Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda Novruz bayramı ilə bağlı silsilə tədbirlər keçirilir

13 mart 2019 | 11:00
   Martın 12-də Vaqif Mustafazadə adına Mədəniyyət Mərkəzində “Yel Çərşənbəsi”nə həsr olunmuş tədbir keçirildi.  Tədbirdə iştirak edən RİH əməkdaşları “Yel Çərşənbəsi” münasibətilə hamını təbrik etdilər, qədim zamanlardan başlayaraq Azərbaycanda və bir çox şərq ölkələrində baharın - yeni ilin gəlişinin şənliklərlə qarşılandığını vurğuladılar, Novruz adətləri barədə danışdılar. Həmçinin qeyd edildi ki, ölkə rəhbərliyinin tapşırığı ilə Bakının bütün rayonlarında, o cümlədən Pirallahı rayonunda Novruz ilə əlaqədar bayram yarmarkalar keçirilir. Kənd Təsərrüfatı Nazirliyinin köməkliyi ilə fermer məhsullarının satışı təşkil olunur, yarmarkanın məhsulları əsasən Kürdəmir, Yardımlı, Quba, Qusar, Salyan, Şabran, Lənkəran, Astara, Oğuz, Gədəbəy rayonlarından gətirilir və bazar qiymətlərindən 35-40 faiz ucuz satılır.
    Tədbirdə torpağın oyanışını, baharın gəlişini əks etdirən əl işləri, boyanmış yumurtalardan ibarət xonçalar, səmənilər, müxtəlif sənətkarlıq nümunələri, Novruz bayramının rəmzi olan şirniyyatlar təqdim edildi. Hazırlanmış Novruz səhnəcikləri, səsləndirilən milli nəğmə və deyimlər, söylənilən bayatılar, cavablandırılan tapmacalar  tamaşaçılarda xoş bayram ovqatı yaratdı. Sonda tədbir iştirakçıları bir-birindən gözəl milli musiqi sədaları altında rəqs etdilər.
 
Keçidlər