Şriftin ölçüsü :

Saytın rəngi :

“Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirildi

29 iyun 2018 | 11:00

29 iyun 2018-ci il tarixdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçığı ilə  “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və həyata keçirilməsi, əhalinin və işçilərin mülki müdafiə hazırlığının təşkil olunması” mövzusunda seminar-müşavirə keçirilmişdir.  Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini,  Rayon Fövqəladə Hallar Komissiyasının sədri  Vəzir Səfixanov ,  Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları İdarəsinin rəisi polkovnik Mirzə Əsgərov,  Xəzər Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev,  RİH-in əməkdaşları, rayonda fəaliyyət göstərən idarə və müəssisələrin kollektivləri  iştirak etdilər. 

Tədbiri giriş sözü ilə açan Vəzir Səfixanov bildirdi ki, tədbirin keçirilməsində məqsəd əhalinin mülki müdafiə hazırlığının təşkil olunması üzrə maarifləndirilməsi, idarə və təşkilat rəhbərlərinin, qəsəbə inzibati ərazi nümayəndələrinin və yerli özünü idarəetmə orqanlarının diqqətini bu sahəyə cəlb etməkdir .Ölkəmizdə bütün sahələr üzrə dinamik və davamlı ikişafın davam etdirildiyi, ancaq heç bir dövlətin təbii fəlakətlərdən, beynəlxalq əhəmiyyətli münaqişələrdən sığortalanmadığı diqqətə çatdırıldı. Ölkəmizin müharibə şəraitində olduğu nəzərə alınaraq, Mülki Müdafiə qərargahlarının işinin daima nəzarətdə saxlanılmalı olduğu vurğulandı. Vəzir Səfixanov bildirdi ki, Ümummilli lider Heydər Əliyevin Azərbaycana ikinci dəfə rəhbərliyə qayıdışı ilə əhalinin təhlükəsizliyi sahəsində də dönüş yaranmış, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində əsas dövlət sisteminin bir hissəsi olan Mülki Müdafiənin dinamik inkişafı və təkmilləşdirilməsi təmin edilmişdir. Bu gün də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bütün sahələrdə olduğu kimi, bu sahəyə də diqqət və qayğı göstərir.

Qeyd edildi ki, Yeni yaradılmış Pirallahı rayonunda da baş verə biləcək təbii fəlakətlərin nəticələrinin operativ şəkildə aradan qaldırılması, eyni zamanda rayon ərazisində yerləşən idarə, müəssisə, təşkilat və qurumlarda yanğın təhlükəsizliyi və mülki müdafiə işlərinə nəzarətin gücləndirilməsi, əhali və işçilər arasında maarifləndirmə işlərinin təşkili məqsədi ilə Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən qəbul edilmiş müvafiq Sərəncamlar əsasında Fövqəladə  Hallar Komissiyası, ərazi Mülki Müdafiə qüvvələri və xidmətləri yaradılmış, mülki müdafiə sahəsində tədbirlər planı təsdiq edilmişdir və bu gün də müvafiq işlər həyata keçirilməkdədir.

Daha sonra çıxış edən Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunları İdarəsinin rəisi polkovnik Mirzə Əsgərov,  Xəzər Rayon Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi Vüsal Fətullayev Mülki Müdafiə işinin təşkilinin ciddi məsələ olduğunu, böyük məsuliyyət tələb etdiyini nəzərə alaraq müəssisə rəhbərlərindən və digər məsul şəxslərdən bu məsələyə diqqəti artırmağı, fəaliyyətlərini əvvəlcədən tərtib edilmiş və təsdiq olunmuş tədbirlər planına uyğun qurmalarını tövsiyyə etdilər. Natiqlər “Mülki müdafiə tədbirlərinin planlaşdırılması və əhalinin mülki müdafiə hazırlığının təşkil olunması”, “Fövqəladə halların qarşısının alınmasında təbliğatın rolu”, “Ərazi üçün xarakterik olan təbii fəlakətlər” və sair mövzularda çıxış etdilər.

Daha sonra Rayon icra hakimiyyətləri və eləcə də digər idarə və təşkilatlar arasında olan sözügedən məsələlərlə bağlı qarşılıqlı fəaliyyət planı əsasında işin təşkili müzakirə olunmuş, “112” zəng xidməti haqqında geniş məlumat verilmişdir. Seminar-müşavirədə əhalinin və ərazilərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə aparılmış monitorinqlərin nəticələri, eyni zamanda ərazidə görülməsi vacib olan təhlükəsizlik tədbirləri ilə bağlı fikir mübadiləsi də aparılmışdır.

Tədbirin sonunda sığınacaqlarla bağlı videoçarx nümayiş olundu.

Keçidlər