Şriftin ölçüsü :

Saytın rəngi :

Məqalələr

Erməni tarixçi: Bizim heç vaxt dövlətimiz olmayıb!
 


       İşğalçı Ermənistanın siyasətinin əsasında siyasi mifologiya, digər xalqların torpaqlarına və mədəni irsinə iddialar, etnik təmizlənmə və ksenofobiya durur. Bir neçə əsrdir ki biz mənfur qonşularımız ermənilərin Azərbaycana qarşı apardığı məkrli bir siyasətlə - ardıcıl etnik təmizləmə, soyqırımı və təcavüz siyasəti ilə üz-üzəyik. Bu siyasət nəticəsində minlərlə insanımız həyatından məhrum olmuş, milyonlarla soydaşımız evindən-obasından didərgin düşmüşdür. Serj Sarksiyan iqtidarının bu siyasəti artıq Ermənistanın özündə də böyük narazılıqla qarşılanır. Məsələn, "İravnuk" qəzeti yazır ki, hərbi əməliyyatların yenilənməsi cəbhədə itkilərinin artması deməkdir və indiki halda bu qətiyyən Ermənistana lazım deyil: "Hələ döyüşlərin hansı nəticələrə gətirib çıxaracağını da dəqiq proqnoz etmək olmaz. Hər halda, ötən ilin aprelindən mütləq dərs çıxarılmalıdır. Məsələnin bu səbəbdən sülh yolu ilə həlli İrəvan üçün prioritet olmalıdır".
      Ukraynanın Xarkov şəhərində yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filipp Ekozyants youtubda “Erməni köçü” adlı maraqlı bir videoçarx yerləşdirib. Daha sonra o, çıxışını sosial şəbəkələrdəki səhifələrində paylaşıb. Həmin videoda bloger etiraf edir ki, hal-hazırda erməni xalqının soyqırımı gedir. Müəllif qeyd edir ki, soyqırım ondan ibarətdir ki, erməni xalqını real dünyadan virtual dünyaya köçürməyə çalışırlar. Həqiqi tarix əvəzinə isə ermənilərə reallıqla əlaqəsi olmayan virtual qədimlik, virtual böyüklük təqdim etməyə çalışırlar: “Təəssüf ki, bu gün biz ermənilər özümüz öz soyqırımımızda iştirak edirik. Soyqırım prosesi biz düşündüyümüz və bizi inandırmağa çalışdıqları kimi 100 il əvvəl başlamayıb. 100 il əvvəl bizə və Osmanlı imperiyasının bütün xalqlarına qarşı böyük bəla baş verdi. Bu bəla uzun illər əvvəl baş verdi və həmişəlik ürəklərimizdə qaldı. Bizim xalqın soyqırımı isə 20-ci əsrin 40-cı illərində başladı. Soyqırım sözünün, bu anlayışın yarandığı vaxtdan başladı, hələ də davam edir. Soyqırımın mahiyyəti isə ondadır ki, bizim erməni xalqını real dünyadan virtual dünyaya köçürməyə çalışırlar. Qonşu xalqlara, xüsusilə də, türk xalqlarına qarşı sürrealist iddia və tələblərimizlə yaxın coğrafi ətrafdan təcrid olunmuşuq. Biz qapalı, qəzəbli olmuşuq. Qondarma dünyamız ürəyincə deyilsə hər kəsi məhv edə bilərik. O dünya ki, orada biz ən qədim, ən böyük və ən əzabkeşik... Mən əminəm və bilirəm ki, bizim xalq yaddaşını, bütün doğmalarını geri qaytarmalıdır. Bura bizdən uzaqlaşdırdıqları və uzaqlaşdırmaqda davam etdikləri həm türk, həm Azərbaycan, həm də rus xalqı daxildir. 19-cu əsrin sonunda türkləri, 20-ci əsrin sonunda isə azərbaycanlıları bizə düşmən etdilər. Artıq çox uğurlu şəkildə rus xalqına qarşı nifrət virusu aşılayırlar. Mən dəfələrlə təkrar eləmişəm və yenə təkrar edirəm: bizim güclü dövlətimiz olub. Onun adı Osmanlı İmperiyasıdır. Və biz orada erməni etiqadlı osmanlılar olmuşuq. Bizim heç bir başqa dövlətimiz gerçəkdə mövcud olmayıb. Varisi yalnız erməni xalqı olan dövlət də yüz faiz olmayıb. Mən yalnız təsdiqlənmiş və sizə məlum olan faktlara əsaslanaraq öz keçmişimiz haqda həqiqəti daha ətraflı şəkildə təqdim edəcəyəm”.
      Bu gün Azərbaycanda vicdan azadlığı və tolerantlığın hökm sürməsi, ölkəmizin dünyanın multikulturalizm mərkəzinə çevrilməsi ulu öndərimiz Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasətin bəhrəsidir və erməni xalqının vicdanlı nümayəndəsinin çıxışı da bu siyasətin məntiqi nəticəsidir. Erməni xalqı nəhayət tarixi həqiqətləri bilməlidir, başa düşməlidir və qəbul etməlidir. Qarabağ düyününün diplomatik yolla, dinc yolla çözülməsi ancaq bu halda mümkündür. Əks halda ölkəmizin hər bir vətəndaşı əmindir ki, Azərbaycan Ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında üzərinə düşən məsuliyyətli missiyanın öhdəsindən layiqincə gəlməyə, torpaqlarımızı düşmən işğalından azad etməyə tam qadirdir.


