Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Pirallahı rayon təşkilatının yeni inzibati binası inşa olunur

03 mart 2018 | 11:00
    Ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyası Azərbaycanın bugünkü uğurlarına yol açır. 1993-cü ildə ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi, bütün dağıdıcı proseslərə, vətəndaş müharibəsinə son qoydu, siyasi, iqtisadi islahatlara start verdi və ölkə həqiqi inkişaf proseslərinə qədəm qoydu. Ömrünü Azərbaycan xalqının və dövlətinin taleyi ilə bağlayan, yüksək insani keyfiyyətlərə və idarəetmə bacarığına malik olan ümummilli liderimiz Heydər Əliyevin şəxsiyyəti hər birimiz üçün nümunədir. Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin simasında o dahi şəxsiyyətin siyasətinin uğurla davam etdirildiyinin fərqindədir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində dünyanın ən yaraşıqlı şəhərlərindən birinə çevrilən doğma Bakımız günü-gündən böyüyür və gözəlləşir. Şəhərimizin gələcək inkişaf perspektivləri nəzərə alınaraq, 2012-ci ilin dekabr ayında Azərbaycan Respublikası Prezidentinin imzaladığı Qanuna əsasən, Bakı şəhərinin inzibati ərazi vahidi tərkibində yeni, on ikinci rayon yaradıldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Pirallahı rayonunun yaradılmasına dair Qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, bu rayonda geniş quruculuq və abadlıq, ətraf mühitin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində işlərinə start verildi.
     2018-ci ilin ilk günlərindən etibarən rayonda aparılan kompleks tikinti-abadlıq işləri geniş vüsət alıb. Öz sıralarında 5 mindən artıq partiya üzvünü birləşdirən YAP Pirallahı rayon təşkilatının da rayonun ictimai-siyasi və mədəni həyatında öz payı vardır. 2018-ci ilin yanvar ayından etibarən təşkilatın inzibati binasının tikintisinə başlanmışdır. 2 mart 2018-ci il tarixində müasir memarlıq və dizayn üslubunda inşa olunacaq binanın 1-ci mərtəbəsində beton salma işləri başa çatıb.
 
Keçidlər