Şriftin ölçüsü :

Saytın rəngi :

Fərman və Sərəncamlar

Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 660,0 (altı yüz altmış) min manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Bakı şəhəri, 8 iyun 2021-ci il.

 
Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”ndə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün göstərilmiş vəsaitin 1,4 milyon (bir milyon dörd yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.
 
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
 
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 16 sentyabr 2020-ci il.

 

 

Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 1,9 milyon (bir milyon doqquz yüz min) manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 19 aprel 2019-cu il .

 

Bakı şəhəri Xəzər rayonunun Zirə və Türkan qəsəbələrində, Pirallahı rayonunun Pirallahı qəsəbəsində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ölkədə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf konsepsiyası sayəsində regionlarda, paytaxt və qəsəbələrdə mühüm infrastruktur layihələri reallaşdırılmış, kommunal və sosial xidmətlərin həcmi və keyfiyyəti daha da yaxşılaşmış, abadlıq işləri geniş vüsət almışdır.

Bu tədbirlərin davamı olaraq, Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbəsində diametri 110 mm, uzunluğu 13,0 km, Türkan qəsəbəsində diametrləri 110-280 mm, uzunluğu 8,1 km olan paylayıcı su şəbəkəsinin, habelə Pirallahı rayonunun Pirallahı qəsəbəsində diametrləri 530-800 mm, uzunluğu 6,8 km olan magistral su kəmərinin və diametrləri 110-280 mm, uzunluğu 10,1 km olan paylayıcı su şəbəkəsinin tikilməsi zərurəti yaranmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı şəhəri Xəzər rayonunun Zirə, Türkan və Pirallahı rayonunun Pirallahı qəsəbələrində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində həyata keçirilən işləri davam etdirmək məqsədilə qərara alıram:

1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə 5,83 milyon (beş milyon səkkiz yüz otuz min) manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 dekabr 2017-ci il.