Genosid uyduranlar lənətə gəlsin!

    Bu gün dünyada multikulturalizm və tolerantlığın nümunəsinə çevrilmiş Azərbaycan elə həmin dünyaya ultramillətçilik, ksenefobiya və terrorizm zəhəri yayan erməni işğalçıları ilə üz-üzə qalıb. Tarixin ironiyasına bir baxın - əsrlər boyu mərdliyi və qeyrəti ilə tanınan türk xalqları saxtakarlığı, satqınlığı, məkri özünə adət seçmiş hay toplumu ilə qonşu olmaq və bu qonşuluğun şər, böhtan, yalan, təcavüz, işğaldan ibarət acılarına dözmək məcburiyyətindədirlər. Ona görə məcburiyyətindədir deyirəm ki, özünü yüksək sivilizasiya adlandıran dünyada mövcud olan mənfur ikili standartlar hələ ki çoxlarına ağı qaradan seçməyə, birmənalı olaraq haqqın tərəfini tutmağa imkan vermir. Amma, türklər demiş, nə mutlu bizə ki, yavaş-yavaş haqq gözü açılanlar, haqq sözü deyənlər də meydana çıxır...  

    Xarkovda yaşayan erməni əsilli ictimai xadim, tarixçi, ədəbiyyatçı və bloger Filipp Ekozyantsın növbəti ifşaedici çıxışında qeyd edilir ki, bütün dünya Ermənistanı Ermənistan, erməniləri – erməni adlandırır, ancaq dünyada yeganə bir xalq var ki, onun dilində “erməni” sözü yoxdur. Bu - ermənilərdir. Müəllif qeyd edir ki, bizim hər birimiz nə vaxtsa, heç olmasa, bir dəfə eşitmişik ki, Ermənistan vaxtilə böyük dövlət olub. Bu haqda artıq çoxlu sayda kitablar yazılıb, “qəhrəmanlar” və “satqınlar” müəyyən edilib... Bu kitablardan belə qənaət hasil olur ki, sonuncu böyük erməni dövləti 2 min il əvvəl mövcud olub. O vaxtdan 20-ci əsrə kimi ermənilərin, ümumiyyətlə, dövləti olmayıb. Hərçənd, həmin kitablara görə, bu müddətdə ermənilər stabil şəkildə eyni ərazidə məskunlaşıb – “qədim və köklü Ermənistan” ərazisində. Ermənistanda hər kəs üçün müqəddəs olan bu versiya haqda qısaca bu qədər.
    Ancaq mən çoxdan bir maraqlı fakta diqqət kəsilmişəm. Bütün sivil dünya – ABŞ-dan tutmuş Çinə, İsraildən Norveçə kimi - Ermənistanı Ermənistan, erməniləri – erməni adlandırır. Ancaq dünyada bir xalq, bir azsaylı xalq var ki, onun dilində “erməni” sözü yoxdur. Və ya bu sözə oxşayan bir söz onun dilində mövcud deyil. Nə qədər paradoksal olsa da, bu xalq – ermənilərdir. Onlar bütün dünyadan fərqli olaraq özlərinə “hay” deyirlər. Yəni “erməni” sözünə əsla oxşamayan bir ad. Həmin çıxışda bloger etiraf edir ki, mən bir dəfə növbəti tarixi bir opusu oxuyarkən özümə birbaşa sual verdim ki, bəlkə heç bu “hay” xalqının erməni xalqına heç bir dəxli yoxdur? Bəlkə bu “hay” xalqının tamam ayrı, öz tarixi var? Və bəlkə doğrudan da onun böyük tarixi var?.. Ola bilsin “hay” xalqı başqa ad altında və başqa bir keçmişlə yaşayır. İki tarix – biri həqiqi, biri uydurma...
