Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elmar Nəbiyevin doğum günü qeyd edildi

22 mart 2022 | 11:00
      22 mart 2022-ci il tarixdə 44 günlük Vətən müharibəsi şəhidi, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən “Cəsur döyüşçü”, “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş əsgər Nəbiyev Elmar Elman oğlunun 21-ci doğum günüdür. Şəhidin əziz xatirəsinə ehtiram əlaməti olaraq RİH əməkdaşları və ailə üzvləri tərəfindən Gürgən qəsəbə qəbirstanlığında yerləşən məzarı önünə gül dəstələri düzülmüş və dualar oxunmuşdur.
     Daha sonra şəhidin ailə üzvülərinin yaşadığı ünvanda onlara bir daha baş sağlığı verilərək qayğıları, problemləri ilə maraqlanılmışdır. Şəhidin ailəsinə RİH tərəfindən bayram sovqatı təqdim olunmuşdur.
    Allah bütün şəhidlərimizə rəhmət eləsin!
 
 
Keçidlər