 
Bir sıra birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
 
Məhkəmə-Hüquq Şurasının təkliflərini nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Aşağıdakı şəxslər birinci instansiya məhkəmələrinin sədrləri təyin edilsinlər:
Ağır cinayətlər məhkəmələri üzrə:
Süleymanov Elxan Xasay oğlu - Lənkəran Ağır Cinayətlər Məhkəməsinin sədri
Əliyev Natiq Mürsəl oğlu - Şəki Ağır Cinayətlər Məhkəməsinin sədri
İnzibati-iqtisadi məhkəmələr üzrə:
Qasımov Vidadi Kamal oğlu - Şəki İnzibati-İqtisadi Məhkəməsinin sədri
Hərbi məhkəmələr üzrə:
Həsənov Həbib Bəhram oğlu - Bakı Hərbi Məhkəməsinin sədri
Süleymanov Əli Ziya oğlu - Füzuli Hərbi Məhkəməsinin sədri
Məmmədov Vüqar Kamal oğlu - Gəncə Hərbi Məhkəməsinin sədri
Quliyev İlqar Məsail oğlu - Tərtər Hərbi Məhkəməsinin sədri
Naxçıvan Muxtar Respublikasının rayon məhkəmələri üzrə:
Məmmədov Mehrab Fərmayıl oğlu - Naxçıvan Muxtar Respublikası Culfa Rayon Məhkəməsinin sədri
Xıdırov Əhliman Mehman oğlu - Naxçıvan Muxtar Respublikası Kəngərli Rayon Məhkəməsinin sədri
Salmanov Elşən Fizuli oğlu - Naxçıvan Muxtar Respublikası Ordubad Rayon Məhkəməsinin sədri
Əhmədov Zülfüqar Əziz oğlu - Naxçıvan Muxtar Respublikası Sədərək Rayon Məhkəməsinin sədri
Bağırov Allahverdi Əsəd oğlu - Naxçıvan Muxtar Respublikası Şahbuz Rayon Məhkəməsinin sədri
Bakı şəhərinin rayon məhkəmələri üzrə:
Kazımov Araz Nurəddin oğlu - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin sədri
Hacıyev Sədrəddin Abuzər oğlu - Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin sədri
Qaralov İlqar Zahid oğlu - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin sədri
Tağıyev Nazim Hüsü oğlu - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin sədri
Paşayev Tofiq Temir oğlu - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin sədri
Cəfərov İlham Məmməd oğlu - Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin sədri
Cəfərov Ələddin Adil oğlu - Bakı şəhəri Nizami Rayon Məhkəməsinin sədri
Mustafayev Rəşad Rafiq oğlu - Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri
Qafarov Ağamalı Məmməd oğlu - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sədri
Hüseynov Araz Firidun oğlu - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin sədri
Rayon (şəhər) məhkəmələri üzrə:
Kazımov Elçin Məmməd oğlu - Abşeron Rayon Məhkəməsinin sədri
Ləzimov Sulduz Paşa oğlu - Ağcabədi Rayon Məhkəməsinin sədri
Bayramov Elşad Abdulla oğlu - Ağdam Rayon Məhkəməsinin sədri
Nəsibov Famil Hümbət oğlu - Ağdaş Rayon Məhkəməsinin sədri
İsmayılov Tahir Abdulrəhim oğlu - Ağsu Rayon Məhkəməsinin sədri
Səlimov Hümbət Qamuna oğlu - Balakən Rayon Məhkəməsinin sədri
Nurullayev Ramiz Vəliş oğlu - Beyləqan Rayon Məhkəməsinin sədri
Allahverdiyev Məhərrəm Ələkbər oğlu - Bərdə Rayon Məhkəməsinin sədri
Hüseynova Təranə Talış qızı - Cəbrayıl Rayon Məhkəməsinin sədri
Cəbrayılov Vüsal Adil oğlu - Cəlilabad Rayon Məhkəməsinin sədri
Əliyev Azad Allahverdi oğlu - Daşkəsən Rayon Məhkəməsinin sədri
Bağırov Məhəmməd Abduləli oğlu - Füzuli Rayon Məhkəməsinin sədri
Kazımov Rasim Sarı oğlu - Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin sədri
Quliyev Zəfər Arif oğlu - Göyçay Rayon Məhkəməsinin sədri
Abbasov Qələmdar Ələmdar oğlu - Göygöl Rayon Məhkəməsinin sədri
Əzizov Həmid Novruz oğlu - Hacıqabul Rayon Məhkəməsinin sədri
Quliyev Xıdır İnqilab oğlu - Xaçmaz Rayon Məhkəməsinin sədri
Hacıyev İsgəndər Həmid oğlu - Xızı Rayon Məhkəməsinin sədri
Hacıyev Qurban Hamid oğlu - İmişli Rayon Məhkəməsinin sədri
Şirinov Rəfayel Səməd oğlu - İsmayıllı Rayon Məhkəməsinin sədri
Qəniyev Həsən Salman oğlu - Kəlbəcər Rayon Məhkəməsinin sədri
Bayramov Müseyib Seyfəddin oğlu - Kürdəmir Rayon Məhkəməsinin sədri
Qarayev Malik İbrahim oğlu - Qax Rayon Məhkəməsinin sədri
Quliyev Mirələm Qoçu oğlu - Qobustan Rayon Məhkəməsinin sədri
Tağıyev Xəqani Qəhrəman oğlu - Quba Rayon Məhkəməsinin sədri
Vəliyev Adil Yaqub oğlu - Qusar Rayon Məhkəməsinin sədri
İbrahimov Cavad Cavanşir oğlu - Laçın Rayon Məhkəməsinin sədri
Kiçibəyov Atabəy Qələbəy oğlu - Lerik Rayon Məhkəməsinin sədri
Ələkbərov Əliəjdər Məlik oğlu - Lənkəran Rayon Məhkəməsinin sədri
Əliyev Firdovsi Zülfü oğlu - Masallı Rayon Məhkəməsinin sədri
Osmanov Usaməddin Hidayət oğlu - Mingəçevir Şəhər Məhkəməsinin sədri
Fərhadov Xanlar Zalı oğlu - Neftçala Rayon Məhkəməsinin sədri
Abuşov İxtiyar Əliyar oğlu - Saatlı Rayon Məhkəməsinin sədri
Pənahov Füzuli Novruzəli oğlu - Sabirabad Rayon Məhkəməsinin sədri
Paşayev Əlövsət Bəhrəm oğlu - Salyan Rayon Məhkəməsinin sədri
Ələkbərov Bəylər Ramiz oğlu - Siyəzən Rayon Məhkəməsinin sədri
İsgəndərov Çingiz Əmir oğlu - Şabran Rayon Məhkəməsinin sədri
Hümbətov Etibar Zülfüqar oğlu - Şamaxı Rayon Məhkəməsinin sədri
Əhmədov Ceyhun Rasim oğlu - Şəki Rayon Məhkəməsinin sədri
Məmmədov Könül Cəlal oğlu - Şəmkir Rayon Məhkəməsinin sədri
Qurbanov Elçin Firudin oğlu - Şirvan Şəhər Məhkəməsinin sədri
Həsənov Allahverən Məhərrəm oğlu - Şuşa Rayon Məhkəməsinin sədri
Baxşıyev Qafil Yavər oğlu - Tovuz Rayon Məhkəməsinin sədri
Xəlilov Hilal İsmayıl oğlu - Ucar Rayon Məhkəməsinin sədri
Həsənquliyev İlqam Elxan oğlu - Yardımlı Rayon Məhkəməsinin sədri
Əliyev Toğrul Məhəmməd oğlu - Yevlax Rayon Məhkəməsinin sədri
Qubadov Tahir Möhsüm oğlu - Zərdab Rayon Məhkəməsinin sədri
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
 
