Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri Qəbələ və Şəkiyə səfər etdilər

29 yanvar 2019 | 11:00
    Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində  fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 22 nəfər sosial müdafiəyə ehtiyacı olan şagirdləri Qəbələ və Şəki rayonlarına səfər etdilər. Ekskursiyanın əsas məqsədi uşaqların asudə vaxtının səmərəli təşkili, istirahəti, dünya görüşünün artırılması, Azərbaycanın bölgələrinin tarixi, mədəni irsi, adət-ənənələri, özünəməxsus xüsusiyyətləri ilə tanışlıq, valideynlərə sərbəst vaxtın qazanılmasında və məişət qayğılarının azaldılmasında kömək göstərməkdir.
     Pirallahı məktəbliləri üç gün ərzində ölkəmizin dilbər guşələrindən olan Qəbələ və Şəki rayonlarına səyahət ediblər. Şagirdlər Qəbələ şəhərinin tarixi-mədəni abidələri ilə tanış olaraq təşkil olunmuş viktorinalarda iştirak etdilər. 26 yanvar tarixində şagirdlərimiz Şəki şəhərində oldular. Şəkinin tarixi abidələri, maddi-mədəni irsi, Şəki xanlarının evi, Qala divarları, Gileyli məscidinin minarəsi, XVIII-XIX əsrlərə aid Aşağı karvansaray, Kiş kəndi yaxınlığında orta əsrlərə aid Kiş məbədi ilə tanış oldular. 27 yanvar 2019-cu il tarixində şagirdlərimiz yüksək əhval-ruhiyyə ilə Pirallahı rayonuna geri döndülər.
 
 
 
 
 
Keçidlər