarələrin inzibati binalarının yerləşdirilməsi, eləcə də yaşayış binalarının tikintisi üçün yer ayrılması məqsədilə sərəncam verilib. Həmçinin məcburi köçkünlərin məskunlaşdırılması üçün hər biri 3 hektar olmaqla iki sahədə ərazi ayrılıb.
  "Həftə içi"nin məlumatına görə, bi fikirlər 2013-cü ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrlə bağlı dünən Pirallahı Rayon İcra Hakimiyyətində keçirilmiş hesabat yığıncağında səsləndirilib. İcra Hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, hesabat döründə qəsəbənin ərazisində mövcud torpaq sahələrinin və tikililərin inventarizsiyası aparılaraq tikililərin qanuna müvafiqliyi araşdırılıb, qanunsuz obyektlərin tikinti işləri dayandırılıb. Onun sözlərinə görə, hazırda Pirallahıda fasiləsiz və keyfiyyətli su təchizatına nail olmaq üçün Zirə qəsəbəsində yeni, ümumi tutumu 10 min kubmetr olan 6 anbar inşa olunur: "Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası başa çatmaq üzrədir. Qala qəsəbəsindən Pirallahıya çəkilən 35 kilometrlik müasir avtomobil yolunun tikintisi də müvəffəqiyyətlə davam edir. Dövlət Proqramına əsasən 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının əsaslı təmiri başa çatmaq üzrədir. Patalogiya və Təcili Tibbi Yardım stansiyası üçün yeni binalar inşa olunub".
  İcra başçısı deyib ki, bu ilin 9 ayı ərzində Pirallahıda geniş abadlıq-quruculuq işləri aparılıb, rayonun ilk böyük müəssisəsi saatda 90 kubmetr gücü olan beton zavodu tikilərək istifadəyə verilib. Hazırda "Pirallahı adası yanalma körpüləri kompleksi"nin tikintisində əsas işlər sahil zolağında və dəniz akvatoriyasında davam edir, inzibati bina tikilir, dənizdəki bəndin və estakada tipli körpünün svayları vurulur. Yaxınlıqda yeni Helikopter meydançasının tikintisi üçün müvafiq işlər görülür. Vasif İmanovun sözlərinə görə, hazırda rayon ərazisində su-kanalizasiya xətlərinin dəyişdirilməsi, yeni istilik xətlərinin çəkilməsi, yeraltı elektrik xətlərinin çəkilişi prosesi gedir: "Artıq 29-cu məhəllədə geniş abadlıq və yenidənqurma işləri görülüb, su, kanalizasiya, istilik sistemləri, elektrik xətləri dəyişdirilmiş, asfaltlanma işlərinə hazırlıq gedir. S.Bağırov küçəsində və 28-ci məhəllədə 2 ədəd yeni qazanxananın tikintisi başa çatdırılıb, binaları qidalandıran istilik xətlərinin çəkilməsi başa çatmaq üzrədir. Hər iki qazanxanaya layihə üzrə qaz xəttinin çəkilməsi işləri gedir. 40-cı məhəllədəki qazanxana əsaslı təmir olunmuş, qışa tam hazır vəziyyətə gətirilmişdir. Qazanxanaları təchiz edən qaz xəttinin əhalini təmin edən qaz xəttindən ayrılması istiqamətində işlər görülür".
  Vasif İmanov deyib ki, Pirallahı rayonunun yaranmasından keçən 9 ay ərzində görülən işlər bu ada-rayonun sürətlə inkişaf edəcəyini söyləməyə əsas verir. Onun sözlərinə görə, üçüncü 5 illik Dövlət Proqram bütün regionları olduğu kimi, Pirallahını da əhatə edəcək və 2018-ci ilədək bu rayonda bir dənə də olsun nə sosial-iqtisadi, nə də infrastruktur problemi qalmayacaq.
 

 

 “Yüksək Texnologiyalar Parkı” Pirallahı da salınacaq
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) tabeliyində yaradılan “Yüksək Texnologiyalar Parkı” (“YT Park”) Pirallahı rayonunda inşa ediləcək. Belə ki, bunun üçün, Pirallahı rayonunda 50 hektar torpaq sahəsi ayrılıb.
 Bizimxeber.az-ın məlumatına görə, hazırda parkın formalaşdırılması, zəruri infrastrukturun qurulması, beynəlxalq təcrübənin öyrənilməsi və digər təşkilati məsələlərin həlli istiqamətində işlər aparılır. Eyni zamanda “YT Park” MMC dövlət qeydiyyatına alınıb və Cəmiyyətin Nizamnaməsi Əmlak Məsələləri üzrə    Dövlət Komitəsi tərəfindən təsdiq edilib, eləcə də potensial xarici investor və şirkətlərlə görüşlər keçirilib.
 Qeyd edək ki, “YT Park” respublika prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılıb. “Yüksək Texnologiyalar Parkı”- informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
 “YT Park”ın məqsədi və səmərəsinə gəlincə, parkın fəaliyyətə başlaması ilə müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələri genişləndiriləcək, elmi tədqiqatlar aparılması və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslərin yaradılması təmin ediləcək. Park iqtisadiyyatın davamlı inkişafı və rəqabət qabiliyyətinin artırılmasında da əhəmiyyətli rol oynayacaq.
 

 

Bakıda nümunəvi həyətlər salınır
 
Bakının Pirallahı qəsəbəsində nümunəvi həyətlərin tikintisinə başlanılıb.
Milli.Az xəbər verir ki, bu barədə Day.Az saytına Pirallahı Rayon İcra Hakimiyyətindən məlumat veriblər.
Bu həyətlərdən biri də 29-cu məhəllədir. Bir müddət əvvəl bu məhəllədə vəziyyət elə də yaxşı deyildi, lakin hazırda geniş miqyaslı abadlıq işləri görülüb, su, qaz və kanalizasiya xətləri tamamilə dəyişdirilib.
 
   qaynar.info
В Баку создаются образцовые дворы
l
 В бакинском поселке Пираллахи стартовала работа по обустройству образцовых дворов.
 Об этом Day.Az сообщили в Исполнительной власти (ИВ) Пираллахинского района Баку.
 Согласно полученной информации, одним из таких дворов является 29-й квартал.
 Некоторое время санитарное состояние в этом квартале оставляло желать лучшего. Сейчас здесь начались широкомасштабные работы по строительству и благоустройству. В 29-ом квартале полностью обновлены водопроводные, канализационные и газовые линии, установлены 2 тенистые беседки, предусмотрено создание еще одной беседки, посажено 300 елей.
 В квартале ведется подготовка к укладке 10277 квадратных метров асфальта, а также посадке кустарников и разбивке газона. Для освещения квартала установлено 16 единиц современных уличных фонарей. Будет оборудована и детская площадка.
 Создание подобных образцовых дворов предусмотрено во всех кварталах поселка Пираллахи.

   day.az

 


Dəniz suyunu duzsuzlaşdıran qurğuların fəaliyyəti nəzarətdə saxlanılır
 
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) istehsal sahələrində quraşdırılmış dəniz suyunu duzsuzlaşdıran qurğuların fəaliyyətinin ekoloji normalara uyğunluğu daim diqqət mərkəzində saxlanılır.
AzərTAc xəbər verir ki, neftçilərin sıx yaşadığı və fəaliyyət göstərdiyi Pirallahı və Cilov adalarında, "Neft Daşları"nda suya olan tələbatın ödənilməsi məqsədilə hər birinin gündəlik istehsal gücü 500 kubmetr olan dörd və 300 kubmetr olan bir qurğu quraşdırılmışdır.
Fasiləsiz işləyən qurğularda istifadə olunan köməkçi vasitələri və təmizlənmiş texniki suyun keyfiyyətini daim nəzarətdə saxlamaq məqsədilə su nümunələrinin ARDNŞ-nin ekologiya idarəsinin kompleks tədqiqatlar laboratoriyasında fiziki-kimyəvi və bioloji analizləri aparılır.
Analizin nəticələrinə əsasən təmizlənmiş suyun istifadə sahələrinə dair tövsiyələr hazırlanır, həmçinin qurğulardakı nasazlığın aradan qaldırılması istiqamətində qabaqlayıcı tədbirlər görülür.
 
Cənab İlham Əliyevin qələbəsi ölkənin xoşbəxt gələcəyidir

Pirallahıda Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində seçicilərlə görüşlər davam edir

Sentyabrın 16-dan prezidentliyə namizədlərin təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində yerlərdə görüşlər keçirirlər. Dünən Pirallahı rayonunda keçirilən görüş də həmin tədbirlər silsiləsindəndir.

Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov vurğuladı ki, bu gün ölkənin bütün bölgələrində cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşlər uğurla davam edir. Partiyanın digər təşkilatları kimi Pirallahı rayon təşkilatı da təbliğat-təşviqat kampaniyası çərçivəsində mühüm görüşlər keçirib. Sonra M.Manafov diqqəti bu gün bölgələrdə, Bakı və Bakıətrafı qəsəbələrdə gedən sosial-iqtisadi inkişafa yönəltdi. YAP Pirallahı rayon təşkilatının sədri bildirdi ki, cənab İlham Əliyevin müvafiq sərəncamları ilə təsdiqlənən Dövlət proqramlarından irəli gələn vəzifələrin yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycanın hərtərəfli inkişafına zəmin yaratdı. Bu gün Azərbaycanın elə bir bölgəsi, qəsəbəsi yoxdur ki, orda yenidənqurma, abadlıq işləri həyata keçirilməsin. Pirallahı rayonunun qəsəbələrində görülən bu işlər deyilənlərə əyani sübutdur.

Çıxışının sonunda M.Manafov son illərdə ölkəmizin müxtəlif sahələrdə qazandığı uğurların saysız-hesabsız olduğunu qeyd edərək bildirdi ki, görülən işlər cənab İlham Əliyevin 9 oktyabr prezident seçkilərində qələbəsinə tam zəmin yaradır. “Xalq sabitliyə, inkişafa, gələcəyə səs verəcək. Cənab İlham Əliyevə səs verməklə növbəti illərdə daha əhəmiyyətli layihələrin gerçəkləşməsinə, ölkənin daha da qüdrətlənməsinə, zənginləşməsinə səbəb olacaq. Bu gün Azərbaycanda xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır. Bu birliyi şərtləndirən əsas amillər iqtisadi tərəqqi, güclü sosial siyasətdir. Xalq hər bir zaman özünə diqqət və qayğını görür, gələcəyə böyük inam bəsləyir. Azərbaycan gələcəyə inamla irəliləyir. Bu inkişafı daha da sürətləndirmək üçün seçkilərdə fəal iştirak etməli, cənab İlham Əliyevi dəstəkləyərək, onun ətrafında sıx birləşməliyik.”

Milli Məclisin deputatı Rauf Əliyev vurğuladı ki, cənab İlham Əliyevin gördüyü işlər onun prezident seçkilərində qələbəsini şəksiz edir. R.Əliyev qeyd etdi ki, seçicilər məntəqələrə gələrək, prosesdə fəal iştirak etməklə cənab İlham Əliyevin növbəti beş il üçün yenidən prezident seçilməsini təmin etməlidirlər. Xalq reallığa qiymət verir. Gerçəklik budur ki, elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. Bu da həyata keçirilən siyasətin əsasında dövlətə, xalqa xidmətin dayanmasından irəli gəlir.

Milli Məclisin deputatı iqtisadi, siyasi, humanitar və digər sahələrdə qazanılan uğurlara diqqəti yönəldərək, bunların mühüm problemimiz olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə tam zəmin yaratdığını bildirdi. “Ölkəmiz diplomatiya sahəsində də böyük uğurlara imza atıb. Bu gün ağrılı problemimiz olan Dağlıq Qarabağ münaqişəsinin dünyanın ən nüfuzlu təşkilatlarında müzakirəyə çıxarılması diplomatiyamızın böyük uğurudur. Tezliklə bu problemimiz də öz müsbət həllini tapacaq, Azərbaycan bütün sahələrdə daha böyük uğurlara imza atacaq.” R.Əliyev seçkilərin demokratik, dünya standartlarına uyğun keçirilməsi üçün Azərbaycan dövlətinin atdığı addımlardan danışaraq, prezident seçkilərinin demokratiya yolunda növbəti addım olacağını bildirdi. “9 oktyabr seçkilərini səbirsizliklə gözləyən ölkə əhalisi cənab İlham Əliyevi dəstəkləməklə Azərbaycanın daha böyük zirvələri fəth etməsinə zəmin yaradacaq.”

Pirallahı rayon seçicilərindən Oktay Əhmədov, İmran Məmmədov, Elminaz Əliyeva və digərləri çıxış edərək ölkədə aparılan köklü islahatlardan bəhs etdilər və bu istiqamətdə cənab İlham Əliyevin uğurlu siyasət həyata keçirdiyini vurğuladılar. Öz növbəsində Pirallahı sakinləri 9 oktyabrda keçiriləcək prezident seçkilərində cənab İlham Əliyevə səs verəcəklərini bildirdilər.

 

Поселок Пираллахи меняет облик
 В бакинском поселке Пираллахи ведутся работы по благоустройству.
 Как сообщили Day.Az в Исполнительной власти (ИВ) Пираллахинского района Баку, омолаживаются деревья вдоль магистральной дороги, ведутся работы по высадке зеленых насаждений, укреплению дорожного полотна.
 В ИВ района сообщили, что на улице Сулеймана Багирова идет укладка асфальта. На этой улице завершаются работы по строительству новой котельной. По просьбе жителей поселка было изменено место расположения конечной остановки автобуса, следующего по маршруту №150.
 В настоящее время на ул. С.Вургуна устанавливается новая, современная автобусная остановка. В 29-ом квартале и на ул. М.Азизбекова прокладываются новые бордюры. Территория приводится в порядок.
 
ИВ Пираллахи обещает решить проблему с детсадами
 
 В редакцию Day.Az поступило письмо от нашей читательницы, представившейся Леной.
 Ее беспокоит отсутствие мест в детсадах, расположенных в поселке Пираллахи.
 Вот что она пишет в своем письме:
 "Я мама двоих очаровательных малышей и оба они родились на Артеме. Мой сын в таком возрасте, когда детей отдают в садик. А мест нет. Я просто не могу себе позволить сидеть с двумя малышами, так как должна выходить на работу. На весь район всего 3 садика. Один закрывается на ремонт, а два других настолько ветхи, что я просто боюсь отдать свое чадо туда. Хотя и там нет мест. Так как же быть нам, мамам, гражданам, работающим на благо государства?".
 За комментариями Day.Az обратился к заведующему сектором информационного обеспечения и анализа Исполнительной власти Пираллахинского района Вусалу Бабаеву, который сказал следующее:
 "В Пираллахинском районе Баку функционируют три детских сада. Нам известно о проблеме нехватки мест в дошкольных учреждениях, и мы намерены ее решить. В связи с этим с нашей стороны в Исполнительную власть города Баку было отправлено письмо о необходимости проведения ремонтных работ в трех детсадах. Все дошкольные учреждения будут отремонтированы, одно из них будет полностью снесено и на его месте будет построено новое здание детсада. Кроме того, в поселке предусмотрено строительство нового дошкольного учреждения. Думаю, что с учетом потребности для существующих детсадов будут построены дополнительные корпуса. Мы сами заинтересованы в расширении дошкольных учреждений".
 
