Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda “Od çərşənbəsi” və Beynəlxalq Qadınlar Günü qeyd olundu

07 mart 2018 | 11:00
       Beynəlxalq Qadınlar Günü münasibəti ilə Pirallahı rayonunun idarə və müəssisələrində silsilə tədbirlər təşkil olunur. Tədbirlərdə Pirallahı Rayon İcra Hakimiyyəti Aparatının məsul əməkdaşları, idarə, müəssisələrin rəhbərləri və kollektiv üzvləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
       Mart ayının 6-da Od çərşənbəsi və Beynəlxalq Qadınlar Günü münasibəti ilə Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində tədbir keçirildi. Tədbirdə çıxış edən  Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov iştirakçıları salamlayaraq onları baharın gəlişi və Od çərşənbəsi münasibəti ilə təbrik etdi. Həmçinin o, qadınları təbrik edərək qeyd etdi ki, Azərbaycan xalqı həmişə ana müqəddəsliyi qarşısında baş əymiş, qadın adını uca tutmuşdur. Ülvilik, zəriflik və gözəllik rəmzi olan Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası və iradəsi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərib. Müasir dövrümüzdə qadınların ölkəmizin ictimai-siyasi, elmi-mədəni həyatında geniş fəaliyyəti, öz bilik və bacarıqları ilə cəmiyyətimizin ümumi inkişafında yaxından iştirakı Azərbaycan qadınının çox böyük potensiala malik olduğunu təsdiq edir. Diqqətə çatdırıldı ki,  Ümummilli liderimiz Heydər Əliyev qadınlarımızın cəmiyyətdəki rolu haqqında danışarkən demişdir: “Azərbaycan qadını öz iradəsi və mərdliyi, saflığı və səadəti ilə cəmiyyətimizin həyatında, xalqımızın milli-mənəvi dəyərlər sisteminin formalaşmasında müstəsna rol oynamışdır”. Bildirildi ki, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qadın siyasəti bu gün onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
       Çıxış edən qadınlar hər zaman Azərbaycan qadınına göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.
      Tədbir zamanı rayonun idarə və müəssisələr arasında “Xonça” müsabiqəsi keçirildi. Tədbir konsert proqramı ilə davam etdi.
 
 
Keçidlər