Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı qəsəbəsinin sakinləri ilə növbəti səyyar görüş keçirildi

30 mart 2022 | 11:00
      30 mart 2022-ci il tarixində Pirallahı qəsəbəsi ərazisində fəaliyyət göstərən 243 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun qəsəbə sakinləri ilə səyyar görüşü keçirildi. Qəbulda RİH-in məsul əməkdaşları, idarə, təşkilatların rəhbərləri iştirak etdilər.
      İcra Hakimiyyətinin başçısı görüş iştirakçılarını salamladıqdan sonra Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan sosial-iqtisadi islahatlar barədə məlumat verdi. Bildirildi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük müharibədə qazandığımız Şanlı Qələbə hər birimizin qürur mənbəyinə çevrilib. Vətən uğrunda şəhid olan qəhrəman övladlarımızın qisası alınaraq düşmən məhv edilmiş, müqəddəs torpaqlarımız əbədiyyən öz sahiblərinə qaytarılmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Qarabağa müntəzəm səfərləri və müqəddəs torpaqlarımızda aparılan abadlıq-quruculuq işlər hər birimizə qürur hissi yaşadır. Natiq çıxışında xüsusi olaraq vurğuladı ki, dünyada baş verən proseslər konteksində Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi balanslaşdırılmış siyasət nəticəsində ölkəmiz mənfi tendensiyalardan  kənarda qalmışdır. Son günlərdə Fərrux zirvəsinin və ətraf ərazilərin Rəşadətli Azərbaycan ordusunun nəzarəti altına keçməsi bir daha dövlətimizin gücünü bütün dünyaya göstərdi.
        İcra Hakimiyyətinin başçısı qeyd etdi ki, son iki yüz ildə Azərbaycan tarixinə bir çox şanlı səhifələrlə yanaşı, faciələr, soyqırımlar, müsibətlərlə dolu səhifələr də yazılıb. Bu dəhşətli hadisələrdən biri 1918-ci ilin mart-aprel aylarında yaşanmışdı. Ulu öndər Heydər Əliyevin “Azərbaycanlıların soyqırımı haqqında” 1998-ci il 26 mart tarixli Fərmanı ilə soyqırımı aktlarına siyasi-hüquqi qiymət verilməsi bu sahədə aparılan tədqiqatlara, həqiqətin üzə çıxarılması istiqamətində səylərin artırılmasına təkan verdi. Məhz bu fərmannan sonra hər il 31 mart tarixində ölkəmizdə Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur, faciə qurbanlarının əziz xatirələri anılır.
       Diqqətə çatdırıldı ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı şəhər Pirallahı rayonunun yaradılmasına dair qanunun tətbiqi barədə sərəncamı imzaladıqdan sonra, bu rayonda geniş quruculuq və adablıq işlərinə start verildi. Qısa müddət ərzində uzun illər baxımsızlıqdan, antisanitar vəziyyətdən əziyyət çəkən Pirallahı qəsəbəsinin bütün yaşayış məhəllələrində abadlıq işləri geniş vüsət aldı. Hal hazırda da 39-cu məhəllədə yollara asfalt örtüyünün döşənməsi və ətraf ərazilərin abadlaşdırılması işləri həyata keçirilir və digər məhəllələrdə də bu işlərin həyata keçirilməsi üçün Azərbaycan Avtomobil Yolları Dövlət agentliyinin rəhbərliyinə müraciət edilmişdir. Gələcəkdə rayon ərazisində bütün məhəllələrin və yolların abadlaşdırılması prioritet istiqamətdir. Rayonda yeni iş yerlərinin açılması və məşğulluq məsələləri öz həllini tapması ilə bağlı mütəmadi işlər görülür. Cari ildə “DOST İŞ Mərkəzi” tərəfindən 262 ictimai iş yeri açılmış, “Azərbaycan Hava Yolları” QSC tərəfindən isə 114 ictimai iş yeri rayonumuza rotasiya edilmişdir ki, bu da  sakinlərimizin məşğulluğunun artırılmasına böyük fayda vermişdir.
      Sonda vətəndaşların müraciətləri dinlənildi. Görüşdə iştirak edən qəsəbə sakinləri əsasən işlə təmin olunma, məhəllədaxili yolların asfaltlanması və s. məsələlər ilə bağlı müraciət etdilər.  Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində yerində aidiyyəti üzrə idarə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verildi.
 
 
 
 
Keçidlər