Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Novruz Bayramı münasibətilə humanitar aksiya keçirildi

19 mart 2018 | 11:00
   19 mart 2018-ci il tarixdə Novruz bayramı münasibətilə aztəminatlı sakinlərlə, Qarabağ müharibəsi əlilləri və veteranlarla, məcburi köçkünlərlə görüş keçirildi. Görüş zamanı iştirakçılara RİH başçısı Vasif İmanovun bayram təbrikləri çatdırıldı. Belə tədbirlərin əhalinin sosial müdafiəsi baxımından əhəmiyyəti vurğulandı, aztəminatlı ailələrin dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu qeyd edildi.
   Daha sonra Pirallahı Rayon İcra Hakimiyyəti və QAC-nin Pirallahı rayon bölməsi tərəfindən tədbir iştirakçılarına bayram sovqatı təqdim edildi. Sakinlər də Pirallahı rayonuna və onun sakinlərinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Səhhətindəki problemlərlə əlaqədar görüşdə iştirak edə bilməyən şəhid ailələri, rayon ərazisində məskunlaşmış məcburi köçkünlər və aztəminatlı ailələr evlərində ziyarət olundular. Bütövlükdə yüzə yaxın aztəminatlı ailəyə bayram sovqatı təqdim edilmişdir.
 
 
Keçidlər