Şriftin ölçüsü :

Saytın rəngi :

Səyyar “ASAN xidmət” Pirallahıda

04 iyul 2018 | 11:00

Pirallahı rayonunun sakinləri növbəti dəfə səyyar “ASAN xidmət”in fəaliyyətindən yararlana bilərlər. Belə ki, səyyar “ASAN xidmət” iyulun 4-dən 15 gün müddətində Pirallahı rayonunda fəaliyyət göstərəcək. Səyyar “ASAN xidmət”in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin ediməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

Pirallahı rayonunun sakinlərinə vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, əmək pensiyalarının təyin edilməsi, mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi, fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi üzrə xidmətlər təklif olunur.

Səyyar Xidmət Məntəqəsi: Pirallahı qəsəbəsi, Süleyman Bağırov küçəsi (4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzi). Müddəti: 04.07.2018 - 18.07.2018, 15-gün.

 

Keçidlər