Şriftin ölçüsü :

Saytın rəngi :

“Son zəng” tədbirləri rayonumuzda xüsusi təntənə ilə qeyd olundu

14 iyun 2019 | 11:00

     Respublikamızın bütün güşələrində olduğu kimi Pirallahı rayonundakı tam orta məktəblərdə də “Son zəng” tədbirləri keçirildi.
     “Son zəng” tədbirlərində iştirak edən RİH əməkdaşları məzunlara əlamətdar gün münasibətilə Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun təbriklərini çatdırdılar. Diqqətə çatdırıldı ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan təhsilinin inkişafı istiqamətində həyata keçirilən tədbirlər gənclərimizin savadlı, rəqabətə qadir, həm də əsl vətəndaş kimi yetişməsində əvəzsiz rol oynayır. Bu gün Azərbaycanın gələcəyi üçün layiqli, ləyaqətli və vətənpərvər gənclər yetişir. Azərbaycan gənclərinin dünyanın aparıcı ali təhsil müəssisələrində ölkəmiz üçün prioritet hesab olunan ixtisaslar üzrə təhsil almaları üçün hər cür şərait yaradılıb.Azərbaycan təhsilinin inkişafında Heydər Əliyev Fondunun müstəsna xidmətləri də vurğulandı. Qeyd edildi ki,  ölkəmizin hər yerində olduğu kimi Pirallahı rayonunda da geniş quruculuq və abadlıq işləri aparılır, eyni zamanda təhsil sahəsinin inkişaf etdirilməsinə xüsusi diqqət və qayğı göstərilir, rayonun bütün ümumtəhsil məktəblərinin müasir inventar və avadanlıqlarla təmin olunması istiqamətində zəruri işlər görülür.
      “Son zəng” tədbirlərində müəllimlər, valideynlər, qonaqlar məzunlara öz ürək sözlərini çatdıraraq onlara uğurlar arzuladılar.
    Sonda 11-cilər məktəbin simvolik bilik açarını birincilərə təqdim etdilər. "Son zəng" bütün məktəblərdə yüksək bayram əhval-ruhiyyəsi ilə başa çatdı.

Keçidlər