İlham Əliyev
 
Azərbaycan Respublikasının Prezidenti
 
Bakı şəhəri, 14 oktyabr 2017-ci il.
 

Bakı şəhərinin Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikasında sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olan regional tarazlığın təmin edilməsi, kommunal və sosial xidmətlərin həcminin və keyfiyyətinin daha da yaxşılaşdırılması, əhalinin yaşayış şəraitinin və sosial rifahının yüksəldilməsi ilə bağlı konkret hədəflərə istiqamətlənmiş məqsədyönlü və sistemli fəaliyyət həyata keçirilir. Regionların, habelə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurlu icrası bölgələrin inkişafında yeni bir mərhələnin yaranmasına səbəb olmuş, davamlı sosial-iqtisadi inkişaf sahəsində mühüm nailiyyətlər əldə edilmişdir.
Görülmüş tədbirlər çərçivəsində Bakı şəhərinin Pirallahı rayonunda da mühüm tikinti-quruculuq və abadlıq işləri həyata keçirilmiş, irimiqyaslı infrastruktur layihələri icra olunmuş, o cümlədən “Pirallahı” Günəş Elektrik Stansiyası tikilib istifadəyə verilmiş, yol-nəqliyyat infrastrukturu yaxşılaşdırılmış, əhalinin kommunal xidmətlərlə, o cümlədən elektrik enerjisi, qaz və su ilə təchizatı, səhiyyə və təhsil müəssisələrinin tikintisi və yenidən qurulması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, bu sahəyə irihəcmli dövlət investisiyaları yönəldilmişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Pirallahı rayonunda tikinti-quruculuq işlərinin davam etdirilməsi, habelə əhalinin mənzil-məişət şəraitinin daha da yaxşılaşdırılması məqsədi ilə qərara alıram:
1. “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində nəzərdə tutulmuş vəsaitdən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinə 9,5 (doqquz milyon beş yüz min) milyon manat, o cümlədən Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin inzibati binasının tikintisinin davam etdirilməsi üçün 4,5 (dörd milyon beş yüz min) milyon manat, qəzalı vəziyyətdə olan yaşayış binalarının sakinlərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə 29 ədəd yeni beş mərtəbəli çoxmənzilli binanın tikintisi üçün ilkin olaraq 5,0 (beş) milyon manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 1 avqust 2017-ci il.

 

Pirallahı Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, qeyri-neft sənaye sahələrinin davamlı inkişafı, sənaye sahəsində sahibkarlıq fəaliyyətinin daha da genişləndirilməsi, qabaqcıl texnologiyalara əsaslanan rəqabətqabiliyyətli və innovativ sənaye sahələrinin yaradılması, o cümlədən əczaçılıq sənayesinin inkişafı və dəstəklənməsi, əczaçılıq məhsullarının idxalından asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsində yerli istehsalın təşviq edilməsi və istehsal sahəsində əhalinin məşğulluğunun artırılması məqsədi ilə qərara alıram:
1. Bakı şəhərinin Pirallahı rayonu ərazisində Pirallahı Sənaye Parkı yaradılsın.
2. Müəyyən edilsin ki, Pirallahı Sənaye Parkı sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün zəruri infrastrukturu və idarəetmə qurumları olan, müasir texnologiyaların tətbiqi yolu ilə sənaye, o cümlədən əczaçılıq sənayesi üzrə rəqabətqabiliyyətli məhsul istehsalı və xidmət göstərilməsi, habelə emal müəssisələrinin yaradılması üçün istifadə edilən, sahibkarların səmərəli fəaliyyətinə və inkişafına kömək edən ərazidir.
3. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkili, idarə olunması və inkişafı ilə bağlı tədbirləri “Sumqayıt Kimya Sənaye Parkının yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 21 dekabr tarixli 548 nömrəli Fərmanı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində yaradılmış “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – Cəmiyyət) həyata keçirir.

4. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
4.1. Pirallahı Sənaye Parkının fəaliyyəti üçün Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində 30 hektar torpaq sahəsinin icarəyə vermək hüququ ilə Cəmiyyətin daimi istifadəsinə verilməsini iki ay müddətində təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
4.2. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. Pirallahı Sənaye Parkının ərazisində xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını və sahibkarlıq fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün digər xidmətlərin göstərilməsini təmin etmək məqsədi ilə zəruri tədbirlər görsün;
5.2. Cəmiyyətə Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilində, idarə olunmasında və inkişafında kömək etsin, habelə istehsal və emal olunan sənaye məhsulları üzrə prioritet istiqamətlərin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin;
5.3. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
6. Pirallahı Sənaye Parkının fəaliyyətinin təşkilini, həmin ərazinin istifadəyə yararlı vəziyyətə gətirilməsini, xarici və daxili infrastrukturun (elektrik və istilik enerjisi, qaz, su, kanalizasiya, rabitə, nəqliyyat, yanğından mühafizə, istehsal təyinatlı, inzibati, sosial və digər infrastruktur obyektləri) yaradılmasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılsın.
7. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 6-cı hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 sentyabr 2016-cı il.
________________________________________
Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

      Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Pirallahı rayonunun qəsəbədaxili avtomobil yollarının yenidən qurulması məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində “Avtomobil Yolları” Məqsədli Büdcə Fondunda nəzərdə tutulmuş vəsaitdən 3,8 milyon (üç milyon səkkiz yüz min) manat ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyəti bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni və tikinti işlərini müəyyən olunmuş qaydada təmin etsinlər.
      İlham Əliyev
     Azərbaycan Respublikasının Prezidenti
     Bakı şəhəri, 26 iyul 2016-cı il.
________________________________________

Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər:
“Tərəqqi” medalı ilə
Qarayev Mahir Qoca oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2016-cı il.
________________________________________
Dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Dövlət qulluğunda səmərəli fəaliyyət göstərən aşağıdakı şəxslər təltif edilsinlər:
“Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə
Səfixanov Vəzir Çərkəz oğlu
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 iyun 2015-ci il.
________________________________________
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamını “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 17 yanvar tarixli 232 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 1, maddə 45) ilə təsdiq edilmiş “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın “1. “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülmüş işlər” bölməsinin 5-ci hissəsində və “2014-2016-cı illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planı”nın “2.12. Pirallahı rayonu” bölməsinin 2.12.10.3-cü yarımbəndində “Gürgan” sözü “Gürgən” sözü ilə əvəz edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 11 iyul 2014-cü il.
________________________________________
“Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 3 fevral tarixli 898-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhərinin Pirallahı və Xəzər rayon icra hakimiyyətləri ilə birlikdə “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə yeni müəyyən edilmiş sərhədlərdə bir ay müddətində mərzçəkmə işlərinin yerinə yetirilməsini təmin edib bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin.
3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 6 mart 2014-cü il.
________________________________________
Bakı şəhərinin Xəzər və Pirallahı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq qərara alır:
1. Bakı şəhəri Xəzər rayonunun Zirə qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Zirə qəsəbəsinin inzibati ərazisindən dövlət mülkiyyətində olan 3200 ha təşkil edən torpaq sahəsi bu Qanuna əlavə edilmiş xəritələrə uyğun olaraq, Bakı şəhəri Xəzər rayonunun Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsinin inzibati ərazisinə birləşdirilsin.
2. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsünə daxil olan Gürgən qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Gürgən qəsəbəsi Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə daxil edilsin.
3. Gürgən qəsəbə inzibati ərazi dairəsi Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il.
________________________________________
Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin yaradılması və Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 310 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası”nda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi yaradılsın.
2. Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 9 avqust tarixli 310 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010, № 8, maddə 715) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyası”nda aşağıdakı dəyişikliklər edilsin:
2.1. 2-ci hissəyə aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin:
“2.7-1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsi;”;
2.2. 7-ci hissəyə aşağıdakı məzmunda 7.7-1-ci bənd əlavə edilsin:
“7.7-1. Bakı şəhəri Pirallahı rayonu;”;
2.3. 13-cü hissəyə aşağıdakı məzmunda 13.4-1-ci bənd əlavə edilsin:
“13.4-1. Bakı şəhəri Pirallahı rayonu;”;
2.4. 19-cu hissəyə aşağıdakı məzmunda 19.7-1-ci bənd əlavə edilsin:
“19.7-1. Bakı şəhəri Pirallahı rayonu;”.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Bakı şəhəri Pirallahı Rayon Məhkəməsinin yaradılması ilə əlaqədar olaraq həmin məhkəmənin fəaliyyətinin təşkili üçün onun bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;
3.2. bu məhkəmənin yaradılması ilə bağlı onun aparatının formalaşdırılması üçün maliyyə təminatı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsilə həyata keçirilən məhkəmə aparatları işçilərinin ümumi sayının artırılmasını təmin etsin;
3.3. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.4. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2013-cü il.
________________________________________
Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Xocavənd Rayon Prokurorluğu yaradılsın.
2. Bakı şəhəri Pirallahı Rayon Prokurorluğu yaradılsın.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. Xocavənd Rayon Prokurorluğunun və Bakı şəhəri Pirallahı Rayon Prokurorluğunun yaradılması ilə əlaqədar olaraq həmin qurumların fəaliyyətinin təşkili üçün onların bina, avadanlıq, rabitə, nəqliyyat vasitələri və digər təşkilati-texniki vasitələrlə təmin edilməsi məqsədi ilə tədbirlər görsün;
3.2. üç ay müddətində Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
3.3. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Sərəncama uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.5. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Sərəncama uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 4 oktyabr 2013-cü il.
________________________________________
"V.H.İmanovun Bakı şəhəri Pirallahı rayonu İcra hakimiyyətinin başçısı təyin edilməsi haqqında " Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 124-cü maddəsinin II hissəsini rəhbər tutaraq qərara alıram:
Vasif Həsən oğlu İmanov Bakı şəhəri Pirallahı rayonu İcra hakimiyyətinin başçısı təyin edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 7 mart 2013-cü il.
________________________________________

"Pirallahı rayonunun ərazisində Pirallahı bələdiyyəsinin yaradılması haqqında" Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
Pirallahı rayonunun Pirallahı qəsəbəsi Gürgən-Pirallahı bələdiyyəsinin əhatə etdiyi ərazi vahidləri tərkibindən ayrılaraq həmin qəsəbəni əhatə edən Pirallahı bələdiyyəsi yaradılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2013-cü il.
________________________________________
“Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun tətbiqi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının 2012-ci il 21 dekabr tarixli 519-IVQ nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlasın və Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. üç ay müddətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
1.4. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.
2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 yanvar 2013-cü il.

________________________________________


Bakı şəhər inzibati ərazi vahidi tərkibində Pirallahı rayonunun yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndinə uyğun olaraq qərara alır:
1. Bakı şəhəri Xəzər rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Bakı şəhəri Pirallahı rayonu yaradılsın və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilsin.
2. Bakı şəhəri Pirallahı rayonunun inzibati ərazi bölgüsünə Bakı şəhəri Xəzər rayonunun Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri tərkibindəki Pirallahı, Çilov və Neft Daşları qəsəbələri daxil edilsin.
3. Pirallahı, Çilov və Neft Daşları qəsəbə inzibati ərazi dairələri Bakı şəhəri Xəzər rayonunun tabeliyindən çıxarılaraq Bakı şəhəri Pirallahı rayonunun tabeliyinə verilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 21 dekabr 2012-ci il.