Neft Daşları sakinləri İlham Əliyev deyir
 YAP Pirallahı rayon təşkilatının Neft Daşları qəsəbəsində keçirdiyi tədbirdə qeyd olundu ki, cənab İlham Əliyev xalqına verdiyi vədi əməli işi ilə döğrultmaqla prezident seçkilərində qələbəsini şəksiz edib
Sentyabrın 16-dan prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verilib. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin seçki qərargahının üzvləri yerlərdə seçicilərlə görüşlər keçirirlər.
 Dünən Pirallahı rayonunun Neft Daşları qəsəbəsində keçirilən görüş də həmin tədbirlər silsiləsindəndir. Tədbirdə YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov, Neft Daşları qəsəbəsinin sakinləri, neftçilər iştirak edirdi.
Tədbiri giriş sözü ilə açan YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov prezident seçkilərinə hazırlıq işləri barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, bu gün ölkənin bütün bölgələrində cənab İlham Əliyevin təbliğat kampaniyası uğurla davam edir. Partiyanın digər təşkilatları kimi Pirallahı rayon təşkilatı da təbliğat-təşviqat kampaniyasında fəallıq göstərir. İnsanların seçkilərdə fəallığının artırılması, maarifləndirmə işinin sürətləndirilməsi və s. məsələlər partiya üzvlərinin qarşısında dayanan əsas vəzifələrdən biridir. Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyası əsl mənada xalq-iqtidar birliyinin təntənəsinin ifadəsi kimi əhalidə yüksək əhval-ruhiyyə doğurur.
 M.Manafov hər bir vətəndaşın Azərbaycanın əldə etdiyi uğurlardan qürur duyduğunu qeyd edərək əminliyini bildirdi ki, Pirallahı rayon Neft Daşları qəsəbəsinin sakinləri 9 oktyabr prezident seçkilərində cənab İlham Əliyevə səs verəcək, növbəti beş ildə daha böyük nailiyyətlərə imza atılmasına zəmin yaradacaqlar.
 YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə tariximizin şərəfli və məsuliyyətli dövrünü yaşadığımızı bildirdi. V.Rəhimzadə qeyd etdi ki, 9 oktyabr prezident seçkilərini birlik, həmrəylik günü kimi dəyərləndirən Azərbaycan xalqı öz seçimini çoxdan müəyyənləşdirib. “Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirməklə ölkəmizin beynəlxalq aləmdə nüfuzunu, iqtisadi və siyasi mövqeyini daha da möhkəmləndirən cənab İlham Əliyev son on ildə hər bir vədini konkret əməli işi ilə təsdiqləməklə xalqın ona olan inamını, etimadını daha da artırdı. “Əsrin müqaviləsi”nin imzalanması ilə iqtisadi yüksəlişin əsasını qoyan ulu öndər Heydər Əliyevin neft strategiyasının davam etdirilməsi nəticəsində bu gün Azərbaycan dünya dövlətləri arasında müasir, qüdrətli dövlət kimi qəbul olunur. YAP Siyasi Şurasının üzvü bildirdi ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının həyata keçirilməsi ilə qüdrətlənən ölkəmizdə həyata keçirilən iqtisadi islahatların müsbət nəticəsini hər birimiz gündəlik həyatımızda hiss edirik.
 V.Rəhimzadə qeyd etdi ki, son on il ərzində cənab İlham Əliyevin həyata keçirdiyi irimiqyaslı layihələr əhalinin sosial-rifah halının yaxşılaşdırılması üçün imzaladığı sərəncam və qərarlar, onu deməyə əsas verir ki, bizim hər birimiz növbəti beş il ərzində də bu inkişaf strategiyasının uğurla davam etdirilməsi üçün cənab İlham Əliyevə səs verməliyik.
 Yeni Azərbaycan Partiyasının Pirallahı rayon seçki qərargahının üzvü Qoçəli Mahmudov son on il ərzində ölkəmizdə iqtisadi, mədəni və sosial sahədə geniş islahatların həyata keçirildiyini, neft və qeyri-neft sektorunda yeni-yeni nailiyyətlər əldə olunduğunu bildirdi. Pirallahı sakinlərinin əksəriyyətinin neftçilər olduğunu vurğulayan Q.Mahmudov qeyd etdi ki, vaxtilə Azərbaycanın neft-qaz ehtiyatlarının zənginliyinə, BTC və BTƏ neft-qaz kəmərlərinin əhəmiyyətini azaltmağa çalışan qüvvələr bu gün həmin layihələrin reallığa çevrilməsinin şahidi olmaqla yanaşı, bu fikri təsdiqləyirlər ki, həmin neft-qaz kəmərləri yalnız iştirakçı deyil, dünya dövlətləri üçün də əhəmiyyətli layihələrdir, onların iqtisadi inkişafını təmin edir.
 Tədbirdə seçicilərdən Əhməd Musayev, Zaur Əsgərov, Rəhimə Əhmədova və digərləri çıxış edərək vurğuladılar ki, “möcüzələr adası”nın sakinləri bütün seçki kampaniyalarında daim YAP-ın namizədini dəstəkləyib. 9 oktyabr seçkilərində də qəsəbə sakinləri partiyanın namizədi cənab İlham Əliyevə səs verməklə Onun ətrafında sıx birləşəcəklər.
Sonda YAP sıralarına yeni daxil olan bir qrup qəsəbə sakininə üzvlük vəsiqəsi təqdim olundu.
 Tədbir incəsənət nümayəndələrinin çıxışları ilə başa çatdı.
 
Pirallahı sakinləri uğurlu sabaha səs verəcək
  Pirallahı sakinləri prezidentliyə namizəd İlham Əliyevin təbliğat-təşviqat kampaniyasında fəal iştirak edir.
 Dünən Pirallahı rayonunda Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğatı çərçivəsində növbəti görüş keçirildi. Rayon seçiciləri ilə görüşdə Milli Məclisin deputatı Rauf Əliyev də iştirak edirdi.
 Tədbirdə çıxış edən YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov prezident seçkilərinə hazırlıq işləri barədə ətraflı məlumat verdi. Sentyabrın 16-dan prezidentliyə namizəd cənab İlham Əliyevin təbliğat-təşviqat kampaniyasına start verilib. M.Manafov son illər ölkədə həyata keçirilən quruculuq işlərindən, iqtisadi islahatlardan, respublika əhalisinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlardan danışdı. Bildirdi ki, ölkədə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində Azərbaycan dünya dövlətləri arasında ön sıralara sahib olub. “Ölkənin regionda nüfuzu, əsas söz sahibi olması üçün əhali qarşıdakı seçkilərdə öz layiqli siyasətçisinə, ulu öndər Heydər Əliyev siyasi kursuna səs verəcək, cənab İlham Əliyevə dəstək olacaq.”
 YAP Pirallahı rayon təşkilatının sədri çıxışında qeyd etdi ki, ötən on il bütün dünyaya aşkar şəkildə göstərdi ki, cənab İlham Əliyev xalqın etimadını yüksək səviyyədə doğruldaraq Azərbaycanın inkişaf tarixinə qızıl səhifələr açdı. “Xalqımızı, vətənimizi yeni inkişaf mərhələsinə qovuşdurdu. Haqlı olaraq bu gün Azərbaycan xalqı növbəti beş il üçün də öz taleyini böyük nüfuza malik dövlət xadimi, görkəmli siyasətçi, hamımızın sevimlisi cənab İlham Əliyevə məmnuniyyətlə etibar etmək əzmindədir.”
 Milli Məclisin deputatı Rauf Əliyev çıxış edərək son illər respublikamızda görülən işlərdən, qazanılan uğurlardan söhbət açdı. Prezident İlham Əliyevin Azərbaycanın inkişafı naminə atdığı addımlardan, ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə yönələn fərman və sərəncamlardan geniş bəhs etdi. R.Əliyev bildirdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu daxili-xarici siyasətin cənab Ilham Əliyev tərəfindən layiqincə davam etdirilməsi nəticəsində Azərbaycan daha da zənginləşdi, qüdrətləndi. “Biz bu inkişafı, tərəqqini daha da gücləndirmək üçün cənab İlham Əliyevə səs verəcəyik.”
Milli Məclisin deputatı Pirallahı rayonunda görülən işləri xüsusi vurğulayaraq qeyd etdi ki, Pirallahı sakinləri prezident seçkilərində YAP-ın namizədinə səs verməklə bir daha sabitliyi, əmin-amanlığı və inkişafı dəstəklədiklərini təsdiq edəcəklər. “İndi böyük inamla demək mümkündür ki, ötən on ilin uğurları növbəti beş ildə də daha geniş vüsət alacaq. Oktyabrda keçiriləcək prezident seçkilərində seçicilər cənab İlham Əliyevin qələbəsini təmin etməklə Onun həyata keçirdiyi siyasətin, iqtisadi inkişafın və tərəqqinin müdafiə olunduğunu təsdiqləyəcəklər.”
 Tədbirdə iştirak edən rayon ictimaiyyəti Vətənə, dövlətə, yeni, müstəqil Azərbaycanın siyasi memarı və qurucusu, ümummilli lider Heydər Əliyevə, onun layiqli davamçısı İlham Əliyevə olan tükənməz sevgi və məhəbbətlərini əks etdirən sözlər səsləndirdilər.
 Fazil Məhəmmədov - rayon Ağsaqqallar Şurasının sədri:
 - 9 oktyabr prezident seçkilərini səbirsizliklə gözləyirik. Hər bir kəs bu prosesdə fəal iştirak etməli, cənab İlham Əliyevi dəstəkləməlidir. Azərbaycanın son illərdə bütün sahələrdə qazandığı uğurlar hər birimizin gözü önündədir. Bunları sadalamağa ehtiyac yoxdur. Ona görə də mən Pirallahı sakinlərini cənab İlham Əliyevə səs verməyə çağırıram.
Xəyalə Rüstəmova - gənc seçici:
- Ölkənin ictimai-siyasi həyatında gənclərin fəal iştirakı və təşkilatlanması dövlət tərəfindən yüksək qarşılanır. Ölkə Prezidentinin vurğuladığı kimi “Bugünkü gənc sabah ölkəmizi idarə edəcəkdir. Gənclər bir neçə ildən sonra Azərbaycanın bütün idarəetmə sistemində əsas rol oynayacaqlar.” Ona görə də gənclər əldə etdikləri nailiyyətləri artırmalıdır. Bunun üçün isə gənclər siyasətini həyata keçirən siyasi kursa səs verməliyik.
 Həsən Niftəliyev - rayon ziyalısı
- Ulu öndərimizin layiqli davamçısı İlham Əliyevin qarşıdan gələn seçkilərdə qalib gələcəyinə inanıram. Bunu rayonumuzda və ümumiyyətlə, respublikada görülən işlər təsdiq edir. Bu gün siyasi arenada İlham Əliyevə alternativ ola biləcək namizəd yoxdur.
Əli Kərimov: - rayon sakini
- Son illər iqtisadi inkişafı öz gündəlik həyatımızda hiss edirik. Pirallahıya rayon statusunun verilməsi, burada yeni müəssisələrin açılması Pmrallahı sakinlərinə cənab İlham Əliyevin hədiyyəsidir. Ona görə də İlham Əliyev pirallahılıların yeganə namizədidir. Onun fəaliyyətini yüksək qiymətləndiririk.
 
“Azərsu”dan şad xəbər: Su problemi birdəfəlik həll olunacaq
 "Bakı şəhəri və ətraf qəsəbələrdə 190 layihə üzrə su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və genişləndirilməsi işlərinin aparılması “Azərsu” ASC-yə həvalə olunub”. Lent.az-ın məlumatına görə, bunu Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib.
Onun sözlərinə görə, proqrama uyğun olaraq Abşeron yarımadasının kənd və qəsəbələrinin dayanıqlı içməli su təchizatı üçün Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin  Qala qəsəbəsinə qədər olan hissəsi istismara verilib: “ Bu kəmərlə Abşeron rayonunun Mehdiabad, Digah, Məhəmmədli, Binəqədi rayonunun Gülüstan yaşayış massivi, Sabunçu rayonunun Balaxanı, Zabrat, Sabunçu, Ramana, Xəzər rayonunun Qala, Şüvəlan, Mərdəkan qəsəbələrinə içməli su verilir. Qeyd edim ki, həmin yaşayış məntəqələrinin bir çoxunda ümumiyyətlə su şəbəkəsi olmayıb. Şəbəkə olan yerlərdə isə əhali bəzən həftədə 1 dəfə su ala bilirdi. Növbəti mərhələdə Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Qala qəsəbəsindən Pirallahıyadək olan 35 km-lik hissəsinin tikintisi həyata keçiriləcək. Bununla da Türkan, Zirə, Dübəndi, Gürgan və Pirallahı qəsəbələrinə suyun verilməsi təmin olunacaq. Ümumilikdə, Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğu və Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı kəməri istismara verildikdən, həmçinin kənd və qəsəbələrdə yeni şəbəkələr qurulduqdan sonra Abşeron yarımadasında yaşayan 1 milyondan artıq insanın içməli su problemi birdəfəlik həll ediləcək. Sutəmizləyici qurğunun və magistral kəmərin tikintisi ilə yanaşı Abşeron yarımadasının kənd və qəsəbələrində mərkəzləşmiş içməli su şəbəkəsi yaradılır. Hazırda 30-dan artıq kənd və qəsəbədə tikinti işləri davam etdirilir”.
 Cəmiyyət sədri onu da vurğulayıb ki, Bakı şəhəri ətrafında və Abşeron yarımadasında yerləşən yaşayış məntəqələrinin su təchizatı və kanalizasiya sistemlərinin 2035-ci ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla müasir standartlara uyğun yenidən qurulması hədəf götürülüb: “Bizim sifarişimizlə böyük təcrübəsi olan  Türkiyə şirkətləri Master Plan hazırlayıb. Sənəd hazırlanarkən şəhərin perspektiv inkişaf planı, ümumi əhali artımı, turizmin inkişafı, sənaye və yol infrastrukturunun genişlənməsi faktorları əsas götürülüb. 2035-ci ilə qədər əhalinin artımı, Abşeron yarımadasında magistral su kəmərləri, su anbarları, kanalizasiya kollektorları, çirkab sutəmizləyici qurğuların məhsuldarlıqları və həcmləri müəyyənləşib. Master Plana uyğun olaraq Abşeron yarımadasında 5900 km su, 7100 km kanalizasiya, 970 km yağış suları xətləri çəkiləcəkdir. Bunlarla yanaşı qarşıdakı illərdə ümumi tutumu 1 milyon 345 min kubmetr olan 80-dən çox su anbarı, ümumi məhsuldarlığı sutkada 1 milyon 375 min kubmetr olan 11 çirkab sutəmizləyici qurğunun tikintisi də nəzərdə tutulur”.
 

 

Beton zavodunda istehsal avadanlığının qurulmasına başlanmışdır
 Pirallahı rayonunda fəaliyyətə başlayacaq müəssisələrdən biri də yeni qurulan və müasir avadanlıqla təchiz edilən, istehsal prosesinin tam avtomatlaşdırılacağı beton zavodudur.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, bu günlər beton zavodunda işlər xeyli sürətlənmişdir. Müəssisədə sexlərin beton konstruksiyaları qurulmuş, avadanlığın montaj işlərinə hazırlıq gedir.
Ərazisi 1 hektardan artıq olan zavodda Türkiyənin "Krismak" şirkətinin istehsalı olan beton mikseri və iki çənin quraşdırılmasına başlanılmışdır. Müxtəlif markalarda beton istehsal edə biləcək müəssisədə istehsalın keyfiyyətinə tam nəzarət etmək üçün müasir laboratoriya da yaradılır.
 Zavod ekoloji təmiz istehsal prosesinə malik olduğu üçün buradan ətraf mühitə heç bir zərərli tullantılar atılmayacaqdır.
 