    Bu gün mən “hay” xalqımızın necə tarixi-psixi tələyə salındığını aydın şəkildə görürəm – o tələdən ki, xalq heç cür çıxa bilmir. Tələ ondan ibarətdir ki, biz yalnız qırıq faktlara əsaslanan bir tarixi şişirtməklə məşğuluq və o xalqın tarixindən danışırıq ki, o, özünü bizim adlandırdığmız kimi yox, tamam başqa cür adlanıdırır. Əlimizi ürəyimizin üstünə qoyub deyə bilərik ki, biz “tarixi Ermənistan” deyilən ərazidə ta 15-ci əsrin ortalarına kimi nə baş verdiyi barədə dəqiq heç nə bilmirik. Hay xalqı isə dəqiq bilir ki, o, son əsrlər ərzində Osmanlı imperiyasının tərkib hissəsi olub, orada ləyaqətli yer tutub, ona böyük sərkərdələr, vəzirlər, alimlər, müdriklər, həkimlər, ustalar, ticarətçilər və s. bəxş edib. Sadə insanlar bir-biri ilə yanaşı yaşayıblar. Di gəl, bu tarixi biz nədənsə öz tariximiz hesab etmirik. Biz onu yad sayır və sevmirik. Halbuki bu tarixi dönəm haqda Rusiyadan tutmuş İrana, Avropaya kimi, ABŞ-a kimi arxivlərdə olduqca böyük sayda səhih sənədlər, sübutlar var. Ən başlıcası bunlar Ermənistanın və təbii ki, Türkiyənin arxivlərində də var. Osmanlı dönəminədək olan tarix isə qaranlıqla örtülüdür və fantaziyaların məhsulundan savayı bir şey deyil.
    Fikrimcə, özümə verdiyim sualın cavabı çox sadədir və üzdə, ən görməli yerdədir: bu da odur ki, haylar osmanlı olublar. Hay xalqı bütün dünyaya böyük Osmanlı imperiyası kimi məlum olan bir imperiyanın qəlpəsidir. Türklər də eyni imperiyanın qəlpəsidir – lakin daha böyük qəlpəsi. Yunanlar, bolqarlar, bizlər – osmanlı olmuşuq. Xoşumuza gəlsə də, gəlməsə də, bu haqda düşünməli, bu haqda danışmalıyıq. Bəli, böyük bəla baş verdi və bu bəla osmanlı qəlpələrini bütün dünyaya səpələdi. Bizlərdən bəzilərimiz arasında indi uçurum var. Lakin bu, lap yaxınlaradək mövcud olmuş bir faktı – bizim bir vahidin, osmanlının hissələri olmağımızı danmır.
    O vaxt Ermənistan dövlət olaraq hələ mövcud deyildi. Yüz minlərlə ermənini xilas edən Rusiyanı vətəndaş müharibəsinin alovu bürümüşdü. Avropa isə təzə-təzə anlamağa başlayırdı ki, bizim xalqın başına nə gəlib. Böyük bəladan danışarkən mən bir məsələni də qeyd eləməyə bilmərəm – bu da hayların dilində heç vaxt olmayıb. Bu “genosid” sözüdür. Bəli, ötən əsrin əvvəllərinə böyük bəla baş verib. Nə baş verib, onu da yaxşı bilirsiniz (ermənilərə xitabla - red.). Onu da bilirsiniz ki, cinayətkarlar elə türk xalqının özü tərəfindən tutulub və edam edilib. Bu, müstəsna olaraq türk xalqının iradəsi əsasında baş verib. Hər halda, o vaxt türk xalqından belə bir məhkəməni heç kim tələb eləmirdi və tələb edə də bilməzdi.
    Əlbəttə ki, belə bir məhkəmədən sonra da yaraları sağaltmağa uzun müddət lazım oldu. Ancaq Yer üzündəki yaraların çoxu sağalıb: Varfolomey gecəsindən sonra fransızlar barışdı, üst-üstə birilərindən 30 milyon nəfər adamı qıran almanlar və ruslar barışdılar. İndi onlar bir-birinə qarşı hər hansı nifrət bəsləmirlər. Bir-birinə qonaq gedir, futbol oynayır, birgə müəssisələr tikirlər – hərçənd, onların böyük bəlası Osmanlıdakı böyük bəla ilə müqayisədə lap yaxında baş verib. Hətta bunu öz gözləri ilə görənlərdən sağ qalanlar da var.
