Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun sakinlərlə növbəti səyyar qəbulu keçirildi

20 aprel 2018 | 11:00
    20 aprel 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Pirallahı rayon sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Görüşdə RİH-in məsul əməkdaşları, hüquq mühafizə orqanlarının, dövlət idarələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
     Görüşdə Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkədə abadlıq və quruculuq sahəsində görülən işlərdən, sosial-iqtisadi sahədə əldə edilmiş nailiyyətlərdən və qarşıda duran vəzifələrdən ətraflı danışdı.
      Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi. Suallar əsasən  yol infrastrukturunun yaxşılaşdırılması, qaz təzyiqinin aşağı olması və digər məsələləri əhatə etmişdir.
     Sakinlər əhalinin problemlərinin həlli məqsədilə yerlərdə keçirilən səyyar görüşlərdən razı qaldıqlarını qeyd edərək, göstərilən diqqət və qayğıya görə ölkə başçısına öz minnətdarlıqlarını bildirdilər.
 
 
Keçidlər