 
 “Neft Daşları”nda yeni qaz turbin elektrik stansiyası istifadəyə verilib
 Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” NQÇİ-də qaz turbin elektrik stansiyasının açılışı olub.
 “APA-Economics”in məlumatına görə, bu, sayca ikinci qaz turbin elektrik stansiyasıdır. Stansiyanı “Neftqaztikinti” trestinin 7 saylı tikinti quraşdırma idarəsi tikib.
 Tikinti işlərinə rəhbərlik edən Baxış Ağayev “APA-Economics”ə bildirib ki, layihəyə ABŞ-ın “Solar” şirkəti avadanlıq verib, İtaliyanın “Renco” firması isə layihəni icra edib. Layihənin tam tikinti quraşdırma işini isə “Neftqaztikinti” trestinin 7 nömrəli tikinti quraşdırma idarəsi həyata keçirib: “Birinci stansiya sovet dövründən qalma stansiya idi, bu isə sayca ikinci idarədir. Stansiya dünya standartlarına tam cavab verəcək. Layihəyə 86 mln. manat vəsait yatırılıb. İkinci qaz turbin elektrik stansiyasıdır 2 650 kvadrat metri əhatə edəcək və bu gündən istismara başlayacaq”.
 Qeyd edək ki, stansiya dənizdə “Günəşli” və “Neft daşları” yatağını tam şəkildə enerji ilə təmin edəcək.
 

 

Dəniz neftçiləri peşə bayramını qeyd etdilər
 Azərbaycan neft-qaz sənayesi əməkçiləri hər il bütün xalqımızla birlikdə bu möhtəşəm bayramı - Neftçilər Gününü böyük ruh yüksəkliyi ilə qeyd edir, bu günü onlara bəxş etmiş ulu öndərin unudulmaz xatirəsinə dərin hörmət və ehtiramlarını bildirirlər.
 Pirallahı rayonunun neftçiləri həmişə olduğu kimi, bu il də peşə bayramlarını sonsuz iftixar və qürur hissi ilə qarşılayırlar. Rayonda Neftçilər Günü ilk olaraq sentyabrın 17-də Çilov qəsəbəsində “28 May” NQÇİ-nin dəniz neftçiləri tərəfindən qeyd edildi. Bayram tədbirini giriş sözü ilə açıq elan edən “Azneft” İB baş direktorunun müavini İkram Qurbanov qəhrəman neftçilərimizə ARDNŞ-in prezidenti Rövnəq Abdullayevin və “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İsgəndərovun bayram təbriklərini çatdırdı, çətin, lakin şərəfli işlərində yeni-yeni uğurlar arzuladı. Dəniz neftçilərinə Pirallahı rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun və Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafovun salamlarını və təbriklərini yetirən Pirallahı RİH başçısının müavini Cəlil Mirzəyev “qara qızıl” bahadırlarının bundan sonra daha böyük qələbələr əzmi ilə qarşıda duran vəzifələri həyata keçirəcəklərinə və neft strategiyasının yeni-yeni uğurlar qazanması üçün var gücləri ilə çalışacaqlarına əminlik ifadə etdi.
 Azərbaycan neftinin tarixi köklərinin çox qədim dövrlərə gedib çıxdığını bildirən “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev 1969-cu ildən başlayaraq Azərbaycanın xalq təsərrüfatının bütün sahələri kimi neft və qaz sənayesinin də yüksək dinamik inkişaf mərhələsinə qədəm qoymasını, bunun da ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsi ilə birbaşa əlaqədar olmasını vurğuladı. Həmin dövrdə dünyada analoqu olmayan Dərin Dəniz Özülləri zavodunun Azərbaycanda, Bakıda tikliməsi üçün o zaman Sovetlər məkanında 450 mln. ABŞ dollarının ayrılması, bunun üçün belə bir icazənin alınmasına nail olunması ulu öndər Heydər Əliyevin möhkəm iradəsinin və cəsarətinin nəticəsi idi.
1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsini təmsil edən 11 xarici neft şirkəti ilə Xəzərin Azərbaycan sektorundakı “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsünə dair Saziş imzalanması neft sənayemizin tarixində yeni bir yüksəliş mərhələsinin əsasını qoydu. Təsadüfi deyil ki, xalqımız artıq on üçüncü dəfədir ki “Əsrin müqaviləsi”nin imzalandığı günü - sentyabrın 20-ni Azərbaycan neftçilərinin peşə bayramı günü kimi təntənə ilə qeyd edir. Neftçilər ulu öndərin 2001-ci ildən bizə bəxş etdiyi bu əlamətdar gündə keçilən yola nəzər salır, görülən işləri təhlil edir, gələcək perspektivləri müəyyənləşdirirlər.
 Rövşən Qarayev qeyd etdi ki, ötən dövrdə qazanılan nailiyyətlərdən danışarkən ilk növbədə zəngin tarixi ənənələrə malik neft-qaz sənayemizin yeniləşdiyi qeyd olunmalıdır. 1994-cü ildən indiyədək neft sektoruna təqribən 67 milyard ABŞ dollarından artıq sərmayə qoyulmuş, ölkənin mövcud yataq və strukturları üzrə irimiqyaslı layihələr həyata keçirilmişdir. Hazırda Azərbaycanda 32 Hasilatın Pay Bölgüsü sazişi üzrə iş aparılır ki, həmin layihələrdə də dünyanın 19 ölkəsini təmsil edən 41 şirkət iştirak edir. “Əsrin müqaviləsi”ndən başlayaraq ölkə üzrə neft hasilatı təxminən 4,1 dəfə artaraq, 1997-ci ildəki 9 mln. tondan 2010-cu ildə 50 mln. tonu ötmüşdür. 2004-2012-ci illərdə ölkə üzrə qaz hasilatı ilbəil artırılaraq, 5,5 mlrd. kubmetrdən 28 mlrd. kubmetrə çatdırılmışdır ki, bunun da 7 mlrd. kubmetrindən çoxu ARDNŞ-in payına düşür.
 Sonra “28 May” NQÇİ-nin il ərzində əməkdə fərqlənmiş işçilərinin mükafatlandırılması mərasiminə start verildi. 15 saylı DDÖ-nün neftqazçıxarma operatoru Seyidbaba Mərdanov və Quyuların əsaslı və yeraltı təmir sexinin qazmaçı köməkçisi Səfər İsmayılov ARDNŞ-in Fəxri fərmanına layiq görüldülər. Usta Sahib Nuruyev, mühəndis Azər Quliyev, operator Xidmət Babayev, maşinist Təvəkkül Məmmədov və daha səkkiz dəniz neftçisi “28 May” NQÇİ və Həmkarlar İttifaqı Komitəsi tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırıldı. Neft, qaz və kimya sənayesi işçilərinin ənənəvi Spartakiadasında ağırlıq qaldırmada I yer tutmuş İsmət Hacıyev və daha dörd nəfər neftçi-idmançının uğuru isə pul mükafatı ilə qeyd edildi.
 Daha sonra tədbir Çilov qəsəbə stadionunda bayram konserti ilə davam etdirildi. “Büsat” ansamblının iştirakı ilə xalq artistləri Ağadadaş Ağayev və İlham Əsgərovun ifasında populyar mahnı və şeirlərlə başlanan konsert proqramı Çilov uşaq bağçasının körpə fidanlarının, adada hərbi xidmət keçən Milli Ordu əsgərlərinin, dəniz özüllərindən gəlmiş neftçilərin, qəsəbə sakinlərinin tədbirə qatılması ilə böyük bir xalq gəzintisinə çevrildi.
 
"Neft Daşları" yatağında yeni quyular qazılır

   "Neft Daşları" yatağındakı 1887 nömrəli özüldən 2678 nömrəli quyuda qazma işləri davam etdirilir.
Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, Qirməki Altı Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 3200 metrdir. Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 30 ton neft hasil olunacağı nəzərdə tutulur.
 Yataqdakı 2521 nömrəli özüldən qazılan 2534 nömrəli quyunun layihə dərinliyi 2400 metrdir. Qala Lay Dəstəsinə qazılan quyudan sutkada 15 ton neft hasil olunacağı gözlənilir.
2585 nömrəli özüldən 2595 nömrəli quyunun da qazma işləri davam etdirilir. Qirməki Üstü Qumlu Lay Dəstəsinə qazılan quyunun layihə dərinliyi 2230 metrdir. Geoloqların hesablamalarına görə, quyudan sutkada 30 ton neft hasil olunacaq.
 Qeyd edək ki, quyularda qazma işləri "Neft Daşları" NQÇİ-nin sifarişi ilə "Neft Daşları" Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir.

  trend.az

“Pirallahı adası-quru” yatağında yeni quyular qazılır
 Kompleks Qazma İşləri Trestinin “Abşeron” Qazma İşləri İdarəsi “Pirallahı adası-quru” yatağında 2 yeni quyuda qazma işlərinə başlamışdır.
 1097 nömrəli quyunun layihə dərinliyi 815, 1131 nömrəli quyunun layihə dərinliyi isə 650 metrdir.
 Qeyd edək ki, “Abşeronneft” NQÇİ-nin sifarişi ilə qirməki altı lay dəstəsinə qazılan quyuların hər birindən sutkada 4 ton neft hasil ediləcəyi nəzərdə tutulub.
 
 
Более 15 тыс. жителей бакинского поселка получат воду
 Идут работы по строительству магистрального водопровода Джейранбатан-Балаханы-Рамана-Зиря-Пираллахи.
 Об этом Day.Az сообщили в Исполнительной власти (ИВ) Пираллахинского района Баку.
Согласно полученной информации, общая протяженность строящегося водопровода – 150 км. В настоящее время бесперебойное обеспечение города Баку и его поселков питьевой водой регулируется посредством резервуаров. В столице имеется 11 центральных резервуаров.
Вода, которая доставляется в столицу из источников, посредством магистральных линий передается в водохранилища, а оттуда распределяется по сети.
 В ИВ района отметили, что с целью добиться бесперебойного и качественного обеспечения водой поселка Пираллахи, где на протяжении долгих лет существует проблема питьевой воды, в поселке Зиря строятся 6 новых резервуаров общей вместимостью 10 000 кубических метров. Проект планируется завершить к концу текущего года, после чего более 15 000 жителей поселка Пираллахи будут обеспечены постоянной и качественной питьевой водой. В настоящее время во внутренние кварталы поселка проводятся новые линии водопровода и канализации.
 Напомним, что с целью временного обеспечения поселка питьевой водой вода в поселок доставляется крупногабаритными автомобилями ОАО "Азерсу".

DAY.AZ

 

Pirallahı qəsəbəsi V.Mustafazadə adına Mədəniyyət Mərkəzi tədbir keçirdi
 Sentyabrın 16-da Pirallahı qəsəbəsi V.Mustafazadə adına Mədəniyyət Mərkəzi 235 saylı orta məktəbdə bilik gününə həsr olunmuş tədbir keçirdi.
 Tədbirdə Pirallahı rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyasının nümayəndələri də iştirak etdilər.
 Tədbirdə Mədəniyyət Mərkəzinin rəqs kollekti konserti proqramı ilə çıxış etdi.
 
Talxe - Pirallahı - Artyom - Pirallahı... Bakının rayonları
 Modern.az saytı bu həftədən etibarən Bakının rayonlarının yaranma tarixi, adlarının etimalogiyası ilə bağlı araşdırma tipli yazıları təqdim edəcək. Başlayaq indiyə kimi hələ də çoxlarımızın “Artyom” kimi və ötən ilin dekabr ayının 21-də Prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Pirallahı rayonundan. Bura Pirallahı, Cilov və Neft Daşları qəsəbələri daxildir.

Əhalisi və ərazisi

 Pirallahı Xəzər dənizinin Qərb sahillərində yerləşən Abşeron arxipelağının ən böyük adası hesab olunur. Adanın qəribəliklərindən biri odur ki, dörd bir tərəfdən duzlu su ilə əhatə olunsa da, burada içməli su da var. Ada Abşeron yarımadasından Şərqdə, Xəzər dənizində yerləşir. Ümumi ərazi 17,56 (1755,49 ha) kv.km, uzunluq 12 km, en 0,2 km-dən 4 km-ə qədərdir. Əhalisinin ümumi sayı 16164 nəfər, daimi qeydiyyatda olanlar 14578 nəfərdir. Bunlardan 408-i Neft Daşlarında, 1685 nəfəri isə Çilov adasında yaşayır.

   Ardı modern.az saytında


Pirallahı qəsəbəsinin içməli su anbarları tikilir
 Bakı, 16 sentyabr (AzərTAc). Pirallahı qəsəbəsini fasiləsiz və keyfiyyətli su ilə təchiz etmək üçün Zirə qəsəbəsində yeni su anbarları tikilir.
Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, hazırda ümumi tutumu 10 min kubmetr olan 6 anbar inşa olunur.
 Layihənin icrasının başa çatdırılma müddəti bu ilin sonuna planlaşdırılır və bundan sonra Pirallahı qəsəbəsinin 15 mindən çox sakini daimi və keyfiyyətli içməli su ilə təmin olunacaqdır.
Bununla yanaşı, qəsəbənin daxili məhəllələrində yeni su və kanalizasiya xətlərinin çəkilişi həyata keçirilir.
 
Pirallahı rayon müəllimlərinin ilk toplantısı keçirildi
 Sentyabrın 12-də Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunmuş, 2012-2013-cü tədris ilinin yekunlarına və 2013-2014-cü tədris ilinin başlanmasına həsr edilmiş Pirallahı rayon müəllimlərinin ilk toplantısı keçirilib.
 İl ərzində rayon təhsilinin qazandığı uğurlardan, çatışmamazlıqlardan danışan Pirallahı rayon İcra Hakimiyyəti Başçısının müavini Vəzir Səfixanov bildirib ki, Pirallahı rayonu tam orta məktəblərinin ötən tədris ilindəki nailiyyətləri barədə danışarkən ilk növbədə 168 №-li məktəbi qeyd etmək lazımdır. 2011/2012-ci tədris ilində bu məktəbdən 19 nəfər ali təhsil ocaqlarına qəbul olunmuş, qəbul faizi: məktəbi bitirənlərə nisbətdə - 37%, sənəd verənlərə görə - 45,23% olmuşdur. 2012/2013-cü tədris ilində isə ali məktəblərə 36 nəfər qəbul olunub, qəbul faizi: məktəbi bitirənlərə nisbətdə - 60%, sənəd verənlərə görə - 67,92% olub. Ötən illə müqayisədə ali məktəblərə qəbul məktəbi bitirənlərə nisbətdə 23%, sənəd verənlərə nisbətdə 22,69% artıb. Qəbul olunanlardan 28-i Dövlət ali məktəblərinə daxil olublar.  Qəbulun keyfiyyət göstəricisi də artıb - ötən il 500-dən çox bal toplayan 1, bu il isə 6 nəfər olmuş, o cümlədən 1 nəfər 600-dən yuxarı bal toplayıb.
 Cıxışlardan sonra yüksək bal toplamış 6 nəfər abituriyentin və şagirdlərinin yüksək bilik əldə etməsində zəhməti olmuş müəllimlərin Pirallahı rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərmanlarla mükafatlandırılması mərasimi keçirilib. 
 
