Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzda "Gənclər Günü" ilə əlaqədar tədbir keçirildi

02 fevral 2019 | 11:00
      Fevralın 2-də Pirallahı Rayon İcra Hakimiyyəti təşkilatçılığı ilə V.Mustafazadə adına Mədəniyyət Mərkəzində "Gənclər Günü" ilə əlaqədar ümumrayon tədbiri keçirildi. Tədbirdə  RİH-nin əməkdaşları, ictimaiyyət nümayəndələri, tələbələr, rayonun fəal gəncləri iştirak etdilər.
     Tədbirdə çıxış edən Pirallahı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov  iştirakçıları salamlayaraq, gəncləri bu əlamətdar gün münasibətilə təbrik etdi. O qeyd etdi ki, 1996-cı il 2 fevral tarixində məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycan gənclərinin 1-ci forumu keçirilmişdir. 1997-ci ildən başlayaraq  Ümummilli Liderimizin sərəncamı ilə 2 fevral tarixi respublikamızda  “Gənclər Günü” kimi qeyd olunur. Natiq, həmçinin vurğuladı ki, bu Heydər Əliyevin gəncliyə göstərdiyi diqqət və qayğının nümunəsidir. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Bu siyasətin banisi isə xalqımızın ümummilli lideri Heydər Əliyevdir. O, həmişə gənclərimizə böyük ümidlər bəsləyib, onları Azərbaycanın gələcəyi adlandırıb və dəfələrlə qeyd edib ki, Azərbaycanın gələcəyi etibarlı əllərdədir.  Gənclər günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda qeyd olunub. Dövlət gənclər siyasətinin nəticəsidir ki, bu gün ölkəmizdə idarəetmə bacarığı ilə seçilən intellektual, dünyagörüşlü yeni nəsil yetişmişdir.
       A.Namazov qeyd etdi ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. 2007-ci ilin “Gənclər ili” elan edilməsi, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi ölkə başçısının gənclərə diqqət və qayğısının bariz nümunəsidir. Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Bu gün qətiyyətlə deyə bilərik ki, gənclərimiz ölkə başçısı cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasi kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır. Eyni zamanda, Azərbaycanın birinci Vitse-prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın da gənclərə xüsusi qayğısı qeyd olunmalıdır. Təkzibolunmaz faktdır ki,  Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının- AMOR-un sədri, IDEA İctimai Birliyinin rəhbəri Leyla xanım Əliyevanın bir gənc olaraq Azərbaycanın səsinin yayılmasında xüsusi yeri və rolu vardır. Leyla xanım Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə irəli sürülən "Xocalıya Ədalət" beynəlxalq məlumatlandırma kampaniyası Xocalı soyqırımı və Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində səmərəli fəaliyyət göstərir.
     Bu gün sevindirici haldır ki, Azərbaycan gəncləri müstəqillik dövründə yaşayırlar və ölkəmizin hərtərəfli inkişafında çox böyük rol oynayırlar. 01 fevral 2019-cu il tarixində Bakı Konqres Mərkəzində Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı  ölkəmizdə gənclər siyasətinin ən prioritet məsələlərdən olduğunu açıq şəkildə göstərir. 
       Rayonumuzda həyata keçirilən gənclər siyasəti də bu gün rayonun və ölkənin ictimai-siyasi həyatında rayon gənclərinin göstərdiyi fəallıq onların hazırlıq səviyyəsinin kifayət qədər yüksək olduğunu söyləməyə əsas verir.
      Tədbir rayonun istedadlı gənclərinin və incəsənət ustaların iştirak etdiyi bədii hissə ilə davam etdi.
 
Keçidlər