Şriftin ölçüsü :

Saytın rəngi :

168 nömrəli tam orta məktəbin komandası rayon birinciliyinin qalibi oldu

16 may 2018 | 11:00
    Bakı şəhərinin rayonları üzrə velosiped idman növünün məktəblilər arasında təbliğinə həsr olunan kütləvi idman tədbirlərinin rayondaxili mərhələsinə yekun vurulub.
     Yarışlara paytaxtın 12 rayonu üzrə 305 ümumtəhsil məktəbindən iki minədək şagird qatılıb. Rayonlar üzrə birinci, ikinci və üçüncü yerləri tutan məktəblərin komandalarına kubok və diplomlar verilib.
     Yarışın nəticələrinə əsasən, Pirallahı rayonu üzrə 168 nömrəli tam orta məktəbin komandası finala vəsiqə qazanıb.
     Kütləvi idman tədbirlərinin keçirilməsinin məqsədi velosiped idman növünü məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
     Yarışlar Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri, Abşeron, İsmayıllı, Zaqatala rayonları əhatə olunmaqla Azərbaycan Velosiped İdmanı Federasiyasının dəstəyi, “Təhsil” Respublika İdman Mərkəzinin təşkilatçılığı ilə keçirilir.
     İyunun 2-dək davam edəcək kütləvi idman tədbirlərinə dörd mindən çox məktəblinin qatılacağı gözlənilir.
     Yarışlar Bakı şəhərində velosiped idmanının “BMX Racing” növü üzrə dünya çempionatının keçirilməsi ilə əlaqədar təşkil olunub.
Keçidlər