 
Пираллахинский район преображается
В Пираллахинском районе Баку проводится работа в рамках проекта "Благоустроенный квартал-1". В связи с этим осушается водоем площадью 5 га, находящийся на улице Сулеймана Багирова.
Об этом Day.Az сообщили в районной исполнительной власти.
На территории водоема проводится прокладка дренажно-канализационной системы. Крупнотоннажные машины совершили более 3500 рейсов, высыпав землю в озеро. На осушенной территории заложен фундамент двух 10-квартирных одноблочных зданий.
По проекту, количество этажей в каждом из домов – 3, количество комнат в квартирах – 1-2. Общая площадь здания - 600 кв.м., первый этаж предусмотрен как нежилой. Строительство зданий ведется интенсивно, в соответствии с современными стандартами. О сроках окончания работ не сообщается.

  day.az
 
Pirallahı qəsəbəsində inzibati mərkəzin yaradılması istiqamətində işlər görülür
 Paytaxtın Pirallahı rayonunun mərkəzi olan Pirallahı qəsəbəsində vacib infrastruktur layihələri həyata keçirilir, inzibati mərkəzin yaradılması sahəsində işlər görülür.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, inzibati mərkəzdə işlərə cari ilin iyulundan başlanılmışdır. Ümumi sahəsi 20 hektar olan bu ərazidə sakinlərin istirahəti üçün geniş park da salınacaqdır.
 Bununla yanaşı, Dövlət Sosial Müdafiə Fondunun Pirallahı rayon şöbəsinin inzibati binasının layihələndirmə işi başa çatdırılmışdır. Yeni ikimərtəbəli binanın S.Vurğun küçəsində inşa edilməsi planlaşdırılmışdır. Sahəsi 600 kvadratmetr olacaq yeni inzibati binanın yaxın vaxtlarda təməlqoyma mərasimi keçiriləcəkdir.
 Müasir memarlıq üslubunda inşa olunacaq bina həm də rayonun görkəminə xüsusi gözəllik verəcəkdir. Hündürlüyü 9 metr olacaq ikimərtəbəli bina bütün lazımi avadanlıq və sistemlərlə təchiz ediləcəkdir. Binanın interyerinin yüksək zövqlə tərtib olunması, otaqların hamısının müasir tələblər səviyyəsində qurulması nəzərdə tutulmuşdur.
 İnzibati mərkəzdə tikiləcək rayon icra hakimiyyətinin binasının layihə-smeta sənədlərinin işlənməsi də yekun mərhələdədir. Rayon polis şöbəsinin binasının isə artıq bünövrəsi qoyulur.
 Qəsəbənin Süleyman Bağırov küçəsindəki "Abad məhəllə-1"in iki binasında isə tikinti işləri davam edir.
 
Pirallahı qəsəbəsində payız-qış mövsümünə hazırlıq davam edir
  Pirallahı qəsəbəsində növbəti payız-qış mövsümünə hazırlıq işləri sürətlə davam etdirilir.
 Pirallahı Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, hazırlıq işlərin çərçivəsində 40-cı məhəllədəki qazanxananın əsaslı təmiri başa çatdırılmış və qazanxana istifadəyə hazır vəziyyətə gətirilmişdir. S.Bağırov küçəsində isə "Azəristilik" MMC tərəfindən yeni qazanxana tikilir. Tikinti işləri cədvələ uyğun aparılır.
 Bundan əlavə, 28-ci məhəllədəki yeni qazanxananın inşası da davam etdirilir, magistral xətlər çəkilir.
 

 

Каспий очищают от затонувших кораблей
 В Баку проводятся работы по очистке побережья и дна Каспийского моря от затонувших кораблей и металлических конструкций.
 Об этом Day.Az сообщил заведующий сектором информационного обеспечения и анализа Исполнительной власти Пираллахинского района Баку (ИВ) Вусал Бабаев.
 По его словам, проделана очень большая работа в этом направлении.
"Старые, заржавевшие суда, металлические конструкции, расположенные по правую сторону от дамбы, многие годы наносили вред экологии и эстетическому виду Каспия. Чтобы исправить ситуацию, с участием водолазов проводятся работы по очистке дна моря. Уже удалено определенное количество старых судов и различных металлических конструкций. Работы находятся на стадии завершения", - сообщил представитель ИВ.
 Бабаев отметил, что работы ведутся не только на море, но и на суше.
 "В настоящее время в Пираллахинском районе ведутся широкомасштабные работы по строительству, ремонту соответствующих объектов. Завершается капремонт объединенной городской больницы №10, завершен капремонт многих жилых зданий, прокладывается новая линия водопровода, совершенствуется система электроснабжения и газоснабжения, ведется подготовка к отопительному сезону. К примеру, в 40-ом квартале поселка Пираллахи завершен капремонт котельной, еще две котельных строятся на улице С.Багирова и в 28-м квартале", - сказал наш собеседник.
 По словам представителя ИВ, разрабатываются проекты ряда административных зданий – районной исполнительной власти, Центра Гейдара Алиева и районного отделения партии "Ени Азербайджан".

  day.az

В Баку строится крупный бетонный завод
 
 В Пираллахинском районе Баку строится завод по производству бетона.
 Как сообщили Day.Az в районной исполнительной власти (ИВ), на строительство бетонного завода выделен участок земли площадью более 1 га. На строительную площадку доставлено необходимое оборудование, установлены конструкции цехов, ведется подготовка к монтажу оборудования.
 Начата установка двух резервуаров и бетонного миксера производства турецкой компании "Крисмак", отметили в ИВ. Производственная мощность оборудования составляет 90 кубических метров бетонa в час . В настоящее время ведутся работы по созданию современной лаборатории для полного контроля качества продукции. На заводе будут производить около 10 марок продукции.
О сроках окончания работ не сообщается.

day.az

 

В новом районе Баку все будет по-новому
 
  Пираллахинское районное отделение Государственного фонда социальной защиты получит новое административное здание.
Об этом Day.Az сообщили в районной исполнительной власти (ИВ).
Согласно полученной информации, работы по проектированию здания уже завершены.
  По проекту, объект будет состоять из 2 этажей, площадь – 600 кв.м., высота – 9 м. Здание будет построено в стиле современной архитектуры и обеспечено необходимым инвентарем. Для строительства объекта отведен участок на ул. Самеда Вургуна. Работы начнутся в самое ближайшее время.
 Кроме того, как сообщили в ИВ района, разработан проект административного здания районного отделения полиции. В настоящее время идут землеройные работы.
 

      day.az

Новый мост свяжет Пираллахи с Абшероном
 Продолжается строительство моста над автодорогой, соединяющей поселок Пираллахи с Абшеронским полуостровом.
 Об этом Day.Az сообщили в Исполнительной власти Пираллахинского района Баку.
 Согласно информации, протяженность моста составит 710 метров, ширина – 14 метров. Работы ведутся интенсивно, на самом высоком уровне. Мост будет сдан в эксплуатацию до конца 2013 года.
Объект возводится строительной компанией "EVRASCON" ("Азеркерпю") по заказу Министерства транспорта Азербайджана. После завершения строительства дорогу под мостом снесут, и на ее месте будет курсировать морской транспорт.
 Кроме того, как сообщили в районной исполнительной власти, в соответствии с Государственной программой социально-экономического развития Баку и его поселков на 2009-2013 годы, из поселка Гала в поселок Пираллахи прокладывается многополосная автодорога протяженностью 35 км. На большей части дороги уже уложено асфальтобетонное покрытие.
 
Pirallahı qəsəbəsi sürətli inkişaf dövrünü yaşayır
 Ölkəmizin iqtisadi və maliyyə imkanlarının günbəgün artması mühüm sosial-iqitisadi layihələrin icrasını sürətləndirir.
 Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə dövlət başçısı İlham Əliyev əldə olunan uğurları statistik rəqəmlər əsasında diqqətə çatdıraraq bu fikri xüsusi olaraq bildirmişdir: "Azərbaycan böyük tikinti meydançasıdır, Bakı şəhəri, digər bölgələr abadlaşır, qurulur, eyni zamanda, nəhəng sənaye, infrastruktur layihələri icra edilir. Dövlət investisiya proqramının icrası nəticəsində biz bütün bu məsələləri ardıcıllıqla həll edirik. Proqram üzrə gedirik və ildən-ilə öz investisiya imkanlarımızı da artırırıq." Cari ilin də uğurla başa vurulacağına əminlik məhz bütün proqramların vaxtında uğurla icra edilməsindən irəli gəlir. Ölkə Prezidentinin daim bildirdiyi kimi, bütün işlərimiz sistemli şəkildə, proqramlar əsasında aparılır. İlk növbədə, strateji istiqamətlər düzgün müəyyənləşdirilir. Bu strateji hədəflərə çatmaq üçün konkret icra mexanizmləri də vardır- maliyyə resursları və əlbəttə ki, peşəkarlıq. Bu amillər istənilən məsələnin həllinə zəmin yaradır.
Ölkənin hərtərəfli inkişafında iqtisadiyyatın şaxələndirilməsinin əhəmiyyətli rolunu önə çəkən cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başladığı gündən Bakı və Bakıətrafı qəsəbələrin, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə göstərdiyi diqqət uğurlu nəticələrdə öz təsdiqini tapır. Uğurlu neft siyasəti bugünkü inkişafın təməlində dayanır. Məhz bu siyasət böyük maliyyə resurslarının yaradılmasına geniş imkanlar açır ki, bundan da səmərəli istifadə nəticəsində həm insanların rifah halının yaxşılaşdırılması, həm də ölkəmizin inkişafının uğurlu və uzunmüddətliliyi təmin edilir.
 Hər bir ölkənin inkişafında iqtisadi amil mühüm rol oynayır. Əbəs yerə iqtisadiyyat inkişafın təməl daşı kimi dəyərləndirilmir. İqtisadiyyatın inkişafı isə uğurlu sosial-iqtisadi islahatlardan asılıdır. Bu islahatlar zamanın tələbinə uyğunlaşdırıldıqda uğurların davamlılığı üçün zəmin yaranır. Malik olduğu zəngin təbii resurslardan səmərəli istifadə etməklə iqtisadi qüdrətini və maliyyə imkanlarını artıran Azərbaycan hazırda qeyri-neft sektorunun inkişafı baxımından da xüsusi diqqət çəkir. Cari ilin ötən dövründə qeyri-neft sektorunda artım 11 faiz təşkil etmişdir. Ümumi daxili məhsul 5 faiz artmışdır. Bir əsas məqamı qeyd edək ki, qarşıdakı on il üçün əsas hədəflər Azərbaycanı inkişaf etmiş ölkələr sırasında görmək, bu günə qədər 3 dəfə artan ümumi daxili məhsulu daha iki dəfə artırmaq, Azərbaycanı yüksək gəlirli ölkəyə çevirməkdir. Bu günün sosial-iqtisadi göstəriciləri növbəti on il üçün qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olacağımıza əsas verir. Bu gün beynəlxalq səviyyədə inkişafın Azərbaycan modelinin mövcudluğundan geniş bəhs olunursa və onun tətbiqinin vacibliyi bildirilirsə, bu onu göstərir ki, həyata keçirilən siyasət uğurludur, seçilən yol düzgündür. Beynəlxalq əhəmiyyətli tədbirlərdə Azərbaycanın uğurlu siyasətinin nəticəsi olaraq xarici yardımdan asılı olmayan, özünü təmin edən ölkə olmasının faktlar əsasında qeyd edilməsi də ölkəmizə beynəlxalq baxışın yüksək səviyyədə olduğunu göstərir. Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 85 faizini təşkil edir. İqtisadiyyatın düzgün əsaslar üzərində qurulmasının nəticəsidir ki, Azərbaycan 2009-cu ildən dünyanı bürüyən, nəticələri bu günə qədər gəlib çıxan iqtisadi və maliyyə böhranından uğurla çıxdı. Həmin illərdə, yəni 2009-cu ildə iqtisadi artım 9,3 faiz, 2010-cu ildə 5 faiz olmuşdur.
 Əvvəldə də qeyd etdiyimiz kimi, uğurların əldə olunmasında mühüm amillərdən biri hər sahə üzrə konkret proqramların qəbulu və uğurlu icrasıdır. Bakı və Bakıətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurlu icrasının nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib, paytaxtla bölgələr arasında fərq müəyyən dərəcədə aradan qaldırılıb. Dövlət başçısı İlham Əliyev bildirir ki, əgər bu gün bu fərq kifayət qədər böyükdürsə, bunun səbəbi onda deyil ki, regionlar inkişaf etmir. Bunun səbəbi ondadır ki, Bakı şəhəri son bir neçə ildə çox sürətlə inkişaf etmişdir. Belə ki, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair Tədbirlər Proqramı""nın uğurlu icrası nəticəsində Bakının bütün rayonlarında, o cümlədən qəsəbələrində infrastruktur təminatı daha da yaxşılaşdırılmış, təhsil, səhiyyə, mədəniyyət və idmanın inkişaf etdirilməsini təmin edən tədbirlər həyata keçirilmiş, yeni məktəblər, xəstəxana, poliklinika tikilmiş, mövcud binalar əsaslı təmir edilmiş, müasir tipli idman kompleksləri istifadəyə verilmişdir. Prezident İlham Əliyev mütəmadi olaraq Bakının rayonlarında və qəsəbələrində olur, görülən tədbirlərlə, həyata keçirilən quruculuq və abadlıq işləri ilə yaxından tanış olaraq aidiyyəti qurumlara müvafiq tapşırıqlarını verir. Bu işlərin davamlılığını təmin etmək üçün Prezident İlham Əliyevin 4 may 2011-ci il tarixili sərəncamı ilə "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" təsdiqləndi.
Qeyd edək ki, Dövlət Proqramının qəbulundan öncə Prezident İlham Əliyevin sədrliyi ilə Bakı şəhərinin və paytaxtətrafı qəsəbələrin sosial-iqtisadi inkişafına dair keçirilən müşavirədə bu inam ifadə edilmişdir ki, Bakı şəhərinin qəsəbələrinin yeni inkişaf proqramının qəbul olunmasından sonra qəsəbələrə yeni həyat gələcək. Bunun üçün birgə səylərin göstərilməsinin vacibliyi önə çəkilmişdir: "Bütün dövlət qurumları, yerlərdəki nümayəndələr bu proqramın icrasında fəal iştirak etməlidirlər. Bakı bizim paytaxtımızdır, doğma, əziz şəhərimizdir. Elə etməliyik ki, Bakı şəhərində bütün işlər yüksək səviyyədə görülsün."
Nazirlər Kabinetinin cari ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı bildirmişdir ki, Proqramın icrası ilin sonuna qədər başa çatmalıdır. Bakı şəhərində quruculuq işləri davam edir, infrastuktur layihələri icra edilir, məktəb, tibb ocaqlarının tikintisi davam edir, qəsəbəarası və qəsəbələrdaxili yollar tikilir və ilin sonuna qədər proqramın böyük hissəsi icra edilməlidir. Yolların tikintisinə xüsusi diqqət yetirilir. Dövlət başçısı bu diqqəti belə əsaslandırır ki, yol olmasa, heç bir inkişafdan, ölkəmizin çoxşaxəli inkişafından, turizmin inkişafından söhbət gedə bilməz.
 Ölkə Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, bu gün rayonlar arasında sağlam rəqabət gedir. Sevindirici hal həm də budur ki, görülən işlər ictimaiyyətdə böyük ruh yüksəkliyi yaradır və hər kəs həyata keçirilən quruculuq, abadlıq işlərinə, rayonun inkişafına öz töhfəsini verməyə çalışır. Birgə səylər uğurlara yol açan əsas amillərdəndir.
 Bu inkişaf, tərəqqi dövlət başçısı İlham Əliyevin 21 dekabr 2012-ci il tarixli sərəncamına uyğun olaraq Pirallahı, Cilov və Neft Daşları qəsəbələri daxil olmaqla Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonunda da geniş vüsət alıb. Rayonun cari ilin ötən dövründə əldə etdiyi sosial-iqtisadi göstəricilərinə, görülən işlərə diqqət yetirdikdə sürətli inkişafın reallıq olduğunu təsdiqləmiş olarıq.
Qeyd edək ki, ərazisi 34,96 kv.km olan rayonda cari ilin birinci yarısında əhalinin sayı 47 nəfər artaraq 18273 nəfərə çatıb. Əhalinin say tərkibi işlərin miqyasında mühüm rol oynayan amillərdəndir. Bir əsas məqamı nəzərə alsaq ki, dövlətin həyata keçirdiyi siyasətin önündə Azərbaycan vətəndaşı dayanır, onların problemlərinin həlli dövlət məmurunun qarşısında mühüm vəzifə kimi qoyulur, bu rəqəmin daşıdığı önəm özünü qabarıq şəkildə büruzə verir.
 Qəsəbənin simasının dəyişdirilməsi, yaşıllıqların genişləndirilməsi istiqamətində atılan addımlar da rayon sakinlərinin rahat yaşayışının təmin edilməsinə yönəlib.
Yolların kənarında yaşıllıq zolaqları genişləndirilir, dəmir köşklər götürülür, zəbt olunmuş ərazilərin boşaldılması və təmizlənməsi işləri davam etdirilir. Qəsəbənin əsas magistral yolunda asfalt döşəmə işləri aparılmış, piyada keçidləri müəyyən edilmişdir. Sakinlərin rahat gediş-gəlişini təmin etmək məqsədilə yol kənarı səkilərin təmirinə başlanmışdır. Burada əsas işlərə paralel olaraq səkilər boyu yaşılıqların və qazonların salınması da nəzərdə tutulub.
Qəsəbədə uşaqların və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün də davamlı tədbirlər həyata keçirilir. Belə ki, "Uşaq əyləncə parkında" futbol meydançasının tikintisi başa çatdırılmış, parkın ərazisi abadlaşdırılmış, müxtəlif attraksionların yerləşdirilməsi işləri həyata keçirilmişdir. Eyni zamanda "Gənclər Mərkəzi"nin tikintisinə hazırlıq işləri görülür.
 Qeyd etdiyimiz kimi, bu işlər bir məqsədə xidmət edir ki, insanların rahat yaşayışı təmin edilsin. Dövlət başçısı İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illlərdə sosial-iqtisadi inrkişafı Dövlət Proqramı"nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransında bildirmişdir: "Dövlət siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır. Hər şeyi biz Azərbaycan vətəndaşı üçün edirik. Budur bizim məqsədimiz. Biz xalq üçün çalışırıq, qururuq, yaradırıq, ölkəmizi gücləndiririk. Biz istəyirik ki, Azərbaycan qüdrətli dövlətə çevrilsin. Hamımız istəyirik, hər bir normal vətənpərvər adam bunu istəyir ki, mövqeyimiz daha da möhkəm olsun, gücümüz də artsın. Nəyə görə? Ona görə ki, insanlar daha da yaxşı yaşasınlar. Budur, əsas məqsəd."
 Bu gün Azərbaycanın hər bir bölgəsinin, paytaxın hər bir rayonunun sürətli inkişafı təbii ki, dövlət başçısı İlham Əliyevin diqqət və qayğısından, həmçinin tapşırıqlarının hər bir rayon rəhbərliyinin ictimaiyyətlə birgə səyləri əsasında icrasından irəli gəlir. Ölkə Prezidenti bildirir ki, hər bir rayon, kənd, qəsəbə iqtisadi inkişafı öz həyat tərzində hiss etməlidir. Möhtərəm Prezidentimizin ayrı-ayrı rayonların sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair sərəncamları əsasında dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin Ehtiyat Fondundan vəsaitlərin ayrılması da bu diqqət və qayğının təzahürüdür. Dövlət başçısı bütün çıxışlarında bildirir ki, hər bir dövlət məmuru öz xalqına xidmət etməlidir: "Hər bir icra başçısını mən vəzifəyə təyin edərkən, onu qəbul edərkən ona bir neçə əsas istiqaməti göstərirəm: inkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət."
 Sözsüz ki, bu amillərin vəhdətliyi fonunda qarşıya qoyulan məqsədlərə yüksək səviyyədə nail olunur. Bakı şəhər inzibati ərazi vahid tərkibində yeni yaradılmış Pirallahı rayonunun qısa müddətdə qazandığı uğurlar da rayon rəhbərliyinin, eyni zamanda rayonun parlamentdə təmsilçilərinin sakinlərlə birgə səylərinə, əldə olunan müsbət nəticələrin yüksək səviyyədə dəstəklənməsinin növbəti addımlara stimul verməsinə əsaslanır.
 Sosial məsələlərin həlli istiqamətində ciddi addımlar atılır. Qəsəbə sakinlərinin suya olan tələbatının ödənilməsi üçün görülən işlər öz müsbət nəticəsini verir. Belə ki, Zirə qəsəbəsindən adaya gələn mövcud su kəmərinə qanunsuz qoşulmuş xətlərin kəsilməsi suyun həcminin 3 dəfəyədək artmasına səbəb olmuşdur ki, bu da sakinlərin su ilə təminatına öz müsbət təsirini göstərir. "Azərsu" ASC-nin yaxından köməyi ilə rayona 2 ədəd su maşının alınaraq qəsəbə sakinlərinin ixtiyarına verilməsi də bu məqsədə xidmət edir. Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır ki, bu işlərin cari il ərzində başa çatdırılması nəzərdə tutulur. Eyni zamanda Zirədə tikilmiş 30 min kubmetrlik 3 ədəd su anbarından Pirallahı istiqamətində magistral su kəmərinin tikintisinə başlanmış, hazırda işlər sürətlə davam etdirilir. Onu da qeyd edək ki, cari ilin mart ayından başlayaraq rayonunun Pirallahı qəsəbəsinin 5 məhəlləsinin daxili su xətləri yenidən çəkilib.
 Digər qəsbələrdə olduğu kimi Pirallahıda da əhalinin qaz təminatının yaxşılaşdırılması prioritet məsələlərdəndir. Qaz xətləri yeniləşdirilir, eyni zamanda yeni yerüstü borular tikilir. İşlər davamlılığı ilə diqqət çəkir.
 Qəsəbədə mədəniyyət evlərinin, idman komplekslərinin, məscidlərin əsaslı təmiri və tikintisi işləri də sürətlə həyata keçirilir. Görülən işlərin ümumiləşdirilmiş ifadəsi budur ki, qəsəbə sürətli inkişaf dövrünü yaşayır. Rayon mərkəzi olaraq Pirallahı qəsəbəsinin gələcək inkişaf perspektivinin kompleks şəkildə və planauyğun həyata keçirilməsi məqsədilə ilkin olaraq qəsəbənin baş planının hazırlanması istiqamətində tədbirlər görülür.
 Bir rayonun timsalında təqdim olunan inkişaf, tərəqqi bu fikri söyləməyə əsas verir ki, ölkənin iqtisadi və maliyyə imkanları genişləndikcə bu, hər bir rayonun, qəsəbənin, bölgənin, həmçinin insanların gündəlik həyatında özünü büruzə verir. İqtisadiyyatın güzgüsü isə dövlət büdəcsidir. Dövlət büdcəmizin ildən-ilə artması sosial-iqtisadi islahatların uğurlu icrasından xəbər verir. Artıq qeyd olunduğu kimi, cari ildə Bakı və Bakıətrafı qəsbələrin, regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramlarının icrası başa çatır. Uğurlu nəticələr, eyni zamanda qarşıya qoyulan hədəflər yeni Dövlət Proqramlarının qəbulunu zərurətə çevirir. Qəbul olunan Proqramların uğurlu icrasında əsas məqsəd Azərbaycanın iqtisadi qüdrətini daha da artırmaq, hərtərəfli inkişafını sürətləndirmək, əhalinin sosial müdafiəsini yüksək səviyyədə təmin etməkdir.
 
