Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı rayonunda məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirildi

29 aprel 2019 | 11:00
     Aprelin 29-da  “Gənclər Mərkəzi”ndə Pirallahı Rayon İcra Hakimiyyətində məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsinin iclası keçirildi. Keçirilən tədbirdə Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev, Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin sektor müdiri, Respublika Əlaqələndirmə Komitəsinin koordinatoru Nərmin Zeynalova və Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Qurban Nəzirov, həmçinin Əlaqələndirmə komitəsinin  üzvləri iştirak etdilər.
     Rayon İcra Hakimiyyəti başçısının müavini İsmayıl Əliyev tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb keçirilən iclasın məqsəd və əhəmiyyətindən söz açdı. Rayon əhalisinin məşğulluğunu təmin etmək üçün Rayon İcra Hakimiyyəti başçısı aparatı yanında yaradılmış məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən görülən işlər barədə ətraflı məlumat verən İsmayıl Əliyev əhalinin məşğulluğunun təmin olunması istiqamətində rayonda məqsədyönlü işlərin görüldüyünü, yeni istehsal müəssisələri və sosial obyektlərin inşa olunduğunu və yeni iş yerlərinin yaradıldığını bildirdi.
     Tədbirdə çıxış edən Pirallahı Rayon Məşğulluq Mərkəzinin direktoru Alim Bayramov Respublika Prezidenti cənab İlham Əliyevin 9 oktyabr 2017-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında qeyri-rəsmi məşğulluğun qarşısının alınmasına dair Tədbirlər Planı”nın hazırlandığını və həmin planın icrasının səmərəliyinin təmin olunması məqsədilə görülən işlər barədə ətraflı məlumat verdi.
      Pirallahı rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi cənab Manaf  Manafov öz çıxışında haqqı ödənilən ictimai işlərin təşkili barədə geniş məlumat verdi.
    Dövlət Məşğulluq Xidmətinin Əmək Bazarının Təhlili və Statistika şöbəsinin müdiri İsa Həsənov Əmək Münasibətlərinin Tənzimlənməsi və Koordinasiyası Komissiyasının Katibliyinin yerli icra hakimiyyəti orqanları ilə sıx əlaqəli formada çalışdıqlarını xüsusi qeyd etməklə yanaşı qarşıda duran vəzifələr barədə tədbir iştirakçılarına məlumat verdi.
Əhalinin məşğulluğunun təmin olunması istiqamətində qarşıda duran vəzifələrdən söz açan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq Siyasəti və Demoqrafiya şöbəsinin sektor müdiri, Respublika Əlaqələndirmə Komitəsinin koordinatoru  Nərmin Zeynalova əlaqələndirmə komitəsinin fəaliyyəti, məşğulluqla bağlı qəbul olunmuş hüquqi-normativ aktlar və işəgötürənlə işədüzələn arasında bağlanan əmək müqavilələrinin əhəmiyyətindən söz açdı.
      Mövzu ətrafında çıxış edən Bakı şəhər Məşğulluq İdarəsinin rəis müavini Qurban Nəzirov məşğulluqla bağlı məsələlərin rayonda daim diqqət mərkəzində saxlanıldığını vurğuladı və qeyri-rəsmi məşğulluğun aradan qaldırılması, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində həyata keçirilən məqsədyönlü işlərdən danışdı.
       İclasda mövzu ilə bağlı fikir mübadiləsi aparılmaqla yanaşı tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırıldı.
 
Keçidlər