Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonumuzun məktəblərində “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər keçirilir

31 oktyabr 2018 | 11:00
     Ölkə Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə təsdiq olunmuş və uğurla həyata keçirilən Azərbaycan Respublikasında İnsan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramının (MFP) müddəaları, o cümlədən BMT-nin Baş Məclisi tərəfindən bəyan edilmiş “İnsan hüquqları sahəsində maarifləndirmə” və “İnsan hüquqları sahəsində təhsil”, UNESCO-nun “Davamlı inkişaf naminə təhsil” onilliyi əsasında başlanmış və Ombudsmanın təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıqda orta ümumtəhsil məktəblərində insan hüquqları təhsili bazasında həyata keçirilən Uşaq hüquqları üzrə pilləli tədris proqramı tətbiq olunduğu Bakı şəhərində və respublikamızın regionlarında yerləşən orta ümumtəhsil məktəblərində aylıq çərçivəsində silsilə tədbirlər təşkil olunmuşdur.
     Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı Vasif İmanovun müvafiq sərəncamına əsasən rayon ərazisində “Uşaq hüquqları aylığı” elan edilmiş, rayonun təhsil və mədəniyyət ocaqlarında uşaq hüquqları mövzusunda maarifləndirici tədbir, sərgi, “dəyirmi masa”, treninq-seminar, müsabiqələr keçirilir. Keçirilən tədbirlərdə şagirdlərə məlumat verildi ki, ölkəmizdə uşaq hüquqlarının müdafiə olunması məqsədilə mühüm qanunlar və proqramlar qəbul olunur. Uşaqların hüquqlarının qorunması və onların inkişafı naminə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Qeyd edildi ki, ölkə başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan uşaqlarının taleyində əhəmiyyətli rol oynayacağına zəmanət verir. Bildirildi ki,  Mehriban xanım  Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.
      Qeyd edək ki, ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığının keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılmasıdır. Məktəblərdə “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər noyabrın 20-dək davam edəcək.
 
 
Keçidlər