 
Pirallahı qəsəbəsinin istilik təchizatı yaxşılaşdırılır
   "2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı və "2009-2013-cü illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı" sərəncamlara əsasən Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, görülən işlər çərçivəsində qəsəbədə "Azəristiliktəchizat" ASC tərəfindən bir sıra tədbirlər həyata keçirilir. Buraya yeni istilik təchizatı mənbələrinin yaradılması, mövcud qazanxana və istilik məntəqələrinin bərpası, yenidən qurulması, modernləşdirilməsi, qazanxanaların qaz təchizatının təmin edilməsi üçün yeni qaz xətlərinin çəkilməsi, magistral və məhəlli istilik xətlərinin yenilənməsi daxildir.
  Bundan əlavə, həmin qurum tərəfindən 40-cı məhəllədəki qazanxananın əsaslı təmir işləri başa çatmaq üzrədir. S.Bağirov küçəsində müasir tələblərə tam cavab verəcək binaların isidilməsi məqsədi ilə qazanxana və daimi su təminatı üçün anbar tikilir. Qəsəbədə 3 ədəd yeni qazanxana artıq yenidən qurulmaqdadır.
 
 
Pirallahı adasında yanalma körpüləri kompleksinin inşası davam etdirilir
 Pirallahı rayonunda Pirallahı adası yanalma körpüləri kompleksinin tikintisi sahəsində əsas işlər sahil zolağında görülür. Bununla yanaşı, inşaatçılar artıq dəniz akvatoriyasında da layihənin icrasına başlamışlar.
 Rayon icra hakimiyyətindən AzərTAc-a bildirmişlər ki, hazırda limanın dənizdəki bənd hissəsinin doldurulmasına başlanılmış və artıq dəniz bəndinin 20 metrlik hissəsi torpaqla doldurulmuşdur.Eyni zamanda, estakada tipli körpünün də 20 metrlik hissəsinin doldurulması işləri yekunlaşmışdır.
 Hazırda svayların vurulmasına hazırlıq işləri görülür.Digər bir sahədə ərazinin hündür yerləri qazılaraq torpağı çıxarılır, ərazinin hamarlanması işləri yerinə yetirilir. Yaxın vaxtlarda bu hissədə də damba tipli dalğaqıranın tikintisinə başlamaq nəzərdə tutulmuşdur. Burada da estakada tipli körpü inşa ediləcəkdir.
 
 
Qəsəbə yolları təmir edilir
 Paytaxtın Xəzər rayonunda Buzovna-Şagan-Mərdəkan-Şüvəlan və Qala-Pirallahı magistral yollarının yenidən qurulması ilə əlaqədar işlər davam edir.
 Cari ilin 6 ayında Gürgan qəsəbəsində 12 min, Buzovna qəsəbəsində 42 min 600, Şüvəlan qəsəbəsində 38 min kvadratmetr, Buzovna-Mərdəkan-Şüvəlan yeni magistral yolunda 7,6, Qala-Pirallahı magistral yolunda 10 kilometr asfalt işi görülmüşdür.
 Ümumilikdə rayon üzrə həmin dövr ərzində RİH tərəfindən 13, Dövlət Proqramı çərçivəsində isə 19,3 kilometr olmaqla cəmi 32,3 kilometr yeni asfalt örtüyü salınmışdır.
 
 
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasına başlamışdır
 Bu il oktyabrın 9-da keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən namizədliyi irəli sürülmüş YAP-ın sədri İlham Əliyevin namizədliyinin qeydə alınması məqsədilə avqustun 13-də bütün rayon və şəhər təşkilatları ilə bərabər, Pirallahı rayon təşkilatı da imzatoplama kampaniyasına başlamışdır. YAP Pirallahı rayon təşkilatının sədri Manaf Manafov AzərTAc-a bildirmişdir ki, bu kampaniya ərəfəsində Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının nəzdində seçki qərargahı yaradılmış, imza toplayan şəxslərlə treninqlər keçirilməsi təşkil edilmişdir. Bundan əlavə, seçici imzalarının toplanılması ilə əlaqədar təlimatlar, imza vərəqələrinin nümunələri öyrənilmiş, imza toplayan şəxslərə izahatlar verilmişdir.
 Rayon sakinləri ilk gündən imzatoplama kampaniyasına böyük ruh yüksəkliyi ilə qoşulmuşlar.
 
 
Новая жизнь одного из районов Баку
 
 В Пираллахинском районе Баку проводятся широкомасштабные ремонтно-строительные работы.

 Как сообщили Day.Az в Исполнительной власти (ИВ) района, в текущем году на въезде в поселок Пираллахи были проведены работы по озеленению и благоустройству. В рамках проводимых работ демонтированы металлические киоски вдоль дорог, продолжается снос заборов, гаражей, торговых киосков, незаконно построенных во дворах домов. В настоящее время во дворах ведутся работы по благоустройству.

 Кроме того, на магистральной дороге установлены 7 новых автобусных остановок, работы в этом направлении продолжаются. Дорога, ведущая в поселок Пираллахи, заасфальтирована, обновлены разделительные полосы, нанесена дорожная разметка для пешеходов.

 На улице К.Рзаева, 28 и 29, установлены 4 тенистые беседки, в ближайшее время будет завершена установка еще одной беседки. Так, отремонтирован Центр культуры имени В.Мустафазаде, устранены незначительные недостатки в Парке молодежи, уголок отдыха полностью приведен в благоустроенное состояние. Более того, завершено строительство футбольной площадки в парке "Uşaq əyləncə", территория парка благоустраивается, проводятся работы по укладке каменных плит, установке качелей, различных аттракционов, тенистых беседок.

 Кроме того, как сообщили в ИВ района, разработан проект восстановления централизованной системы отопления жилых зданий в поселке Пираллахи, проводится строительство котельных, осушены подвалы ряда пятиэтажных домов.

 Проводятся работы по улучшению систем водоснабжения и канализации Пираллахинского района. В поселке Зиря построено 3 резервуара емкостью 30 000 куб.м, начато строительство магистрального водопровода в направлении поселка Пираллахи. Начиная с марта 2013 года, заново проложены внутренние линии водоснабжения 5 кварталов поселка Пираллахи. Аналогичные работы проводятся на улицах К.Рзаева, Азизбекова и прочих улицах. В поселке Пираллахи проводятся работы по реконструкции системы канализации, установке насосных станций и очистных сооружений.

 Напомним, что 18 января 2013 года Президент Азербайджана Ильхам Алиев подписал указ о внесении изменений в "Образцовую структуру аппарата главы городской, районной исполнительной власти и исполнительной власти района города, представительств по административно-территориальному округу главы исполнительной власти и участковому административно-территориальному округу и число штатных единиц". В соответствии с указом, для обеспечения выполнения закона АР "О создании района Пираллахи в составе административно-территориальной единицы города Баку" от 21 декабря 2012 года в названии "Образцовая структура аппаратов глав исполнительной власти Хазарского, Гарадагского, Сабунчинского, Сураханского и Бинагадинского районов Баку" после слова "Сураханы" добавлено слово "Пираллахи". В административно-территориальное деление Пираллахинского района Баку включены поселки Пираллахи, Чилов и Нефтяные камни, находящиеся в составе поселковых административно-территориальных округов Пираллахи, Чилов и Нефтяные камни Хазарского района Баку
 
   day.az
 
Neft Daşları adasında yeni infrastruktur obyektləri istismara verilmişdir

Azərbaycan Dövlət Neft Şirkəti yaxın illərdə ölkədə neft hasilatının artırılmasını planlaşdırır. Artıq şirkətdə bununla bağlı xüsusi  proqram hazırlanmış və onun reallaşdırılmasına başlanmışdır. Yeni  layihənin həyata keçirilməsi nəticəsində ölkənin quru və dəniz neft yataqlarında hasilatı ildə təqribən 1-2 milyon ton artırmaq mümkün olacaq. Hasilatın artırılması ilə bağlı tədbirlər isə əsasən, ARDNŞ-in köhnə dəniz yataqlarında, o cümlədən “Neft Daşları”, “28 May”, “N. Nərimanov” və “Abşeron” dəniz sahələrində aparılacaq. Şirkət üzrə hasilatın artırılmasına nail olmaq üçün yeni texnologiyaların tətbiqi nəzərdə tutulur.

Dünyada ilk dəfə olaraq açıq dənizdə neftçıxarmanın əsası qoyulduğu “Neft Daşları” yatağı uzun illər istismarda olmasına baxmayaraq, burada çıxarılması mümkün olan ehtiyatlar hələ çoxdur. Məhz buna görədir ki, ölkə Prezidenti İlham Əliyev bir neçə il bundan əvvəl adı çəkilən yataqda neft hasilatının 1,2 milyon tona çatdırılmasını tövsiyə etmiş və bu barədə neftçilərə müəyyən tapşırıqlar vermişdir. Ötən müddətdə Dövlət Neft Şirkəti tərəfindən bununla bağlı  konkret işlər görülmüş, “Neft Daşları” yatağında yeni, mütərəqqi texnologiyalar tətbiq edilmiş, infrastruktur əsaslı şəkildə yeniləşdirilmişdir. Bundan əlavə, son illər adanın sosial-iqtisadi inkişafı istiqamətində də mühüm tədbirlər həyata keçirilmişdir.

