Home Contact Phone
background
  • Ünvan: AZ 1077 , Pirallahı qəsəbəsi, S.Vurğun küçəsi 490
  • Faks: (+994 12) 556-59-52
  • E-mail: mail@pirallahi-ih.gov.az

Xəbərlər

  • Şanlı və uğurlu Aprel döyüşlərindən altı...

    Şanlı və uğurlu Aprel döyüşlərindən altı il ötür

    2022-04-02

    Bu gün Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərindən altı il ötür. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq, Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğradaraq, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad edib. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçib. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşadıb.

  • Pirallahı rayonunda yaz mövsümü ilə əlaqəda...

    Pirallahı rayonunda yaz mövsümü ilə əlaqədar iməcilik keçirilmişdir

    2022-04-02

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, rayonda geniş quruculuq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı rayonunun bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Rayonun ətraf mühitinin qorunması və ekoloji vəziyyətin daha da yaxşılaşdırılması əsas prioritet istiqamətlərdən biridir. Pirallahıda insanların sağlam və təhlükəsiz yaşayışının, asudə vaxtlarının səmərəli təşkilinin təmin edilməsi, habelə ətraf mühitin mühafizəsi və bərpası daim diqqət mərkəzində saxlanılmışdır. “İDEA” İctimai Birliyinin dəstəyi ilə rayon yaradıldığı 2013-cü il tarixindən bu günədək 300 mindən artıq ağac və gül kolları əkilərək yaşıllıq zolaqları salınmışdır.

  • Pirallahı rayonunda 31 Mart Azərbaycanlıların ...

    Pirallahı rayonunda 31 Mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr edilmiş anım tədbiri keçirildi

    2022-03-31

    31 mart 2022-ci il tarixində Pirallahı qəsəbəsində yerləşən 243 nömrəli tam orta məktəbdə 31 mart Azərbaycanlıların Soyqırımının 104-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilmişdir.Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, YAP Pirallahı Rayon təşkilatının sədri Emil Abasov, Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri Əli Kərimov, Pirallahı Rayon İcra Hakimiyyəti başçısı Aparatının məsul əməkdaşları, Vətən müharibəsi iştirakçıları və məktəblilər iştirak etmişdilər.

  • “Qəyyumluq və himayəçilik Komissiyası”nı...

    “Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclası keçirildi

    2022-03-30

    Martın 30-da Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclasları keçirilmişdir.

  • Pirallahı qəsəbəsinin sakinləri ilə növbət...

    Pirallahı qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi

    2022-03-30

    30 mart 2022-ci il tarixində Pirallahı qəsəbəsi ərazisində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.

  • “Mehriban xanım Əliyevanın timsalında humani...

    “Mehriban xanım Əliyevanın timsalında humanizm və yumşaq güc diplomatiyasının təcəssümü, beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzu” mövzusunda tədbir keçirildi

    2022-03-29

    Martın 29-da Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Mehriban xanım Əliyevanın timsalında humanizm və yumşaq güc diplomatiyasının təcəssümü, beynəlxalq aləmdə Azərbaycan qadınının nüfuzu” mövzusunda tədbir keçirildi. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov, millət vəkilləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Sevinc Fətəliyeva və Milli Məclisin Əmək və sosial siyasət; Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü Rauf Əliyev, rayonda fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların əməkdaşları iştirak etmişdir.

  • Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin do...

    Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin doğum günü qeyd edildi

    2022-03-22

    22 mart 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun 21-ci doğum günüdür.

  • Pirallahıda Novruz bayramı münasibətilə  ümu...

    Pirallahıda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi

    2022-03-19

    Azərbaycan xalqı öz zəngin maddi-mənəvi irsi, adət-ənənələri, milli bayramları ilə zəngindir. Novruz da xalqımızın hər ilə təntənəli və ruh yüksəkliyi ilə qeyd etdiyi əziz bayramlardan biridir. Bu il qalib xalq olaraq növbəti Bahar bayramını, Novruz bayramını qarşılamağa hazırlaşırıq. Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da 44 günlük Vətən müharibəsindən sonra Novruz bayramı daha da təntənəli şəkildə qeyd olunub. Rayon İcra Hakimiyyəti başçısının təsdiq etdiyi Tədbirlər Planına uyğun olaraq, 07 mart 2022-ci il tarixdən etibarən rayonun bütün idarə, təşkilat və müəssisələrində Novruzun gəlişi silsilə tədbirlərlə qeyd olunmuşdur. Çilov, Neft Daşları, Gürgən qəsəbələrində və xüsusilə rayon mərkəzi olan Pirallahı qəsəbəsində abadlıq, təmizlik işləri aparılmış, iməciliklər, yaşıllaşdırma və ağacəkmə kompaniyası həyata keçirilmişdir.

