Şriftin ölçüsü :

Saytın rəngi :

Gürgən qəsəbəsində sakinlərlə növbəti səyyar görüş keçirildi

25 fevral 2020 | 11:00

    Fevralın 24-də Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun rayon sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH əməkdaşları, rayon idarələrinin rəhbərləri, qəsəbə sakinləri iştirak edirdilər.
     RİH başçısı çıxış edərək ölkə başçısı cənab İlham Əliyev tərəfindən aparılan müstəqil daxili və xarici siyasətin əsas məqsədinin ölkəmizin milli maraqlarının, suverenliyinin qorunması olduğunu bildirdi. Bu siyasət dünyanın nüfuzlu beynəlxalq təşkilatları və dövlətləri tərəfindən dəstəklənir, biz bu həqiqətə İsveçrənin Davos və Almaniyanın Münhen şəhərlərində keçirilən konfranslarda bir daha şahid olduq. Bugün ölkəmizdə dinamik inkişafla yanaşı ictimai-siyasi sabitliyin hökm sürdüyünü qeyd edən V. İmanov son illər yerli sahibkarlarla yanaşı, xarici investorlar tərəfindən Azərbaycanda biznes, gömrük, vergi sahələrində aparılan islahatların yüksək qiymətləndirildiyini, sözsüz ki, belə münasibətlərin yaranmasının əsas səbəbinin cənab Prezidentin uğurla həyata keçirdiyi dövlət siyasətinin nəticəsi olduğunu vurğuladı. Natiq qarşıya qoyulan məqsədlərə daha tez çatmaq üçün vətəndaşların istək və qayğılarına daha diqqətlə yanaşılmalı olduğu bildirdi.
    Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.

Keçidlər