Ötən həftə isə “möcüzələr adası”nda  inşa edilmiş yeni Qaz Turbinli İstilik Elektrik Stansiyası istismara verilmişdir. Xatırladaq ki,  “Neft Daşları” və “28 May” neft və qazçıxarma idarələrinin elektrik enerjisi ilə təminatı 1986-cı ildə istifadəyə verilmiş Qaz Turbinli Elektrik İstilik Stansiyası (QTES-48) vasitəsi ilə həyata keçirilirdi. Stansiya fiziki və mənəvi cəhətdən köhnəldiyindən, bəzi avadanlıqların sıradan çıxması, bununla da yanacaq sərfi, habelə hasil olunan enerjinin maya dəyəri artdığından yeni stansiyanın inşasına böyük ehtiyac yaranmışdı. Məhz bu  tələbat nəzərə alınaraq 2009-cu ildə ARDNŞ-in “Neftqazelmitədqiqatlayihə” İnstitutu və “Kompra Enerji” şirkəti tərəfindən hər birinin gücü 7,5 MVA olan 6 ədəd qaz-turbinli generatordan ibarət elektrik stansiyasının layihəsi hazırlanmışdır. Qaz Turbinli İstilik Elektrik Stansiyası həmin layihə əsasında Neft Daşlarında quraşdırılmış 60x100 metr ölçülü platformanın üzərində ARDNŞ-in “Neftqaztikinti” Tresti tərəfindən tikilmişdir.

Məlumat üçün bildiririk ki, yeni stansiya elektrik enerjisi hasil etməklə yanaşı, kommunal məişət obyektlərinin istilik enerjisinə olan tələbatını da təmin edir. Stansiyanın xarici şəbəkə ilə əlaqəsi olmadığından əsas avadanlıqlar—SOLAR şirkətinin istehsalı olan 6-ədəd TAURAS-70 qaz turbin generatoru istismar etibarlılığı baxımından çox yüksək tələblərə cavab verir. Turbinlərdən 4-ü yalnız yanacaq qazı, digər 2-si isə həm qaz, həm də dizel yanacağı ilə işləyə bilir. Bütün turbinlər tələbatdan asılı olaraq eyni vaxtda dayanmadan işləyə biləcək şəkildə layihələndirilmişdir. Stansiyanın materialları dəniz şəraitində istismar tələbləri üçün qoyulan beynəlxalq standartlara cavab verir. Stansiyanın istismarının minumum layihə müddəti 200 min saat və ya 25 il təşkil edir.

İndən belə, “Neft Daşları” yatağında geoloji-kəşfiyyat işlərinin keyfiyyəti də xeyli yaxşılaşacaqdır. Buna isə Geofizika və Geologiya İdarəsinin “Neft Daşları” Mədəngeofizika Ekspedisiyası üçün yeni inşa edilən meydança və inzibati bina imkan yaradacaqdır. Xatırladaq ki, “Neft Daşları”, “Palçıq Pilpiləsi”, “Günəşli” və “Çilov adası” yataqlarındakı quyularda geofiziki tədqiqat işlərini yerinə yetirən ekspedisiya 1985 və 1983 saylı meydançalarda yerləşir. Ötən müddətdə meydançaların və estakadanın bəzi hissələri, eləcə də ekspedisiyaya gedən yollar yararsız vəziyyətə düşmüş, metal sütunlar güclü korroziyaya məruz qalmışdır. Bütün bunlar nəzərə alınaraq, yeni meydançanın və ekspedisiyanın bazasının tikintisi qərara alınmışdır. 2010-cu ildən “Neftqazelmitədqiqatlayihə” İnstitutunun layihəsi əsasında “Neftqaztikinti” Tresti tərəfindən yeni özülün, 2012-ci ilin noyabr ayından isə ekspedisiya üçün bazanın tikintisinə başlanmışdır. Özüldə işçilərin işləməsi və mədən-geofiziki cihazların təmiri üçün ümumi sahəsi 1800 kvadratmetr olan iki mərtəbəli inzibati bina inşa olunmuşdur. Binada quyu cihazlarının təmiri sexi, rəhbər və mühəndis texniki işçilərin iş otaqları, arxiv-fond, emal otaqları yerləşir. Ərazidə həmçinin, nəqliyyat və xüsusi texnika, quyu cihazlarının təmiri sexləri, mexaniklərin iş otağı, emalatxana, radioaktiv və partlayıcı maddələrin saxlanılması anbarları tikilmişdir.

Pirallahının sərvəti

Pirallahı adadır. Təbiətin hökmü ilə dənizin ortasına - sahildən onlarca kilometr aralı düşmüş torpaq parçasıdır. İnsanlar onu damba vasitəsilə quru əraziyə birləşdiriblər. Burada daş evlər, sənaye obyektləri, su anbarı, elektrik stansiyası və s. tikilir. Bir sözlə, adada bir oba yaranıb, abad bir qəsəbə salınıb, indi 16 min nəfərdən çox əhalisi olan qəsəbə.

"Pirallahı" həm də yataqdır. Neftlə və qazla zəngin olan bir məkandır ki, onilliklər boyu çıxarılan sərvəti hələ də tükənməyib. İnsanlar da burada məhz neft tapılandan sonra məskən salıb, ev-eşik qurub, infrastruktur yaradıblar.

"Pirallahı" elə bir yataqdır ki, sərvətinin yarısı quruda - yerin təkində, yarısı Xəzərdə - dənizin dibindədir. Adada ilk sənaye əhəmiyyətli neft 1902-ci ildə 44 nömrəli quyudan alınıb. 1935-ci ildə isə sahildən 520 metr aralıda polad dirəklər üzərindən qazılmış 157 nömrəli quyu yatağın sudakı ərazisini nişan verib. Bu quyu canlı bir eksponata çevrilərək hələ də işləyir, neft və qaz verir.

Pirallahıda neft və qazçıxarma idarəsi 1936-cı ildə yaradılıb. Bu idarə də adanın özü kimi, uzun illər yad adlarla çağırılıb. İndi "Abşeronneft" Neft və Qazçıxarma İdarəsi adlanır. Bu gün "Abşeronneft" Xəzərin qoynundakı "Gürgan-dəniz", "Darvin bankası", "Qərbi Abşeron" və digər yataqları da istismar edir. Dəniz özülləri sahildən onlarca kilometr irəliyə "addımlayıb". İdarənin hətta adadan 45 kilometr aralıda, Xəzərin Sumqayıt şəhərinə yaxın ərazisində də özülləri var.

Özüllər və estakadalar, 4 neft və qazçıxarma mədəni (sexi), bir sıra digər əsas və köməkçi sahələr "Abşeronneft"in 1500 nəfərdən artıq olan kollektivinin iş yerləridir. Burada geoloq da, qazmaçı da, operator da, hətta istehsalatdan kənarda, yəni xidmət sahəsində və köməkçi işlərdə çalışanlar da özlərini neftçi, böyük neftçilər ordusunun üzvü hesab edirlər. Məhz bu birlik hissinin gücü ilə idarə qarşıda duran vəzifələri layiqincə yerinə yetirir. Bu ilin 6 ayında "Abşeronneft" 117 min 65 ton neft hasil edib. Bu, planın 112,4 faiz yerinə yetirilməsi deməkdir. Yarımillik neft və qaz təhvili tapşırıqlarına da artıqlaması ilə əməl olunub.

Xatırladaq ki, yataqlar köhnədir və burada hasilatı sabit saxlamaq o qədər də asan məsələ deyil. "Abşeronneft" əməkçiləri isə hasilatı nəinki sabit saxlamağa, hətta artırmağa da nail olurlar. Bu, geoloji və texniki tədbirlərin həyata keçirilməsinin, yeni texnologiyanın tətbiq edilməsinin, işin düzgün təşkilinin, ən başlıcası, kollektivin bütün üzvlərinin gərgin zəhməti sayəsində mümkün olur.

Son illərin bir nailiyyəti də əməyin təhlükəsizliyi, neftçilərin məişət şəraitinin yaxşılaşdırılması, ətraf mühitin mühafizəsi sahəsində görülən işlərdir. Başqa sözlə, başlıca şərt neftçinin sağlamlığıdır, onun evindən sağ-salamat çıxdığı kimi əmək növbəsindən ailəsinin, uşaqlarının yanına da beləcə qayıtmasıdır. Axı bu yerlərin ən böyük sərvəti insanlardır - ada və dəniz şəraitində torpağın və suyun dərinliklərindən təbiətin sərvətini üzə çıxaran insanlar...

Bu ğün Pirallahı müxtəlif sahələrdə çalışan yüzlərlə insanın məskən saldığı bir məkan olsa da, yaddaşlarda həmişəlik neftçilər qəsəbəsi kimi qalır. Ölkə Prezidenti İlham Əliyevin sərəncamı ilə bu qəsəbənin sosial-iqtisadi inkişafına yönəldilən tədbirlər burada yaşayan neftçilərə və bütün sakinlərə qayğıdan qaynaqlanır. Dövlət başçısı keçən il noyabrın 23-də qəsəbəni sahillə birləşdirən avtomobil yolunun dəniz suyu ilə yuyulmasının qarşısının alınması, yolətrafı zonalarda ekoloji vəziyyətin yaxşılaşdırılması üçün avtomobil körpüsünün tikintisi və yol boyunca sahilbərkitmə işlərinin aparılması məqsədilə ilkin olaraq Prezidentin Ehtiyat Fondundan 5 milyon manat ayrılması barədə sərəncam vermişdir.

İndi nəzərdə tutulan işlər davam etdirilməkdə, Pirallahıya gedən yollar abadlaşmaqdadır. Axı qədim Pirallahı bu gün həm də Azərbaycan paytaxtının ən gənc rayonudur. Bu rayonun ən böyük sərvəti neft və neftçilərdir.

Neftçilərin isə işi həmişə çox olur. Bu isti yay günlərində də onlar mədənlərdə, özül və estakadalardadır.

 
 
"Darvin bankası" yatağında 3 yeni quyu qazılır
 Darvin bankası" yatağındakı 670 nömrəli özüldən 671 nömrəli quyuda qazma işləri davam etdirilir.
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1470 metrdir. Yataqdakı 620 nömrəli özüldən Qirməki lay dəstəsinə qazılan 690 nömrəli quyunun layihə dərinliyi isə 1440 metrdir. 720 nömrəli özüldən 834 nömrəli quyunun da qazma işləri davam etdirilir. Qirməki altı lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1500 metrdir. Geoloqların hesablamalarına əsasən, quyuların hər birindən sutkada 6 ton neft hasil olunacağı nəzərdə tutulur.
 Quyularda qazma işləri "Neft Daşları" neft-qaz çıxarma idarəsinin sifarişi ilə "Neft Daşları" qazma işləri idarəsi tərəfindən həyata keçirilir.
 
На месторождении «Банка Дарвина» начато бурение трех новых скважин

Госнефтекомпания Азербайджана (SOCAR) приступила к бурению 3 скважин  на месторождении «Банка Дарвина». Как передает 1news.az со ссылкой на сообщение SOCAR, одна скважина №671 проектной глубиной 1470 метров бурится с платформы №670. Вторая скважина №690 проектной глубиной 1440 метров бурится с платформы №620. Третья скважина №834 проектной глубиной 1500 метров бурится с платформы №834. По подсчетам геологов, после сдачи в эксплуатацию суточный дебит каждой из скважин составит 6 тонн нефти. Месторождение  «Банка Дарвина», располагающееся в море в 6 км от острова Пираллахи (бывший о. Артем), эксплуатируется с 1950-х гг. и имеет остаточные запасы в 3 млн тонн нефти и 0,5 млрд кубометров газа. За 50 лет здесь добыто 16,2 млн тонн нефти. На месторождении имеется вся инфраструктура для добычи и транспортировки нефти.

Pirallahı rayonunda müxtəlif təyinatlı obyektlər inşa olunur
Bakı şəhərinin yeni yaradılmış Pirallahı rayonunda müxtəlif təyinatlı obyektlərin tikintisi üzrə məqsədyönlü tədbirlər həyata keçirilir.
 Bu barədə AzərTAc-a rayon icra hakimiyyətindən bildirmişlər. Qeyd edilmişdir ki, rayon sakinlərinin mədəni istirahət yerinə çevrilmiş mədəniyyət mərkəzi əsaslı təmir olunmuş, Gənclər parkı isə tam abad vəziyyətə gətirilmişdir. Bunun ardınca Uşaq parkında futbol meydançası və digər qurğularının tikintisinə başlanmışdır.
 Həmçinin 5 məhəllədə inşa edilmiş "Xeyir-şər" evlərində əsaslı təmir, yenidənqurma və bərpa işləri davam etdirilmiş, S.Bağırov küçəsindəki və 28-ci məhəllədəki 2 "Xeyir-şər" evi əhalinin istifadəsinə verilmişdir.
Rayonun əsas magistral yolunda 7 yerdə müasir tipli yeni dayanacaq inşa edilmişdir. Hazırda bu istiqamətdə işlər davam etdirilir.
 
  topnews.az/
Pirallahı rayonu: ilin birinci yarısının göstəriciləri ürəkaçandır
 2012-ci ilin dekabrında Bakı şəhər inzibati ərazi vahidi tərkibində yaradılmış Pirallahı rayonu artıq sürətli inkişaf yoluna qədəm qoymuşdur. Əldə edilən uğurlar rayon icra hakimiyyətində keçirilən hesabat yığıncağında xüsusi vurğulandı.
 Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov yığıncaq iştirakçılarına 2013-cü ilin birinci yarısında görülən işlər barədə ətraflı məlumat verdi.
 Bildirildi ki, rayonda geniş abadlıq və quruculuq işlərinə start verilib.  İlk növbədə, rayonun giriş hissəsində yaşıllaşdırma və abadlıq işləri genişləndirilib. Yolun hər iki tərəfində tikilmiş qüllələrin ətrafına qazon döşənmiş, bəzək ağacları və gül kolları əkilmişdir. Hazırda Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün, Qala qəsəbəsindən Pirallahıya çəkilən 4 zolaqlı müasir avtomobil yolunun, “Pirallahı adası yanalma körpüləri kompleksi”nin tikintisi davam etdirilir. V.Mustafazadə adına Mədəniyyət Mərkəzi təmir olunmuş, “Gənclər parkı”  abadlaşdırılmış, “Uşaq parkı”nda futbol meydançası və digər qurğuların tikintisinə başlanmışdır. 5 məhəllədə inşa edilmiş “Xeyir-şər” evlərində əsaslı təmir, yenidənqurma və bərpa işləri davam etdirilmişdir. Mərkəzləşdirilmiş istilik sisteminin bərpası layihəsi hazırlanmış, təmir işlərinə və qazanxanaların qurulmasına başlanmışdır. Növbəti payız-qış mövsümünədək 40-cı məhəllədə 5 binaya, sonra isə qəsəbənin bütün binalarına istilik veriləcəkdir.
 Qəsəbənin bir nömrəli problemi sayılan içməli su məsələsinin həlli üçün Zirə qəsəbəsindən çəkilən mövcud su kəmərinə qanunsuz qoşulmuş xətlər kəsilmiş, adaya gələn suyun həcmi 3 dəfəyədək artırılmışdır. “Azərsu” ASC-nin köməyi ilə rayon üçün  2 ədəd su maşını alınmış, qəsəbə sakinlərinə təmənnasız gündə 40 tondan artıq  içməli su verilməsi təmin edilmişdir. Rayona Ceyranbatan su anbarından yeni içməli su xəttinin çəkilməsinə başlanmışdır və bu işlərin bir il ərzində başa çatdırılması nəzərdə tutulmuşdur. 2013-cü ilin mart ayından başlayaraq rayonun Pirallahı qəsəbəsinin 5 məhəlləsinin daxili su xətləri dəyişdirilmişdir. Kanalizasiya sisteminin yenidən qurulması işlərinə  başlanmışdır.
 Süleyman Bağırov küçəsində təxminən 5 hektar sahəni əhatə edən gölün qurudulması prosesi başa çatmaq üzrədir. Bu ərazidə iki bir bloklu 10 mənzilli binanın tikintisinə başlanmışdır. Baş planına uyğun olaraq şökülməsi nəzərdə tutulan binalarda yaşayan əhalinin və obyektlərin yerləşdirilməsi üçün iki yeni binanın tikintisi üçün sahə ayrılmışdır.  Rayonda yaradılmış Su-Kanal Departamentində və rayon Mənzil Kommunal Təsərrüfatı Birliyində 400-dən çox adamın işlə təmin ediləcəyi planlaşdırılır. Onu da qeyd edək ki,  Pirallahı rayonu yaradılandan bəri 450 nəfər daimi işlə təmin olunmuşlar. Sakinlərin maddi-rifah halının yüksəldilməsi məqsədilə yaxın gələcəkdə Pirallahıda çörək fabrikinin tikintisi, bazar, ticarət mərkəzləri, yanacaqdoldurma məntəqəsinin inşası nəzərdə tutulmuşdur.
 Yığıncaqda millət vəkili Rauf Əliyev,  “28 May” NQÇİ-nin rəisi Rövşən Qarayev, 186 saylı orta məktəbin direktoru Arif Xankişiyev, gənc fəal Anar Babayev və başqaları çıxış edərək 2013-cü ilin I yarımilində rayonda görülən işləri qənaətbəxş hesab etdilər və əsas diqqəti qarşıda duran vəzifələrin icrasına yönəltməyin vacibliyini vurğuladılar.
 
