Şriftin ölçüsü :

Saytın rəngi :

“Qəsəbə aylığı” çərçivəsində Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı qəsəbə sakinləri ilə görüş keçirib

26 noyabr 2019 | 11:00

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə sakinlərlə görüşlərin keçirilməsi ilə bağlı tapşırığın icrası məqsədilə və Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən elan edilmiş “Qəsəbə aylığı” çərçivəsində 25 noyabr 2019-cu il tarixində Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanov Pirallahı qəsəbə sakinləri ilə görüş keçirib. Görüşdə RİH əməkdaşları, xidmət sahələrinin, idarə, müəssisə və təşkilatların rəhbərləri və qəsəbə sakinləri iştirak ediblər.
     Tədbiri giriş sözü ilə açan RİH başçısı Vasif İmanov səyyar görüşün məqsəd və mahiyyəti, ölkə başçısının rəhbərliyi ilə həyata keçirilən sosial, mədəni, siyasi islahatlar, təhsil, səhiyyə, sənaye, kənd təsərrüfatı, neft sənayesi və digər sahələrdə əldə olunan uğur və nailiyyətlər və cənab Prezident İlham Əliyevin ölkənin xarici siyasətində göstərdiyi qətiyyətli mövqeyindən geniş danışdı. Rayonda aparılan tikinti-quruculuq və abadlıq işlərindən söhbət açan natiq Azərbaycanın qarşıdan gələn illərdə də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edərək yüksək nailiyyətlər əldə edəcəyini vurğuladı.
     Daha sonra görüşdə iştirak edən sakinlər çıxış edərək rayonda gedən abadlıq və quruculuq işlərinə görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirərək onları narahat edən bir sıra məsələlərin həlli ilə bağlı RİH başçısına müraciətlər etdilər. Sakinlər tərəfindən qaldırılan məsələlər dinlənilərək qeydiyyata alındı və həlli istiqamətində aidiyyəti üzrə idarə və təşkilatlara müvafiq tapşırıqlar verildi.

 

Keçidlər