   Fəqət, hay və türk xalqlarına bu imkanı – barışıq imkanını vermədilər. O baş verdi ki, hadisədən 30 il sonra – 40-cı illərdə İsrail xalqının polşalı nəslindən olan biri “genosid” sözünü fikirləşib tapdı. Və o, öz din qardaşları ilə birgə and-aman edib bütün dünyanı inandırmağa çalışdı ki, Osmanlı İmperiyasında böyük bəla yox, məhz genosid baş verib. Və dünya da “böyük bəla”nın necə adlanmasına laqeyd olduğundan, yeni bir məhkəmə, yeni etiraflar və yeni cəzalar tələb edilməyə başladı – özü də bu təmizləmələri həyata keçirmiş və artıq həyatda olmayanlara qarşı yox, bütöv türk xalqına qarşı.
    Həlak olanların varislərinə əfsus ki, bu böyük bəlanın bu cür təqdimatı, yeni ultimatum paketi, yeni iddialar paketi xoş gəldi və bu günədək də hər şeyi unudub yalnız bir ümidlə yaşayırlar: İsrail mənşəli polyak vəkilin fikirləşib tapdığı bu sözü bütün dünya tanıyacaq. Hay xalqı üçün, mənim babam üçün, atam üçün, xalqım üçün psixo-tarixi tələ dediyim də budur.
    İndi isə bir anlığa təsəvvür edək ki, Türkiyə Osmanlı imperiyasında baş verən böyük bəlanı “genosid” adlandırmağı zəruri hesab edir, bir daha bunu törədənləri və artıq Yer üzündə olmayanları lənətləyir, həlak olanların varislərinin ailələrindən üzr istəyir, hamını təzədən ittiham edir, bir qrup radikalın törətdiyi bütün cinayətlərə görə bütün türk xalqını günahkar elan edir, hər öldürülən şəxsə, hər tərk edilən evə görə çoxlu pul ödəyir.
     Və daha bir neçə on il keçir və hansısa bibliyaçı xəbər verir ki, bəs, sən demə ki, o vaxt heç də genosid olmayıb, bu tamamilə başqa cür adlanmalıdır, çünki genosid sözü də hələ o faciəni tam əks etdirmir. Onda necə olacaq? Yenə yeni məhkəmələr, ultimatumlar, iddialar? Hər şey təzədən başlayacaq?
     Beləcə, ancaq nifrət, boşluq, boşluq...
     Sözlər. Onlar bizimlə, xalqlarla nələr eləmir? Ağlı əldən alan sözlər... Ola bilsin, böyük bəladan sonra ən böyük bədbəxtçilik də elə “genosid” sözünün kəşfi ilə hay xalqının başına gəlib. Lənətə gəlsin bu söz!
    Mən əminəm ki, bizim böyük tariximiz var. Ancaq bu tariximiz dünyada hamıdan çox nifrət elədiyimiz bir xalqla – osmanlılarla ümumidir.
      Burada Filipp Ekozyantsla razılaşmamaq heç cür mümkün deyil. Fikir verdinizsə o, xalqa sevgisindən danışır, vətənə yox. Çünki müasir Ermənistan onun, hayların vətəni deyil, əzəli Qərbi Azərbaycan torpaqlarında süni yaradılmış qondarma bir qurumdur. Biz isə həm xalqımızı, həm də anamız Azərbaycanı sevirik və onun bir qarışının belə düşmən cəngində qalmasına imkan verməyəcəyik. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan xalqı və dövlətinin işğalla, etnik təmizləmə siyasəti ilə heç vaxt barışmayacağını və torpaqlarımızı azad etmək üçün əsasımızın olduğunu, bunun beynəlxalq hüququn normaları ilə təsdiq edildiyini dəfələrlə vurğulayıb: “Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy, əbəs yerə gözləməsin. Bu, olmayacaq! Azərbaycan, nəyin bahasına olursa-olsun, işğal olunan torpaqlarını azad edəcəkdir”.

Keçidlər