 “Xalq qəzeti”
YAP Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib
 Bu gün Pirallahıdakı Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyası (YAP) Pirallahı rayon təşkilatının təsis konfransı keçirilib. SİA-nın məlumatına görə, konfransda rayonun idarə və təşkilatlarından seçilmiş 300 nümayəndə iştirak edib.
 Konfrans öz işinə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verib. Konfransın gündəliyi təsdiq olunduqdan sonra çıxış edən Pirallahı rayon icra hakimiyyətinin başçısı Vasif İmanov bildirib ki, YAP Azərbaycan tarixinin son dərəcə ağır və keşməkeşli günlərində, ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə tarixi zərurət nəticəsində Azərbaycan ziyalılarının təşəbbüsü və fəal iştirakı, Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə yaranıb: “YAP ölkəmizin siyasi həyatında uğurla fəaliyyət göstərir və bu gün cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nailiyyətlər qazanır”.
 Yeni yaradılmış Pirallahı rayonunda həyata keçirilən tikinti-quruculuq və abadlıq işlərindən danışan V.İmanov bildirib ki, Pirallahı adasını Abşeron yarımadası ilə birləşdirən yeni körpünün inşası davam edir: “Artıq Qala-Pirallahı avtomobil yolunda asfalt-beton örtüyünün vurulması işləri sürətlə gedir. Pirallahı qəsəbəsinin funksional zonalaşdırma layihəsi ilkin variant kimi müvafiq orqanlarla razılaşdırılaraq, rayonun inzibati mərkəzi üçün sahə müəyyənləşdirilib. Qəzalı binalarda yaşayan sakinlərin köçürülməsi məqsədilə artıq “Abad məhəllə-1” layihəsinin icrasına start verilib və iki binanın özülü qoyulub. Uzun illər susuzluqdan əziyyət çəkən Pirallahıya Ceyranbatandan yeni su xəttinin çəkilişi prosesi sürətlə davam edir”. Vasif İmanov Pirallahı kimi sürətli inkişaf mərhələsində olan bir rayonda Yeni Azərbaycan Partiyasının rayon təşkilatının tezliklə təsis edilməsinin zəruriliyini və vacibliyini vurğulayıb.
 Daha sonra açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət Şura və 11 nəfərdən ibarət İdarə Heyəti üzvləri seçilib. Yeni Azərbaycan Partiyasının Pirallahı rayon təşkilatının sədri vəzifəsinə Manaf Malik oğlu Manafovun namizədliyi irəli sürülüb. Konfrans nümayəndələrindən “Abşeronneft” NQÇİ-nin şöbə rəisi Şamil Kazımov, 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Ələddin Muxtarov və başqaları çıxış edərək M.Manafovun namizədliyini dəstəkləyiblər. Sonra açıq səsvermə yolu ilə Manaf Manafov yekdilliklə YAP Pirallahı rayon təşkilatının sədri vəzifəsinə seçilib.
 Tədbirdə çıxış edən YAP icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Yeni Azərbaycan Partiyasının fəaliyyət göstərdiyi 21 il ərzində böyük inkişaf yolu keçdiyini vurğulayıb: “Partiya müstəqillik tariximizlə yanaşı addımlayır və ölkəmizin qazandığı uğurlara özünün böyük töhfələrini verir”.
 YAP-ın icra katibinin müavini müstəqillik illərində Azərbaycanda bütün sahələrin inkişaf etdiyini, o cümlədən həm neft, həm də qeyri-neft sahəsində əhəmiyyətli nailiyyətlər qazanıldığını vurğulayıb. S.Novruzov ötən dövr ərzində YAP-ın daha da gücləndiyini deyərək, partiya üzvlərinin sayının 600 mini ötdüyünü qeyd edib.
 Sonra millət vəkili xüsusi vurğulayıb ki, Yeni Azərbaycan Partiyasının V Qurultayı Azərbaycan Respublikasının Seçki Məcəlləsinin 54-cü maddəsini rəhbər tutaraq Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Heydər oğlu Əliyevi 2013-cü ilin prezident seçkilərində Yeni Azərbaycan Partiyası tərəfindən Azərbaycan Respublikasının prezidentliyinə namizəd kimi irəli sürüb və hazırda V Qurultayın bu qərarından irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində uğurlu fəaliyyət davam edir.
 Daha sonra Millət vəkili Rauf Əliyevin, YAP idarə heyətinin üzvü Kərim Kərimovun çıxışlarında partiyanın yaranma tarixindən və xalq qarşısında xidmətlərindən ətraflı bəhs olunub, Partiyanın Pirallahı rayon təşkilatının üzvlərinə rayonun ictimai-siyasi həyatında, quruculuq işlərində fəal iştirak etmək arzulanıb.
 Göstərilən yüksək etimada görə konfrans nümayəndələrinə dərin minnətdarlığını bildirən Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Manaf Manafov partiyanın rayon təşkilatının çoxsaylı üzvləri adından təsis konfransının iştirakçılarını bir daha əmin edib ki, 2013-cü ilin payızında keçiriləcək prezident seçkilərində Yeni Azərbaycan Partiyasının layiqli və yeganə namizədi kimi Azərbaycan xalqının vahid siyasi lideri cənab İlham Əliyevi birmənalı şəkildə dəstəkləyəcək, Pirallahıda həyata keçirilən abadlıq və quruculuq işlərində fəal surətdə iştirak edəcəklər. 
 Sonda konfrans iştirakçıları adından Yeni Azərbaycan Partiyasının Sədri, ölkə Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.
 
sia.az
Çilov adasında yeni seysmik stansiyalar qurulub
  Çilov adasında yerləşən seysmik stansiyanın ərazisində GPS, tiltimetr və akselometr cihazları quraşdırılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, burada alınacaq məlumatların Abşeron yarımadasında Qala, Nardaran və Qobu seysmik stansiyalarında quraşdırılmış eyni tipli cihazlardan alınan məlumatlarla birgə analizi Abşeron yarımadası və Xəzər akvatoriyasında gedən geodinamik (horizontal hərəkətlər və deformasiya) proseslərin tədqiqinə geniş imkanlar açacaq.
  Qeyd edək ki, indiyə qədər RSXM tərəfindən ölkə ərazisində çoxsaylı GPS , tiltimetr və akselometr cihazlar quraşdırılıb.
 
apa.az
YAP Pirallahı rayon təşkilatı təsis olundu
  «YAP ölkəmizin siyasi həyatında əhəmiyyətli gücə malikdir və bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni nəaliyyətlər qazanır». Bu fikirlər Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının təsis konfransında səsləndirilib. Konfransda millət vəkilləri, ziyalılar və rayon ictimayyətinin fəalları iştirak ediblər. Ötən dövr ərzində YAP-ın daha da gücləndiyi və partiya üzvlərinin sayının 600 mini ötdüyü qeyd olunub. Tədbirdə açıq səsvermə yolu ilə rayon təşkilatının 31 nəfərdən ibarət şurası və 11 nəfərlik idarə heyətinin üzvləri seçilib. Təşkilatın sədri vəzifəsinə isə Manaf Malik oğlu Manafovun namizədliyi irəli sürülüb və dəstəklənib. Sonda konfrans iştirakçıları adından partiyanın sədri, prezideit İlham Əliyevə müraciət qəbul olunub.
 
http://lidertv.com/
 

 

Gənclər Fondu Pirallahıda təqdimat keçirib
 Prezident yanında Gənclər Fondu elan etdiyi üçüncü qrant müsabiqəsinin regionlarda təqdimatını davam etdirir. Növbəti təqdimat Bakının Pirallahı qəsəbəsində keçirilib.
 Pirallahı Rayon İcra Hakimiyyətinin Mətbuat xidmətindən bildiriblər ki, qəsəbə gənclərinin böyük marağına səbəb olan təqdimatı Gənclər Fondunun strateji araşdırmalar və beynəlxalq əlaqələr sektorunun aparıcı məsləhətçisi Vüsalə Niftəliyeva keçirib. Pirallahılı gənclərə fondun vəzifələri, fəaliyyət istiqamətləri barədə məlumat verən V.Niftəliyeva qrant müsabiqəsi haqqında da danışıb. Bildirilib ki, əvvəlki müsabiqəyə təqdim edilən 387 layihədən 170-nə 1 milyon 389 min 740 manat vəsait ayrılıb. İyunun 27-də elan edilmiş üçüncü qrant müsabiqəsinin avqustun 12-də yekunlaşacağını, sentyabrın ilk ongünlüyündə fondun Müşahidə Şurasının nəticələri elan edəcəyini söyləyən V.Niftəliyeva Pirallahı gənclərini öz layihələri ilə müsabiqədə fəal iştiraka dəvət edib. Təqdimat tədbirində gənclərin sualları cavablandırılıb. Sonda 60-dan çox gənc Prezident yanında Gənclər Fondunun “Sorğu” anketlərinin cavablandırılmasında iştirak edib.
 
Palitranews.az
Ceyranbatan-Pirallahı su kəmərinin bir hissəsi istismara verilib
 Bakıətrafı kənd və qəsəbələrdə istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində reallaşdırılan ən böyük infrastruktur layihələrindən olan Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanı qəsəbəsinə qədər olan hissəsinin istismara verilib.Abşeron yarımadasının bəzi yaşayış məntəqələrinə içməli suyun verilməsinə imkan yaratmışdır.
 “Azərsu” ASC-dən “Marja”ya daxil olmuş məlumata görə, Ceyranbatan sutəmizləyici qurğular kompleksinin mövcud imkanlarından istifadə etməklə müqəddəs Ramazan ayı ərəfəsində Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı xəttinin Balaxanıya qədər hazır hissəsi ilə Abşeron rayonunun Digah və Mehdiabad qəsəbələrinin bir hissəsinə, həmçinin Binəqədi rayonunun Binəqədi qəsəbəsinin Gülüstan yaşayış massivinə içməli suyun verilməsinə başlanmışdır. Bununla da uzun müddətdir içməli sudan əziyyət çəkən yaşayış məntəqələrinə fasiləsiz içməli suyun verilməsi təmin edilmişdir. Beləliklə, yeni mənbədən içməli suyun verilməsi ilə Mehdiabad qəsəbəsində 4270, Digah qəsəbəsində 2960, Gülüstan yaşayış massivində isə 1000-dən artıq sakinin 24 saat fasiləsiz su təchizatı təmin olunmuşdur. Bununla yanaşı yeni ünvanların şəbəkəyə qoşulması işləri davam etdirilir və bunların nəticəsi olaraq Mehdibad və Digah qəsəbələrində, eləcə də Gülüstan yaşayış massivində su təchizatı yaxşılaşdırılmış əhalinin sayı 10 min nəfərdən artıq olacaqdır. Layihə çərçivəsində hər bir abunəçi smart-kart sayğacla təmin olunur.
 “Azərsu” ASC-nin tədbirlər proqramına uyğun olaraq cari ilin iyul-avqust aylarında Məhəmmədli, Balaxanı, 1-ci və 2-ci Zabrat, Sabunçu qəsəbələrinə də suyun verilməsi planlaşdırılır. Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral su kəmərinin Balaxanıdan Qala qəsəbəsinə qədər olan hissəsinin tikintisi avqust ayında tamamlanacaqdır. Buna qədər Ramana və Qala qəsəbəsində anbar komplekslərinin inşası da başa çatdırılacaqdır.
 “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun hazırda Bakı şəhəri və Abşeron rayonunun 36 qəsəbəsində su və kanalizasiya layihələri icra olunur. Ceyranbatan ultrasüzgəcli sutəmizləyici qurğunun, Ceyranbatan-Balaxanı-Ramana-Qala-Pirallahı magistral xəttinin tikintisi, həmçinin qəsəbələrdə mərkəzləşdirilmiş su şəbəkələrinin yaradılması işləri başa çatdıqdan sonra Abşeron yarımadasında 1 milyondan artıq insanın içməli su təchizatı əsaslı şəkildə yaxşılaşacaqdır.
 
marja.az
Pirallahıda N saylı hərbi hissədə Silahlı Qüvvələr Gününə həsr edilmiş bayram tədbiri keçirilib
 Pirallahı rayon İcra Hakimiyyətinin dəstəyi və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə keçirilən bayram tədbiri Azərbaycan Respublikası himninin möhtəşəm sədaları ilə açıq elan edildi.
RİH aparatının məsul əməkdaşı İlqar Məmmədli Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanovun salamlarını və bayram təbriklərini hərbi hissənin zabit və əsgər heyətinə çatdırdı.
 Azərbaycan Respublikasının şanlı Silahlı Qüvvələrinin möhtəşəm tarixindən söz açan natiq Ulu öndər Heydər Əliyevin 1998-ci il mayın 22-də imzaladığı Prezident Fərmanı ilə 26 iyun tarixinin Silahlı Qüvvələr günü elan edildiyini vurğuladı, xalqımıza növbəti bayram tədbirlərini Qarabağda, Şuşada keçirməyi arzuladı.
Hərbi hissənin sözlü-nəğməli qonaqlarına “Xoş gəlmisiniz!” deyən komandir, mayor Yaşar Tağıyev ölkənin Silahlı Qüvvələrinə göstərilən qayğıya görə Prezident, Ali Baş Komandan İlham Əliyevə zabit, gizir və sıravi əsgərlərin minnətdarlığını çatdırdı.
 Hərbi xidmətdə olan, Vətən qarşısında borcunu yerinə yetirən insanları diqqətdən kənarda qoymadıqları üçün Pirallahı rayon İcra Hakimiyyətinin Başçısı Vasif İmanova və V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin direktoru Əliağa Mirzəyevə hərbçilərin dərin təşəkkürlərini ifadə edən Y.Tağıyev təcavüzkarı işğal olunmuş ərazilərdən rədd etmək üçün hər bir an Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır olduqlarını vurğuladı.
 Sonra V.Mustafazadə adına Mədəniyyət Mərkəzinin özfəaliyyət ansamblı, 29 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin rəqs qrupu, “Bulaq” körpələr evi - uşaq bağçasının yetirmələri zabit və əsgərlər qarşısında bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış etdilər.
 
