Şriftin ölçüsü :

Saytın rəngi :

“Tarixin canlı səhifələri” bu dəfə Tomris Xatun və Şəmsəddin Eldənizə həsr edilib

20 iyun 2019 | 11:00
    İyunun 19-da Bakının Pirallahı rayonunda “Tarixin canlı səhifələri” adlı Vll Gənclər festivalı keçirilib. Tarixi rekonstruksiya formatında keçirilən festivalın məqsədi gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək və xalqımızın tarixini onlara əyani olaraq çatdırmaqdır.
    Tədbirdə çıxış edən gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, festival Azərbaycanın ilk qadın hökmdarı Tomris Xatuna və Azərbaycan Atabəylər dövlətinin və Eldənizlər sülaləsinin banisi Şəmsəddin Eldənizə həsr edilib. Qeyd olunub ki, layihə vətənpərvərlik tərbiyəsi məqsədini daşıyır və əsas ideya müxtəlif teatrların peşəkar aktyorları ilə yanaşı, tamaşada gənclər və tələbələrin kütləvi şəkildə iştirak etməsidir.
    Tarixi faktlar əsasında hazırlanmış tamaşa açıq havada, dəniz kənarında orta əsrləri əks etdirən xüsusi dekorasiyalar vasitəsilə keçmişi tamaşaçıların gözü qarşısında canlandırıb. Tamaşada istifadə edilən atlar, dəvələr və yelkənli qayıq festivala toplaşanların böyük marağına səbəb olub.
 
Keçidlər