Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda qanvermə aksiyası keçirildi

20 may 2021 | 11:00
      Pirallahı Rayon İcra Hakimiyyətinin və 10 saylı Birləşmiş Şəhər Xəstəxanasının kollektivinin fəallığı ilə Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin doğum günü ilə əlaqədar qanvermə aksiyası keçirildi. Bu humanitar aksiyada rayon idarə, müəssisə və təşkilatlarının kollektivləri, ictimaiyyət nümayəndələri və fəal gənclər iştirak etdilər.
       Bahadur Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı tərəfindən ezam olunmuş xüsusi tibb briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub. Onlardan qan analizi götürülərək sağlam olub-olmamalarımüəyyənləşdirilir. Belə ki, qanvermə aksiyasında iştirak edən rayon sakinləri talassemiyalı və hemofiliyalı xəstələrə yardım üçün könüllü olaraq qan verdilər. Aksiyada yüksək fəallıqla iştirak edən donorlar qanvermənin xeyirxah və savab iş olduğunu bildirərək, bu aksiyalarda iştirak etmənin hər bir kəsin vətəndaşlıq borcu olduğunu bildirdilər.
 
Keçidlər