AzVision.az
Pirallahıda ilk mötəbər idman yarışı keçirilib
 Azərbaycan Prezidenti İlham Əliyev sərəncamı ilə rayon statusu almış Pirallahıda ilk mötəbər idman turniri keçirilib.
Pirallahı Rayon İcra Hakimiyyətinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyunun 23-də Pirallahı İdman Mərkəzində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş koşıki karate üzrə klublararası açıq çempionat keçirilib.
 Azərbaycan Koşıki Karate Federasiyasının təşkilatçılığı və Pirallahı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilən yarışı giriş nitqi ilə açıq elan edən İH başçısının müavini Vəzir Səfixanov Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun salamlarını çempionat iştirakçılarına çatdırıb.
 İdmançıların nümunəvi çıxışlarından sonra Pirallahı, Sabunçu və Xəzər rayonlarını təmsil edən 5 komandanın, 70-dən çox karateçinin iştirakı ilə keçirilən yarışlara start verilib. Bir-birinin ardınca tatami üzərinə çıxan kiçik və orta yaş qrupundan olan gənc karateçilər öz ustalıqlarını nümayiş etdiriblər.
Nəticədə Pirallahı rayonunu təmsil edən "Neftçi" İSM-in "Çempion" klubunun təmsilçiləri müxtəlif çəki dərəcələrində 13 birinci, 9 ikinci, 5 üçüncü yer tutaraq komanda hesabında qalib gəliblər. Sabunçu rayonunun "Seibukai" klubu II, Xəzərin "Azal" klubu isə III yerə sahib çıxıb.
 
milli.az
Строительство водопровода Джейранбатан-Пираллахи может завершиться раньше срока

АО «Азерсу» (национальный оператор водоснабжения) продолжает строительство магистрального водопровода Джейранбатан-Балаханы-Раманы-Зиря-Пираллахи протяженностью 150 км, сообщает 1news.az.

«В настоящее время от Джейранбатанского комплекса водоочистных сооружений до поселка Гала осуществляется прокладка водопроводной линии протяженностью 61 км.

На данный момент завершились работы на линии протяженностью 33 км. На оставшейся части осуществляется укладка водопровода в траншеи и проводятся сварочные работы», - говорится в сообщении «Азерсу».

В целях обеспечения бесперебойного водоснабжения на территории Абшеронского района ведется строительство нового водохранилища «+ 118 Atyalı».

На стадии завершения строительство водопроводной линии диаметром 1620 мм и протяженностью 11 км, которая соединит Джейранбатанский комплекс водоочистных сооружений и водохранилище «+ 118 Atyalı».

В «Азерсу» отмечают, что часть магистрального водопровода от Джейранбатанского комплекса водоочистных сооружений до поселка Гала завершится в августе текущего года и населенные пункты, расположенные на этой территории, будут обеспечены качественным водоснабжением.

«Для обеспечения своевременности и качества работ строительство нового водопровода осуществляется с применением передовых технологий, например, используются автоматические сварочные аппараты. Таким образом, сварочные работы осуществляются без вмешательства человека.

Кроме того, осуществляется ультразвуковой контроль сварных швов. Таким образом, сварочные работы осуществляются качественно и в 4-5 раз быстрее, что позволит завершить строительство нового водопровода раньше запланированного срока», - отмечают в «Азерсу».

Как сообщалось ранее, строительство водопровода Джейранбатан-Балаханы-Раманы-Зиря-Пираллахи планируется завершить в 2013 году.
Новая водоочистная установка в Джейранбатане, продуктивность которой составит 6 кубометров воды в секунду, а также новый магистральный водопровод призваны значительно улучшить водоснабжение населенных пунктов в восточной части Абшеронского полуострова.

Так, помимо территорий, в которые вода подавалась по графику, поселки Пираллахи, Зиря, Дубенди, Гала, Шувелян, Мардакян и другие населенные пункты будут обеспечены централизованным водоснабжением.

Pirallahı rayonunda “Xalqın Xilaskarı” adlı konfrans keçirilib
 Milli Qurtuluş Günü Pirallahı rayonunda da silsilə tədbirlərlə qeyd olunmuşdur.
 Pirallahı rayonunda baş plana uyğun olaraq abadlıq və yenidənqurma işləri Milli Qurtuluş Günü ərəfəsində də davam etdirilmiş, yeni yollar salınmış, binalar tikilmiş, təmir olunmuş, su, qaz, elektrik xətləri çəkilmişdir.
Abadlıq və yenidənqurma işləri davam etdirilir.
 İyunun 15-də isə Pirallahı Rayon İcra Hakimiyyəti Milli Qurtuluş Günü və ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının 20-ci ildönümü ilə əlaqədar “Xalqın xilaskarı” adlı konfrans keçirmişdir.
Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində təşkil olunan tədbirdə əvvəlcə dövlət himni səsləndirilmişdir.
 Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Milli Qurtuluş Günü ilə əlaqədar çıxışında demişdir ki, ulu öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıtması tariximizdə əlamətdar günlərdən biridir. Ümummilli lider Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldikdən sonra Azərbaycanda bütün sahələrdə inkişafa nail olunmuşdur. Sevindirici və qürur verici haldır ki, bu gün Ulu Öndərimizin siyasi kursu onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
 Rayon icra hakimiyyətinin məsul işçisi İlqar Məmmədli və başqaları çıxış edərək müstəqilliyimizin ilk illərində qarşılaşdığımız problemlərdən danışmış, 1993-cü ildən son illər qazandığımız bütün nailiyyətlərin Heydər Əliyev qətiyyətinin, müdrikliyinin bəhrəsi olduğunu bildirmişdir.
 Daha sonra tədbir “Gənclər Parkı”nda bayram şənliyi və xalq gəzintisi ilə davam etmişdir.

 ikisahil.com
Pirallahı rayonunda Uşaqların Beynəlxalq Müdafiəsi günü qeyd edildi

 Pirallahı rayonundakı Azərbaycanın Milli Qəhrəmanı Yavər Əliyev adına 235 nömrəli orta məktəbdə Uşaqları Beynəlxalq Müdafiə Günü münasibətilə tədbir keçirilmişdir.
AzərTAc xəbər verir ki, tədbirdə çıxış edənlər bayram münasibətilə uşaqları təbrik etmiş, dövlətimizin yetişməkdə olan nəslə göstərdiyi diqqət və qayğıdan söhbət açmışlar.
 Bildirilmişdir ki, Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın məqsədyönlü siyasəti nəticəsində ölkəmizdə uşaqların sağlam həyat tərzi və hərtərəfli inkişafı naminə uğurlu addımlar atılmış, bu sahəyə diqqət və qayğı artırılmışdır.
Mərasimdə uşaqların ifasında müxtəlif mahnı və rəqslər ifa olunmuş, şeirlər səsləndirilmiş, səhnəciklər göstərilmişdir.
 1 iyun - Uşaqları Beynəlxalq Müdafiə Günü Pirallahı rayonundakı digər orta məktəblərdə, uşaq bağçalarında, V. Mustafazadə adına mədəniyyət mərkəzində, 29 nömrəli uşaq yaradıcılıq mərkəzində və 35 nömrəli uşaq kardiorevmotoloji sanatoriyasında da maraqlı bayram proqramları ilə davam etmişdir.
 
ikisahil.com/
Pirallahı məktəblərində "Son zəng"
 Trend xəbər verir ki, Pirallahı Rayon İcra Hakamiyyəti Aparatının məsul əməkdaşları məzunlara orta məktəbin buraxılış və ali məktəblərin qəbul imtahanlarında müvəffəqiyyətlər arzuladılar.
2012-2013-cü tədris ilində Pirallahı rayonunun 5 ümumtəhsil orta məktəbi üzrə 133 nəfər XI sinfi bitirir. 5 məktəb üzrə 160 şagird IX siniflərin buraxılış imtahanlarında iştirak edəcək.
 Rayon İcra Hakimiyyəti Başçısı Aparatının məsul əməkdaşı İlqar Məmmədli Pirallahıda gedən quruculuq işlərini, yeni-yeni məktəb binalarının, uşaq bağçalarının inşa olunmasını və onların hər cür avadanlıqla təmin edilməsini Prezident İlham Əliyevin qayğısı kimi dəyərləndirdi.
 "Son zəng"də təhsildə və müxtəlif tədbirlərdə fərqlənən müəllim və şagirdlər Fəxri fərman və diplomlarla təltif edildilər.
 Pirallahıda "Son zəng" tədbirləri axşam saat 18.00-dan sonra "Gənclər parkı"nda təşkil edilmiş bayram gəzintisi ilə davam etdirilmişdir.
 
Milli.Az
   В Пираллахи прошли мероприятия, посвященные юбилею Общенационального лидера Гейдара Алиева
 Сразу после создания Пираллахинского района в составе Бакинской городской административно-территориальной единицы, начались грандиозные работы по обустройству поселков района, строительству новых объектов. Полным ходом идет сооружение моста, соединяющего остров Пираллахи с Абшеронским полуостровом, нового порта и современной автомагистрали, соединяющей Пираллахи с поселком Гала. Продолжается ремонт Центра культуры им. В.Мустафазаде, Объединенной городской больницы №10. Обустроена территория больницы на острове Чилов, куда переданы 20 новых коек и другое необходимое оборудование.
 Об этом сообщил начальник пресс-службы Аппарата главы Исполнительной власти Пираллахинского района Ильгар Мамедли.
 В районе созданы две новые организации – Департамент "Су-Канал" ОАО "Азерсу" и Районное Жилищно-Коммунальное Объединение. Проведена инвентаризация земельного фонда и строений. Параллельно сносу незаконных строений, устранению антисанитарии в центральной части острова, в крупных жилых кварталах, началась работа по составлению генплана Пираллахи. Обустроена и озеленена территория вокруг башен, построенных при въезде на остров. На башнях установлены портреты Общенационального лидера Азербайджана Гейдара Алиева и Президента Ильхама Алиева.
 Предприняты шаги по решению проблемы с питьевой водой. С помощью ОАО "Азерсу" приобретены 4 водовоза, которые ежедневно бесплатно доставляют жителям Пираллахи 40 тонн воды и эта работа будет продолжена до окончания строительства водопровода Джейранбатан-Пираллахи. На стадии проектирования находится строительство новой мечети.
 В скором времени начнутся работы по созданию образцовых дворов, новых парков, будут построены многоэтажные дома, хлебопекарня, бетонный завод, заправка, торговый центр, новый рынок и другие объекты соцкультбыта, начнется капитальный ремонт школы №168, реконструкция стадиона.
 С началом апреля в Пираллахинском районе был дан старт мероприятиям, приуроченным к 90-летнему юбилею Общенационального лидера Гейдара Алиева. Юбилейные мероприятия и Праздник цветов были проведены на промышленных предприятиях и в учебных заведениях, в поселках Чилов и Нефт Дашлары. На субботниках были посажены сотни деревьев и цветов. Всего около 70 семьям, в том числе семьям шехидов, инвалидов войны в Карабахе и Чернобыля, ветеранам ВОВ и тыла, малообеспеченным жителям района были розданы праздничные подарки.
 9 мая в Центре культуры им. В.Мустафазаде прошла Конференция, приуроченная к 90-летнему юбилею Общенационального лидера Азербайджана Гейдара Алиева. В честь юбилея Гейдара Алиева прозвучал государственный гимн Азербайджанской Республики. Глава Исполнительной Власти Пираллахинского Района Васиф Иманов поздравил собравшихся с 90-летним юбилеем Общенационального лидера, пожелал им успехов. Было подчеркнуто, что это событие тесно связано с историей и судьбой страны, что заслуги Гейдара Алиева перед народом неоценимы.
 Великий лидер занимает достойное место в ряду государственных деятелей, способных в критические моменты, мобилизовав свой народ, вести его вперед. Своей незаменимой деятельностью во имя процветания народа Гейдар Алиев еще при жизни заслужил звание Общенационального лидера. В. Иманов подчеркнул, что период Гейдара Алиева в истории независимости Азербайджана в прямом смысле слова был этапом стабильности и развития. Общенациональный лидер за счет большого труда и собственного здоровья спас Азербайджан от катастрофы и вывел его на путь развития. Одной из самых больших его заслуг является подготовка достойного политического преемника. Сегодня руль азербайджанского государства в надежных руках. Общенациональный лидер говорил: "Я верю Ильхаму Алиеву как самому себе". Азербайджанский народ точно так же верит Ильхаму Алиеву и доверяет ему свою судьбу.
 Выступившие на Конференции депутат Милли Меджлиса Айдын Мирзазаде, член Политсовета партии "Ени Азербайджан" (ПЕА), главный редактор газеты "Ики сахил" Вугар Рагимзаде и другие ораторы подчеркнули, что, вернувшись по требованию народа в 1993 году к власти, Общенациональный лидер спас страну от хаоса, гражданской войны и распада. В скором времени были обезврежены незаконные вооруженные формирования, пресечены попытки государственного переворота. Началось создание единой армии, восстановлена стабильность, и Азербайджан вступил на путь стремительного развития.
 В конце мероприятия был продемонстрирован документальный фильм, посвященный жизни и деятельности Общенационального лидера Гейдара Алиева. Затем праздничные мероприятия продолжились Праздником цветов.
 Праздник цветов и выставка книг, посвященная 90-летию со дня рождения Гейдара Алиева, состоялся в "Генджлер Паркы" поселка Пираллахи. В празднике приняли участие жители и гости района. В торжествах приняли участие учреждения Пираллахинского района, а также коллективы дошкольных и школьных учреждений, воспитанники Центра культуры им. В.Мустафазаде и Центра детского творчества № 29. Каждый участник праздника в своем уголке создал различные композиции из различных цветов, посвященные общенациональному лидеру Гейдару Алиеву. Здесь же свое искусство продемонстрировали школьные коллективы.
 Выставку цветов посетили глава Исполнительной власти района, а также участники Конференции. Состоялась церемония награждения победителей прошедших накануне районных спортивных мероприятий, посвященных 90-летию Общенационального лидера Азербайджана Гейдара Алиева. Юбилейные мероприятия завершились большим праздничным концертом в исполнении видных мастеров искусства республики.
 
DAY.AZ
Pirallahı rayonuna icra başçısı təyin edildi
 Azərbaycan Prezidenti İlham Əliyev Bakının Pirallahı rayonuna İcra hakimiyyəti başçısı təyin edib.
Gün.Az-ın AzərTAc-a istinadən verdiyi xəbərə əsasən, bununla bağlı dövlət başçısının imzaladığı sərəncamda deyilir:
 “Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vasif Həsən oğlu İmanov Bakı şəhəri Pirallahı rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin”.
 
gun.az
Bakıda daha bir rayon yaradıldı

Pirallahı rayonuna Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil edilib.

 Azərbaycan prezidenti İlham Əliyev "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" 2012-ci il 21 dekabr tarixli qanunun tətbiqi barədə sərəncam imzalayıb. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlamalı və Azərbaycan Prezidentinə təqdim etməlidir.
 Üç ay müddətində Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Prezidentinə məlumat verilməlidir.
 Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Prezidentinə məlumat versin; həmin qanundan irəli gələn digər məsələləri həll etməlidir.
 Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında" qanuna uyğunlaşdırılmasını təmin etməli və bu barədə Nazirlər Kabinetinə məlumat verməlidir.
 Qanunda qeyd edilir ki, Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Bakı şəhəri Pirallahı rayonu yaradılmalı və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilməlidir.Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə Bakı şəhəri Xəzər rayonunun Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri tərkibindəki Pirallahı, Çilov və Neft  Daşları qəsəbələri daxil edilir.Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilir.
 
ANS PRESS

 

 

Keçidlər