  • Pirallahıda növbəti səyyar qəbul keçirildi

    Pirallahıda növbəti səyyar qəbul keçirildi

    2022-03-19

    Martın 18-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Pirallahı qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

  • 24 Mart Ümumdünya vərəmlə mübarizə günün...

    24 Mart Ümumdünya vərəmlə mübarizə gününə həsr edlən “Vərəmə son qoymaq üçün investisiya edin” mövzusunda tədbir keçirildi

    2022-03-14

    14 mart 2022-ci il tarixdə Pirallahı rayonu Gənclər Mərkəzində Rayon İcra Hakimiyyətinin və Qızıl Aypara Cəmiyyətinin Pirallahı rayon bölməsinin təşkilatçılığı ilə 24 Mart Ümumdünya vərəmlə mübarizə gününə həsr edlən “Vərəmə son qoymaq üçün investisiya edin” mövzusunda tədbir keçirilmişdir.

  • Pirallahı rayonunda səyyar qəbullar davam etdir...

    Pirallahı rayonunda səyyar qəbullar davam etdirilir

    2022-03-11

    Martın 11-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun Gürgən qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

  • Pirallahı rayonunda “8 Mart - Beynəlxalq Qadı...

    Pirallahı rayonunda “8 Mart - Beynəlxalq Qadınlar Günü” qeyd olundu

    2022-03-07

    Martın 5-də Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar tədbir keçirildi.

  • 5 Mart–Bədən tərbiyəsi və idman günü ilə...

    5 Mart–Bədən tərbiyəsi və idman günü ilə əlaqədar Pirallahı rayon ümumtəhsil məktəblərində “İdman Həftəsi” başlığı altında idman yarışları keçirilmişdir

    2022-03-05

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2005-ci il 4 mart tarixli Sərəncamına əsasən martın 5-i Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu münasibətlə Pirallahı rayonu ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində ”İdman həftəsi” layihəsi çərçivəsində silsilə tədbirlər keçirilmişdir.

  • Pirallahı qəsəbəsində sakinlərlə səyyar g...

    Pirallahı qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

    2022-03-04

    Martın 4-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə növbəti səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, dövlət idarə, müəssisə, təşkilatların, xidmət sahələrinin rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.

  • “Qəyyumluq və himayəçilik Komissiyası”nı...

    “Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclası keçirildi

    2022-03-04

    Martın 3-də Pirallahı Rayon İcra Hakimiyyəti başçısı yanında “Qəyyumluq və himayəçilik Komissiyası”nın növbəti iclası keçirilmişdir. Komissiyanın iclasının tarixi və yeri haqqında iş üzrə tərəflərə, səlahiyyətli nümayəndələrinə, iştirakı məcburi olan digər şəxslərə məlumat verilmiş və iştirakları təmin edilmişdir. İclas zamanı baxılan işlər üzrə uşaqların üstün hüquq və mənafeləri nəzərə alınaraq müvafiq qərarlar qəbul edilmişdir.

  • “Uşaqlar arasında narkomaniya və alkoqolizmin...

    “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” məqsədilə maarifləndirici tədbir keçirilib

    2022-03-03

    Martın 3-də Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 168 nömrəli tam orta məktəbdə “Uşaqlar arasında narkomaniya və alkoqolizmin qarşısının alınması” məqsədilə maarifləndirici tədbir keçirilib. Tədbirdə Rayon İcra Hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, 168 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, rayon ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak ediblər.

  • Pirallahı Rayon İcra Hakimiyyəti başçısını...

    Pirallahı Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçiriləcək

    2022-03-03

    Martın 4-də 186 nömrəli tam orta məktəbdə saat 15:00-da Pirallahı Rayon İcra Hakimiyyəti başçısının səyyar qəbulu keçiriləcək.

