Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahıda “Xalqa və dövlətçiliyə xidmət” mövzusunda tədbir keçirilib

12 aprel 2019 | 11:00
     11 aprel 2019-cu il tarixində Pirallahı Gənclər Mərkəzində Pirallahı Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan  Partiyası Pirallahı rayon təşkilatının təşkilatçılığı ilə "Xalqa və dövlətçiliyə xidmət" başlığı altında tədbir keçirildi. 
     Dövlət Himninin səslənməsindən sonra millət vəkillərinin, Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının Şura üzvləri, ərazi ilk partiya təşkilatları sədrləri, rayonun Ağsaqqallar Şurasının üzvləri, Qarabağ müharibəsi veteranları və Çernobıl əlillərinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatının sədri Hikmət Şikarov qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan 2018-ci ildə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm nailiyyətlər əldə etmiş, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir.
     Millət vəkili, Milli Məclisin İnsan Hüquqları Komitəsinin və Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr Komitəsinin üzvü  Elman Nəsirov çıxışında  ölkə başçısı cənab İlham Əliyevin 2019-cu ilin ilk üç ayı ərzində sosial yönümlü Sərəncamlarından əhalinin hər yaş qrupunun faydalandığını qeyd etdi. Azərbaycanda qazlaşmanın 95 %-ə çatmasının, bölgələrin, hətta ucqar dağ kəndlərinin fasiləsiz elektrik enerjisi ilə təmin olunmasını, bütün ölkə boyu yol infrastrukturunun dünya standartları səviyyəsinə çatdırılmasını vurğulayaraq, bu inkişafın arxasında ölkə başçısı İlham Əliyevin yürütdüyü uğurlu siyasətin dayandığının qeyd etdi.
      Millət vəkili, Azərbaycan Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin baş direktorunun  müavini,  Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Kəmaləddin Qafarov çıxış edərək son dövrlərdə cənab İlham Əliyevin Sərəncamına əsasən səhiyyə işçilərinin maaşlarının artırılmasından, Azərbaycan səhiyyə sisteminin inkişafı üçün Dövlət Proqramlarının həyata keçirilməsindən danışdı. Qalibiyyətli aprel döyüşlərində əsgərlərimizin döyüş ruhunu xüsusi qeyd edən millət vəkili Milli Ordumuzun qısa zaman ərzində torpaqlarımızı işğaldan azad etmək iqtidarında olduğunu qeyd etdi.
Millət vəkili, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Rauf Əliyev çıxış edərək bildirdi ki, hər bir dövlətin gücü onun iqtisadi və hərbi gücü ilə ölçülür. İqtisadi cəhətdən bütün sahələrdə inkişaf edən Azərbaycanda Ordumuzun döyüş qabiliyyəti artır, güclənir. Bu gün bizim ordumuz istənilən vəzifəni icra edə bilər. Ölkə Prezidentinin soaial yönümlü islahatları nəticəsində əsasən neft rayonu olan Pirallahı rayonunda qeyri neft sektoru sürətlə inkişaf edir. 
     Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı Gənclər Birliyinin sədri Rüfət Əhmədov ölkəmizdə gənclər siyasətindən, gənclərə göstərilən diqqət və qayğıdan danışdı.
       Tədbir partiyanın ictimai-siyasi həyatında fəallıq göstərdiklərinə görə bir qrup YAP Pirallahı rayon təşkilatı fəallarının Fəxri Fərmanlarla təltif olunması  və partiya sıralarına yeni qəbul edilmiş yeni üzvlərə partiyaya üzvlük vəsiqəsinin təqdim olunması ilə yekunlaşdı.
 
Keçidlər