Şriftin ölçüsü :

Saytın rəngi :

“Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək” devizi altında tədbir keçirilib

18 fevral 2022 | 11:00

17 fevral 2022-ci il tarixdə Bakı şəhəri N.S.Teymurov adına 231 nömrəli tam orta məktəbdə Pirallahı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Gələcəyimizi birlikdə düşünək, narkomaniyaya “yox” deyək” mövzusunda  tədbir keçirilmişdir. Tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov, Pirallahı Rayon Polis Şöbəsinin rəis müavini Elman Kazımov, Pirallahı RİH başçısı Aparatının məsul əməkdaşları, Pirallahı Tibb Mərkəzinin həkim-infeksionisti Arzu Ağayeva və məktəblilər iştirak etmişlər.
Tədbiri giriş sözü ilə açan Pirallahı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Vəzir Səfixanov bildirdi ki, narkomaniya müasir dövrdə bütün bəşəriyyəti narahat edən ən ciddi sosial bəlalardan biridir. Dövlət tərəfindən narkomaniyaya qarşı sərt mübarizə tədbirləri aparılır. Ölkəmizdə bu istiqamətdə atılan qətiyyətli addımlar nəticəsində son illərdə mühüm uğurlar əldə olunmuşdur. Rayon ərazisində fəaliyyət göstərən ümumtəhsil məktəblərində və digər müəssisələrdə əsrin bəlası olan narkomaniyanın mənfi fəsadları haqqında genişmiqyaslı maarifləndirici tədbirlər həyata keçirilir.
Çıxış edən natiqlər narkotik vasitələrin insan orqanizminə göstərdiyi mənfi təsirlər və gələcəkdə sağlamlığa törədəcəyi ağır  fəsadlar barədə danışıb, yeniyetmə və gəncləri bu zərərli vərdişlərdən uzaq durmağa çağırdılar. Onlar problemin həllində əsas addımlardan birinin təbliğat və maarifləndirmə işini genişləndirmək olduğunu vurğulayaraq, narkotik maddələrin qəbul edilməsi ilə insanın fiziki, mənəvi və psixoloji cəhətdən məhv olduğunu, bildirdilər. Həmçinin, bəşəriyyət üçün böyük bəla olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizənin xüsusilə aktual xarakter daşıdığı qeyd olundu.
Tədbir gəncləri maraqlandıran sualları ətraflı cavablandırmaqla müzakirə formatında yekunlaşdı.

 

 

 

Keçidlər