  • Pirallahı rayonunda 1 mart - Ümumdünya Mülki M...

    Pirallahı rayonunda 1 mart - Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar tədbir keçirilib

    2022-03-01

    1 mart 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin, Xəzər və Pirallahı rayonları üzrə fövqəladə hallar və mülki müdafiə şöbəsinin birgə təşkilatçılığı ilə 243 nömrəli tam orta məktəbdə 1 mart Ümumdünya Mülki Müdafiə Günü ilə əlaqədar maarifləndirici tədbir keçirilib.

  • Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli ta...

    Bakı şəhəri Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə “Partlayıcı qurğular və mina təhlükəsizliyinə qarşı” maarifləndirici tədbir keçirilib

    2022-03-01

    28 fevral 2022-ci il tarixində Pirallahı rayonu 168 nömrəli tam orta məktəbdə “Partlayıcı qurğular və mina təhlükəsizliyinə qarşı” maarifləndirici tədbir keçirilmişdir.

  • Pirallahı rayonunda uşaq bağçalarında və üm...

    Pirallahı rayonunda uşaq bağçalarında və ümumtəhsil məktəblərində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmişdir

    2022-02-27

    Pirallahı rayonu ərazisində yerləşən uşaq bağçaları və ümumtəhsil məktəblərində Xocalı faciəsinin 30-cu ildönümünə həsr olunmuş silsilə tədbirlər keçirilmiş, sərgilər təşkil edilmişdir.

  • Pirallahı rayonunda Xocalı soyqırımının 30-c...

    Pirallahı rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirildi

    2022-02-25

    25 fevral 2022-ci il tarixdə Pirallahı rayonunda Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı ağacəkmə aksiyası keçirilmişdir. Pirallahı qəsəbəsinin girişində Xocalı şəhidlərinin əziz xatirəsini əbədiləşdirmək məqsədilə 613 ədəd zeytun, eldar şamı və sərv ağacları əkilmişdir. Ağacəkmə aksiyasında rayonun bütün idarə, müəssisə və təşkilatları iştirak etmişlər.

  • Pirallahı rayonunda “Xocalı faciəsi – yadda...

    Pirallahı rayonunda “Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi” adlı tədbir keçirildi

    2022-02-25

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Xocalı soyqırımının otuzuncu ildönümü haqqında” sərəncamının icrası ilə əlaqədar Pirallahı Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyəti və YAP Pirallahı rayon təşkilatının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı faciəsi – yaddaşın unudulmayan tarixi” adlı tədbir keçirilmişdir.

  • Pirallahı rayonunda “Prezident İlham Əliyevin...

    Pirallahı rayonunda “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, xalqa layiqli xidmət” mövzusunda tədbir keçirilmişdir

    2022-02-24

    24 fevral 2022-ci il tarixində Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasında “Prezident İlham Əliyevin çoxşaxəli siyasəti, xalqa layiqli xidmət” mövzusunda tədbir təşkil olunmuşdur.

  • “Gələcəyimizi birlikdə düşünək, narkoman...

    “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək” devizi altında tədbir keçirilib

    2022-02-18

    17 fevral 2022-ci il tarixdə Bakı şəhəri N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək” mövzusunda tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov, Pirallahı RİH başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Tibb Mərkəzinin həkim-infeksionisti Arzu Ağayeva və məktəblilər iştirak etmişlər.

  • Pirallahı rayonunda “Coca-Cola Məktəbli Kubok...

    Pirallahı rayonunda “Coca-Cola Məktəbli Kuboku” turnirinə start verilib

    2022-02-16

    Ölkəmizdə uşaq futbolunun inkişafı, sağlam həyat tərzinin təşviqi, futbolun kütləviliyinin təmin olunması məqsədilə “Coca-Cola” şirkətinin sponsorluğu, Təhsil Nazirliyinin dəstəyi və AFFA-nın təşkilatçılığı ilə Pirallahı rayonunun ümumtəhsil məktəblərinin 7-ci sinif şagirdləri arasında “Coca-Cola Məktəbli Kuboku” turnirinə start verilmişdir.

əvvəlki [2] növbəti