Şriftin ölçüsü :

Saytın rəngi :

Pirallahı məktəbliləri üçün Qəbələyə ekskursiya turu təşkil olundu

25 yanvar 2019 | 11:00
     24 yanvar 2019-cu il tarixində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Pirallahı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayon ərazisində  fəaliyyət göstərən ümumtəhsil müəssisələrinin 22 nəfər sosial müdafiəyə ehtiyacı olan şagirdi Qəbələ rayonuna yola salındı.
      Yolasalma mərasimində RİH əməkdaşları, məktəb direktorları, valideynlər və ictimaiyyət nümayəndələri iştirak etdilər.
     Pirallahı Rayon İcra Hakimiyyəti başçısının müavini Anara Hacıbəyli və Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Azad Namazov çıxışlarınada tədbir iştirakçılarını salamlayaraq bildirdilər ki, layihə məktəblilərin dünya görüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasına çox böyük töhfələr verəcəkdir. Diqqətə çatdırıldı ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli iştirakının təmin olunması, milli-mənəvi dəyərlərə bağlılığının möhkəmləndirilməsi üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər həyata keçirilir.
       Qeyd edək ki, səfər çərçivəsində şagirdlər rayonla tanış olacaq, təşkil olunmuş viktorinalarda iştirak edəcəklər. 27 yanvar 2019-cu il tarixində şagirdlərimiz Pirallahı rayonuna qayıdacaqlar.
 
Keçidlər