Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda 400 sakinin yaşadığı həyət abadlaşdırılıb

12 fevral 2020 | 11:00
   Fevralın 11-də IDEA İctimai Birliyinin təmirə ehtiyacı olan həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi çərçivəsində yenilənən növbəti həyət sakinlərin istifadəsinə verilib
     Yenilənmiş növbəti həyət Pirallahı rayonu, S.Bağırov küç. 1, 2a, 8 və 16 ünvanlarında 400 nəfər sakinin yaşadığı 4 binanı əhatə edir.
     “IDEA” İctimai Birliyinin könüllüləri tədbir zamanı keçirilmiş kütləvi ağacəkmə aksiyasında iştirak ediblər.
    “Bizim həyət” layihəsinin əsas məqsədi Bakı həyətlərinin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
    Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud olan insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarını səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə müxtəlif idman qurğuları, futbol və şahmat meydançaları, uşaq meydançası salınıb.
    Eyni zamanda, ərazidə 3 söhbətgah inşa edilib, oturacaqlar, tullantılar üçün konteynerlər quraşdırılıb.
     Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri quraşdırılıb, binaların fasadları, dam örtükləri və giriş hissələri tam təmir olunub. Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, əlavə olaraq 150 ədəd ağac və kollar əkilib, 3000 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb.
 
 
Keçidlər