Yüksək Texnologiyalar Parkının yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN FƏRMANI

Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, iqtisadiyyatın davamlı inkişafını və rəqabət qabiliyyətinin artırılmasını, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan informasiya və kommunikasiya texnologiyaları sahələrinin genişləndirilməsini, elmi tədqiqatlar aparılmasını və yeni informasiya texnologiyalarının işlənilməsi üzrə müasir komplekslər yaradılmasını təmin etmək məqsədi ilə qərara alıram:
1. Bakı şəhəri, Pirallahı rayonunda Yüksək Texnologiyalar Parkı (bundan sonra - “YT Park”) yaradılsın.[1]
2. Müəyyən edilsin ki, “YT Park” informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatlar aparılması, yeni və yüksək texnologiyaların hazırlanması üçün zəruri infrastrukturu, maddi-texniki bazası və idarəetmə qurumları olan ərazidir.
3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi:[2]
3.1. “YT Park”ın fəaliyyətinin təşkili üçün bu Fərmanın 7.1.1-ci yarımbəndinə müvafiq olaraq ayrılmış ərazidə zəruri infrastrukturun yaradılması, xidmətlər göstərilməsinin və parkın fəaliyyətinin səmərəli həyata keçirilməsi üçün tədbirlər görülməsini;
3.2. “YT Park”ın fəaliyyət istiqamətləri üzrə elmi tədqiqat və təcrübə-konstruktor işlərinin həyata keçirilməsi məqsədi ilə yerli və xarici elmi tədqiqat və ali təhsil müəssisələrinin fəaliyyətinin əlaqələndirilməsi, elmi-texniki və innovasiya sahələrində əməkdaşlığın təşkili və genişləndirilməsi üçün Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə tədbirlər görülməsini təmin etsin.[3]
4. “YT Park”ın fəaliyyətinin təşkili və idarə olunması məqsədi ilə Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyəti yaradılsın.
5. “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətində (bundan sonra – Cəmiyyət) ümumi yığıncağın səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakı dövlət orqanlarına həvalə edilsin:
5.1. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə:
5.1.1. Cəmiyyətin strukturunun, işçilərinin say həddinin, əməkhaqqı sisteminin müəyyən olunması və xərclər smetasının təsdiq edilməsi;
5.1.2. Cəmiyyətin icra orqanlarının (kollegial və ya təkbaşçı) yaradılması, onların səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
5.1.3. Cəmiyyətin icra orqanının rəhbərinin, onun müavinlərinin, nümayəndəlik və filiallarının, həmçinin tabeliyindəki qurumların rəhbərlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
5.1.4. Cəmiyyətin müşahidə şurasının seçilməsi;
5.1.5. Cəmiyyətin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
5.1.6. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi;
5.2. Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təklifləri əsasında Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə:
5.2.1. Cəmiyyətin Nizamnaməsinin, nizamnamə kapitalının həcminin və ona dəyişikliklərin təsdiqi;
5.2.2. Cəmiyyətin nümayəndəlik və filiallarının yaradılmasına və ya ləğvinə, tabeliyində hüquqi şəxs statuslu qurumların yaradılmasına, yenidən təşkilinə və ya ləğvinə razılıq verilməsi;
5.2.3. bu Fərmanda qeyd edilənlər istisna olmaqla, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə ümumi yığıncağın səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
6. Cəmiyyətin yenidən təşkili və (və ya) ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.
7. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın:
7.1. üç ay müddətində:
7.1.1. “YT Park”ın fəaliyyəti üçün Bakı şəhəri, Pirallahı rayonu, Səməd Vurğun küçəsində yerləşən 50 ha torpaq sahəsinin Cəmiyyətə ayrılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;[4]
7.1.2. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə “Texnologiyalar parkları haqqında Nümunəvi Əsasnamə”nin layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.1.3. Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi, Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi ilə birlikdə “YT Park”da vergi və gömrük sahəsində stimullaşdırıcı tədbirlərin tətbiqi barədə təkliflər hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
7.2. bu Fərmanın 3-cü hissəsində nəzərdə tutulmuş işlərin görülməsi üçün zəruri maliyyələşmənin, habelə “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnamə kapitalının və ilkin mərhələdə saxlanma xərclərinin maliyyələşdirilməsinin dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməsini təmin etsin;
7.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
8. Azərbaycan Respublikasının Vergilər Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi “Yüksək Texnologiyalar Parkı – “YT Park” Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qeydiyyatına alınması üçün tədbirlər görsün.
9. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmanın icrası ilə bağlı görülən işlər barədə Azərbaycan Respublikasının Prezidentinə vaxtaşırı məlumat versin.

İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 noyabr 2012-ci il

 

Keçidlər